Həyat tərzi / Maraqlıdır

İlhamənin bacısından və oğlundan miras açıqlaması: "Tufan qopacaq"

Banu. | 2-03-2016, 13:35
7 034 6

 

 


 Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra gündəmə gələn miras qalmaqalına bacısı da qoşulub.


Mərhum müğənninin bacısı Gülbahar Quliyeva "Qafqazinfo”ya açıqlamasında söz-söhbətlərin artacağını, tufan qopacağını bildirib:

"Əli Mirəliyev kimdi? Əli İlhamənin dayısı qızının əridir, heç kimdir. Biz İlhamənin yasını tuturuq. Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik. Hamı bizim kim olduğumuzu bilir. İlhamənin bizə olan münasibətindən də xəbərdardırlar. Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumuda deyil. Bacım onları heç vaxt öz yaxınına buraxmayıb. Bu söhbətlər, mal davasıdır? Vallah, ayıbdır. İlhamənin mal varlığını Allah bilir. 

Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə bir yerdən qızı da çıxdı. Xəstə qadınam, belə şeylərə əsəbiləşirəm. Ay Allah, bunlar necə adamdırlar? Bu gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq. Bu məsələni danışanlara ayıb olsun. Bunlar öz aralarında çox vuruşacaqlar”. 

Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov da açıqlama verib.

Orxan qeyd edib ki, İlhamə Quliyevanın mirası onu maraqlandırmır:

"Bizim ailə vəkilimiz Habil Vəliyevdir. Bu mövzuyla bağlı Habil müəllim açıqlama verir. Yəni, mən o halda, əhvalda deyiləm. Hər hansı bir yazıya açıqlama vermək istəmirəm. Mənim üçün böyük bir önəm kəsb etmir. Mən yasımla məşğulam, evimdə yas var, yas saxlayıram. Kimlərləsə mal-mülk qırğını aparmıram. Mənə onlar qətiyyən maraqlı deyil. Mənə məclisim maraqlıdır”.//Axşam.az

 

Ay_Sun | 3 mart 2016 09:48 | Status: Brilliant user | Şərh: 13 409
Maraqli deyil.
Cicim İncim | 2 mart 2016 23:43 | Status: Gümüş user | Şərh: 2 457


Sitat: dılay
Axi Ilhame hemiwe deyirdiki men Tukazban xanimin tek ovladiyam..Bes bu baci hardan cixdi..

Canım, eşitdiyimə görə İlhamə Tükəzban xanımın birinci ərindəndi...Bu da yəqin Həbib müəllimin qızıdır..
dılay | 2 mart 2016 17:26 | Status: Brilliant user | Şərh: 8 184
Axi Ilhame hemiwe deyirdiki men Tukazban xanimin tek ovladiyam..Bes bu baci hardan cixdi..
SEVDA | 2 mart 2016 14:31 | Status: Nəzarətçi | Şərh: 17 441
Özü öz əliylə vəsiyyətnamə yazıb təsdiq etdirməyibsə deməli hamınız heç kimsiz...
Bədbəxtlər miras üstündə qırın bir birinizi...o qədər var dövlətindən nəsə apara bildi gedəndə.siz də aparacaqsız özünüzlə...
B.Fereh | 2 mart 2016 14:25 | Status: Nəzarətçi | Şərh: 6 976
Pulu olaninda bele derdi olure,ne rahat yawayanmiq olende de,arxasiyca lew qargalari qirgina cixir.Orxandi kimdi...bax onun sozlerine inanan dawa donsun.
BULUTUM | 2 mart 2016 14:16 | Status: Professional user | Şərh: 7 388
DEHSETDILERRRRRRR