Həyat tərzi / Maraqlıdır

Ülvi Qılıc: "Elnarə zəng vurub dedi ki, sənin başını kəsdirəcəm" — QALMAQAL

Banu. | 27-01-2016, 13:48
2 596 11

 

 

Tanınmış vokal ifaçısı Ülvi Qılıc əməkdar artist Elnarə Abdullayeva barəsində polisə şikayət etməsindən danışıb.

İfaçı  bildirib ki, hər şey onun iştirak etdiyi verilişdən sonra baş verib:

" ATV kanalında Yusif Ağayevin "Ondan sonra" verilişində dünən (srağagün-red.) qonaq idim. Söhbət əsnasında Elnarə Abdullayevanı əməkdar artist fəxri adı alması münasibətilə təbrik etdim. Dedim, mən tez-tez eşidirəm ki, Elnarə şou-biznesdən oğluna qız ala bilməyəcəyini bildirir. Amma burada hər kəs bir evin anasıdır, bacısıdır. Əgər kiminsə nöqsanı varsa, şəxsən desin ki, filan müğənnini oğluma almaram. Aparıcı sual verdi ki, görəsən bunun səbəbi nədir? Cavab verdim ki, sənət aləmində hər insanın travması var. Ümumiyyətlə, hər birimizdə uşaqlıq travması olub və var. İnsan yıxılır, qolu əzilir, travma alır. Əgər bu belə pis sözdürsə, niyə xəstəxanaların travmatologiya şöbəsi var. Qısası, bu, insanın yaddaşına həkk olunan bir ağrı deməkdir. Verilişdən sonra gördüm ki, tanımadığım nömrədən zəng gəldi. Cavab verdim, dedi ki, Elnarə Abdullayevayam, sən niyə deyirsən ki, mən travma almışam? Dedim, məgər, bu söz təhqirdir? Ardınca qayıtdı ki, sən bilirsən mən kiməm, arxamda kimlər durub, sənin başını kəsdirərəm?! Sonra başladı anamı, bacımı söyməyə. Mənə deyir ki, sən gözünlə görənsən. Bilmirəm, Elnarə Abdullayeva mənim gözümlə gördüyümü, ailəmin əxlaqsız olduğunu harda görüb? Sonra başladı ölülərimi söyməyə və yenə dedi ki, sən bilirsən mənim arxamda kimlər durub? Ondan sonra telefonu bir kişiyə verdi. Kişi dedi ki, indi rayondan gəlirəm, sən hardasan? Dedim, əgər sözünüz varsa, məhkəməyə, polisə müraciət edin. Kişi də qışqıra-qışqıra dedi ki, sənin başını kəsərəm, bilirsənmi arxamızda kimlər durub? Amma ad çəkmirdi. Sonra məni Yasamala çağırdılar. Gördüm bunlar əl çəkmirlər, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurdum. Məgər bu dövlət başsızdır, yiyəsi yoxdur ki, Elnarə Abdullayeva kiminsə başını kəsdirir? Ümumiyyətlə, bu kimdir ki? Bu gün daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova və cənab prezident İlham Əliyevə məktubla müraciət etmişəm. Məqsədim odur ki, bu qadının arxasında kimlərin dayandığı araşdırılsın. Bundan sonra mənim başıma nəsə gəlsə, bütün məsuliyyəti Elnarə Abdullayeva və həmin kişi daşıyır. Daxili işlər orqanlarına təşəkkürümü bildirirəm. Müraciətimə operatov reaksiya verildi və o polis orqanlarına dəvət olundu. Əvvəlcə gələ bilməyəcəyini desə də, sonradan təkidlə polisə gətirildi. Gətirib polisdə izahatını aldılar. Bu məsələnin arxasınca axıra kimi gedəcəyəm. Bilmək istəyirəm ki, onun arxasında kimlər durur? "


Ülvi Qılıc xanəndə ilə barışıq ehtimalına da münasibət bildirib:

"Əgər mən efir vasitəsilə onun anasını, bacısını təhqir etsəydim, o da zəng vurub məni təhqir etsəydi, susardım. Deyərdim ki, bu adam haqlıdır da. Ancaq mən bunu efirdən təbrik etmişəm, təhqiramiz heç nə deməmişəm. Axıra kimi gedəcəyəm görüm bu adam kimdir ki, mənim başımı kəsdirir. Kimdir bunun arxasında duran çıxsın ortaya. Bilirsiniz, bəzən insanlar efirə baxırlar, İŞİD, terror, özbaşınalıq filan. Elə bilirlər ki, hər bir dövlətdə bunu törətmək olar. Bu dövlət hələ yiyəsiz deyil. Çox sürətlə iş görüldü və Elnarə Abdullayeva Abşeron Polis İdarəsinə gətirildi. Polisdən bildirilirdi ki, lazımi ölçü götürüləcək. Axıra qədər dediklərinin arxasında dursun. Heç bir qorxum yoxdur, çünki dövlətim məni qoruyur. Sadəcə, kiminlə hansı səviyyədə danışmaq lazım olduğunu bilirəm".

İntiqam VALEHOĞLU



SEVDA | 28 yanvar 2016 10:29 | Status: Nəzarətçi | Şərh: 17 443
Qırın bir-birinizi....
Aylaskam | 28 yanvar 2016 09:58 | Status: Qonaq | Şərh: 0
Bu mugenniler gundemde qalmaq ucun neler etmirler
Ay_Sun | 28 yanvar 2016 09:13 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: GULYA-N
.Oxuyub alim olmaq olar amma esas odurki adam olasan.

Duzdur canim
GULYA-N | 28 yanvar 2016 01:17 | Status: VİP user | Şərh: 759
Nece özlerini alçaldırlar gözden hörmetden salırlar ee.Elnarenin seneti ola biler amma danışıq qabiliyyeti yoxdur ve çox özünden razıdır.Oxuyub alim olmaq olar amma esas odurki adam olasan.
ESMERRi | 27 yanvar 2016 22:32 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: BULUTUM
Dehsetdilerr is yox,guc yox seviyye yoxx.
Cicim İncim | 27 yanvar 2016 19:54 | Status: Gümüş user | Şərh: 2 457
Elnarənin səsinə , sənətinə sözüm yoxdur...Amma ağzını açıb danışmasın, çünki danışığını bilmir...Boş-boş, savadsız danışır, çox mənəm-mənəm deyir. ..
Real Madrid CF | 27 yanvar 2016 17:29 | Status: Qonaq | Şərh: 0
Sitat: B.Fereh
Prezidentin,Baw prakurorun ve DIN nazirinin bawqa iwi gucu yoxduda ele,sizin bu duwuk, seviyyesiz muracietleri gozduyurler ele.Kimin yaninnan yel oturse,o saat deyir ki,onlara mektub yazmiwam.Goresen bunlarda ne vaxt seviyye olacaq???

He vallah aralarinda biraz munaqise olan kimi ora buraz yazirlar caamatin isi gucu qutarib ele sizin oyunlarinizla mesgul olacaq.
dılay | 27 yanvar 2016 15:48 | Status: Brilliant user | Şərh: 8 185
Cehennemeki yeyin bir birinizi.

..............................................
BULUTUM | 27 yanvar 2016 14:37 | Status: Professional user | Şərh: 7 392
Dehsetdilerr is yox,guc yox seviyye yoxx.
B.Fereh | 27 yanvar 2016 14:23 | Status: Nəzarətçi | Şərh: 6 978
Prezidentin,Baw prakurorun ve DIN nazirinin bawqa iwi gucu yoxduda ele,sizin bu duwuk, seviyyesiz muracietleri gozduyurler ele.Kimin yaninnan yel oturse,o saat deyir ki,onlara mektub yazmiwam.Goresen bunlarda ne vaxt seviyye olacaq???
Elgun_Azizov | 27 yanvar 2016 13:51 | Status: Professional user | Şərh: 1 393
-Mənasız gəlir uje bunnar .