Həyat tərzi / Maraqlıdır

Azərbaycanda kişilər hansı qızlarla evlənirlər?

Banu. | 23-01-2016, 09:21
5 733 8

 
 
 
Oğul: - Belə evlənmək olar? Sevgisiz, filansız... Ata: - Sonra sevərsən də.

Bu dialoqu oxuyan kimi güman ki, söhbətin hansı filmdən getdiyini anladınız. Doğrudur, məşhur "Əhməd haradadır?” bədii filmində Əhmədin atası Şirin kişi ilə söhbətindəndir. Bu filmdən sitat gətirməyimiz heç də əbəs yerə deyil.

Bəli, biz qadınlar xoşbəxt ailə qurmaq üçün nələr etmirik ki?! Ana və nənələrimizin məsləhətlərinə qulaq asıb, əməl edir, dadlı xörəklər bişirməyi öyrənir, ev işlərində qabiliyyətli olmağa can atır, bununla belə, moda aləmində baş verən yenilikləri qaçırmır, gözqamaşdıran karyera qurmağa çalışır, hətta həftənin 2-3 gününü idman zallarında keçiririk.

Amma məlum olur ki, sevdiyimiz kişinin evlilik təklf etməsi üçün bütün bu sadalananlar kifayət etmir. Çünki Azərbaycan cəmiyyəti başqa nüansları diqtə edir.

İndi Azərbaycanda kişilərin əksəriyyəti evlənməyə bir iş, plan kimi yanaşır. Yəni müəyyən bir yaşa çatanda – oğlanın evlənmək yaşı, hər bir ailəyə görə dəyişir - anası və bacısının təkidi ilə, evlənməyə qız axtarır.

Bəzən bu işi də oğlanın ana və bacısı elə öz üzərinə götürür, təzə bəy namizədini "əziyyətə” salmaq istəmirlər. Onlar qonşuda, qohumlarda olan qızlara nəzər yetirirlər. Burada diqqət çəkən nüans isə qızın yaşının az, ailəsinin isə imkanlı olmasıdır. Yəni ana oğluna həyat yoldaşı axtararkən, övladının gələcək yaşamını, xoş, firavan rifah halını da qarant altına almağa səy göstərir.

Sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla oxşar zövqlərə sahib olmasaq, bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq.
Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə "evlənmək xatirinə” ailə qururlar. Bəzən "məntiq evliliyi” dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənirlər

Gözümüz önünə məntiq evliliyi edən bir cütlüyün toy mərasimi gəlir. Toyun səbəbkarları sanki rəsmi tədbirdə oturublar, ciddi və quru... Səmimiyyət yox, eşq yox, sevgi yox! Onların bu evliliyi bir şirkətin təsis edilməsinə bənzəyir...

"İndi kişilər sevgi münasibətinə ayrı, evlənməyə də ayrı baxırlar”

Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi Gün.Az-a açıqlamasında deyir ki, Azərbaycanda son illər ailə quran cütlüklər daha çox məntiq evliliyinə üstünlük verirlər:

- Oğlan övladları olan ailələrdə, valideynlər "sənə həyat yoldaşını mən seçəcəyəm. Çünki indi artıq başqa zəmanədir" - və sair və ilaxır kimi cümlələrdən çox istifadə edirlər. Beləliklə də, oğlanların beynində mexanizm işə düşür ki, mənim seçimim mütləq şəkildə yanlış olacaq. Əgər ailə qurduğum qızı özüm seçsəm, xoşbəxt olmayacağam. Onu da deyim ki, çox qəribə tendensiya yaranıb. İndi kişilər sevgi münasibətinə ayrı, evlənməyə də ayrı baxırlar. İnsanlar həm sevgi, həm də məntiq evliliyi qursalar, münasibətləri gözəl, eyni zamanda uzunömürlü olur. Bu da cəmiyyətə ertibarsızlıqla asossiasiya olunur.

İnsan tanımadığı biri ilə ailə qurmaq istəmir, cəmiyyətə etibar etmir. Burada xoş olmayan məqamlardan biri də ailə qurmaq məsələsində oğlanların məsuliyyəti öz üzərinə götürmək istəməməsidir. Məsuliyyəti valideynin üzərinə qoymaq onlara daha asan gəlir. İnsan hər bir halda məsuliyyəti öz üzərinə götürməli və öz seçimini özü etməlidir. Təbii ki, burada valideyn məsləhəti də olmalıdır. Bu qərar ümumi olaraq qəbul edilməlidir. Sırf kor-koranə evlənmək olmaz. İndi oğlanlar əsas ona fikir verirlər ki, evlənəcəkləri qız yaşca çox kiçik olmalıdır. Hətta "Gedib, orta məktəbdən qız seçəcəyəm” – kimi ifadələr işlədənlər də çoxdur. Bu sırf cəmiyyətə etibarsızlıqdan irəli gəlir. Düşünürəm ki, bu heç də bizi yaxşı yerə aparıb çıxarmayacaq.

"Düşünürlər ki, xaricdə təhsil alan qız əxlaqlı sayıla bilməz...”

-Axı niyə hansısa bir gənc evliliyini məhz cəmiyyətə hesablayır, qonşu, qohum nə deyər, prinsipi ilə yaşayır? Xoşbəxtliyinin üstündən xətt çəkir? Bu bir psixoloji problem və ya xəstəlikdirmi?

- Son zamanlar Azərbaycanda qadınlar ölkənin hüdudlarından kənarda təhsil almağa meyl edirlər. Bununla da bizim kişilərdə belə bir qəribə kompleks yaranmağa başlayır ki, qız getdi, hansısa ölkədə ailəsinin nəzarətindən uzaq 4 il qaldı, artıq o, əxlaqlı sayıla bilməz... 

Oğlan düşünür ki, mən belə bir qızla evlənsəm, artıq ətrafda, insanlar arasında xoşagəlməz söz-söhbətlət olacaq. Mən bilmirəm ki o, xaricdə nə edib. Halbuki həmin xanım xaricdə öz təhsili ilə məşğul olub. Öz üzərində işləyib, şəxsiyyət kimi formalaşıb. Bu kimi hallar kişilərin şüuaraltında bunu özlərinə sığışdırmamaqları ilə əlaqədardır. 

Bilirsiniz, mənə necə pasiyentlər daha çox müraciət edir? Kişi hansısa bir qadını sevir, amma onunla evlənmir. Ailəsinin ona göstərdiyi qızla evlənir. 6 ay, 1 il keçəndən sonra yenidən sevgi münasibətinə, sevdiyi qadınına qayıdır. Yəni bu insan xoşbəxtliyini tam olaraq evində tapmır. Yenidən birinci münasibətinə qayıtmaq məcburiyyətində qalır. Bununla da ikili həyat yaşamağa başlayır. İkili həyat yaşayanda da onda qorxu, depressiya, həyəcan, apsessiya kimi psixoloji xəstəliklər yaranır. Çünki ikili həyat yaşamaq, heç də kənardan göründüyü kimi asan bir proses deyil. Belə bir bölünmələr, şəxsiyyətin ikiləşməsinin olmaması üçün insan özü seçim etməlidir. Bunun üçün isə sevgi çox önəmlidir. Müəyyən bir müddətdə bir insanı tanımaq, xarakter uyğunluğunun olub-olmadığını müəyyənləşdirmək, daha sonra isə evliliyə qərar vermək lazımdır. Yəni tək sevgi və ya məntiq deyil, sevgi və məntiqin vəhdətindən yaranan evliliklər daha uzunömürlü olur.

"Valideynlərin evliliklə bağlı yaratdıqları uçurumlara övladları düşür”

- Azərbaycanda illərdir yanlış olaraq belə bir fikir formalaşıb ki, valideynlərin xeyir-duası ilə ailə quranların evlilikləri daha uzunömürlü olur. Mən bunu bilirsiniz nəyə bənzədirəm? Evdə oturub, hansısa internet mağazadan onlayn sifariş edirsən. Əşya gələndən sonra keyfiyyətinə, yaxşı və ya pis olmasına isə evinə gələndən sonra baxırsan…

- Haqlısınız. 35 yaşında bir kişinin valideynin seçdiyi qızı alması, onun psixoloji durumunun evliliyə hazır olmamasından xəbər verir. İnsan özünə həyat yoldaşı seçə bilmirsə, burada hansı yaxşı ailə başçısından söhbət gedə bilər? Burada qızıl ortanı tapmaq lazımdır. Yəni valideynlərin də razılığı olmalıdır. Bir insan özünü hamıdan daha gözəl tanıyır. Ailə qurmaq elədir ki, insanlar bir evdə ömürlük yaşamağı planlaşdırırlar. Təbii ki, hər bir insan da necə insanın ona uyğun gəldiyini yaxşı bilir. Sən yuxudan oyananda gözlərini açıb ancaq görmək istədiyin insanı yanında istəyirsən. Onunla hər gün bir evdə yaşamaq, xoş və kədərli günlərini bölüşmək var. Axı necə ola bilər ki, həyat yoldaşın sənin üçün üçüncü bir adam seçsin?! Sənin həyatına başqası necə qərar verə bilər? Bu absurddur! Belə ailə quranlarda təbii ki, boşluqlar olacaq. Uyğunsuzluqla evlənənlərdə sonradan, boşanmalar, ailə daxilində qalmaqllar, münaqişələr yaranır. Necə deyərlər, valideynlərin evliliklə bağlı yaratdıqları uçurumlara övladları düşür.

"Azərbaycanda boşanmaların ən əsas səbəbi intim uyğunsuzluqdur”

- Burada daha bir vacib nüans da var. İki insan evlənməzdən əvvəl bir-birini seksual baxımdan da tanımalıdır. Düşünürəm ki, bu çox vacib məsələdir, yəni hər iki partnyor yataqda bir-birinə uyğun gəlməlidir. Amma mental dəyərlərə görə, Azərbaycanda qadın sevdiyi kişi ilə intim münasibət qurarsa, ona qarşı münasibət yaxşı olmur. Kişi artıq bu qadına ciddi yanaşmır. Hətta qadının ilk dəfə olsa da belə, onunla intim əlaqədə olmasına yaxşı baxmır. Beynində fikir formalaşır ki, bu yaxşı hal deyil. Daha bir məqam da odur ki, cəmiyyətdə qadının nə zamansa sevgilisinin olması da yaxşı hal sayılmır. Hətta "nə zamansa sevgilisi olan qadın əxlaqsızdır” – kimi düşünən kişilər də az deyil. Adətən, bu cür düşüncəli kişilər özündən yaşca çox kiçik qızlarla ailər qururlar. Əsas odur ki, bu qızın keçmişində sevgilisi olmasın… 

- Sizə bir fakt deyim ki, Azərbaycanda boşanmaların ən əsas səbəbi intim uyğunsuzluqdur. Gənclər evlənirlər, amma sonra məlum olur ki, yataqda bir-birinə uyğun deyillər. Seksual uyğunsuzluğu isə əvvəldən müəyyən edə bilmirlər. Çünki Azərbaycanda bakirəlik tabusunun olması hər kəsə məlumdur. Bu tabuya riayiət etməmək isə düzgün sayılmır. Cütlük evlənir. Sonralar seksual uyğunsuzluqla bağlı nəinki öz aralarında, hətta heç yaxınlarına da danışmırlar. Çünki onlar evliliyə qədər çox qısa yol keçiblər. Valideyn məsləhəti ilə evləniblər, bir-birini tanımağa, sevməyə, seksual istəklərini bilməyə imkanları olmayıb. Bundan sonra kişi isə seksual tələblərini kənarda axtarmağa başlayır. Gedir ödəniş əsasında, fiziki istəyini ödəyir. Mentalitetə uyğun olaraq isə qadın heç nə edə bilmir. Bununla da ailədə münaqişələr başlayır. Bir çox qalmaqallı, problemli ailələrin pərdəarxasına baxdığımız zaman bunun altından mütləq uyğun gəlməyən intim həyatlar çıxır. Bu da gətirib, boşanmalara çıxarır.(gun.az)

SEVDA | 23 yanvar 2016 21:23 | Status: Nəzarətçi | Şərh: 17 443
Tələbə vaxtı bir-birimizi görüb bəyənmişik,valideynlərimizin də razılığı ilə ailə həyatı qurmuşuq.şükürlər olsun Allahıma həyatımızda belə bir problemlər yoxdur.
Gələcəkdə də oğlum kimi sevib bəyənəcəksə (əxlaqlı,namuslu) onunla da evlənəcək...
Real Madrid CF | 23 yanvar 2016 16:18 | Status: Qonaq | Şərh: 0
"Azərbaycanda boşanmaların ən əsas səbəbi intim uyğunsuzluqdur”
Bu fikirlə tamamilə razıyam insanlar ailə qurmamışdan qabaq bir müddət birlikdə yaşamalı və hər cəhətdən bir-birini tanımalıdırlar yəni bir müddət sevgili olub birlikdə vaxt kecirməlidirlər."Düşünürlər ki, xaricdə təhsil alan qız əxlaqlı sayıla bilməz...”
Tamamilə yalnış bir fikirdir yəni mən heç belə boş fikirləri olan insanlarla yanaşı durmuram belə düşüncəli insanlar iyiki həyatımda yoxdur.
ESMERRi | 23 yanvar 2016 14:58 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Məsuliyyəti valideynin üzərinə qoymaq onlara daha asan gəlir
Cunku sabah soz sohbety olanda mesuliyyeti boynundan atIb deyecekki meni siz bedbext etdiniz. Bir bawqa sebebide,valideyininin aldIgI qIzi onlarIn yuanInda qoyub ,ozu butun gunu kefde damaqda olacaq. Sozde duwende deyecekki,siz istediniz mende aldIm ki qullugunuzda dursun. Cox vaxda valideyinin dediyi qIzi alIb onlarIn yaninda qoyur(sanki bir qulluqcu alIb)ozu uz tutur xarice(duwunurku esas odu atamIn-anamIn arzusunu yerine yetirdim)
Lumia | 23 yanvar 2016 14:31 | Status: Professional user | Şərh: 5 380
İnsan hər bir halda həyat yoldaşını özü seçməlidir.Xoşbəxt ya bədbəxt olmasından asılı olmayaraq valideynin er ya arvad seçməsi yol verilməzdir.Valideyn sadece meslehet verib yol göstere biler vessalam.Bizim ailede her kes seçiminde serbestdir.Qardaşım subaydır öz heyat yoldaşını özü seçəcək inşalla.Kimi de seçsə qəbulumuzdur subay,boşanmış,oxumuş,oxumamış ferq etmir.Təki qardaşım özünü o qadınla xoşbəxt hiss etsin.Övladını həqiqətən sevən valideyn elə belə də etməlidir.
BULUTUM | 23 yanvar 2016 13:30 | Status: Professional user | Şərh: 7 392
Sevginin gozu kor olur, qula1larida kar.Sonrada itden pesman olurlar acisin cekende ozleri olur.Bezende ana ata secim edir,ya qismet oda alinir ya alinmir.Hamisi ilahinin qismetidi xeyirlisi olsunn teki subaylar ucun.
B.Fereh | 23 yanvar 2016 12:21 | Status: Nəzarətçi | Şərh: 6 978
Oglanlari umumiyyetle evliliye mecbur etmek dogru deyil,isdemediyi qizi alanda ne ozu xowbext olur,ne de qiz.Ailede tekidden bezib evlenen oglanlar da olur.Sirf ata ana mecbur edir,evlenim bawim dincelsin.

Menim subay qardawim var,hele men ona dememiwemki evlen,ay sene bu qizi alaq,anam deyirdi,o da artiq tergidib))Evlenme iwin ozune hevale etmiwik,cunki agli bawinda,fikri tam formalawmiw birisidi,ozu ne isdediyin bizden yaxwi bilir.
O ki,qaldi xaricde oxumuw qiz almirlar filan,mennen hec kim incimesin,amma burda oglanlari qeti qinamiram,cunki onlar rayonnan,kendden gelen bezi qizlarin Bakida ne hoqqadan cixdiqlarin bizden yaxwi gorub bilir,ona gore coxusu oxumuw qiz isdemir,o ki qaldi xaricde oxuyan qiz.

"Iki insan evlenmemiwden evvel,bir birini intim cehetden tanimalidirlar"-Bu fikirnen hec razi deyilem,bu bize uygun mesele deyil,bizim cemiyyet hele buna hazir deyil.Ne oglanlar,ne qizlar,ne de valideynler...
Eziz,Tehmine xanim,aciqlamalara gore cox sagolun,meslehetlerinizin bezisiynen razi olsamda,wexsen sizden gozleyirdimki,alilerde problem olanda aile psixoteropevtine muraciet etmeyi de meslehet bilesiz,amma nedense bele bir meslehetiniz olmadi.
Real Madrid CF | 23 yanvar 2016 12:09 | Status: Qonaq | Şərh: 0
Azerbaycanda mehz bu olkeden sohbet gedir oglanlar daha cox anasinin secdiyi qizla evlenirler yaxud atasinin meslehtine qulaq asirlar en menfi cehetde bundadir insan oz secimin ozu etmelidir ne qadin,nedeki kisi mence aile quranda hec kesin sozune qulaq asmamalidir.
dılay | 23 yanvar 2016 11:22 | Status: Brilliant user | Şərh: 8 185
Məsuliyyəti valideynin üzərinə qoymaq onlara daha asan gəlir
Cunku sabah soz sohbety olanda mesuliyyeti boynundan atIb deyecekki meni siz bedbext etdiniz. Bir bawqa sebebide,valideyininin aldIgI qIzi onlarIn yuanInda qoyub ,ozu butun gunu kefde damaqda olacaq. Sozde duwende deyecekki,siz istediniz mende aldIm ki qullugunuzda dursun. Cox vaxda valideyinin dediyi qIzi alIb onlarIn yaninda qoyur(sanki bir qulluqcu alIb)ozu uz tutur xarice(duwunurku esas odu atamIn-anamIn arzusunu yerine yetirdim)