Həyat tərzi / Maraqlıdır

"Diaqnoz" klinikası uşağı necə məhv etdi? - Şikayət/Fotolar

Banu. | 16-12-2015, 18:58
25 788 23


"Diaqnoz” Tibb Mərkəzinin həkimi Qənbər Qocayev övladımı pis vəziyyətə salıb. Külli miqdarda maddi ziyandan əlavə oğlumun sağlamlığında ciddi problem yaranıb. Artıq şikayət edəcəyim ünvan qalmayıb. Aidiyyat qurumlar isə susur”.

AzadQadin.az xəbər verir ki, bu fikirləri TİA.az-a Diaqnoz Tibb Mərkəzinin həkimi Qənbər Qocayevin səhlənkarlığı ucbatından övladının sağlamlığını itirdiyini iddia edən məcburi köçkün olan Rəşad Bağırov deyib.

O, 7 yaşlı övladının başına gətirilən hadisəni belə izah edir: "Şuşadan məcburi köçkünük. İki övladım var. Biri qız, o biri oğlan. 9 saylı uşaq poliklinikasının sahə həkimi həmişə olduğu kimi uşaqlarımızın ümumi qan analizini tələb etdi. Biz yaxınlığımızda yerləşən "Diaqnoz Tibb Mərkəzi”ndə lazimi analizləri verdik. Həyat yoldaşım – Elnarə Bağırova analizin cavablarını sahə həkiminə təqdim etdi. Sahə həkimi analiz cavablarını görüdükdə çox təəccüblənərək bizi "Dövlət Qanköçürmə İnstitutu”na göndərdi.

Yenidən analizlər verildi. Bu dəfə cavablar tam fərqli çıxdı. Bu səbəbdən "Diaqnoz Tibb Mərkəzi”nin baş həkimi Ələddin Cabbarovun yanına şikayətə getdik. Baş həkim bizə onların klinikasında avadanlıqların müasir və analiz nəticələrinin doğru olduğunu bildirdi. Övladlarımızın hansısa orqanında iltihablaşma baş verdiyini dilə gətirdi. Ə. Cabbarov bizdən ovladlarımızın sağlığında boğazgəlmə olub-olmadığını soruşdu. Bizdə bütün uşaqlarda olduğu kimi bizim övladlarımızda da belə halın olduğunu dedik. Baş həkim Ələddin Cabbarov bizi həmin klinikanın LOR həkimi Qəmbər Qocayevin yanına göndərdi. Q.Qocayev uşaqları müayinə etdikdən sonra Ələddin Cabbarova zəng edərək uşaqların hər ikisində 3-cü dərəcəli adanoidtanzilit olduğunu və hər iki uşaqda təcili əməliyyat aparılmazsa ürək qüsuru yaranacaığını bildirdi.

Biz də Ələddin Cabbarova qohum olduğu üçün inandıq və ilk olaraq oğlumuzun Nihad Bağırzadənin əməliyyata alınmasına razılıq verdik. 02.06.2014-cü il tarixdə oğlum LOR həkimi Qənbər Qocayev tərəfindən "Diaqnoz Tibb Mərkəzi”ndə əməliyyat olundu.Əməliyyatdan bir gün sonra oğlum Nihadı evə buraxdılar. Amma sənədlərdə 5 gün xəstəxanada qaldığı qeyd olunur. Nihadın boyun və boğaz hissəsində çox möhkəm ağrıları var idi.

Əməliyyatın 9-cu günü saat 12-13 arası uşağın ağız və burnundan kəskin qanaxma başladı. Demək olar ki, onu ölümcül vəziyyətdə "Diaqnoz Tibb Mərkəzi”nə çatdırdıq. Önəmli fakt olduğu üçün klinikanın sənədlərində onun qanaxma ilə xəstəxanaya yerləşdirildiyi gizlədilib. Uşağa təcili müdaxilələr olunub, sistem köçürüldü. Vəziyyət ciddi olduğu üçün Nihadı bir gecə xəstəxanada saxlamalı oldular”.

Günlər keçdikcə övladının vəziyyətinin daha da ağırlaşdığını bildirən ata oğlunu təkrar Qəmbər Qocayevin yanına müayinəyə apardığını deyir: "Həkim uşağın xroniki faringit və allergiyası olduğunu söylədi. Bir neçə dərman yazıb bizi yola verdi. Görünür Qəmbər Qocayev işin nə yerdə oluğunu bilir və bu hərəkəri ilə sadəcə vaxt qazanırdı.

Yazdığı dərmanları oğlum qəbul etdi. Ancaq heç bir köməkliyi olmadı. Biz təkrar Qəmbər Qocayevin yanına getdik. O, oğlumuzu müayinə edərkən kiçik pambıq parçasını burnu ilə üfürməyi tələb etdi. Oğlumun tənəffüs yolları bərbad hala düşdüyü üçün təbii ki, üfürə bilmədi. Qocayev uşağın qolundan tutaraq "Get ay bala, sən nəfəs almağı bacarmısan” -deyə itələdi. Yoldaşım Elnarə Bağırovanı isə "Sən necə anasan uşağına nəfəs almağı öyrətmirsən” deyə acıladı. Biz həkim Qocayevin bu davranışlarından şübhələndik və həmin günü yaxınlıqda yerləşən "Baku Medical Plaza”da uzman həkimə müayinə etdirdik. Həkim müayinə zamanı uşağın vəziyyətinin ağır olduğunu söylədi.

Diaqnozu dəqiqləşdirmək üçün bizi "Güvən” kilinikasında başqa bir uzman həkimin yanına göndərdi. Bu həkim də eynilə həmin diaqnozu (nazofarinks stenoz) qoydu. Bundan sonra biz yenidən "Diaqnoz Tibb Mərkəzi”ində oğlumu bu vəziyyətə salan Qəmbər Qocayevin yanına gəlib olanları ona danışdıq. O bizə bildirdi ki, "getdiyiniz həkimlər dünənin uşaqlarıdır, onlar mənim ayağımın altını qazır” deyərək cavab verdi.
Bundan sonra biz övladımın durumu ilə bağlı "Baku Medical Plaza”nın VİP-ində işləyən professor dr. Refiq Çaylanın qəbulundə olduq. O bildirdi ki, Nihad yenidən əməliyyat olunmalıdır. Biz təkrar əməliyyata qərar verdik. 18.08.2014-cü il tarixdə oğlum Nihad Bağırzadə əməliyyata alındı. Bir neçə dəqiqə sonra məni və həyat yoldaşımı təcili həkimin yanına çağırdılar. Refik həkim durumun çox ciddi olduğunu deyərək əməliyyatı yarımçıq saxladığını bildirdi.

Qeyd etdi ki, əks halda uşaq həyatını itirə bilərdi. Həkim dedi ki, bu əməliyyat Azərbaycanda mümkün deyil, yalnız Almaniya və Amerikada olunmalıdır. Refik həkim təcili Qənbər Qocayevi təcili yanına çağırdı. Qocayev tibbi geyimdə "Baku Medical Plaza”nın VİP şöbəinə gəldi. Həyat yoldaşım ona sərt etiraz edərkən Qocayev "narahat olmayın nə lazımdırsa edəcəyəm, qaçmıram ki”-deyib bizi sakitləşdirməyə çalışdı”.
Rəşad Bağırov bildirir ki, oğlu nihadın ölümə hər gün bir az da yaxınlaşdığı səbəbindən başqa yerli və xarici həkimlərə müraciətlər etmək məcburiyətində qalır: "Biz təsadüf nəticəsində Mərkəzi Klinik xəstəxanada çalışan türk professor Burhan Dadaşın qəbulunda olduq. O, oğlumu müayinə etdikdən sonra bu əməliyyatın yalnız Almaniyadan sifariş olunan xüsusi lazer bıçaqlar vasitəsi ilə İstanbulda edə biləcəyini söylədi.

Qeyd edim ki, bu zamana qədər "Diaqnoz Tibb Mərkəzi”nin baş həkimi Ələddin Cabbarovun yanına bir neçə dəfə gedib vəziyyəti danışmışdıq. O, bütün məsuliyyəti üzərinə götürəcəyini və lazım olduğu təqdirdə oğlumun, hətta İsraildə müalicə olunmasına yardım edəcəyini söz verdi.

Sən demə bununla baş həkim bizi sadəcə aldadırmış. Əməliyyatın İstanbulda baş tutacağını Ələddin Cabbarova söylədik. Cabbarov bizi qrup yoldaşı olan Qarayev adına uşaq xəstəxanasında Mahir həkimin və onunla birgə işləyən professor Azər Xudayevin yanına müayinəyə göndərdi. Azər və Mahir həkim Nihadın müayinə etdikdən sonra bizə ölkəmizdə bu əməliyyatı edə biləcək nə həkimin, nə də avadanlığın olduğunu söylədi.

Təcili olaraq xarici ölkələrdən kim təklif edirsə, ora aparmağımızı məsləhət gördülər. Təcili Diaqnoz Tibb Mərləzinin baş həkimi Ələddin Cabarovun yanına gəldik. İstanbulda əməliyyata əlavə xərclərlə birgə 12000 dollar pul lazım olduğunu bildirdik. O, bizə yalnız 1000 manat verə biləcəyini dedi. Dediklərindən geri çəkildiyi ifadə elədi. Çoxlu yalvarışlarımızdan və xahişlərimizdən sonra bizə 3000 manatdan artıq pul verə bilməyəcəyini bildirdi. Zamanın oğlumun sağlamlığının əleyhinə işlədiyini nəzərə alıb pulu götürüb qohumlardan tanışlardan borc alıb İstanbula yola düşdük.

Övladım Nihad Bağırzadə ilyarım ərzində birinci daxil olmaqla 6 əməliyyata alınıb və tərəfimizdən bu vaxta qədər 30000 dollar məbləğində pul xərclənib. Oğlumu növbəti əməliyyat gözləyir. Səhhətindəki problem isə davam etməkdədir”.

Övladının başına gətirilən bəla ilə bağlı R.Bağırov məhkəməyə müraciət edir. Lakin nəticə heç də ürəkaçan olmur. Sonrakı proseslərin belə davam etdiyini diqqətə çatdırır: "Başımıza gətirdikləri hadisəyə, ovladımın sağlamlığına vurduqları ziyana görə Nihadı birinci əməliyyat edən LOR həkim Qənbər Qocayevi, Ələddin Cabbarovu və Diaqnoz Tibb Mərkəzini Xətai rayon məhkəməsinə verdik. 3 aya bitməli olan məhkəmə prosesi hakim Səadət Səlimova tərəfindən 8 ayadək uzadıldı. Təbii ki, bu da qarşı tərəfin xeyrinə olan bir addım idi.

Ekspertiza təyin edildi. Bizi Mirqasımov adına Respublika Klinik xəstəxanasında işləyən lor həkim professor Nazim Hüseynovun yanına göndərdilər. Professor Hüseynov da "Diaqnoz Tibb Mərkəzi”nin verdiyi saxta sənədlər əsasında bizim əleyhimizə rəy verdi. Bizim tələblərimiz nəzərə alınmayan məhkəmə iclaslarında oğlumun sağlamlığına ziyan vuran Qənbər Qocayev və Ələddin Cabbarov iştirak etmədilər.

Yalnız vəkilləri Əli deyilən şəxsdən başqa. 11.11.2015-ci il tarixində hakim Səadət Səlimovanın çıxardığı qərara əsasən Qənbər Qocayevin, Ələddin Cabbarovun və Diaqnoz Tibb Mərkəzinin bu işdə günahı olmadığı qeyd edildi. Bu günə qədər məhkəmə qərarını bizə verməyiblər. Çıxılmaz vəziyyətdəyik. Prokurorluğa, aidiyyatı digər qurumlara etdiyimiz müraciət isə cavab qalıb”.
Məsələ ilə bağlı yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq…
 



Hali | 5 aprel 2016 17:49 | Status: VİP user | Şərh: 484
En yaxwi turkiyede mualice almaqdir
ESMERRi | 9 mart 2016 14:16 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: kiraz mevsimi
Indiki hekimlere inam qalmiyibe hamisi savadsiz iwcilerdir belelerinin mesuliyyetsizliyine gore bawqalari eziyyet cekir.
yap10chik_ | 21 fevral 2016 18:11 | Status: Qonaq | Şərh: 0
bele hekimlerin Allah cezalarin versin.
Janna_1994 | 11 fevral 2016 14:23 | Status: Şərhçi | Şərh: 499
Allah cezasini versin bele kekimlerin savadsizlar
Real Madrid CF | 8 fevral 2016 19:49 | Status: Qonaq | Şərh: 0
Indiki hekimlere inam qalmiyibe hamisi savadsiz iwcilerdir belelerinin mesuliyyetsizliyine gore bawqalari eziyyet cekir.
Ay_Sun | 16 yanvar 2016 13:05 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Belə həkimlərin Allah bəlasını versin....

Amin
sahibə | 24 dekabr 2015 20:45 | Status: Qonaq | Şərh: 0
Sitat: SEVDA
Belə həkimlərin Allah bəlasını versin....

Amin
guldeniz | 17 dekabr 2015 22:01 | Status: Professional user | Şərh: 1 641
Sitat: Gülçin
Allah köməyi olsun...

Bizim həkimlərin çoxusu belədir.
Bir xəstəliyə diaqnoz qoyana qədər iş işdən keçmiş olur...((
SEVDA | 17 dekabr 2015 17:03 | Status: Nəzarətçi | Şərh: 17 443
Belə həkimlərin Allah bəlasını versin....
Narin-Ulker | 17 dekabr 2015 15:10 | Status: Gümüş user | Şərh: 2 749
Caan yazziq uşaq ALLAH insanlarin həyatini hecə sayan savaddsiz həkimlərin bəlasin versin İNŞAALLAH
aysun hesenli | 17 dekabr 2015 12:49 | Status: Şərhçi | Şərh: 95
ne deye bilerem allah komey olsun bu yasa qeder usaq boyut ezab eziyyetle savadsizin biri bu gune qoysun
Əsmər1 | 17 dekabr 2015 11:38 | Status: VİP user | Şərh: 1 584
Sitat: SARAXATUN
Allah komeyi olsun bele hekimleride ozderi kimi hekim umudune qalsinlar xalxin balasini pis gune qoyublar
SARAXATUN | 17 dekabr 2015 10:38 | Status: Professional user | Şərh: 1 529
Allah komeyi olsun bele hekimleride ozderi kimi hekim umudune qalsinlar xalxin balasini pis gune qoyublar
dılay | 17 dekabr 2015 09:41 | Status: Brilliant user | Şərh: 8 185
Alla wefa versin. Alcaqlar bele qalmaz inwallah caninizdan cIxar etdIkleriniz.
Gülçin | 17 dekabr 2015 09:34 | Status: Brilliant user | Şərh: 6 781
Allah köməyi olsun...

Bizim həkimlərin çoxusu belədir.
Bir xəstəliyə diaqnoz qoyana qədər iş işdən keçmiş olur...((
drop | 17 dekabr 2015 09:29 | Status: Gümüş user | Şərh: 2 448
menim qohumumda diaqnoz tibb merkezine getmiwdi boyreyine gore.stend salarken boyreyi ezib yaman gune salmiwdilar.hele arsiz arsiz da demiwdilerki gel davamino eliyek.tebii ki getmediler. Hele pulun da bir miqdarini geri aldilar.bawqa klinikaya uz tutdular.indi yaxwidi.
bawi cixan da cixmayan da hamsi hekim olublar
aaaaaaaaaa | 17 dekabr 2015 09:23 | Status: Qonaq | Şərh: 0
Sitat: Qaracaqiz
Allah sefa versin,o eclaf hekiminde cezasini versin

amin. ele indi o klinikanin reklami getdiyeeee indiki bezi hekimlere pul olsun i fiso. yadimdadi men usaq iken vereme gore iyne vururdular mektebde menimde alergiyam var idi sisirdi qolum meni verem dispanserine gonderdiler sukur problem cixmadi kagiz verdiler ordan ki icaze yoxdur peyvende ama mektebin hekimi mecbur edirdi ki vuraq nediki 5 manat pul alir axir valideynim o pulu verib ama vurdurmurdu
Azeri Fidashka | 16 dekabr 2015 23:26 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
Qaracaqiz | 16 dekabr 2015 22:23 | Status: VİP user | Şərh: 1 882
Allah sefa versin,o eclaf hekiminde cezasini versin
B.Fereh | 16 dekabr 2015 21:46 | Status: Nəzarətçi | Şərh: 6 978
Dehwetdi vallah,yaziq uwaq,Allah komeyi olsun.Bu iwde gunahi olanlar da inwallah cezalarin alarlar.Xaricde hekimlerin bele sehflerinnen sonra licenziyalari ellerinnen alirlar,bir daha hec bir yerde hekim iwdeye bilmir,amma men wexsen hekim taniyiramki,elinde olum olub,doguw zamani nazirlik KIV de infarmasiya yayibki,iwden azad olunub,amma bir muddet sonra yene hemen yerde iwdiyir,ya da gedib evinde qebul edir xestelerin,
Dəniz qızı | 16 dekabr 2015 21:36 | Status: Brilliant user | Şərh: 8 019
Off axşam vaxtı pis oldum lap.
Nuraye | 16 dekabr 2015 21:35 | Status: Qonaq | Şərh: 0
Allah böyükdür.Allah şəfa versin.Amin
Aytekin82 | 16 dekabr 2015 19:58 | Status: Brilliant user | Şərh: 6 588
Offf Allah belanızı versin, şerefsizler, pula göre cana qıyan vehşiler am