Həyat tərzi / Maraqlıdır

Dodaq boyanız, eynəyiniz və qovluğunuz sizin haqqınızda nə deyir?

Jasmin | 10-11-2011, 17:00
2 485 39


Dodaq boyanız, eynəyiniz və qovluğunuz sizin haqqınızda nə deyir?

 

     

Dodaq boyası haqqında nə deyə bilərik?


Televiziya verilişi üçün 9 qadın arasında qadın və kişilərlə işləmək mövzusunda söhbət apardılar. Qadınların yarısı dodaq boyasından istifadə etməli digərləri isə istifadə etməməli idi. Müsahibə aparanların bu mövzu ilə bağlı fikirləri bir mənalı oldu.  Onlarda belə fikir formalaşdı ki,  al-qırmızı  dodaq boyasından istifadə edən xanımlar kişilərə ovçu gözüylə baxır, həm söhbətinin ancaq şəxsi həyatı ilə maraqlanır. Hansılar ki, dodaq rənginin oxşar dodaq boyasından istifadə edir, onlar həmsöhbətinin gözündə bacarıqlı, ciddi və diqqətli iş qadını obrazı yaradır. Dodaq boyasından istifadə etməyən xanımlar isə digərlərinə nisbətən daha çox işində ciddi görünür. Lakin onlar şəxsi həyatında problemləri olan bir qadın effekti yaradırlar. Bu araşdırmada olan qadınların hamısı həm söhbətinin dodaq boyasından istifadə edib-etmədiyinə fikir verib, kişilərin isə yalnız 50 %-i  buna fikir veriblər. Bundan bel bir nəticəyə gəlmək olar ki, qırmızı dodaq boyaları görüş üçün yaxşıdır. Və ya bu moda evində, kosmetik mağazada, ya da gözəllik salonunda işləyən zaman ideal seçim olar. Lakin iş görüşünə gedən zaman isə sadə  (dodaq rəngin bənzər) rənglərdən istifadə etmək lazımdır

 

Eynəyimiz bizim haqqımızda nə informasiya verir??

 

Eynəyi belə dişləmək zamanı uzatmaq istəyini gostərir.

Kütlənin istifadə etdiyi eynək çərçivələri (sadə çərçivələr) həmin insanın daha səmimi və alicənab olmasını göstərir, qeyri-adi çərçivələr isə bunun əksi təsirini bağışlayır

 

Eynəyin üstündən baxmaq qarşındakını qorxutmaq üsuludur


Qovluğumuz nə deyir?


 Qovluğun ölçüsü sahibinin vəzifəsini göstərir. Böyük qovluq götürmək sahibinin hər işin öhtəsindən gəldiyini göstərir. Həcmcə böyük qovluqlardan istifadə  edən insanlar bu işi evlərinə apardığını göstərir. İşi evlərinə aparan insanlar isə vaxtını düzgün bölüşdürə bilməyən adamlardır, bu adamlar işlərinin öhdəsindən düzgün gələ bilməyənlərdir. Nazik qovluq götürənlər isə vəzifəcə yuksək və işçilərinə inanan insanlardır. Qovluğu bir əldə götürmək lazımdır və çalışmalıyıq ki, sol əlimizdə olsun, belə olduqda qarşımıza çıxan insanlarla daha rahat salamlaşa bilərik. Qadınların həm qovluq, həm də çanta götürməsi məsləhət görülmür. Çünki bu zaman onlar orqanizasiyanı yaxşı bacarmayan, işgüzar olmayan qadın obrazı yaradırlar. Heç zaman söhbət edərkən qovluğu həm söhbətinizlə bariyer kimi aranızda tutmayın


Azadqadin.az üçün hazırladı: psixoloq Jasmin

Gulshen. | 23 fevral 2014 19:20 | Status: Qonaq | Şərh: 0
Faydali xebere gore twk
Nigar | 25 dekabr 2013 17:55 | Status: Gümüş user | Şərh: 6 064
tund rengleri sevirem Xebere gore sag olun minnetdaram
Mickey Mouse | 9 iyun 2013 15:15 | Status: Professional user | Şərh: 4 008
Ilk serh menden..