Həyat tərzi / Maraqlıdır

Xarici dili 5 günə öyrənən azərbaycanlı oğlan

Lale Mehrali | 8-11-2011, 12:45
22 386 54

Poliqlot Emin Quliyev: “İtalyan dilini 5 günə öyrəndim… hədəfim 101 dili öyrənməkdir”



Statistikaya görə hazırda dünyada 3000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq üzrədir. Dünyada ən geniş yayılmış dillər bunlardır- çin (1 mlrd), hind (600 mln), ingilis (520 mln mln), ispan (430 mln), türk (300 mln) rus (260 mln), ərəb (250 mln). Ta qədimdən insanlar başqa xalqların dilərini öyrənməyə həvəs göstəriblər. Bu tendensiya əsasən, hakim millətlərin dillərini öyrənmək məcburiyyətindən doğub. XXI əsrdə də durum dəyişməyib. Hegemon dövlətlərin dilləri dünyada daha çox yayılıb.
Elə  insanlar var ki, onlarda dil öyrənməyə anadangəlmə xüsusi istedad olur. Belə adamlar 5-6, hətta 10 dildə mükəmməl danışa danışa bilirlər. Onlara poliqlot deyilir. Amma 10-dan artıq dil öyrənmək isə yalnız çox az sayda insanın reallaşdıra bildiyi işdir. Belə insanlardan Azərbaycanda da var imiş. Müsahibimiz də belələrindəndir.
Eminlə  internetdəki sosial şəbəkələrindən birində taniş olduq. Elə ilk andan diqqət çəkən, çoxdilli yazıları ilə maraq cəlb edən Emin mənim də diqqətimi çəkdi. Bir az söhbətləşdik, məlum oldu ki, Emin də poliqlot dediyimiz insanlardandır. Emin dünya dillərinin öyrənilməsi və araşdırılması ilə məşğul olur. Dediyinə görə, hazırda 25-ci dilin öyrənilməsi ilə məşğuldur. Bəs o bunu necə reallaşdıra bilib? Bu barədə bir az sonra, hələlik qəhrəmanımızın özü haqda verdiyi qısa arayış :

 

- Quliyev Emin Mirzə oğlu, 1977-ci il  dekabırın 4-də anadan  olmuşam. 1985-1995-ci illərdə Bakının Xətai rayonunda yerləşən  56 saylı orta məktəbdə təhsil almışam. 1996-ci ildə Bakı Əmtəəşünaslıq və Kommersiya İnistututuna daxil olmuşam və 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (2000-ci ildə hər iki ali məktəb birləşdirilib) bitirərək  hərbi  xidmətə getmişəm. Xidmətdən qayıtdıqdan sonra “AND” media və yayım şirkətində tərcüməçi kimi  fəaliyyət göstərmişəm. “Animal Planet” adlı sənədli verilişın səs rejissoru və tərcüməcisi olmuşam. Qeyd edim ki, bu proqram ayda 24 dəfə yayımlanırdı.


- Emin bəy, çox sayda dil öyrənmək həvəsin nə zaman və nədən qaynaqlandı?
-Dillərə olan həvəsim 17 yaşında ikən başlayıb, yəni 11 sinifdə oxuyarkən. Bir gün bir dostum “ingilis dilini  bilən şagirdləri 11-ci sinifdən Amerikaya oxumağa aparırlar” dedi. Elə o gündən mən bu dili dərindən, xırdalıqlarına qədər oyrənməyə başladım.  Amma  bir  şeyi hələ də anlaya bilmirəm - Nəyə görə məndə dilləri öyrənməyə aşırı həvəs var  idi? Mən ingilis dilini cəmi 4 aya mükəmməl şəkildə öyrəndim. Həyat çox qəribədir, sabah başına nə gələcəyini bilmirsən. 11 sinifdə mən ingilis dilindən ən aşığı qiyməti alırdım, amma məktəbi qurtarar-qurtarmaz bu dili öyrəndim.


- Bunu etmək üçün fenomenal qabiliyyət və güclü yaddaş tələb olunur, deyilmi?
- Sizə bir sirrimi açım- məndə çox qüvvətli yaddaş var, olduqca qüvvətli. Bəzən özüm də çaş-baş qalıram. Bilirsinizmi niyə? Lap uşaqlığımdan bu yana, bir dəfə gördüyüm kəsi, əşyanı, məkanı, olayı hər xırda detalına qədər xatırlayıram. Dil öyrətdiyim tələbələrim, adi tanışlarım, dostlarım, 10 ildən çox görmədiyim insanların həyatından bəzən elə kiçik detalları özlərinə deyirəm ki, çaşıb qalırlar. Orta məktəbdəki, ali  məktəbdəki, hərbi xidmətdəki və  sair insanların  adı, soyadı, doğum  tarixi  və daha artıq bilgiləri daima yaddaşımdadır.


- Hazırda neçə dil bilirsiniz və hansı səviyyədə?
- Bu  suala birmənalı  cavab vermək olmaz.  Mənim dilləri bilməyim və öyrənməyim başqalarında  olduğu  kimi  deyil. Yəni,  mənim  qeyri-ənənəvi  üsulum  var ki, mən bu üsulla  dayanmadan  bütün  dünya dillərini öyrənirəm və hədəfim rəsmi olaraq 100-dən artıq dil bilib rekord qırmaqdır. Amma rekordu yeniləyəndən sonra dünyadakı bütün dilləri  öyrənmək  istəyirəm. Bilirsinizmi,  dediklərimin absurd görünə biləcəyinin fərqindəyəm. Bilirəm, bizim  cəmiyyət daha tez ön yarğıya əl atır. Yəni, yeni bir şeyi anlamaq və qəbul etmək istəmirlər.
Amma sualınıza cavab olaraq deyə bilərəm ki, hazırda davamlı olaraq 25 dilin araşdırılması və dərindən oyrənilməsi üzərində çalışıram. Dünya dillərinin  ən  önəmlilərini 5 mərhələyə bölmüşəm və ardıcıl olaraq onların hamısı haqda materiallar  toplayıb tədqiq edirəm və hər  birinin araşdırılması ilə bağlı öz üsulumu yaratmaq arzusu ilə yaşayıram. Bildiyim dillər bunlardır:
1.  English
2.  German
3.  French
4.  Italian
5.  Spanish
6.  Portugal
7.  Holland
8.  Norwegian
9.  Swedish
10. Latın
11. Romanian
12. Greek
13. Fars
14. Chinese
15. Korean
16. Japan
17. Bashkird
18. Tatar
19. Arabian
20. Russian
21. Poland
22. Chez
23. Ukrainian
24. Finnish
25.Sanskrit
Bu dillərin 4-nü öz dilim kimi tər-təmiz bilirəm, Qalanlarını isə normal ünsiyyət vasitəsi kimi heç bir çətinlik çəkmədən istifadə edirəm.  Amma təbii ki, nəinki dil, ümimiyyətlə heç nəyi axıra qədər öyrənmək mümkün deyil, bilmədiyim dilləri  də öyrənirəm, bildiyim dilləri də təkrar-təkrar  öyrənirəm. Onu da qeyd edim ki, nəzərdə tutduğum 101 dili öyrənmək üçün ümümilikdə 1800-ə yaxın kitabım var. Dilləri öyrənməkdə heç zaman müəllimim olmayıb. Öz üsulum var və hər zaman da onu  mükəmməlləşdirirəm. Hesab edirəm ki,  insanın  müəllimi daxilindəki  işıq  olmalıdır.


- Dilləri  biri birindən fərqləndirən əsas özəllikləri nədir?
-Bir çox cəhətləri vardır. Tarixinin qədimliyi, keçdiyi siyasi-sosial yolda nə qədər təsirə məruz qaldığı, hansı  dilin onun inkişafında  rol oynaması və s. Bu haqda çox danışmaq  olar. Dilin möhtəşəmliyi ondan ibarətdir ki, zəngin və qədim olsun.


- Daha asan və tez öyrəndiyiniz dil hansıdır?
-İtalyan dili. Onu  məcburiyyət qarşısında qalaraq çox tez öyrənmişəm və hələ də təkmilləşdirməkdə davam  edirəm.  Amma ümumi götürsək, onu 5 günə normal öyrənmişəm. Bir dəfə məndən bir 14 səhifəlik bir mətni  tərcümə  etməyi  xahiş etdilər. Tələbə idim, pula ehtiyacım var  idi. Mətni tərcümə etmək üçün  5  gün vaxtım vardı. Bir  lügət və bir qrammatika kitabı aldım və dili öyrənə-öyrənə həmin mətni tərcümə etdim. Yəni 5 gün içində italyan dilini və qrammatikasını da öyrəndim, həmin mətni də tərcümə elədim.


- Daha çətin öyrəndiyiniz dil hansıdır?
- Bunlar şərq dilləri qrupudur- çin, yapon, tay, koreya və sair.  Hələ də vaxtımın  çox hissəsini alır. Söz yox ki, onları da öyrənəcəm, amma onlar dünyada ən çətin dillərdən hesab edilən  ingilis dilini öyrənməkdən daha artıq vaxt  alır.


- Emin, mütəxəssislər deyir ki, insanda dil öyrənmə istəyi varsa, buna erkən yaşdan başlamalıdır. Sən isə orta məktəbin son sinifində başlamısan öyrənməyə. Bəs necə oldu belə tez uğur qazana bildin?
- Dil öyrənmək vərdişdir. Mən alimlərin “ikinci dili erkən yaşlarından  oyrənmək  gərəkdir”  fikri  ilə razılaşmıram. Ən azından bunu özümdə və tələbələrimdə müşahidə etmişəm. Dil öyrətdiyim tələbələrim 10-50 yaş aralıqlarında olan müxtəlif insanlardır. Xüsusilə qeyd edim ki, 50 yaşlı bir tələbəm qısa müddətə əla nəticə verib. Qısası, dil öyrənmə qabiliyyəti insanda varsa, fərq etməz o neçə yaşında olursa olsun, bu qabilliyyət özünü mütləq göstərəcək.


- Çox dil bilmək dilləri qarışdırmağa səbəb olmurmu?
- Məncə  yox. Çünki hər dili öyrəndiyim zaman fikrim tamamilə o dilin ətrafında dolanır, içində gəzişir. Dərsimi bitirdikdən sonar yenə özüm oluram, öz dilimdə oluram. Amma mənim fikrimcə qarışdırmaq biliyin çoxluğu deyil, psixoloji sorundur. İnsan  bütün  dünya biliklərinə yiyələnə bilər, sadəcə zaman və resurs olsa yetər.


- Bu qədər dil bildiyiniz halda sizə iş təklifləri olmurmu?
- Olduqca çox işlər təklif olunur. Amma mən hələ də öyrənmək fikrindəyəm, düşünürəm ki, biliyimi nə qədər çox inkişaf etdirsəm, o qədər də professional olaram. İşimdə dəqiqliyi sevirəm, bildiklərim mənimdir, bilmədiklərimin dalınca qaçıram. İndi dil öyrətdiyim tələbələrimlə məşğul oluram. Onların da sayı az deyil, yəni özümə də az zamanım qalır.


-Hansı  dili öyrəndiyinizə görə daha çox sevinmisiniz?
-Heç  bir dili oyrənməyə gorə peşman deyiləm, öyrəndiyim dillərin hamısı mənə doğmadır. Zamanla bütün dilləri öyrənmək fikrindəyəm. Amma ingilis dilini oyrəndiyimə görə  çox şadam, çünki məhz bu dili öyrəndikdən sonra məndə dillərə həvəs  yaranıb.


-Ətrafınızda sizinlə bağlı nə düşünülür? Çox dil bilməyiniz başqaları tərəfindən necə qarşılanır?
-Fərqli fikirlər  eşidirəm  daima.  Amma açıq  bir  fikir demək istərdim.  Mən  heç zaman  başqalarının mənim haqqımdakı  fikirləri üçün yaşamamışam. Çünki “sənə başqaları qiymət versin ” fikrinin əleyhinəyəm. Mənim  fikirimcə, səni səndən  başqa heç kim  tanıya bilməz. Elə ona görə də “daima irəli” ideyasi ilə öz işimlə məşğulam.  Dünyada ən böyük  lingvist  olmaq  istəyirəm  və bunun  üçün  çalışıram.


-Başqa nə  kimi məşğuliyyətləriniz var?
-Ədəbiyyati çox sevirəm  və  kitab  yazıram. Hazırda uzərində  işlədiyim 3 kitab və bir də 5 hissədən  ibarət olan silsilə kitabim var. Rəsm çəkməyi də  sevirəm. Həm də musiqi ilə məşğulam, vokalistəm.  “TURAN” adli  bir  müzikl da yazıram. Artıq bitirmək üzrəyəm. Bundan başqa,  özümün klassik estrada janrında “Bakı və Xəzər” adlı albomumu  da yazıram. Albom fəlsəfi  mövzuda olacaq. İşim çox, zamanım az. Tanrının izni və köməyi ilə hamısını bitirəcəyəm.


- Bu qədər çox sayda əcnəbi dili öyrənmək üçün vəsaitləri necə və hardan əldə edirsiniz?
-  Siz də bilirsiniz ki, ölkəmizdə dilləri öyrənmək  üçün kifayət qədər imkan və dərs vəsaiti yoxdur. Kitabları da güc-bəla ilə tapıram, çoxunu xaricdən baha qiymətə gətirdirəm, amma təbii ki, hamısını almağa mənim gücüm yetməz. İndi dilləri öyrənmək üçün praktiki vəsaitlər də dərc edilir.  Onları əldə etmək də çətin olur. Amma mənə kömək olunsa, daha böyük işlər görə bilərəm. Dövlət dəstək versə, öyrəndiyim dillərin sayını artıraram. Qarşıma məqsəd qoymuşam və ona çatacağam- 101 dil öyrənib bu sahədə rekordu Azərbaycana qazandıracam.

 

Lalə Mehralı
aznews.az


ahmetbr | 16 oktyabr 2016 22:42 | Status: Qonaq | Şərh: 0
men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
ESMERRi | 21 mart 2016 18:56 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: buxqalter
vaoo o qeder dil oyrenmek olar goreseb????menimde yaddawim gucludu ama mocuze kimi gelir bu qeder dilde daniwa bilmek
dılay | 6 fevral 2016 00:36 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Nigar
halaldi valla
buxqalter | 20 yanvar 2016 00:42 | Status: VİP user | Şərh: 1 212
vaoo o qeder dil oyrenmek olar goreseb????menimde yaddawim gucludu ama mocuze kimi gelir bu qeder dilde daniwa bilmek
SEVA | 4 avqust 2015 16:30 | Status: Professional user | Şərh: 5 150
halaldi men sevirem xarici dil oyrenmeyi alman dilinde mektebde kecmisem yaxsida oxumusam ama indi istifade etmirem deye demek olarki yaddan cixir(((
ama hal hazirda alt yaziyla o qeder koreya filmlerini izleyiremki demek olarki koreya dilini oyrenirem hetta cox vaxt alt yaziya baxmram))))
Fraulein | 19 yanvar 2015 14:11 | Status: Şərhçi | Şərh: 503
menim mellimim olub
azerin f. | 9 may 2014 19:02 | Status: VİP user | Şərh: 1 068
Sizə bir sirrimi açım- məndə çox qüvvətli yaddaş var, olduqca qüvvətli

sag elin menim basima recourse men tenbel,helede 1 ildir ki,rus dilini oyrenib qurtara bilmirem 0121
Nigar | 16 dekabr 2013 20:17 | Status: Gümüş user | Şərh: 6 063
halaldi valla
Girl | 1 aprel 2013 17:29 | Status: Professional user | Şərh: 8 206

VOUUUUUUUUUUUU

Billurə | 21 mart 2013 14:59 | Status: Professional user | Şərh: 4 892
dogurdanda inanilmazdir)
azeri_oglu | 30 sentyabr 2012 21:26 | Status: Gümüş user | Şərh: 2 243
ananin sudu halalolsun sene
P.S | 30 avqust 2012 23:56 | Status: VİP user | Şərh: 995
halaldi sag eli bizim basimiza
Ayka21 | 26 iyul 2012 13:50 | Status: Yazar | Şərh: 2 770
Halah olsun :n41:
Solnuwka. | 20 iyul 2012 15:10 | Status: Həkim | Şərh: 974
mawallah.respekt vam.dil bilmek cox gozeldir.men ozum de bir nece dil bilirem.
Akif Ehmedov | 20 iyul 2012 15:08 | Status: Qonaq | Şərh: 713
Lalə, bütün insanlara öz ana dillərini, bir də burda yazılmayan insan dilini bilməsini arzulayardım. ...
G-----16 | 20 iyul 2012 15:04 | Status: Gümüş user | Şərh: 2 227
men inanmiram :n28: tesekkurler