Maraqlıdır / Müsahibə

Dietoloq: “Azərbaycanda qadınların 30 faizi ərinin onu atmaması üçün arıqlayır” - Müsahibə

Banu. | 3-12-2015, 08:25
5 565 17
Dietoloq: “Azərbaycanda qadınların 30 faizi ərinin onu atmaması üçün arıqlayır” - Müsahibə

Azadqadin.az Gun.az-a istinadən tanınmış dietoloq Leyla Zülfüqarovanın müsahibəsinu təqdim edir:

- Bir müddət öncə “Sağlam qidalan, arıqla” adlı kitabınız işıq üzü gördü. Azərbaycanda ilk dəfə olaraq belə bir kitabı nəşr etdirmək hansı zərurətdən yarandı?

- Əvvəllər bu haqda çox düşünürdüm. İstəyirdim ki, sağlam qidalanma ilə bağlı kitab yazım. Pier Dükan fransızlar, Canan Karatay isə türklər üçün sağlam qidalanma, pəhrizlə bağlı kitab yazıb. Onların bu kitabları nəinki öz ölkələrində hətta dünyada yaxşı mənada böyük ajiotaj doğurub və artıq çəkidən əziyyət çəkən insanlar üçün çox faydalı resurs olub. Kütləni maarifləndirmək üçün isə ilk növbədə kitabdan başlamaq lazımdır. Bu istiqamətdə mən də Azərbaycan üçün yazmağı düşündüm. Mənim işim insanlara sağlamlıq baxımından düzgün istiqamət verməkdir. Məhz bu baxımdan “Sağlam qidalan, arıqla” adlı kitabım əvəzsizdir. Bir həkimin xəstəsi olmaq üçün müəyyən maddi vəsait də tələb olunur. Uzaqda yaşayan insanlar var ki, qəbuluma gələ bilmirlər. Həmin insanlar kitabımdan bəhrələnə bilərlər.

- Azərbaycanda əksər adamlarda belə bir fikir formalaşıb ki, arıqlamaq üçün ac qalmaq lazımdır. Əslində isə bu fikir kökündən yanlışdır. Necə düşünürsünüz, “Sağlam qidalan, arıqla” kitabı bizdə insanların beynində bu yanlış fikiri dəyişə biləcəkmi?

- Çox gözəl qeyd etdiniz. Əslində, mən bu kitabı insanların qidalanma, dieta ilə bağlı yanlış fikirlərini aradan qaldırmaq məqsədilə yazmışam. Böyük bir toplum sağlam bəslənmənin nə olduğunu bilmir. Müxtəlif yaş kateqoriyasında olan insanların doğru-düzgün qidalanması fərdi və vacibdir. Biz düzgün qidalandıqda xərçəng kimi qorxunc xəstəliyə yoluxmaqdan qorunuruq. Mənim bir şüarım var, nə qədər çox sağlam qidalanarsaq, uzun və sağlam, həmçinin xəstəliklərdən uzaq bir həyat yaşayacağıq. Yəni uzun ömürlü olmaq üçün ilk növbədə qidalardan başlamalıyıq. Bu baxımdan da böyük bir çevriliş etmək lazımdır. İnsanların beyinlərində indiyə kimi formalaşdırdıqları yanlış stereotipləri qırıb, onları düzgün qidalanma ilə tanış etmək lazımdır. Onu da deyim ki, kitabım az sayda tirajlanmışdı, hamısı da satıldı. Hələ də kitabı satışda axtaranlar var. Buradan da belə nəticəyə gəlmək olar ki, insanlarımız “ac” idi.

- Son 15-20 ildə bir çox xəstəliklər gəncləşib. Başda da tibbin qorxulu bəlası olan xərçəng xəstəliyi dayanır. Heç kimə sirr deyil ki, hazırda geni modifikasiya olunmuş qidalardan istifadə edirik. Məsələn, satışda olan “broyler” toyuqlarının davamlı istifadəsi sümük xərçəngi xəstəliyinin potensial törədicisi kimi qiymətləndirilir. Sağlam qidalanma mütəxəssisi olaraq bu haqda siz nə düşünürsünüz?

- Mənim nəzəriyyəmə görə, qidalar o qədər möcüzəvidir ki. İnandırım sizi, qidalara doğru-düzgün yanaşsaq, görərik ki, onların sağaltmadığı xəstəlik yoxdur. Bəşəriyyətin ən qorxunc xəstəlik hesab etdiyi xərçəngin belə, vaxtında müdaxilə edib, düzgün qidalanma ilə qarşısını almaq olar. Çünki xərçəng xəstəliyinin epidemiologiyasına baxsaq, görərik ki, yaranma səbəblərindən biri də məhz hüceyrə tamlığının pozulmasıdır. Uzun ömürlülüyün sirri sağlam qidalanmaqdadır. Bilirsiniz ki, onkoloji xəstəliklərin əsas müalicə hissəsini kimyəvi müalicə təşkil edir. Mən belə xəstələrə çox rahat şəkildə sağlam qidalanma proqramı verə bilirəm. Deməyim odur ki, qida ilə bir çox ağır xəstəlikləri aradan qaldırmaq və ya fəsadlarını əngəlləmək mümkündür.

- Doğrudur ki, insan orqanizminin sağlamlığının 80 faizini qida, 20 faizini isə aktiv həyat tərzi – idman təşkil edir?

- Bəli, bu həqiqətən də belədir. Orqanizmə 20 faiz idman lazımdır. İdman deyərkən isə bədən tərbiyəsi nəzərdə tutulur. Burada da yanlışlıqlar var. İdman deyəndə bəzi insanlar səhv salırlar. Pasient gəlir yanıma ki, idman etdim, arıqlamaq əvəzinə kökəldim. Yaxud da idmanla arıqladım. İdman arıqlama yox, əzələləri çalışdırma proqramıdır. Hər bir insana bədən tərbiyəsi, aktiv, normal həyat tərzi lazlmdır. Bədən tərbiyəsi də orqanizmə özəldir. İnsan orqanizminin gün ərzində əsas ehtiyac duyduğu ilk olaraq mayedir, yəni su, ikinci, qida, üçüncü isə aktiv normal hərəkətlərdir. Qloballaşan dünyada insanlar möcüzə, sehr axtarırlar. Amma inandırım sizi, sehr də, möcüzə də hər birimizin mətbəxində, sağlam qidalanmağımızdadır.

- İndi dəb halını alıb, idmanla məşğul olan hər 5 nəfərdən 3-ü protein tozları qəbul edir. Halbuki, insan proteini ət və süd məhsullarından ala bilər. Ümumiyyətlə, protein tozlarının orqanizmə nə kimi mənfi təsiri var?

- İnsanlar bunu tənbəllikdən edirlər. İdmanla daha çox kişilər məşğul olur. Fiziki baxımdan güclü olan kişilər hər şeyin daha rahatına qaçırlar. Diskomfort hiss etdikləri anda ilk növbədə çətinlikdən qaçmağa can atırlar. Baxın, kişi doğal şəkildə proteini əldə edəcəyi təqdirdə əziyyət çəkəcəyini görür və asan yola əl atır. Bunun üçün də protein tozlarına üz tutur. Düzdür, kişi yeməyi evdə sifariş edə bilər. Amma burada da daha bir məqam ortaya çıxır. Proteini ancaq qida düzgün bişirildiyi halda almaq olar. Dərd ondadır ki, biz düzgün bişirmə elminə sahib deyilik. İllərdir ki, yeməkləri ana və nənələrimizdən öyrəndiymiz qayda ilə bişiririk. Belə demək mümkünsə, boz cəmiyyətdən ayrılmaq istəmirik. Təkrarçılığa qaçan cəmiyyətik. Protein tozları asılılıq yaradır. Toz şəklində olan proteini qəbul edib, sonra isə dayandırdıqda bədən əzələni bərpa edə bilmir. Digər bir tərəfdən isə bu tozların tərkibi heç də ürəkaçan deyil. Mənə görə, bu kimi tozlar geni modifikasiya olunmuş məhsullarla eynidir. Heç kim məni nə iləsə əsaslandırıb, inandıra bilməz ki, protein tozu orqanikdir. Bu tozlar ət qədər oqranik ola bilməz. Hətta ətin belə saxlanma dərəcəsi var. Həmin dərəcədən asılı olaraq, onun tərkibindəki proteinin mənimsənilməsi aşağı düşə bilər.

Ümumiyyətlə, arıqlama ilə bağlı bütün həbləri təhlükəli hesab edirəm.

- Qeyd etdiniz ki, protein tərkibli qidaların düzgün bişirilmə qaydaları var. Bunlar hansı qaydalardır?

- Əti qızardılmış şəkildə yeyəndə onun protein ağırlığını öldürmüş oluruq. Ətin lifləri qalacaq şəkildə qəbul etməliyik. Məsələn, desək ki, əti qaynadın və duzsuz yeyin, buna çox az adam razılaşacaq. Ona görə də ağzının dadını bilən insanlara qrilldə bişirilmiş əti məsləhət görərdim. Yumurtanın ağı saf proteinlə zəngindir. Biz onu qızardıb yeyəndə həmin proteini “öldürmüş” oluruq. Süd məhsulları da proteinlə zəngindir. Əsas odur ki, bu məhsulları düzgün qəbul edəsən. Hətta yağın tərkibində protein var. Məsələn, biz millət olaraq, kərə yağını sevə-sevə yeyirik. Amma onun tərkibindəki proteini məhv edib, sonra qəbul edirik. Səhərlər mütləq şəkildə 20 qram kərə yağı yemək lazımdır.

- Bəs yaxşı, insan orqanizmi üçün gündəlik yağ norması nə qədər olmalıdır?

- Doymamış yağ turşuları, yəni xeyirli yağlar orqanizm üçün çox vacibdir. Az qalsın, bütün bəşəriyyət yağın ziyanından danışır. Amma yağa düzgün münasibət göstərsək, görərik ki, ən təhlükəli xəstəliklərin belə müalicəsində yağ lazımdır. Təmiz tərkibli yağlar xərçəng kimi qorxunc xəstəliyə yoluxmanı önləyir. Doymamış yağ turşuları dedikdə, bura bir çox bitkilərin yağları aiddir. Çərəzlər, qoz, çaytikanı, şabalıd, kətan toxumu və sair yağlar orqanizm üçün əvəzsizdir. Zeytuna ona görə üstünlük veririk ki, bu yağı əldə etmək daha asandır, plantasiyaları çoxdur. Zeytun omeqa 3 və amin turşuları ilə zəngindir. Marqarin və trans yağlardan qaçmaq lazımdır. Dünya qorxunc xəstəliklərdən mübarizə yollarını axtarır. Amma bir tərəfədən də insan orqanizmi üçün ölümlə nəticələnəcək qorxulu ərzaqlar istehsal edilir... Düşünürəm ki, bu baxımdan hər bir insan özü-özünün loğmanı olmalıdır. İnsan orqanizmi üçün gündəlik yağ norması 50 qramdır. Çiy şəkildə 20 qramı kərə yağı da yemək olar.

- 50 qram dediniz, bu rəqəm hər insana görə fərdi olaraq dəyişir yoxsa? Hər bir insanın öz həyat tərzi və aktivliyi var axı.

- Yağ orqanizmin ehtiyac duyduğu maddədir. İnsan 50 qramı almalıdır. Çünki orqanların çalışmasında yağın rolu var. 50 qram yağa təbii ki, hevan mənşəli yağ aid deyil.

- Apteklərdə satılan omeqa 3, omeqa 6 yağlarının həblərindən istifadə halları da çoxalıb. Bu haqda nə deyə bilərsiniz?

- Gündəlik 50 qram yağ normasına 20 qram da omeqa 3 və omeqa 6 daxil edilməlidir. Çünki beyin hüceyrələri bu yağla qidalanır. Əfsuslar olsun ki, cəmiyyətimiz hazır məhsulları sevir. Reproduktiv və hormonal sistemin formalaşmasında bu yağlar önəmli rol oynayır. Niyə biz bu yağları həb şəklində qəbul etməliyik? Olmazmı ki, təbii yolla qəbul edək? Bəzən insanlar deyirlər ki, mən filan qidanı almaq üçün pul tapmıram, yaxud da, portağal şirəsindən müəyyən miqdar vitamini almaq üçün 5-6 ədədini şirə şəklində çəkməliyəm, bu da əlavə xərcdir. Çıxış yolunu da hazır həb şəklində olan vitamin atmaqda görürlər. Qidalanma mütəxəssisi olaraq bildirmək istəyirəm ki, bu fikir kökündən yanlışdır. Bu, tənbəllikdir. Həblərin edə bilməyəcəyini qida edir.

Qidalanmanın çox vacib funksiyası var: ceynəmək. Biz qidanı qəbul edək, orqanizmə can verək, “otursun”. Sonra orqanizm özü lazım olan maddələri istehsal etsin. Təbiət orqanizmimizin tələbatı olan vitaminləri, turşuları və mineralları yetişdirir. Sadəcə, onlardan düzgün istifadə etmək lazımdır. Təbiət o qədər unikaldır ki, ona qarşı xırda bir səhvimizi belə bağışlamır. Buna görə də bizi sağlamlığımızla cəzalandırır. Həb şəklində olan vitaminləri hər hansı bir xəstəlik zamanı orqanizmin vitamin mənimsəməsinin ləng getdiyi zaman qəbul etmək lazımdır. Bəzən çox normal insanların həb qəbul etdiyini görürük. Sən vitamini həblərdən deyil, qidanı çeynəyərək, mənimsəməlisən. Bədən ona lazım olan vitamini metobalizm aparatından keçirib, sintez etməlidir, işlətməlidir.

-Azərbaycanda artıq çəki problemi olan insanlar adətən, dietoloqa müraciət edirlər. Həkim də onu müxtəlif analizlərdən keçirir. Təyinatı üzrə müalicə və pəhriz proqramı tərtib edir. Bir sözlə, piylənmənin səbəblərini axtarır. Necə düşünürsüz, məgər məsələnin psixoloji tərəfləri yoxdur?

- Artıq çəkinin yaranma səbəbləri çoxdur. Bu işə tam yanaşmaq lazımdır. Kökəlməyə endokrin və ginekoloji sistemin pozğunluqları, kişidirsə, uroloji orqanların pozğunluğu və sair səbəblər daxil ola bilər. Təbii ki, burada psixoloji məqamlar da çox önəmlidir. Həddən artıq kilo problemi olan insanların müəyyən qismində demensiya (ağıl zəifliyi-red) problemi var. Düzdür, bu hamıya şamil olunmur. Həddindən artıq çox çəki problemi olan adamlar var ki, bu sindromdan əzyyət çəkirlər. Bu insanın genetikasında heç bir problem yoxdur. Normal uşaqlıq keçirib, sağlam ailəsi var. Ətrafı da sağlamdır. Bəs yaxşı, bu problem necə yaranıb? Piylənmə zamanı yağ toxumalarının orqanizmə verdiyi təhlükələr o qədər çoxdur ki. Heç parazitlər belə orqanizm üçün bu qədər təhlükə yaratmır. Piylənmə zamanı sinir hüceyrələrinin passivləşməsi baş verir. Bunun da nəticəsində şüuraltı mərkəzin tormuzlaşması və sair ola bilir. Arıqlayanda isə bu sindrom aradan qalxır. Təbii ki, bunun üçün də müəyyən zaman lazımdır. Düşünürəm ki, artıq çəki problemi olan insanlar dietoloqla yanaşı, psixoloq məsləhətindən də yararlanmalıdır. Əfsuslar olsun ki, bizdə bu istiqamətdə professionallar yoxdur.

- Kökəlməyə nə kimi psixoloji amillər yol açır?

- Psixoloji amillər müxtəlifdir. Amma daha çox bir məqama rast gəlirəm. Söylədiklərim birmənalı və ya yanıış anlaşılmasın. Kişilərlə heç bir şəxsi qərəzliyim də yoxdur. Amma mənə müraciət edən əksər xanımların hekayələrində “baş rolda” kişilərin olduğunu görürəm. Məsələn, qadın kişinin hansısa hərəkətinə görə depressiyaya düşür və deyir ki, bundan sonra oturdum, yedim... Yəni qadın kişinin ona vurduğu emosional gərginlikdən sonra yeməyə başlayır. Bu zaman da insan beynində aclıq mərkəzi qıcıqlanır. Daha bir məqam, xanım pasient yanıma gəlir. Görürsən ki, qadından çox əri mövzuya qoşulur. Dominantlıq edir və fəxrlə deyir ki, doktor mən arvadımı zibil atmağa belə qoymuram. Burada söhbət 120-130 kiloqram çəkisi olan qadınlardan gedir. Sonra da deyir ki, doktor elə bir proqram yazın ki, yoldaşım qəbulunuza gec-gec gəlsin. Həftəlik proqram tərtib etdiyim halda, həmin kişinin çox böyük xahişlərindən sonra müddəti uzadıram... Ya da görürsən ki, arvadını gətirib, deyir ki, doktor nə işiniz varsa tez edin, mən tələsirəm. Mən də elə olan vəziyyətdə deyirəm ki, o sərbəst insandır, tələsən sizsiniz.


Niyə onu nəyəsə məcbur edirsiniz? Sanki bununla plan doldururlar, həkimə gəldik, analizləri verdin, proqramı aldın, tez gedirik. Belə olan halda iş natamam qala bilər. Bu hansı düşüncədir? Xanımını zibil atmağa qoymayan kişi, onun 120 kiloqrama qədər kökəlməsinə səbəb olur. Belə olan halda həmin qadının hipodinamiya (müxtəlif səbəblərdən fiziki fəаliyyәtin mәhdudlаşmаsı - red) içərisində artıq çəki yığmağı da normaldır. Təbii ki, bir çox qadınlar hansısa kişi ilə yaranan problem fonunda psixoloji sarsıntı keçirir və çəki yığır. Bundan sonra depressiyaya düşür, özünə qapılır. “Oturdum, yedim” – deyir. Təbii ki, bu iş yeməklə məhdudlaşmır. Bu zaman hipotalamus aclıq mərkəzini qıcıqlandırır, hipofiz vəzi böyüməyə başlayır. Beləliklə də insanda bulemiya sindromu yaranır. Bu necə münasibətdir? Axı biz 20-ci əsrdə yaşayırıq, Bütün gün evdə olan evdar qadının işi ancaq xörək bişirmək və yeməkdən ibarətdirsə, onun 120-130 kiloqrama qədər kökəlməsi qaçılmazdır. Bəzi kişilər bunun üçün evə “beqovoy dorojka” alıb qoyur. Bununla da süni şəkildə qadına tənbəlləşməyi öyrədirlər. Zibil atmağa qoymur, amma fitnes zallara yazılmağına razıdır. Sonradan özün etdiyin səhvin qarşısını almaq istəyirsən. Bax, problem bundadır, yanaşma səhvdir. Kişi burada özünü fikirləşir, yəni qadın ona görə gözəl olmalıdır. Yəni hər şey ona görə olmalıdır. Qadının normal parametrlərdə olması ilk növbədə onun haqqıdır, kişinin deyil. Yəni yanıma gələn qadınlarla söhbət edirəm və əksər hallarda görürəm ki, onların hekayələrinin içində kişilərin “rolu” var.

Baxın, qidadan başlayan mədəniyyət bizim ailələrin boşanmasına qədər rol oynayır. Seksual cazibənin azalması kilodan başlayır. Qeyri-sağlam qidalanmanın günahı isə bəzən kişi olur. Yəni kişi xanımına müxtəlif yeməkləri bişirməyi sifariş verir. Həmin yeməyi də gec saatlarda, özü də birlikdə yeyirlər. Bununla da qadın artıq çəki alır. İnandırım sizi, elə qadınar var ki, ona görə arıqlayır ki, əri onu atmasın. Azərbaycanda qadınların 30 faizi “yoldaşım artıq evə gec gəlir, başqa qadınla əlaqəsi var, bilirəm. Məndən vaz keçməsin deyə arıqlamalıyam". Hətta deyirlər ki, çox qısa müddətdə arıqlamalıyam.

- Qadının kilolu olmasının ailə məsələrində bu dərəcə önəmi var?

- Kişi kilolu arvadı üçün yalandan deyir ki, səni belə qəbul edirəm, “sən mənə belə də xoşsan”. Arvad da 120 kiloqramdır... Bu real deyil. Məni inandıra bilərsinizmi ki, hansısa kişi 120 kiloqramlıq qadına baxsın, onun görünüşündən zövq alsın? Mümkün deyil. Bu kişi yalan deyir.

Əslində, bu yanlış yanaşmadır. Mənə müraciət edən pasientlər cəmiyyətin simasıdır. Nəyə görə bizdə xoşbəxtlik hansısa görünüşə görə olmalıdır. Hansısa şkala ilə hesablanmalıdır? Yəni qadın artıq çəkidən əziyyət çəkdiyi halda belə xoşbəxt ola bilər. Burada səhv olan insanların yanlış yanaşmasıdır.

Azeri Fidashka | 17 dekabr 2015 00:05 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
Dəniz qızı | 4 dekabr 2015 21:49 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: gece-gunduz
mence bunu kiməsə görə yox özüvə görə etməlisən mence sağlamlıq üçün artıq cekileri yox etmək lazımdır
ESMERRi | 4 dekabr 2015 21:23 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ay_Sun
Sitat: milashka_167
Buda adam oldu.

0136
fidancik | 4 dekabr 2015 15:38 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Ay_Sun | 4 dekabr 2015 11:36 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: milashka_167
Buda adam oldu.

0136
Nara88 | 3 dekabr 2015 20:52 | Status: Professional user | Şərh: 4 254
cox sukurki kokluye meyilli deyilem)bu ay cekim rekord vurub))cemi 53 kq ))evveller 48-49kq olurdum
guldeniz | 3 dekabr 2015 16:37 | Status: Professional user | Şərh: 1 641
tewekurler
SEVDA | 3 dekabr 2015 15:22 | Status: Nəzarətçi | Şərh: 17 442
İndiyə kimi köklük problemi yaşamamışam.Qadın gərək incə olsun.Mənim yoldaşımın da xoşu gəlmir kök qadınlardan.
sadəcə MƏN | 3 dekabr 2015 13:45 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Vetenperver | 3 dekabr 2015 13:10 | Status: Professional user | Şərh: 6 700
Sitat: miss_universe
MUsahibeni oxumadim uzun idi. bashliga gore yaziram ) Vallah bezi yondemsiz qadinlara gore,kishileri qinamiram .duz edirler teleb etmekle. Saglamliqlarini dushunmurlerse,qoy ele erlerine gore ariqlasinlar.

0140
sahibə | 3 dekabr 2015 12:25 | Status: Qonaq | Şərh: 0
Sitat: gece-gunduz
менце буну кимəсə гöрə ёх öзüвə гöрə етмəлисəн менце саğламлıя üçüн артıя цекилери ёх етмəк лазıмдıр

Duzdu

Sitat: gece-gunduz
mence bunu kiməsə görə yox özüvə görə etməlisən mence sağlamlıq üçün artıq cekileri yox etmək lazımdır
Yagis_Negmesi | 3 dekabr 2015 11:48 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: gece-gunduz
mence bunu kiməsə görə yox özüvə görə etməlisən mence sağlamlıq üçün artıq cekileri yox etmək lazımdır
milashka_167 | 3 dekabr 2015 10:34 | Status: VİP user | Şərh: 1 452
Buda adam oldu.
aaaaaaaaaa | 3 dekabr 2015 10:15 | Status: Qonaq | Şərh: 0
uzun idi oxumadim bezi goz gezdirdim. men saglamliqimdan once yoldasimi dusunurem beli her ne qeder desede bele xosdu ama arada soz atirdaaa 0111
gece-gunduz | 3 dekabr 2015 09:44 | Status: Gümüş user | Şərh: 1 720
mence bunu kiməsə görə yox özüvə görə etməlisən mence sağlamlıq üçün artıq cekileri yox etmək lazımdır
dılay | 3 dekabr 2015 09:26 | Status: Brilliant user | Şərh: 8 184
Bu xanIm daima gulur. Diwleri hemiwe coldedir
miss_universe | 3 dekabr 2015 08:46 | Status: Qonaq | Şərh: 0
MUsahibeni oxumadim uzun idi. bashliga gore yaziram ) Vallah bezi yondemsiz qadinlara gore,kishileri qinamiram .duz edirler teleb etmekle. Saglamliqlarini dushunmurlerse,qoy ele erlerine gore ariqlasinlar.