Həyat tərzi / Maraqlıdır

Bütün qardaşların bir gəlinlə sevişdiyi Tibet — Çoxərlilik “dəb”dədir

Banu. | 13-11-2015, 14:38
2 516 14
Bütün qardaşların bir gəlinlə sevişdiyi Tibet — Çoxərlilik “dəb”dədir

Tibetdə ailə anlayışı ərəb ölkələrindəkinin tam əksidir. Ərəb ölkələrində çoxarvadlılıq normal hal kimi qəbul olunsa da,
Tibetdə çoxərlilik “dəb”dədir.

Tibetdəki qəribə ailə qaydaları ilə bağlı araşdırma aparıb.

Tibet ailələrində qəribə adətlərdən biri çoxərlilikdir. Bu adət Tibet xalqında qədim zamanlardan mövcuddur. Bu, tamamilə iqtisadi səbəblərlə bağlıdır. Məsələ ondadır ki, kasıb ailələr yalnız bir gəlin üçün başlıq pulu verə bilirlər. Ona görə də gəlin ailənin bütün oğlanlarının qadını olur. Tibetdə çoxərliliyin başlıca səbəblərindən biri də ailənin var-dövlətinin bölünməməsi ilə bağlıdır. Çünki belə bölgü bir çox Tibet ailələrinin iflasına səbəb ola bilər.

Belə ailələrdə evin yalnız böyük oğlu nikah bağlayır. Digər qardaşlar isə böyük qardaşının arvadına şərik olurlar. Qardaşların hamısı təsərrüfat işləri ilə məşğul olur və gəlinin onlar arasında “ədalətli” bölünməsi üçün ciddi rejim qurulur. Bunun üçün cədvəl hazırlanır və qardaşlar növbə ilə gəlinin “qonağ”ı olurlar. Bu zaman gəlinlə bərabər olan qardaş digərlərini xəbərdar etmək üçün ayaqqabılarını qapının önündə qoyur.

Belə ailələrdə qayınatanın da oğlunun arvadı ilə münasibətdə olması adi qarşılanır.

Ailədə atalıq məsələsi nadir hallarda müzakirə edilir. Belə ki, uşaqlar ya böyük qardaşınkı hesab olunur, ya da bütün qardaşların uşaqları kimi qəbul edilir. Əgər qardaşlardan biri vəfat edərsə, digərləri yenə də bütün uşaqlara özününkü kimi qayğı göstərir. Ana üçünsə uşağın hansı qardaşdan olması heç bir əhəmiyyət daşımır. Əksinə, qardaşların sayının çox olması uşağa daha çox insanın atalıq edəcəyi düşüncəsi ilə yaxşı hal kimi qəbul edilir.

Əgər evdə balaca qardaşlar varsa, onlar yeniyetməlik dövrünü gözləyirlər və daha sonra gəlinlə nikaha daxil olurlar. Gəlin böyük qardaş üçün orta yaşlarda seçilir. Ailədə oğlanların sayının çox olması həmin ailəni gəlin üçün daha cəlbedici edir. Bu, ailəyə gəlir gətirənlərin sayının çox olmasına dəlalət edir.

Tibetdə çoxərlilik və rahiblərin evlənməməsi qızlar arasında böyük rəqabətə və nikahdan kənar münasibətə müsbət baxmaqlarına şərait yaradıb.

Tibetlilərin daha bir qəribə adəti var. Əgər ailəli olmayan qız hamilə qalarsa, uşağın atası doğumdan iki həftə əvvəl və iki həftə sonra onun ailəsində işləməlidir. Bundan sonra qızın valideynləri oğlana təşəkkür edərək onu yola salırlar. Yeni doğulan körpəni isə digər övladları kimi böyüdürlər.

Daha bir qədim adət isə tibetli qızların qəpiklərdən ibarət xüsusi boyunbağı taxmasıdır. Belə ki, hər bir qəpik qızın sevgilisi tərəfindən ona verilən məhəbbət hədiyyəsini simvolizə edir. Əgər qəpiklərin sayı azdırsa bu, qızın kişilər arasında daha az populyar olduğunu göstərir.
Belə qızların ailə qurmaq şansı çox azdır.

Əcnəbi ilə sevgi yaşamaq isə digərlərinə nisbətən qızlar üçün daha böyük üstünlükdür. Bu sevgi boyunbağıda mərcan rəngli diyircəklərlə əks olunur. Boynunda belə diyircəkləri çox olan qızlar eyni zamanda bir çox ailə əldə edə bilərlər.

Tibetdə bir və ya iki oğlu olan ailə ilə heç kim qohum olmaq istəmir. Belə ailələr yetim və ya heç kimin bəyənmədiyi qızla nikah bağlamalı olurlar.

Gəlinin nə zaman hansı qardaşla münasibətdə olacağına gəlin özü qərar verir. Əgər gəlin qardaşlardan birini heç bəyənmirsə və heç bir zaman onu münasibətdə olmaq üçün çağırmırsa həmin oğlan daha çox çalışaraq qızın diqqətini çəkməlidir. Bu da gəlinin onunla münasibətə girməsi üçün kifayət etmirsə qayınana oğlanı evdən çıxartmaması üçün gəlindən xahiş edir. Bu zaman qayınana gəlin qarşısında diz çökür. Adətən gəlin qaynananın yaşına hörmət edərək oğlanın heç olmasa bir müddət də evdə qalmasına icazə verir. Lakin bəzən gəlin xahişə də əhəmiyyət vermir. Bu zaman həmin qardaş evi tərk etməlidir. Onun qarşısında iki seçim olur: ya monastr, ya da yalnız qida üçün hansısa evdə muzdlu işləmək...\AzNews.az\

  1. milashka_167 | 15 noyabr 2015 22:02 | Status: VİP user | Şərh: 1 452
    Yere girmişler.qeyretsizler
  2. Ay_Sun | 14 noyabr 2015 17:27 | Status: Brilliant user | Şərh: 13 409
    Sitat: Nara88
    arlarini itirib namuslarinida yeyibler

    0140
  3. gece-gunduz | 14 noyabr 2015 17:05 | Status: Gümüş user | Şərh: 1 720
    bunların adətlərinə bax hami beqisdi . başdan xarablar
  4. Dəniz qızı | 14 noyabr 2015 08:42 | Status: Brilliant user | Şərh: 8 019
    Sitat: Cicim İncim
    Bizdə evin 1 oğluna gedən sevinir....
  5. Cicim İncim | 14 noyabr 2015 00:35 | Status: Gümüş user | Şərh: 2 457
    Bizdə evin 1 oğluna gedən sevinir....Bunlarda çox oğula gedən...
    Vallah dəhşətdi...İnanmağım gəlmir, yəni belə adət doğrudan da varmı ??
    Biyabırçılıq , iyrənclik...0119:
  6. birdane | 13 noyabr 2015 22:28 | Status: Professional user | Şərh: 3 727
    vay vay bunlarin adetlerine bax tfu size
  7. Nara88 | 13 noyabr 2015 21:29 | Status: Professional user | Şərh: 4 254
    arlarini itirib namuslarinida yeyibler
  8. Vetenperver | 13 noyabr 2015 21:21 | Status: Professional user | Şərh: 6 700
    Bunların başına daş düşsün qalsınlar altında!Allaha şərik qoşub özlərindən tanrı yaradıllar üstəlikdə iyrənc işlər.Ölsünlər.
  9. SEVDA | 13 noyabr 2015 20:36 | Status: Nəzarətçi | Şərh: 17 443
    çoxarvadlılıq da,çoxərlilik də — ikisi də iyrənc adət-ənənələrdir...
  10. Nergiz love | 13 noyabr 2015 18:34 | Status: Professional user | Şərh: 7 871
    Bularin basi catmir edebsizler
  11. dılay | 13 noyabr 2015 18:12 | Status: Brilliant user | Şərh: 8 185
    Bu ne bele. Eger bu gun bu xeberi ewitmeseydim kar olacaydIm. Dehwet.

    Heyvan heyatI yawayIrlar

    .................
  12. Gulshen. | 13 noyabr 2015 17:32 | Status: Qonaq | Şərh: 0
    harda zulm orda qadin
  13. ŞokaLaTovA PeÇeNyA. | 13 noyabr 2015 17:18 | Status: Gümüş user | Şərh: 2 059
    heşnə demirəm
  14. Moon and android | 13 noyabr 2015 17:14 | Status: Qonaq | Şərh: 0
    Allah saxlasın 0114 bele şey olar exlaqsızlıqdı