Həyat tərzi / Maraqlıdır

Azərbaycanda bəzi qızlar toydan öncə bakirəliyini niyə pozurlar? — ŞOK FAKTLAR

Banu. | 10-11-2015, 15:35
13 436 14

 


 

Müşahidələr göstərir ki, bu gün ailə quran azərbaycanlı gənclər fərqli-fərqli düşüncəyə malikdirlər. Bəziləri sırf XXI əsr düşüncəsilə, digərləri isə "XXI əsr uşaqları”nın təbirincə desək, "keçmişin qalıqları” ilə yaşayır.

 

Azərbaycan cəmiyyətində daşlaşan mental adətə görə, əksər oğlanlar nikaha daxil olarkən ənənələrə sadiq qalan ağıllı, tərbiyəli, əsl ev qızı ilə evlənmək istəyir. Bu zaman oğlanlar üçün xüsusi məsələ qızın bakirəliyidir. Bəli, Azərbaycan mentalitetində gəlin gətirlən qızın toy gecəsinədək bakirə qalması onunla evlənən oğlan, ümumilikdə bəy evi üçün xüsusi əhəmiyyət daşıyır. O dərəcə xüsusi əhəmiyyət ki, gəlinin bakirəliyi ər evi, eləcə də valideynləri üçün həm də təmizlik, saflıq, günahsızlıq, inam, etibar, sədaqət rəmzi anlamına gəlir. 

Vay o günə ki, toy gecəsi gəlin gətirilən qız bakirə çıxmasın... Bu halda ər evi onun gözünün yaşına baxmadan, günahsızlığını sübut etmə cəhdinə qulaq asmadan ata evinə geri qaytarır. Hətta illərlə nişanlı qalan, uzun müddət nişanlısına qovuşacağı anı səbirsizliklə gözləyən gənclər belə, toy gecəsi gəlin bakirə çıxmazsa hansısa güzəştə gedə bilmir, qəti qərar verir: "üzü qara” qız ata evinə qayıtmalıdır. Beləcə toy gecəsi dərhal boşanmalar da gerçəkləşir...  

Belə hallarda el-obanın, qohum-əqrəbanın, tanış-bilişin tənəsilə üzləşən qız evinin vəziyyətini isə təsəvvür etmək çətin deyil.  Bu baxımdan hər bir qız anası üçün övladının "toy gecəsi imtahanı”ndan üzüağ çıxdığı barədə xəbər çox qiymətlidir. Bir sıra hallarda gəlini bəyin gərdəyinə göndərən yengənin qız anasına verdiyi xoşagəlməz xəbərlər hansısa valideynlərin bütün dünyasını alt-üst edir, faciələrə yol açır. 

Bununla yanaşı, müasir düşüncəli müəyyən qisim oğlanlar da var ki, ailə qurduğu qızın bakirə olub-olmadığına ikinci dərəcəli məsələ kimi baxır. Bu qismin üstünlük verdiyi əsas amil, qarşılıqlı anlaşma və bunun fonunda qurulan ailə münasibətləridir. Etiraf edək ki, son vaxtlar milli mentalitetin çərçivələrini aşan belə gənclərin sayı artmaqdadır.

 

Bu sahədə araşdırmalar aparmış "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da  deyib ki, toy gecəsinin bakirəlik məsələsinə birmənalı yanaşılmır:

 

"Mən deməzim ki, bakirəlik məsələsi gündəmdən çıxıb. Məsələ gündəmdədir və gündəmdə olmasaydı, bir çox qızlar nikahdan əvvəlki intim münasibətlərini ört-basdır etmək üçün tibbi müdaxilələrə üz tutmazdılar...
Bakirəliyin bərpa olunması üçün həkimlərə müraciət edən çox sayda qızların olması məhz bunun göstəricisidir.
Odur ki, nikaha girən bəzi cütlüklər əvvəldən öz münasibətlərinə qeyri-səmimi, qeyri-şəffaflıqla başlayırlar.
Yalanlar üzərində qurulmuş nikah isə əksərən uğursuzluqla nəticələnir. Doğrudur, milli mentalitetə görə, bu məsələdə böyük əksəriyyət qızları günahlandırır. Amma oğlanlar da əvvəldən hansısa qadınla münasibətdə olduqlarını gizlədirlər”.

Mehriban Zeynalovanın sözlərinə görə, bəzi qızların nikahdan əvvəlki münasibətlərinin nəticəsini tibbi müdaxilələrlə aradan qaldırmaları və ailə qurduğu oğalana bakirə qismində ərə getməsi həmin nikahın təməlinin yalan üzərinə qurulmasına gətirib çıxarır.

 

Hüquq müdafiəçisi deyir ki, bu barədə insanlara azad seçim imkanı tanımaq lazımdır:

 

"Konkret olaraq nikaha qədər intim münasibətdə olan şəxslər bu barədə məlumat verirsə, seçim qarşı tərəfin özünün öhdəsinə buraxılır. Bu halda dürüstlük nümayiş etdirilməsi arzu olunandır. 
Mən hesab edirəm ki, qızın bakirəliyi deyil, onun şəxsi keyfiyyətlərini, şəxsi faktorlarını üstün tutaraq gənc oğlanın ailə qurması daha dürüstdür”.

 

Hüquq müdafiəçisi hesab edir ki, bakirəlik məsələsi müəyyən normalardır:

 

"Bu normalar hələ ki gündəmdədir. Evlənən şəxslərin evliliyə qədər müxtəlif münasibətlərdə olub sonra ailə qurması yaxşı hal deyil. Özümüzün adətlərimiz, münasibətlərimiz, ənənələrimiz var. Amma bunu tabu etmək də olmaz.
Mən yaşlı qadınlar tanıyıram ki, qız vaxtı zorakılığa məruz qalıb, yaxud sevdikləri tərəfindən aldadıldıqdan sonra atılıb. Yəni müxtəlif səbəbələrdən bakirəliklərini itiriblər. İndiyə qədər baş verənləri gizli saxladıqlarından ailə qura bilmirlər. Bu da faciədir.

 

Əxlaq önəmlidir, amma bakirəliyin pozulmasını faciəyə çevirmək doğru deyil. Əsl faciə tibbi müdaxilə ilə bakirəliyin bərpasıdır.

Əsas məsələ insanın şəxsi keyfiyyətləri, ailədaxili münasibətləridir. İnsanlar hər mənada biri-birilərini tanıyaraq ailə qurmalıdır. Ancaq bakirəliyi faciə etmək, yaxud həyatını buna bağlayaraq yaşamaq da doğru deyil.

Mənim 60 yaşında bibim qızı var, hələ də bakirədir. Bunu özü üçün böyük dəyər hesab edir və fəxr edir. Bu ailə münasibətləri, ailə dəyərləri, insanın böyüdüyü mühitin normalarıdır. Hesab edirəm ki, 60 yaşında tək qalmış bir qızın məhz bakirəliyə görə kişinin onunla evlənəcəyini düşünməsi özü də faciədir.

 

Şəxsən mən tibbi müdaxilə nəticəsində bakirəliyini guya, bərpa etdirərək ailə quran qızları dəstəkləmirəm. Bu, daha böyük faciədir.
Kişinin özünün xarakteri və ailəsini müdafiə etmək bacarığı olmalıdır. Damğa vurulanlarla, boşanmış qadınlarla ailə quranlar da var. Heç kim də bunu faciə hesab etmir”.
M.Zeynalova onunla da razıdır ki, bütün dünyada bakirəlik təmizlik, paklıq göstəricisidir. "Amma bakirə qalıb müxtəlif iyrənc niyyətlərdə olanlar da var. Bu da reallıqdır. Məsələnin mahiyyəti odur ki, nikaha girən şəxslər biri-birilərinə qarşı dürüst olsunlar. İnsan ailə quran zaman özünü nə qədər təmiz, pak saxlayırsa, ailəsi də o dərəcədə pak olacaq.

 

 

Bu gün boşanma səbəblərinə baxdıqda yalanların üstünlük təşkil etdiyini görürük. Çünki bir dəfə yalan, fırıldaq edən şəxsin sonrakı mərhələdə bunu etməyəcəyinə kimsə zəmanət vermir. Müşahidələrimiz bunu təsdqiləyir.
Lakin təmizliyini saxlayanlar hər zaman ailəsi üçün mübarizə aparır. Çünki bu, onlar üçün dəyərdir, normadır. Əsas da psixoloji amillər rol oynaya bilər. Ola bilər ki, kiminsə başına pis hadisə gəlib, hansısa faciə nəticəsində, yaxud da konkret məqamda istəyərək, yaxud istəməyərək bu vəziyyətlə üz-üzə qalıb.
İstənilən halda hər şey qarşı tərəfin diqqətinə çatdırılmalıdır. Mən insanlar arasında münasibətlərin dürüstlük üzərində qurulmasının tərəfdarıyam.
Seçim insanların özünündür. Çox halda bakirəliyi pozulmuş xanımlar bunu gizlədirlər. Belə hərəkət edən qız görmüşəm. Nikahdan əvvəl münasibətdə olub. Tibbi müdaxilə etdirərək başqasına ərə gedib, 2 uşaq doğub və bir müddət sonra ailəsini dağıdıb. Çünki ailə yalan üzərində qurulub”.

Bakirəliyin-qızlıq pərdəsinin cərrahi yolla bərpası tibbdə himenoplastika adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələnlərin sayında artım müşahidə edilir...

Gülşən RAUFQIZI

 



Ay_Sun | 14 noyabr 2015 11:31 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Cicim İncim
Görün nə zamana gəlmişik...Özlərini tikdirib sırıyan qızlarımızın görəsən vicdanı sızlayırmı ?? Bakirə olmaq təkcə qızlıq pərdəsindən ibarət deyil, insanın ruhu bakirə olmalıdır...Yazıq belələrini alanlar ...Onlar nə bilsinlər ki bakirə saydıqları ömür -gün yoldaşları neçəsinin əlindən keçib..

Duzdur canim
guneshg | 12 noyabr 2015 21:29 | Status: Qonaq | Şərh: 0
salam ag gelinlik gerek temiz adla geyinesen temiz namusla

Sitat: milashka_167
Sitat: Cicim İncim
Görün nə zamana gəlmişik...Özlərini tikdirib sırıyan qızlarımızın görəsən vicdanı sızlayırmı ?? Bakirə olmaq təkcə qızlıq pərdəsindən ibarət deyil, insanın ruhu bakirə olmalıdır...Yazıq belələrini alanlar ...Onlar nə bilsinlər ki bakirə saydıqları ömür -gün yoldaşları neçəsinin əlindən keçib... (İstisnalar da var əlbət)

men taniyiram wexsen elesini iraq ele adamlardan
idealist | 12 noyabr 2015 20:17 | Status: Qonaq | Şərh: 0
Sitat: Angel91
Bir onu bilirəm ki Allah tayini tayina yazır. Ozunu tikdirib siriyan qiz ) demeli oglan ele ona layiqmish) oglan kordu ele exlaqda birini alir. Azerbaycan boyuk olkə deyilki, araşdırsaq hami bir birynen qohum chixir. Evlenmemishden qabaq arashdirsinda, kim olub deye. Uzunun goychekliyine baxıb alirlar , ele bil uzun de yemek yeyecekler)

alah oldum gulmekden uzunde yemek yeyecekler alah seni saxlasin sen daha dehset dedine

ele ona gore qalmisamda evde bidene qiz tapa bilmirem ki mende evleneme nezere alin ki men oglanam hele )))) men evlene bilmiremse demek veziyet cox cetindir ozlerini tikdirib hmm yamandi indi gel burda saxta ile temizi ayird elede pay dedonen atalar demisken pay dedonen ))))

yadima o vaxtlar dusende deyirem heyif o vaxtlar indi adam qorxur qizla tanis olmaga deyirsen biorden bruslinin emisi qizi zad cixar adamda sag yer qoymaz )))))
milashka_167 | 12 noyabr 2015 17:23 | Status: VİP user | Şərh: 1 452
Sitat: Cicim İncim
Görün nə zamana gəlmişik...Özlərini tikdirib sırıyan qızlarımızın görəsən vicdanı sızlayırmı ?? Bakirə olmaq təkcə qızlıq pərdəsindən ibarət deyil, insanın ruhu bakirə olmalıdır...Yazıq belələrini alanlar ...Onlar nə bilsinlər ki bakirə saydıqları ömür -gün yoldaşları neçəsinin əlindən keçib... (İstisnalar da var əlbət)
Meley... | 11 noyabr 2015 16:06 | Status: VİP user | Şərh: 696
menmde evmde iki qiz boyuyur qz anasyam ne deyeceymi bele sasram
axi bunu nece eder insan vicdan deylen sey yoxdumu hec
bucur islerin arxasnda dayanan vaxtiyle bucur hereket etmis ana dyanar basqa sozum yox
Vetenperver | 11 noyabr 2015 15:43 | Status: Professional user | Şərh: 6 700
Sitat: Cicim İncim
Görün nə zamana gəlmişik...Özlərini tikdirib sırıyan qızlarımızın görəsən vicdanı sızlayırmı ?? Bakirə olmaq təkcə qızlıq pərdəsindən ibarət deyil, insanın ruhu bakirə olmalıdır...Yazıq belələrini alanlar ...Onlar nə bilsinlər ki bakirə saydıqları ömür -gün yoldaşları neçəsinin əlindən keçib... (İstisnalar da var əlbət)

0142 Afərin
dılay | 11 noyabr 2015 14:42 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Nurus.
Sitat: dılay
Bu oglanlarIn iwi yaman cetin olacaq. En yaxwI qoyun qIzlari ananIz secsin. SIze layIq olanI onlar bir baxIwdan tanIyacaqlar

xeyr xanim sizinlə razi deyiləm..o ne demekdi ananiz secsin?agilli qizlarin nə gunahi var o zaman,oglanlar sevirem adi ilə istifade edib qizi yoldan cixarir,qizin qururu ilə oynayib sonrada anasinin istediyi qizla ailə qururlar..Olanda o qiza olur....Bunu Allah bagislamaz...Əgər oglanin sevdiyi qiz varsa,onu atib anasinin istediyi qizla evlenmesine duzgun baxmiram..

XanIm biri birilerini sevenler evlenib xowbext olsunlar. Menim bir sozum yoxdur onlara. Men iki ogul anasI olaraq bu sozlerI yazdIm. Allah seni sevdiyinle xowbext etsin. Sizinde oglunuz evlenmek yawIna catanda yeqin menim kimi duwunersiniz.
Angel91 | 11 noyabr 2015 10:43 | Status: Qonaq | Şərh: 0
Bir onu bilirəm ki Allah tayini tayina yazır. Ozunu tikdirib siriyan qiz ) demeli oglan ele ona layiqmish) oglan kordu ele exlaqda birini alir. Azerbaycan boyuk olkə deyilki, araşdırsaq hami bir birynen qohum chixir. Evlenmemishden qabaq arashdirsinda, kim olub deye. Uzunun goychekliyine baxıb alirlar , ele bil uzun de yemek yeyecekler)
Vetenperver | 11 noyabr 2015 09:27 | Status: Professional user | Şərh: 6 700
Allah lənət eləsin toydan qabaq cinsi əlaqəyə girən qızları.Əxlaqsızlar!Özlərini tikdirib bir ailəyə sırıyırlar,dünyanın ən böyük yalanını həyata keçirdirlər.Məndə Mehriban xanıma müraciət edib deyirəm qızların bu əməlinə göz yummasın,qızlıq pərdələrini bərpa edən tibbi müəssisələri bağlatdırsın və belə qızlarında başına ağıl qoysun.
Heç bir ata ana istəməzki gəlinləri bakirə olmasın!
Nurus. | 11 noyabr 2015 01:33 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: dılay
Bu oglanlarIn iwi yaman cetin olacaq. En yaxwI qoyun qIzlari ananIz secsin. SIze layIq olanI onlar bir baxIwdan tanIyacaqlar

xeyr xanim sizinlə razi deyiləm..o ne demekdi ananiz secsin?agilli qizlarin nə gunahi var o zaman,oglanlar sevirem adi ilə istifade edib qizi yoldan cixarir,qizin qururu ilə oynayib sonrada anasinin istediyi qizla ailə qururlar..Olanda o qiza olur....Bunu Allah bagislamaz...Əgər oglanin sevdiyi qiz varsa,onu atib anasinin istediyi qizla evlenmesine duzgun baxmiram..
SEVDA | 10 noyabr 2015 23:37 | Status: Nəzarətçi | Şərh: 17 442
Bu cür əməliyyatlara qadağa qoyulsa yaxşı olardı.
Cicim İncim | 10 noyabr 2015 22:34 | Status: Gümüş user | Şərh: 2 457
Görün nə zamana gəlmişik...Özlərini tikdirib sırıyan qızlarımızın görəsən vicdanı sızlayırmı ?? Bakirə olmaq təkcə qızlıq pərdəsindən ibarət deyil, insanın ruhu bakirə olmalıdır...Yazıq belələrini alanlar ...Onlar nə bilsinlər ki bakirə saydıqları ömür -gün yoldaşları neçəsinin əlindən keçib... (İstisnalar da var əlbət)
dılay | 10 noyabr 2015 21:45 | Status: Brilliant user | Şərh: 8 184
Bu oglanlarIn iwi yaman cetin olacaq. En yaxwI qoyun qIzlari ananIz secsin. SIze layIq olanI onlar bir baxIwdan tanIyacaqlar
gece-gunduz | 10 noyabr 2015 21:39 | Status: Gümüş user | Şərh: 1 720
onsusda bəziləri kefin surur sora gedib tikdirib ərə gedir deyir ki bakirexyem