Maraqlıdır / Müsahibə

İlhamə Quliyeva: "Nazpərinin məşuqunun adı ..." — MÜSAHİBƏ

Banu. | 5-11-2015, 09:22
11 961 21
İlhamə Quliyeva: "Nazpərinin məşuqunun adı ..." — MÜSAHİBƏ


"Sakit adlı məşuqu Nazpəriyə villa tikdirir, o villanı sökdürəcəyəm"

Xalq aritsti İlhamə Quliyevanın həmkarı Flora Kərimova haqda səsləndirdiyi fikirlər mətbuatın əsas müzakirə mövzularından birinə çevrildi. Ardınca Flora Kərimova açıqlama verdi və şübhəsiz ki, bu da səs-küysüz ötüşmədi. Amma bu müsahibədə sənətkar təkcə sözügedən məsələ barədə danışmayıb. Nazpəri Dostəliyeva ilə məhkəmə çəkişməsinə də toxunub, vaxtilə deputatlığa namizədliyini verməsindən də, ona qarşı edilən haqsızlıqlardan da...

Xalq artisti İlhamə Quliyeva ilə qısa müsahibəni təqdim edirik.

- İlhamə xanım, bir neçə gün öncə həmkarınız Flora Kərimova barədə səsləndirdiyiniz fikirlər qarşı tərəfdən birmənalı qəbul olunmadı...

- Mənim üçün bu həyatda Flora adlı adam yoxdur. Sadəcə, mənim mədəniyyətimdən, böyüklüyümdən irəli gəlib ki, verilişin aparıcısının suallarına cavab vermişəm. Öz mədəniyyətimi, böyüklüyümü göstərmişəm. Amma yer üzündə bir Flora qala, bir mən, ömründə barışıq söhbəti ola bilməz. Çünki biz başqa-başqa qurumların adamlarıyıq. Mən öz qurumumun şəxsiyyətiyəm, onun da öz dəstəsi var. Bu insan ömründə dönüb ağıllı adam ola bilməz.

- Flora xanım açıqlamasında bildirib ki, siz bir zamanlar onun övladları barədə nəsə demisiniz. Belə bir şey olubmu?

- Dünyada anamın ruhu kimi müqəddəs heç nə yoxdur. Allahıma, anamın ruhuna and olsun, heç nə deməmişəm. O, şər-böhtan atır. Heç vaxt heç kimin övladına heç nə deməmişəm, demərəm də. Ananın nankor olmağının övlada heç bir aidiyyatı yoxdur. Flora unutmasın ki, o, mənə böyük bir məhkəməni uduzub və üç min manat cərimə olunub. Fikrimdə tutmuşdum ki, o cəriməni bağışlayım.

- Fikrinizdən daşındınız?

- Bəli, indi qəpiyinə kimi həmin məbləği ondan alacam, hələ onun canını da alacağam, gözünü də çıxardacağam. Övlad söhbəti bir bəhanədir. Flora getsin, ağlına dua yazdırsın.

- Bəs Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?

- Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.

- Yerdə qalan 15 min manatı bağışlamağınız mümkün deyil?

- Onun kimi adamlara bir qəpik də bağışlamaram. Bir adamın canını almaq istəyirsənsə, onun əlindən pulunu al. O bir parça dilini rahat qoysaydı, bu məsələlər də ortaya çıxmazdı. Nə onu, nə Floranı bağışlamıram. Günahları var, cərimələri var, qəpiyinədək alacağam. Nazpəri mənə bütün məhkəmə instansiyalarını uduzub. Bu adam Ali Məhkəmənin qərarını saymır. O nə karədir ki, Azərbaycanda yaşaya-yaşaya dövlətin qanunlarını saymır? Məgər bu ölkədə dərəbəylikdir? Necə olur ki, Novxanıda üç mərtəbəli bağ tikdirə bilir? Pulu yoxdursa, necə tikdirir? Hansı məşuqu o bağı tikdirirsə, cəriməni də o ödəsin. Qurtardı!

- Bəlkə barışıq...

- (sözümü kəsir - İ.V) Bu qədər söz-söhbətdənsə, alçalmaqdansa, gətirib pulu ödəsin. Məşuqu Sakit adlı adamdır. Əgər məşuqu o pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm. İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm.

- İlhamə xanım, mən bilən Nazpəri Dostəliyevanın villası var idi.

- Hazırda o villada tikinti gedir. O villanı sökdürəcəyəm. Çünki həmin villa Nazpəriyə qanunsuz tikilir.

- Açıqlamalarınızda bildirmişdiniz ki, artıq taclarımdan imtina etmişəm. Bu nə ilə bağlıdır?

- O taclar mənə rəsmi şəkildə təqdim olunub. Mən həmin tacları rəsmi tədbirlərdə taxmalıyam. Amma indi taxmıram, qoy taxanlar taxsın, ya da gedib hərə öz papağını başına qoysun. Tac da mənimdir, kreslo da. Hələ ki taclarımı taxmayacağam. Həmin mükafatı dövlət tərəfindən aldığıma görə, borcumdur ki, rəsmi tədbirdə taxım.

- Bir çox sənətkarlarımız var ki, həm də deputatdırlar. Məsələn, Zeynəb Xanlarova hazırda Milli Məclisin üzvüdür. Bu il növbəti parlament seçkiləri olacaq...

- Mən arzu edirəm ki, Zeynəb xanım bir daha millət vəkili seçilsin, ömrünün sonunadək millət vəkili olsun. O, dəyəli və böyük sənətkardı, özünə də sənətinə də hörmətim sonsuzdur. Biz dostuq, bir-birimizin xətrini çox istəyirik, dövlət tədbirlərində tez-tez görüşürük, telefon ünsiyyətimiz də var. O, mənim dostumdur, hər adamla dostluq edə bilməz.

- Siz də namizədliyinizi verəcəksiniz?

- Heç vaxt. Onsuz da millətin nümayəndəsiyəm, bəzi millət vəkilləri mənim gördüyüm işləri görə bilmirlər. Mən onsuz da millət vəkili səviyyəsində olan insanam. Öz layihələrim var. 4-5 il əvvəl cənab prezident mənə demişdi ki, sənədlərini hazırla, millət vəkilliyinə namizədliyini ver. Dedim çox sağ olun böyük insan, sizə çox minnətdaram. Bir dəfə namizədliyimi verdim, keçdim də, mənə qurğu qurdular da, cəzasını çəkdilər də. Adam bir dəfə palçığa batar. Mən xalqımın millət vəkiliyəm. Birinci dəfə millət vəkili seçildim və onun mandatı indiyədək mənim evimdədir.

- Namizədliyinizi haradan vermişdiniz?

- 2000-ci ildə seçkilərə qatıldım. Günorta saat üçdə artıq deputat seçilməyim dəqiqləşmişdi. Sadəcə nankor, haram insanlar axşam saat 7-də mənim bülletenlərimi yandırdılar. Səhərədək yazıb-pozub, özlərinə iş qurdular və cəzalarını da çəkdilər. Haramı yemək olmur ki...

- Hansı dairə idi?

- Yasamal rayonunundan namizədliyini vermişdim, bu rayonun sakiniyəm. Hamı da bilir ki, beş nəfər namizəddən ən çox səs toplayanı mən idim. Onsuz da millət vəkillərinin görə bilmədiyi işləri mən görürəm.//Ölkə.Az

Angel91 | 7 noyabr 2015 13:38 | Status: Qonaq | Şərh: 0
QOcaldiqca agli topuguna gedir
esma inci | 6 noyabr 2015 23:28 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Cicim İncim
Onsuz da bu danışanda ciddiyə almıram...Boş-boş danışır da..Nə qədər danışır danışsın...
Cicim İncim | 6 noyabr 2015 15:53 | Status: Gümüş user | Şərh: 2 456
Onsuz da bu danışanda ciddiyə almıram...Boş-boş danışır da..Nə qədər danışır danışsın...
birdane | 6 noyabr 2015 13:29 | Status: Professional user | Şərh: 3 726
BUNUNDA IWI GUCU YOXDU HEC KIMI BEYENMIR ELE MEN MEN DEYIR
Nurus. | 6 noyabr 2015 01:25 | Status: Brilliant user | Şərh: 6 982
Işləri peseleri bir birini qirmaqdir..Axi niyə belə edirlər bilmirem?...Hərkəz oz yasina gore hereket etse mence daha yaxsi olar..Ilhamə xanima yarasdirmiram bu hərəkəti..
Ayan huseynzade | 6 noyabr 2015 01:08 | Status: Qonaq | Şərh: 0
Ilhame xanim besdirde onu bunu mehkemeye verdiz sizin yawiniza ne de bawiniza yarawmaz mehkeme qapilarini gezmek.O dunyanizi duwunun o dunyada nece cavab vereceksiz?Allah her weyi gorur kim haqdi kim nahaqdi.Allah özu verecek cezalarini.Ilhame xanim cox kinli qadindi.Indi eliniz her yere catir deye bu kasib fagirlari ezib kecmelisiz?Allah rehmlidir sizde boyukluk edin rehmli olunki Allahda size hemiwe yar olsun.Mehriban,Flora,Nazperi gunde birini mehkemeye verirsiz axi onlarda insandi onlarida seven var.Caliwin mehriban olun.Allah gunahlarinizi bagiwlasin.Amin
Narin-Ulker | 5 noyabr 2015 22:16 | Status: Gümüş user | Şərh: 2 748
Sitat: dılay
Buna o dunyada "qayIb"yazIrlar. Getmirki getmir
nigi | 5 noyabr 2015 21:21 | Status: Qonaq | Şərh: 0
ay da bu 3 lu bezdiribee qoca arvadlarsiniz gedin pturun evinizde ibadet edin belke gunahiniz azala yoxsa soz savasina cxiblar
Meley... | 5 noyabr 2015 20:15 | Status: VİP user | Şərh: 696
Sitat: Vetenperver
Ay Allah bu İlhamədən nə qədər zəhləm gedir!Floradanda zəndi zəhləm gedir.Nazpəridə məlum məsələdir necə övladlarını xaricdə oxutdurb.Üçüdə əxlaqdan kənar qadınlardır.İlhamə ondan bundan danışır amma özünün keçmişi lap biabırçı gündə olub.

0127
SEVDA | 5 noyabr 2015 19:23 | Status: Nəzarətçi | Şərh: 17 439
Denən sənin camaatla nə işin var???
gece-gunduz | 5 noyabr 2015 13:16 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: Simruq
Neyime gerekdi ozleri biler ..Kimsenin wexsi isine qarismagi soz demeyi xoslamiram ..Allah bilir haminin her isini ..Ozleri biler ..
M-MEINU | 5 noyabr 2015 12:26 | Status: Şərhçi | Şərh: 131
Werh yazmiyim,menida verer mehkemeye
guldeniz | 5 noyabr 2015 12:10 | Status: Professional user | Şərh: 1 641
Sitat: Simruq
Neyime gerekdi ozleri biler ..Kimsenin wexsi isine qarismagi soz demeyi xoslamiram ..Allah bilir haminin her isini ..Ozleri biler ..
Nergiz love | 5 noyabr 2015 11:45 | Status: Professional user | Şərh: 7 871
Sitat: ESMERRi
Bunun başı tam xarab oıub yeqin qulluqçusunun verdiyi dərmanlar indi təsir edir 0105

Tocna
dılay | 5 noyabr 2015 11:05 | Status: Brilliant user | Şərh: 8 183
Buna o dunyada "qayIb"yazIrlar. Getmirki getmir
Nilay | 5 noyabr 2015 11:03 | Status: Qonaq | Şərh: 0
Neyime gerekdi ozleri biler ..Kimsenin wexsi isine qarismagi soz demeyi xoslamiram ..Allah bilir haminin her isini ..Ozleri biler ..
milashka_167 | 5 noyabr 2015 10:35 | Status: VİP user | Şərh: 1 452
Dunyanin menden acigi gelir menimde bundan
ESMERRi | 5 noyabr 2015 10:11 | Status: Brilliant user | Şərh: 5 378
Bunun başı tam xarab oıub yeqin qulluqçusunun verdiyi dərmanlar indi təsir edir 0105
Vetenperver | 5 noyabr 2015 09:54 | Status: Professional user | Şərh: 6 700
Ay Allah bu İlhamədən nə qədər zəhləm gedir!Floradanda zəndi zəhləm gedir.Nazpəridə məlum məsələdir necə övladlarını xaricdə oxutdurb.Üçüdə əxlaqdan kənar qadınlardır.İlhamə ondan bundan danışır amma özünün keçmişi lap biabırçı gündə olub.
Əsmər1 | 5 noyabr 2015 09:53 | Status: VİP user | Şərh: 1 584
Səninki 1000 dənədi Mağıl naspəridə bi dənədi
BULUTUM | 5 noyabr 2015 09:25 | Status: Professional user | Şərh: 7 387
Yawli bawli qadinsan bes olmadimi.Bes seninkilerin adini kim ceksin.