Həyat tərzi / Maraqlıdır

Seçkidən narazı qalan Elza Seyidcahan od püskürdü: “Mənə sui-qəsd etmək istədilər "

Banu. | 2-11-2015, 08:37
2 588 13
Seçkidən narazı qalan Elza Seyidcahan od püskürdü: “Mənə sui-qəsd etmək istədilər "


“Bugünkü seçkilərdə çox böyük saxtakarlıqlar oldu. Səsverməyə gələn bir nəfər qutuya 5, digəri isə 10 seçki bülleteni atdı. Din xadimləri gördüm ki, barmaqlarına boya vurmadılar ki, dəstəmaz almışıq”. Bunu 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd, müğənni Elza Seyidcahan səsvermənin nəticələri ilə bağlı açıqlamasında bildirib. Azərbaycan qanunlarına inandığını deyən müğənni səsvermə zamanı aşkarladığı qanun pozuntularının MSK tərəfindən araşdırılacağına əmin olduğunu deyib:

“Bu gün məntəqələrdə mənim müşahidəçilərimə təzyiqlər edildi. Hətta onlara rüşvət təklif olundu. Çox nöqsanlar oldu. Amma hamısını açıqlamaq istəmirəm. Bütün saxtakarlıqları qeyd etmişəm. Buna baxmayaraq, məntəqə sədrləri baş verən nöqsanlara göz yumdu. İnanıram ki, bu saxtakarlıqlar araşdırılacaq. Mən MSK-dan xahiş edəcəyəm ki, bülletenlər orada sayılsın və bu böyük qanun pozuntusu aradan qaldırılsın. MSK qanun pozuntuları barədə ölçü götürəcək, necə ki, mənim imzalarımı saxtalaşdırmışdılar. Əks halda bəstəkar və incəsənət xadimi kimi yaradıcılığımdan çox sınacağam. Şabran-Siyəzən camaatı deyirdi ki, biz sizə səs verəcəyik, amma qutudan Tahir Süleymanovun səsi cıxacaq. Bizi niyə incidirsiz? Elə də oldu. Mən MSK-nın ədalətli hüququna güvənib bura gəlmişəm”.

Exit-polun 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Tahir Süleymanovu elan etməsi məsələsinə gəlincə, Elza Seyidcahan : “Exit-polların gedib-gələn nəfəsləri də yalandır. Mən bu yola gəlməyimə təəssüflənirəm, bir tərəfdən də peşiman deyiləm. İnanıram ki, millət vəkili seçiləcəyəm. Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov öz iddiasına çatmaq üçün, dövlətin adından istifadə edərək deyir ki, biz bura göndərilmişik. Amma mən buna inanmıram. Onların saxtakarlıqlarının qarşısı alınacaq. Haqq öz sözünü deyəcək. Bu dairədən bütün səsləri mən toplamışam. Prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Nazirliyinə, Mərkəzi Seçki Komissiyasına məktublarla müraciətlər etmişəm. Bildiyimə görə rayonun məktəblərində qapalı iclaslar keçirilib ki, Tahir Süleymanova səs verməyənlər işdən kənarlaşdırılacaq. Buna baxmayaraq, bütün insanlar mənə səs veriblər. Onlar ağlaya-ağlaya qalıblar. Ona görə də Məzahir Pənahovun bu məsələdə ədalətli qərar verəcəyinə inanıram. Etibar Heydərov sadə insanlara təzyiq göstərib. Hətta o mənim müşahidəçilərimi otağa apararaq onlara bildirib ki, qutuları dəyişdirməliyik. Elza Seyidcahan bizdən deyil. Bura Tahir Süleymanov göndərilib. Bu nə deməkdir? Tahir Süleymanov millət vəkilliyini özəlləşdirib. Onun sağlamlığı da buna imkan vermir. Hətta seçicilər də etiraf edirlər ki, 15 il ərzində onlar bu millət vəkilini ümumiyyətlə görməyiblər”.

Müğənni onu da əlavə edib ki, təbliğat-təşviqat kampaniyası dövründə ona bir neçə dəfə sui-qəsd hazırlanıb:

“Məni bir ay ərzində ancaq izləyiblər. Bütün avtomobillər məni izlədiyi üçün bir neçə dəfə az qala maşın altına düşüm. Dəfələrlə qəzalardan sövuşmuşam. Azərbaycan demokratik ölkədir. Bizim qanunvericiliyimizin şəffaflığı qorunur. Əfsuslar olsun ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Etibar Heydərov kimilərin qorxusu altında qanunlar pozulur. Mərkəzi Seçki Komissiyasından böyük ümidlərlə cavab gözləyirəm”.
//Cebhe.info

ALLEGRETTO | 9 noyabr 2015 16:35 | Status: Gümüş user | Şərh: 2 218
Millisiz məclisə baxanda elə Elza xanıma deptatlıq yaraşardı .. zatən milli məclisdə millilik bir şey yoox boş boş adamlardır bu sayta üzvü olan insanların əksəri o deptat seçdirlənlərdən çoox daha savadlı dünya görüşlü məncə .
Ay_Sun | 9 noyabr 2015 16:28 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: SEVDA
Ölkəmizdə doğru-düzgün nəsə olur ki...
Nə isə..

Duzdur
Nara88 | 3 noyabr 2015 20:56 | Status: Professional user | Şərh: 4 252
bu insana men nenormalni kimi baxiram,buda namizedlikden danisir(dagil ey dunya
buxqalter | 3 noyabr 2015 12:09 | Status: VİP user | Şərh: 1 212
Sitat: ehtibar
ged mahni oxu sen ne qanirsan namizedliyi

bir milli meclis qalib elzasiz.oranida delixana eleseydi rahatlanardi
milashka_167 | 2 noyabr 2015 21:49 | Status: VİP user | Şərh: 1 452
Sitat: Simruq
Pis oldum insandida oda dusunubki qalib geler ..Allah hec kesi getdiyi yolda yarida qoyub pesman etmesin ..

Duzdu
ESMERRi | 2 noyabr 2015 18:36 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: MasumAşk
Sitat: dılay
Elza alInmadI. Elza senin bir mahnIn var e, :-Arzuya bax sevgilim ha,ha,ha Tellerinden incemi ha,ha,ha. O mahnIya qulaq as sakitlew.

0140
MasumAşk | 2 noyabr 2015 16:31 | Status: Şərhçi | Şərh: 241
Sitat: dılay
Elza alInmadI. Elza senin bir mahnIn var e, :-Arzuya bax sevgilim ha,ha,ha Tellerinden incemi ha,ha,ha. O mahnIya qulaq as sakitlew.

0140
SEVDA | 2 noyabr 2015 16:18 | Status: Nəzarətçi | Şərh: 17 437
Ölkəmizdə doğru-düzgün nəsə olur ki...
Nə isə..
Nilay | 2 noyabr 2015 15:21 | Status: Qonaq | Şərh: 0
Pis oldum insandida oda dusunubki qalib geler ..Allah hec kesi getdiyi yolda yarida qoyub pesman etmesin ..
ehtibar | 2 noyabr 2015 14:20 | Status: Gümüş user | Şərh: 2 547
ged mahni oxu sen ne qanirsan namizedliyi
Nergiz love | 2 noyabr 2015 12:15 | Status: Professional user | Şərh: 7 871
Muqisen kimsen bilmirem ama senin dovlet isleriyle isn olmasin sen cani.i
gece-gunduz | 2 noyabr 2015 11:38 | Status: Gümüş user | Şərh: 1 720
heyf milli məclis elzasis olacaq
dılay | 2 noyabr 2015 10:52 | Status: Brilliant user | Şərh: 8 182
Elza alInmadI. Elza senin bir mahnIn var e, :-Arzuya bax sevgilim ha,ha,ha Tellerinden incemi ha,ha,ha. O mahnIya qulaq as sakitlew.