Həyat tərzi / Maraqlıdır

Evlənmək istəyənlər, bu xəbəri mütləq oxysun!

Aytekin82 | 1-06-2015, 19:30
1 635 6


Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. 

Qanuna əsasən, nikaha daxil olmaq barədə ərizəyə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə olunur.

AzadQadın.az City TV-yə əsasən xəbər verir ki, dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı nikaha daxil olmaq istədikləri ərizə ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına verməlidir. Nikah, nikaha daxil olmaq istəyən şəxslərin ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlana bilər.

Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.

Bütün tibbi müayinələr pulsuz həyata keçiriləcək

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.
Beləliklə, nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da veriləcək.

Tibbi müayinənin nəticələri arayışda əks etdilməyəcək

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir. Lakin həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Hansı halda nikah etibarsız sayıla bilər?

Nikaha daxil olan şəxslərin bilməli olduğu qaydalardan biri də nikahın etibarsız sayılması halıdır. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, 2014-cü ilin dekabrında prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqda qanunu təsdiqlədikdən sonra nikahdan əvvəl tibbi arayışın tələb olunması qanuniləşib. Qanun bu il iyunun 1-dən qüvvəyə minəcək.


SEVDA | 2 iyun 2015 16:39 | Status: Nəzarətçi | Şərh: 17 439
Evlenmek isteyenler oxusunlar....
Ag Gul | 2 iyun 2015 14:01 | Status: Professional user | Şərh: 4 333
Xəbər mənə aid deyil tşəkkürlər
Sariwka1 | 2 iyun 2015 09:03 | Status: VİP user | Şərh: 1 774
Sitat: BULUTUM
Evlenenimiz yoxdu.Subaylar oxusun.
Nagizade.Leyla | 2 iyun 2015 01:37 | Status: VİP user | Şərh: 1 321
Xəbərə görə tsk
Sunay Elizade | 1 iyun 2015 20:16 | Status: Gümüş user | Şərh: 2 156
xebere gore twk
BULUTUM | 1 iyun 2015 20:08 | Status: Professional user | Şərh: 7 387
Evlenenimiz yoxdu.Subaylar oxusun.