Həyat tərzi / Maraqlıdır

Ölümü xəbər verən mirvari haqqında bilinməyənlər

Gulshen. | 4-05-2015, 23:51
22 141 22

 
 
Mirvari təkcə gözəl görünüşünə görə deyil, mistik xüsusiyyətinə görə də insanların, xüsusilə qadınların diqqətini cəlb edir. Ta qədim zamanlardan mirvari xoşbəxtlik daşı sayılır. İnci  sahibinə arzu və istəklərini həyata keçirmək imkanı verir.
 Keçmiş inanclara görə, mirvari sevinc, var‐dövlət gətirir, bir sözlə xoşbəxtlik talismanı sayılır. Elə buna görə də subay qızlara mirvaridən hazırlanmış zinət əşyaları istifadə etmək məsləhət görülür. Mirvari qaşlı üzük insanı əliəyrilikdən, düşünülməmiş, düzgün olmayan addımlar atmaqdan çəkindirir, sevgidə sadiqliyi qoruyur.
 
Qədim dövrlərdən başlayaraq Azərbaycanda mirvari ilə işlənmiş müxtəlif zərgərlik məmulatları və mirvari boyunbağılardan istifadə edilib. Mirvarinin bir sıra xüsusiyyətləri onu digər daş-qaşlardan fərqləndirir. Mirvari odun istisindən sıradan çıxır və saralır. Rütubət mirvarinin suyunu qaçırır. O, bəzək əşyası olmaqla yanaşı, insanın ürəyinə qüvvət verir, ürək tutulmasına və sıxıntılarına son qoyur, boğazdan gələn qanı kəsir.
 
Bu qiymətli daşın özəlliklərinə, onunla bağlı maraqlı hadisələrə toxunmazdan öncə, Publika.az-ın "Mücrü” layihəsində incinin yaranmasından, növlərindən, hansı məkanlarda daha çox tapılmasından, yetişdirilməsindən bəhs etmək yerinə düşər.
  
İnci yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. Məhz bu keyfiyyətinə əsasən, əsrlər boyu təbii mirvarilər baha qiymətə təklif olunub. Düzdür, süni mirvarilər peyda olandan sonra ucuzlaşma müşahidə edilsə də, təbii mirvari hələ də öz yerini və qiymətini qoruyur.
 
Təbii mirvari, adətən, dəniz midyalarının, şirin su molyusklarının, bəzən də ilbizlərin qabıqlarının daxilində əmələ gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adıçəkilən heyvanları qıcıqlandıraraq şirə buraxmasına səbəb olur. Şirə isə müəyyən zaman müddətində kənar hissəciyi əhatə edərək mirvari əmələ gətirir. Təbii mirvarilərin özü də iki yerə bölünür: dənizdə və şirin suda, çayda yaşayan canlılardan əmələ gələnlər.
 
Onu da qeyd edək ki, təbii mirvarilər arasında ən diqqətçəkəni, bahalısı gümüşü və gümüşü‐yaşıl çalarlı mirvarilərdir. Bu mirvarilərə az rast gəlinir. Təbii mirvarilərin ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcuddur. Yetişdirilmiş mirvarilərin parıltısı isə bir az sönük olur.
 
Nəsirəddin Tusi «Cəvahirnamə» əsərində mirvarinin  növünü təsvir etmiş, rənginə və başqa xüsusiyyətlərinə görə, on bir adı göstərilmişdir. O yazır: «Mirvarinin soğan kimi qabığı vardır. Onun yaxşı və ya pis olmasını üç əlaməti ilə bilmək olar:
 
1. Rəngindən;
2. Görünüşündən;
3.Kiçiklik və ya böyüklüyündən».
 
Müasir dövrdə isə mirvarini qiymətləndirmək məqsədilə  əsasən, yeddi şərt müəyyənləşdirilib:

 
Rəng, parıltı, sədəf qatının qalınlığı, forma, təmizlik, ölçü, çeşid.
 
Qəm-qüsssəni unutduran inci
 
Nəsrəddin Tusi yazır: «Mirvari sevdadan doğan qorxunu və ürək döyüntülərini ortadan qaldırır. İnsanın əhvali‐ruhiyyəsini yüksəldir. Qəm və qüssəni unutdurur. Boğazdan gələn qanı saxlayır. Göz xəstəliklərinin müalicəsində də ondan istifadə edilir...»
 

Әsrlər boyu sadə insanlardan tutmuş imperatorlara, krallara qədər hamının diqqətini cəlb edən mirvari, litoterapiyanın da metodları sırasında özünə layiqli yer tutub. Hələ qədim dövrlərdən litoterapiyaya mirvarinin ürək xəstəliklərinin dərmanı olması məlum idi.
 
Litoterapevtlər kəskin ürək ağrıları zamanı kiçikölçülü mirvarini dilin altında saxlamağı məsləhət görürdülər. Mirvari ağrıları götürür, ürək döyüntülərini, aritmiyanı sakitləşdirir, itirilmiş gücü bərpa edirdi.
 
Bəzi iddialara görə, mirvari insanı cavan saxlayır, seksual həssaslığı artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan başqa, onun beyin xəstəliklərində, zəhərlənmələrdə kömək etdiyi də məlumdur.
 
İncidən göz sinirlərinin və başqa göz xəstəliklərinin müalicəsində, həmçinin «toyuq korluğu»nda da istifadə olunur. Litoterapevtlər bildirirlər ki, mirvari görmə itiliyini artırır. Əksər göz xəstəliklərinin müalicəsində mirvari tozundan və ya suda həll olunmuşundan istifadə edilir. O gözün işığını artırır, görmə qabiliyyətini yaxşılaşdırır.
 

Bundan başqa, bu qiymətli daş qanı təmizləyir, onun al‐qırmızı rəng almasına səbəb olur. Mirvari insanı qorxudan, stressdən qorumaqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxusuzluğu, miqreni, babasili müalicə edir. Ondan böyrək, qaraciyər, öd xəstəliklərində də istifadə olunur. Dişlərə parıltı verir, ağızdan pis qoxunu uzaqlaşdırır.
 
Mirvari hamilə qadınlar üçün də çox faydalıdır, ana bətnində dölü qoruyur.
 
Yüksək temperatur zamanı effektli vasitədir. Şəkərli diabet xəstələrinə, astma tutmaları zamanı da çox köməyi olur. Allergik reaksiyalarda müsbət təsiri var.
 
Orta əsrlərdə anemiyası olan uşaqlara mirvari tozu qatılmış süd içirdirdilər. Mirvarini əzib toz halına salıb isti suda həll edirlər, ondan şərbətə, müxtəlif məcunlara qatırlar. Ondan gündə 3-4 dəfə və hər dəfə də 15-20 qram qəbul edirlər ki, bu da ürək tutmalarına və sıxıntılarına kömək edir, habelə ürəyi qüvvətləndirir. Onun qəbul edilməsi adamın əhval-ruhiyyəsini qaldırır.
 
Qədim hind təbabəti isə möhkəmləndirici vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıldığı suyu içməyi məsləhət görür. Bunun üçün xırda mirvarilər gecədən suya qoyulmalıdır. Belə hesab olunur ki, bu su orqanizmdə maddələr mübadiləsini tənzimləyir, kəskin göz xəstəliklərində, soyuqdəymədə, endokrin, qadın xəstəliklərinin müalicəsində yararlı sayılır.
 
Yaponiyada apteklərdə toz halında mirvari satılır və buna tələbat böyükdür.
  
Yetişdirilmiş mirvarilərin zərgərləri qane etməyən hissələri Cənub‐Şərqi və Cənub‐ Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi istifadə olunur. Müasir dövrdə hazırlanan dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.
 
Başqa bir inama görə, mirvarinin rənginin tutqunlaşması onun sahibinin ağır xəstəliyə düçar olmasına, yaxud da tezliklə öləcəyinə dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki, xəstə insanların istifadə etdiyi mirvari sürətlə sıradan çıxır, parıltısını daha tez itirir. Әgər mirvari qəfildən xarab olmağa başlayırsa, dərhal sağlamlığınızın qeydinə qalın.
 
Qara mirvari qadına bədbəxtlik gətirir
 
Bəzi inanclara görə, mirvari ailəli adamlara yaxşı təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkələrdə gəlin bəzəyi kimi mirvaridən istifadə olunur. Qədim Romada təzə evlənənləri mirvari boyunbağı ilə sarıyırdılar. Bu, ər‐arvad sadiqliyinin simvolu sayılırdı.
 
 
Çində gəlinin baş geyimindən sapa düzülmüş mirvari asırlar ki, gəlinin üzü görünməz olur. Bundan başqa, üzərində mirvari gəzdirən insanlar lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara qoyur, səhvini düzəltməyə çalışır. Bununla belə, qara mirvari depressiya, hüzn, darıxdırıcılıq gətirir. Gənc qadınlara onu taxmaq məsləhət deyil. Deyilənlərə görə, qara mirvari gəzdirən qadınlar tez dul qalırlar.
 

Qiymətli daş‐qaşlar arasında mükafat şəklində təqdim olunanı da mirvaridir. Hələ qədimdən Romada kvadriqlərin (iki təkər üzərində dörd ata qoşulu antik araba) yarışında qalib üçqat mirvari boyunbağı ilə mükafatlandırılırdı. Çingiz xan dönəmində mirvari var‐dövlət, hökmdarlıq, əzəmət, qüvvət simvolu idi.
 
Qeyd etdiyimiz kimi, digər zinət əşyalarından fərqli olaraq, mirvari 100–150 il olduğu kimi qalır, sonra sıradan çıxır. Әslində, inci, mərcan, sədəf, çanaq üzvi maddədir. Odda yana, insan bədəninin hərarətindən, tər və çirkdən vaxt ötdükcə sıradan çıxa bilər. Sirkə və naşatır kimi kəskin qoxulu maddələr mirvarini yeyir, tərkibində kalsium karbonat – 91%, üzvi maddə – 4%, su – 4% və müxtəlif maddələr 1%‐dir.
 
Tədqiqatçılar, zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki, mirvarinin tez «qocalmaması» üçün ondan daim istifadə etmək lazımdır.

 
Mirvarini günəş altında tutmaq məsləhət deyil. Çünki isti onu sıradan çıxarır. İnsan bədəninin hərarəti də onu xarab edir. Kosmetika, saç lakı, tər, çirk, buxar, yağ, müşkün kəskin qoxusu mirvariyə ziyandır. Mirvarinin korlanmaması üçün onu səliqəli taxmaq, ara‐sıra təmizləmək lazımdır. Duzlu su və sabunla yumaq məsləhət görülür. Bundan başqa, mirvarini paltarın üstünə taxanda rəngi solmağa başlayır.
 
Deyilənlərə görə, yuxuda mirvari görmək gələcək uğurlardan xəbər verir. Yuxuda mirvaridən düzəldilmiş hədiyyə almaq isə var‐dövlətə işarədir.

ESMERRi | 22 aprel 2016 18:27 | Status: Brilliant user | Şərh: 5 376
[quote=ESMERRi][quote=nurlana nurlana][quote=gunay 2]o qeder xosum gelirki mirvariden ama yoxdu mende :sad:[/quote][/quote]

[quote=dılay][quote=Gulya2676]MAraqlı melumata göre teşekkürler[/q

....M.......mm..mmm..........m.m...[/quote][/quote]
ESMERRi | 25 yanvar 2016 18:18 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: nurlana nurlana
Sitat: gunay 2
o qeder xosum gelirki mirvariden ama yoxdu mende sad


[quote=dılay][quote=Gulya2676]MAraqlı melumata göre teşekkürler[/q

....M.......mm..mmm..........m.m...[/quote]
dılay | 29 noyabr 2015 19:35 | Status: Brilliant user | Şərh: 8 182
[quote=Gulya2676]MAraqlı melumata göre teşekkürler[/q

....M.......mm..mmm..........m.m...
Rüzgarım | 4 aprel 2015 02:24 | Status: Qonaq | Şərh: 0
Teşekkürler
nurlana nurlana | 4 aprel 2015 00:04 | Status: Gümüş user | Şərh: 1 949
Sitat: gunay 2
o qeder xosum gelirki mirvariden ama yoxdu mende sad
Ay_Sun | 3 aprel 2015 14:22 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: perishka2
Mən mirvarini xoşlayıram.

Mende.
Gulshen. | 3 aprel 2015 09:21 | Status: Qonaq | Şərh: 0
Redəktəyə görə Gunayıma çox təşəkkurlər. Öpürəm canımı 0109
boris arxan | 3 aprel 2015 01:09 | Status: Professional user | Şərh: 4 783
Sitat: perishka2
Mən mirvarini xoşlayıram.
gunay 2 | 2 aprel 2015 21:11 | Status: Qonaq | Şərh: 0
o qeder xosum gelirki mirvariden ama yoxdu mende sad
Gülçin | 2 aprel 2015 20:24 | Status: Brilliant user | Şərh: 6 778
Mirvari, həm də, kübarlıq rəmzidir..
Təşəkkürlər, Gulya.
Dəniz qızı | 2 aprel 2015 17:55 | Status: Brilliant user | Şərh: 8 015
Mən mirvarini xoşlayıram.
gulnar 2 | 2 aprel 2015 16:29 | Status: Şərhçi | Şərh: 313
Melumata göre tew
Ag Gul | 2 aprel 2015 15:53 | Status: Professional user | Şərh: 4 333
Sitat: Gulya2676
MAraqlı melumata göre teşekkürler
SEVDA | 2 aprel 2015 15:52 | Status: Nəzarətçi | Şərh: 17 437
Melumatlara göre twk...
lady sweet | 2 aprel 2015 15:48 | Status: Gümüş user | Şərh: 1 880
cox maraqli xeberdi hevesle oxudum teşekkurler :)

cox maraqli xeberdi hevesle oxudum teşekkurler :)
Gulya2676 | 2 aprel 2015 15:47 | Status: Gümüş user | Şərh: 2 586
MAraqlı melumata göre teşekkürler
lady sweet | 2 aprel 2015 15:46 | Status: Gümüş user | Şərh: 1 880
cox maraqli xeberdi hevesle oxudum teşekkurler :)
SARA55 | 2 aprel 2015 15:00 | Status: Qonaq | Şərh: 0
mirvari sevirəm özüdəki qızılla olanı varımdı xaricdən almışam çox baha aldım ancaq dəyər görənlər valeh olur çox bəyənirlər təşəkkürlər
SARAXATUN | 2 aprel 2015 13:17 | Status: Professional user | Şərh: 1 528
Men yox anam amma cox sevir iki duzum almiwam anam ucun

Men yox anam amma cox sevir iki duzum almiwam anam ucun

Men yox anam amma cox sevir iki duzum almiwam anam ucun

Men yox anam amma cox sevir iki duzum almiwam anam ucun
Nara88 | 2 aprel 2015 13:03 | Status: Professional user | Şərh: 4 252
gozlere xos gorunsede, mirvari taxmagi xoslamiram,tskler
Lumia | 2 aprel 2015 12:54 | Status: Professional user | Şərh: 5 378
Qara mirvarini cox sevirem,amma eslini.Day bizim dukanlarda mirvari adi ile satilan plasmas muncuqlari yox.
BULUTUM | 2 aprel 2015 12:26 | Status: Professional user | Şərh: 7 386
Mende var idi subay vaxti qurdladi nedi saraldi dewildi.yeqin ki,temiz mirvari deyil.Indi yoxumdu.temiz mirvari hec tapilmirda.

Mende var idi subay vaxti qurdladi nedi saraldi dewildi.yeqin ki,temiz mirvari deyil.Indi yoxumdu.temiz mirvari hec tapilmirda.