Həyat tərzi / Maraqlıdır

Mən sənsiz ölmədim, məni bağışla...

Banu. | 5-03-2015, 17:56
27 415 35
Mən sənsiz ölmədim, məni bağışla...


Ötən ilin sentyabr ayında avtomobil qəzasında dünyasını dəyişən “Türküstan.net” saytının redaktoru Fuad Abdurahmanlının həyat yoldaşı Lalə xanım, o məşum günlə bağlı yaşantılarını 6 aydan sonra qələmə alıb.


AzadQadin.az Türküstan qəzetinə istinadən həmin yazını təqdim edir:

Gecənin qaranlığı idi. Qəflətən şimşək çaxmağa başladı... Göyün üzünü qara buludlar aldı. Hələ yağış başlamamışdı. Heç özünün də bilmədiyi qara bir hiss bütün düşüncələrinə hakim kəsilmişdi. Sanki göy üzündəki qara buludlar yavaş-yavaş onun qəlbinə dolurdu. Hələ olacaqlardan xəbəri yox idi.

Başını qatmaq üçün kitab oxuyurdu. Daim həyat yoldaşını fikirləşirdi. Uzaq yola çıxanda həmişə ondan nigaran qalardı. Bu gün də həmin günlərdən biri idi. Ondan xəbər gözləyirdi, çünki hələ də sonuncu mesajına cavab yazmamışdı. “Görəsən, niyə yazmır? Yəqin maşında yuxuya gedib, axı o uzaq yol gedəndə həmişə mürgüləyir” – deyib özünə təsəlli verirdi. Hərdən qara fikirlər onu rahat buraxmırdı. “Yox, ona heç nə olmaz!”

Bu düşüncələr timsalında qəflətən qaynanası Gülnarə ananın telefonu zəng çaldı. Ağlına pis fikir gəlmədi, yəqin bir tanışıdır deyib keçdi. Əslində isə hər şey başqa cür idi. Zəng edən yoldaşının xalası idi. Soruşurdu ki, bu gün Fuad Şəkiyə yola çıxıb? Fuad adını eşidən kimi ayağından yer qaçdı. Bütün bədəni titrədi. Sanki bayaqkı narahat düşüncələrin, qəribə hisslərin cavabını tapırdı. Evdə bir-bir hamıya zənglər gəlməyə başladı... Hamı Onu soruşurdu. Ürək çırpıntıları get-gedə artmağa başladı. Deyəsən, nəsə olmuşdu. Telefonu əlinə alıb tez Ona zəng etdi. O an beynində tək bir şey canlandırırdı. Fuad onun zəngini açıb “canım” deyəcəkdi. Başqa nə ola bilərdi ki? Onun canının başına nə gələ bilərdi ki? Bir anda bütün ümidləri qırıldı... Operatorun səsi qulağında cingildədi: “Bu nömrəyə zəng çatmır”. Telefonu yerə çırpıb “Ay Allah, ay Allah” deyə qışqırmağa başladı. Özünü yerə çırpıb sanki imdad dilərmişcəsinə evdəkilərə dedi: “Fuada nə olub? Ona nə olub? Niyə hamı bizə zəng edir? Niyə ona zəng çatmır?” Evdəkilərə dayanmadan suallar yağdırmağa başladı. Hamı onun kimi çaş-baş qalmışdı və nə baş verdiyini anlamağa çalışırdılar. Fuadın anası onu sakitləşdirməyə çalışdı. “Dayan görək, heç nə olmuyub, qızım”. Amma bu cavab onu qane etmədi. Çünki artıq nəsə çox pis bir şey baş verdiyindən adı qədər əmin idi! Hissləri onu yanıltmamışdı...

Huşu özündən gedəcəkdi. Növbəti zəng onu özünə qaytardı. “Fuadın olduğu maşın qəzaya uğrayıb, onu Şamaxı rayon xəstəxanasına aparıblar. Vəziyyətindən heç kəsin xəbəri yoxdur. Tez gəlin!” Bunu eşitcək əli-ayağı əsməyə başladı, sanki dünya bir anda başında fırlandı. Qəribə bir ağrı bütün bədəninə hakim kəsilmişdi. Ürək döyüntülərinin səsi qulağına çatırdı.

Bu xəbəri alan kimi evdən hazırlaşıb çıxmağa başladılar. Evdən çıxa-çıxa hamı dua edirdi! “Nə olar, Allahım Fuada heç nə olmasın!” Hamı maşına əyləşdi. Hərənin əlində bir telefon Fuaddan bir xəbər bilmək üçün tanışlara zəng edirdilər. O isə ancaq Fuada zəng edirdi. Qaynatası, qaynanası, qaynının axtarışlarının cavabsız qalması üçün dua edirdi! Axı pis xəbər deyə bilərdilər! “Yox, yox olmaz, mən nə xəstəxanaya, nə də başqa kimsəyə zəng etməyəcəm! Özü mənim zəngimə cavab verəcək!” Qorxurdu... Çox qorxurdu. Hər an kimsə onun pis xəbərini verə bilərdi. Şamaxıya bir saat yarımlıq yol getməli idilər. Şəhərdən çıxmağa yaxın birdən qardaşı ağlına gəldi. “Qoy o da mənlə gəlsin! Qardaşımdı, mənə dayaq olsun”. Sonra qardaşını – Ziyanı da götürüb yollarına davam etdilər.

Bayaqdan dolmuş buludlar sanki ağlamağa başladılar. Yağış elə tökürdü ki, tut ucundan göyə çıx! Belə havada maşın sürmək çox təhlükəli idi. Ona görə də, demək olar ki, addım-addım yol gedirdilər. Yolboyu susmayan telefonlar, sorğu-suallar, min cür fikirlər hər yerə hakim kəsilmişdi. Qaynanası dayanmadan oğlunun şəklinə baxıb dua edirdi. O isə həm dua edir, həm də qardaşına qısılıb “ona heç nə olmuyub hə?” – deyə durmadan, dayanmadan soruşurdu. Qardaşı isə ancaq başını yelləyirdi. Sanki hər şeyə hazır olmaq lazım gəldiyini demək istəyirdi. Bu onun ümidlərini daha da qırırdı. Fuadın sağ olduğuna inamı get-gedə azalırdı. Qarşılaşacağı mənzərənin, eşidəcəyi xəbərin dərinliyini düşünüb dəli olurdu. O anın bir yuxu olmasını o qədər ürəkdən diləyirdi ki... heç yaşanmamış bir gecə və hər şey öz axarında... Elə Fuad da onun yanındadır... Amma olmurdu!

Maşın yeyin-yeyin irəliləyirdi. Artıq səbr kasası dolmuşdu. Dayanmadan “Biz nə vaxt çatacayıq, axı?! Bezdim, daha dözə bilmirəm!” – deyirdi. Hamı da onun kimi səbirsiz idi. Hamının üzündən qəm, qəm-qüssə, kədər yağırdı. Sözlər hər kəsin boğazında düyünlənmişdi. Hamı bir şey istəyirdi – onu sağ görmək! Nəhayət, yol getdikcə qısalmağa başladı. Şamaxıya az qalmışdı. Ora çatmağa həm sevinir, həm də pis olurdular. O qədər qarışıq duyğu idi ki... Ya sevinəcək, ya da Tanrıdan həyatlarının ən böyük zərbəsini alacaqdılar!

Nəhayət Şamaxıya çatdılar. Şəhər mərkəzindən keçib rayon xəstəxanasını axtarmağa başladılar. Xəstəxananın yerini dəqiq bilmədikləri üçün yoldan ötənlərdən ünvanı dəqiqləşdirməyə çalışdılar. Çox az qalmışdı... Elə çathaçatda bir polis maşını qabaqlarında peyda oldu. Yəqin xəstəxanaya gedir deyib polis maşınını təqib elədilər. Amma bu yolun onları əslində xəstəxananın morquna apardığından xəbərsiz idilər... Maşın xəstəxananın önündə dayandı. Güclə maşından düşüb göz-gözü seçməyən qaranlığa və səs-küy gələn tərəfə yönəldilər.

Onun bədəni elə titrəyirdi ki... Sanki buzlaqların düz mərkəzindəymiş kimi... Ayaqları getmirdi. O birilər həyəcanla, təşvişlə qabağa tərəf qaçmağa başladılar. “Bir xoş xəbər, sadəcə sağ olduğun desinlər, başqa heç nə istəmirəm, İlahi” – deyə-deyə səs gələn tərəfə yönəldi. O an o qədər zəif, o qədər gücsüz idi ki... Alacağı xəbər bütün həyatını dəyişəcəkdi. Elə xəstəxanın qapısına az qalmış qardaşı və qaynının bərkdən qışqırığını eşitdi, amma inanmadı! “Yox-yox!” – deyə irəli atıldı. Bu qışqırtı səsləri belə onu qara xəbərə inandıra bilməmişdi. Elə qaynanasına çatmağa az qalmış birdən soyuqqanlı, sir-sifəti buz kəsmiş bir qadın onlara yaxınlaşdı. Bu qaynanasının tanışı idi. “Gülnarə, evimiz yıxılıb!!!”

Bir anda donub qaldı. Qohum-əqrəba da artıq onların yanında idi. “Yox, ola bilməz! Ona heç nə olmayıb! Fuad, Fuad” – deyə qışqırıb, sağa-sola şığımağa başladı. Heç kim onu saxlaya bilmirdi. Sanki dəli olmuşdu. Ətrafda heç kim ona güc gələ bilmirdi! Qışqırıb, qışqırıb birdən dayandı. “Qardaşımı istiyirəm” - deyib, gözü ilə onu axtardı. Qardaşı onu qucaqlayıb hönkürüb ağlamağına davam etdi. Amma o ağlamırdı... Qardaşından aralaşıb bir kolluğun dibində oturdu. Gözünü bir nöqtəyə zilləmişdi. O an bütün dünya başına yıxılmışdı. Dünyanın ən böyük müsibəti onun başına gəlmişdi. Sevdiyini, əzizini, həyatının mənasını, keçmişini, gələcəyini, ümidlərini, arzularını hər şeyini birdəfəlik itirmişdi... Həyatının bütün xoşbəxtliyi o an əllərinin arasından uçub getmişdi. Faciəsinin dərinliyini hələ tam dərk eləmirdi. Hələ hər şey çox yeni idi. Hələ onun da bədəni isti idi...

Fuadı onlara təslim etdilər! Onu doğub-böyüdüyü, canı qədər çox sevdiyi doğma Şəki torpağında dəfn eləməyə qərar verdilər. Axı Fuad Şəkini çox sevirdi. İndi isə çox sevdiyi bu torpaqda əbədi yuxuya gedəcəkdi...

O hələ də ağlamırdı. Aldığı xəbərin şokundan çıxa bilməmişdi. Bir kəlməni dayanmadan sayaqlayırdı: “Deyirlər ki, Fuad ölüb!”

Xəstəxananın həyətindəkilər maşınlara doluşdular. Onu dəfn eləməyə aparırdılar. Yol bitib-tükənmək bilmirdi, getdikcə uzanırdı. Sanki torpaq Fuadı qəbul etmək istəmirdi! Axı hələ tez idi! Həm də çox tez... Hələ bütün arzuları, bütün həyatı, gələcəyi qabaqda idi. Hələ heç övladı da olmamışdı. Türkiyədə təhsil alırdılar, gələcəklərini qurmaq üçün oraya üz tutmuşdular. Hələ yolun başında idilər. Amma onun yolu sona çatmışdı. Çıxılmaz bir dalana dirənmişdi. Bütün arzularını, xəyallarını da özü ilə gedər-gəlməzə aparmışdı.

Həyat eşqi çox güclü idi. Yaşayıb-yaratmaq həvəsi, elm-təhsilə olan marağı, dərin intellekti onu hamıdan fərqləndirirdi. Hər kəsə əl tutmağı sevirdi, bir kimsə darda olarsa iki əli qanda da olsa belə özünü çatdırardı. Amma indi onun köməyinə çatan olmamışdı. Həyatın gərdişi onu bu dünyadan alıb birdəfəlik uzaqlaşdırmışdı. İndi o heç kimin əlinin çatmadığı, ününün yetmədiyi bir yerdə idi. İndi o bu dünyanı tərk eləmişdi!

Ölüm! Nə imiş bu ölüm! Necə acı, necə zəhər kimi, zəqqum kimi dadılmaz, həzm edilməz bir məfhummuş, İlahi! Axı niyə belə tez? Arzularının çiçək açan vaxtında heç rəva idimi bu ölüm? Ölüm haqqdımı, həqiqətən? Həm haqqı, həm nahaqqı alır ağuşuna! Amma niyə belə tez?!

Bütün yolu ağlında ancaq bir düşüncə vardı. “İndi mən bir də Fuadı görməyəcəm? Yəni biz onu qara torpağa verəcəyik?!” Şəkiyə çox az qalmışdı. Maşın yanacaqdoldurma məntəqəsində saxladı. Çünki Fuad arxada qalmışdı... axı o həmişə bizə rəhbər idi. Yenə onu gözləyirdik. O bizə yol göstərəcəkdi. O hələ də ağlamırdı. Qardaşı tez-tez çönüb ona baxırdı. Dayanmadan ağlayırdı. Gözü bacısında qalsa da Fuadın faciəsinə dözə bilmirdi. Necə ola bilərdi? Axı onu Şəkiyə elə Ziya özü yola salmışdı!

Qəflətən Rəşadın səsini eşitdi. Dəli kimi ağlayırdı. Rəşad Fuadın xalası oğlu idi. Onu bütün qohumlarından çox istəyirdi. Sanki doğma bir səs eşitmiş kimi onu yanına çağırdı. Deyəsən, yavaş-yavaş şokdan çıxırdı. Rəşadı qucaqlayıb hönlürtüylə ağlamağa başladı.

Fuad gəlib onlara çatmışdı. Tez yola düzəldilər. Fuadı tək qoymaq istəmirdilər. Səhərə yaxın Şəkiyə çatdılar. Oradakı ağlaşma, haray və fəryadların səsi hələ də qulağındadı. Bu acıya necə dözəcəkdi?! Hansı çiyin bu yükü qaldıra bilərdi!

Artıq günorta olmuşdu. Bilirdi ki, artıq onu dəfn edəcəkdilər. Başına gələnlərə inanmırdı. Gerçəkdənmi Fuad artıq yox idi? Ah, o nalələr, o ağılar, o fəryadlar... beynində cingildəyirdi. Onu tabuta qoyanda dözmədi, “Fuad, Fuad” deyə çığırıb əlini qapıya vurmağa başladı. Hamı onu sakitləşdirməyə çalışırdı. Əslində isə bu müsibətin qarşısında heç kimin gücü-taqəti qalmamışdı. Məzarlıq yoluna qədər son dəfə ona baxdı. Bir də heç vaxt onun heç bir nişanəsini görməyəcəkdi. Baxışlarından bir saniyə belə itməsin deyə gözünü qırpmırdı. Onu son mənzilə yola salmışdı...

Gözünü əllərinə zilləmişdi. Boş qalmış əllərində sanki bütün kədərini oxuya bilirdi. Bütün müsibəti iki ovucunun arasında idi.

Onu müqəddəs bayraqla dəfn etdilər. Sən demə arzusu imiş... üstünə də bayraq çəkdilər. Məzarı üstdə daim Fuada suallar verirdi. Deyirdi: “Axı bütün arzularımızı, gələcəyimizi bu balaca məzara necə sığdırdın, Fuad?”

Onu soyuq, tənha məzara qoyub Bakıya qayıtdılar. Əllərindən heç nə gəlmirdi. Ölüm bütün qapıları bağlamışdı. Başqa çıxış yolu yox idi. Bir yolla həyatlarına davam etməyə məcbur idilər. Bundan sonra nə olacaqdı, necə olacaqdı onu heç kim bilmirdi.

Lalə isə əslində hamıdan çox yara aldığına inanırdı. Çünki bu qəfil ölüm onun bütün həyatını, arzularını, gələcəyini, xoşbəxtliyini ondan alıb çox uzaqlara aparmışdı... Bu dərdə dözmək çox çətin idi. Amma o hələ də yaşayırdı. Və hər gün beynində ancaq bu iki misra fırlanırdı:

Mən elə bilirdim sənsiz ölərəm

Mən sənsiz ölmədim, məni bağışla...


dılay | 12 fevral 2016 16:37 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: SaFFir
sevdiyini yaxınını itirməy çox dəşətdi şeydi
Resube | 8 dekabr 2015 12:11 | Status: VİP user | Şərh: 394
Sitat: sirin bala
gozlerim doldu uryeimm aqridi ozumu cox pis his elediimm azra kimi ooxdum gozmden yaslar elea axdi ki ele bil gozme qiglcim dusub cox pis oldummm allah komeyleri olsun allah rehmet etsinnnnn
Yagis_Negmesi | 7 dekabr 2015 23:23 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: milashka_167
Sitat: SaFFir
sevdiyini yaxınını itirməy çox dəşətdi şeydi

Sitat: milashka_167
Sitat: SaFFir
sevdiyini yaxınını itirməy çox dəşətdi şeydi
milashka_167 | 19 noyabr 2015 15:23 | Status: VİP user | Şərh: 1 452
Sitat: SaFFir
sevdiyini yaxınını itirməy çox dəşətdi şeydi
ESMER | 19 oktyabr 2015 12:12 | Status: VİP user | Şərh: 817
Sitat: hazal cc
Allah rehmet elesin cox pis oldum.coox cetindi basa dusurem.ama allah biken meskehetdi.verende odu alanda o.allah sebr versin bacim
SaFFir | 22 iyun 2015 02:31 | Status: Qonaq | Şərh: 0
sevdiyini yaxınını itirməy çox dəşətdi şeydi
lady sweet | 3 aprel 2015 03:05 | Status: Gümüş user | Şərh: 1 880
bu xeber mene cox tesir etdi cunki mende sevdiyim oglani masin qezasinda itirdim.. Arzum budu ki tanrim hec kimi sevdiyi ile imtahan etmesin hec vaxt
qara gozler | 10 mart 2015 14:08 | Status: Qonaq | Şərh: 0
Salamlar bunun teselisi olur bilirem cox pis oldum goz yaslarimdan herifleri dogru oxuya bilmirdim heyatdir hereye bir cur sinaqa cekir allahdan sebir dileyirem yaxinlarina
Leyla Ezizli | 7 mart 2015 21:29 | Status: Şərhçi | Şərh: 372
Offfffff offfffff kimine kef, kimine derd qem veren dunya. Çox, çox pis oldum gozlerim doldu.ALLAH SEBR VERSİN.ALLAH HEÇ BİR QADINI BAŞSIZ ETMESİN.ALLAH HEÇ KİMİ BU CUR FACİYEYLE SINAĞA ÇEKMESİN.ALLAH REHMET ELESİN.
Narri | 6 mart 2015 22:58 | Status: Qonaq | Şərh: 0
Cox pis oldum gozlerim doldu menim ailemdede buna oxsar yol qezasi baş vermişdi amma Allah heyat yoldasimi menim iki ayliq korpe balama bagişladi onu bize qaytardi cox cetindi bele xeber esitmek insan ozune yer tapa bilmir bir anda insanin dunyasi qaralir..... Allahdan sebr diliyirem butun qohumlarina basiniz sag olsun 0106
SEVDA | 6 mart 2015 22:30 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah sebr versin yaxınlarına.....
Lumia | 6 mart 2015 14:11 | Status: Professional user | Şərh: 5 378
Bu ser sehv etmiremse Ramiz Rovsenindir.Tekce bu iki misra insanin icini parcalamaga qadirdir(((Axira kimi oxudum,goz yaslarim dayanmir,zahiliqdan teze cixmisam her sey qelbime toxunur,agladir meni.Indi de bu hekaye(((Cox uzuldum,Allah hec kimi bu cur sinaga cekmesin.Allah rehmet elesin.
Fatowum | 6 mart 2015 13:54 | Status: Qonaq | Şərh: 0
Allah dunyadan cavan gedenlere rehmet elesin.mekanlari cennet olsun.menim qardawim da dostuyla bele facie ile dunyasini deyiwdi.fevralin 26-si 1il oldu.hele de inanmoram.her ikisi subay idi.arzulari,geleceyi 1gecede mehv oldu.bezen her yeri dagidib tokmek,ucurtmaq isteyirem.qelbim ele yerinden cixir.deli olmaq derecesindeyem az qala.ama gelmeyeceyini bilirem.yene de bariwa bilmurem...uzum berkdi onsuz yawayiram deye ozumu danlayiram.xeberi menden gizlemiwdiler.cunki hamileliyimin son ayinda idim.bu gun de balamin uzune baxib urekdolusu gule bilmirem.cunki gozumun onunden hec getmir.

Allah hec kese ezizinin,dogmasinin cavan ve facieli wekilde olumunu gostermesin.hec bir anaya ovlad,hec bir baci -qardawa cavan qardaw baci itkisi yawatmasin.Amin...
O uzden senin neler cekdiyini anlayiram bacim.atamisa 43 yawinda itirmiwem.bawina gelen bawmaqci olar.agir derddi...Allah yerde qalanlarimiza deymesin Inwallah

Cani yanan sebr etsin,
Can yandiran ise yanacagi gunu gozlesin.
Hezreti Mehemmed (a.s)
Ayka_A | 6 mart 2015 10:20 | Status: Qonaq | Şərh: 0
Mən elə bilirdim sənsiz ölərəm

Mən sənsiz ölmədim, məni bağışla...
sonsuz ucurum | 6 mart 2015 10:15 | Status: Gümüş user | Şərh: 786
Sitat: Sariwka1
Ürəyim ağrıdı göz yaşlarımı saxlaya bilmədim. Allah səbr versin hec kimə bu günü göstərməsin

Amin
Sariwka1 | 6 mart 2015 09:04 | Status: VİP user | Şərh: 1 774
Ürəyim ağrıdı göz yaşlarımı saxlaya bilmədim. Allah səbr versin hec kimə bu günü göstərməsin
BULUTUM | 6 mart 2015 08:52 | Status: Professional user | Şərh: 7 387
Sitat: kalbimin sahibi
Bu hekayeni 6 il once men de yawamiwam ..inanmirdim yoldawimin olmeyine telini mene verib cixmiwdi evden ...bawina bir hadise geldiyini ewidib defelerle unudub zeng etmiwem canim teli acacaq deye ama her defesinde telefon elimde calib.tek duwuncem o idi bir de men seni gormeyecem nece dozecem buna?ama dozur qadin .o bir defe olduse men her gun oldum.genc yawimda agsacli dul qadin oldum 0106

Cannnnn baci ureyimin bawi sokuldu.Allah sebir versin.heyatdi.
KARAGULUM | 6 mart 2015 02:37 | Status: Gümüş user | Şərh: 1 433
Bu hekayeni 6 il once men de yawamiwam ..inanmirdim yoldawimin olmeyine telini mene verib cixmiwdi evden ...bawina bir hadise geldiyini ewidib defelerle unudub zeng etmiwem canim teli acacaq deye ama her defesinde telefon elimde calib.tek duwuncem o idi bir de men seni gormeyecem nece dozecem buna?ama dozur qadin .o bir defe olduse men her gun oldum.genc yawimda agsacli dul qadin oldum 0106
gulnar 2 | 6 mart 2015 01:30 | Status: Şərhçi | Şərh: 313
Allah rehmet elesin sebr versin . 0106
bayaz gulum | 6 mart 2015 00:39 | Status: VİP user | Şərh: 1 050
Sitat: TENHA_MELEK

Mən elə bilirdim sənsiz ölərəm

Mən sənsiz ölmədim, məni bağışla...


Icim parcalandi.Allah hec kimin gozunu yasli qoymasin.

ŞehZam | 5 mart 2015 22:30 | Status: Professional user | Şərh: 2 577
Xəbərin başlığını oxuyanda elə bildim şeirdi, bilsəydim budu heeç oxumazdım inanın, mənim belə şeylərə dözümüm yoxdu, bir müddət özümə gələ bilmirəm, nə qədər ağır dərddi, Allah yaxınlarına, əzizlərinə, anasına həyat yoldaşına çoxlu-çoxlu səbr versin başqa nə deyə bilərəmki :(( Allah rəhmət eləsin..
hazal cc | 5 mart 2015 22:13 | Status: Qonaq | Şərh: 0
Allah rehmet elesin cox pis oldum.coox cetindi basa dusurem.ama allah biken meskehetdi.verende odu alanda o.allah sebr versin bacim
SARAXATUN | 5 mart 2015 22:03 | Status: Professional user | Şərh: 1 529
Oxudum axira qeder cox pis oldum.Allah rehmet elesin 0106
Nergiz love | 5 mart 2015 22:00 | Status: Professional user | Şərh: 7 871
Basliqdan sonadek oxudum aqladim.doze bilmeyib 0106 .Heqiqeten coox aqir derdi sene eziz olan insani itirmek.Allah gostermesin.
SARA55 | 5 mart 2015 21:32 | Status: Qonaq | Şərh: 0
ALLAH RƏHMƏT ELƏSİN ÜRƏYİM PİS OLDU 0145
Kamilova | 5 mart 2015 20:58 | Status: Şərhçi | Şərh: 173
Ay ne qeder agladim.Boyuk acidi.Allah rehmet elesin. Allah heckesi sevdiklerinden tez ayirmasin
Ay_Sun | 5 mart 2015 20:27 | Status: Brilliant user | Şərh: 13 408

Mən elə bilirdim sənsiz ölərəm

Mən sənsiz ölmədim, məni bağışla...


Icim parcalandi.Allah hec kimin gozunu yasli qoymasin.
mila21 | 5 mart 2015 20:19 | Status: Şərhçi | Şərh: 283
Sitat: nurlana nurlana


Bayaqdan dolmuş buludlar sanki ağlamağa başladılar. Yağış elə tökürdü ki, tut ucundan göyə çıx! Belə havada maşın sürmək çox təhlükəli idi. Ona görə də, demək olar ki, addım-addım yol gedirdilər. Yolboyu susmayan telefonlar, sorğu-suallar, min cür fikirlər hər yerə hakim kəsilmişdi. Qaynanası dayanmadan oğlunun şəklinə baxıb dua edirdi. O isə həm dua edir, həm də qardaşına qısılıb “ona heç nə olmuyub hə?” – deyə durmadan, dayanmadan soruşurdu. Qardaşı isə ancaq başını yelləyirdi. Sanki hər şeyə hazır olmaq lazım gəldiyini demək istəyirdi. Bu onun ümidlərini daha da qırırdı. Fuadın sağ olduğuna inamı get-gedə azalırdı. Qarşılaşacağı mənzərənin, eşidəcəyi xəbərin dərinliyini düşünüb dəli olurdu. O anın bir yuxu olmasını o qədər ürəkdən diləyirdi ki... heç yaşanmamış bir gecə və hər şey öz axarında... Elə Fuad da onun yanındadır... Amma olmurdu!

Maşın yeyin-yeyin irəliləyirdi. Artıq səbr kasası dolmuşdu. Dayanmadan “Biz nə vaxt çatacayıq, axı?! Bezdim, daha dözə bilmirəm!” – deyirdi. Hamı da onun kimi səbirsiz idi. Hamının üzündən qəm, qəm-qüssə, kədər yağırdı. Sözlər hər kəsin boğazında düyünlənmişdi. Hamı bir şey istəyirdi – onu sağ görmək! Nəhayət, yol getdikcə qısalmağa başladı. Şamaxıya az qalmışdı. Ora çatmağa həm sevinir, həm də pis olurdular. O qədər qarışıq duyğu idi ki... Ya sevinəcək, ya da Tanrıdan həyatlarının ən böyük zərbəsini alacaqdılar!

Nəhayət Şamaxıya çatdılar. Şəhər mərkəzindən keçib rayon xəstəxanasını axtarmağa başladılar. Xəstəxananın yerini dəqiq bilmədikləri üçün yoldan ötənlərdən ünvanı dəqiqləşdirməyə çalışdılar. Çox az qalmışdı... Elə çathaçatda bir polis maşını qabaqlarında peyda oldu. Yəqin xəstəxanaya gedir deyib polis maşınını təqib elədilər. Amma bu yolun onları əslində xəstəxananın morquna apardığından xəbərsiz idilər... Maşın xəstəxananın önündə dayandı. Güclə maşından düşüb göz-gözü seçməyən qaranlığa və səs-küy gələn tərəfə yönəldilər.

Onun bədəni elə titrəyirdi ki... Sanki buzlaqların düz mərkəzindəymiş kimi... Ayaqları getmirdi. O birilər həyəcanla, təşvişlə qabağa tərəf qaçmağa başladılar. “Bir xoş xəbər, sadəcə sağ olduğun desinlər, başqa heç nə istəmirəm, İlahi” – deyə-deyə səs gələn tərəfə yönəldi. O an o qədər zəif, o qədər gücsüz idi ki... Alacağı xəbər bütün həyatını dəyişəcəkdi. Elə xəstəxanın qapısına az qalmış qardaşı və qaynının bərkdən qışqırığını eşitdi, amma inanmadı! “Yox-yox!” – deyə irəli atıldı. Bu qışqırtı səsləri belə onu qara xəbərə inandıra bilməmişdi. Elə qaynanasına çatmağa az qalmış birdən soyuqqanlı, sir-sifəti buz kəsmiş bir qadın onlara yaxınlaşdı. Bu qaynanasının tanışı idi. “Gülnarə, evimiz yıxılıb!!!”

Bir anda donub qaldı. Qohum-əqrəba da artıq onların yanında idi. “Yox, ola bilməz! Ona heç nə olmayıb! Fuad, Fuad” – deyə qışqırıb, sağa-sola şığımağa başladı. Heç kim onu saxlaya bilmirdi. Sanki dəli olmuşdu. Ətrafda heç kim ona güc gələ bilmirdi! Qışqırıb, qışqırıb birdən dayandı. “Qardaşımı istiyirəm” - deyib, gözü ilə onu axtardı. Qardaşı onu qucaqlayıb hönkürüb ağlamağına


Sitat: nurlana nurlana
Offff. Pis oldum
Aylin26 | 5 mart 2015 20:02 | Status: Qonaq | Şərh: 0
Sitat: boris arxan
allah rehmet elesin
sirin bala | 5 mart 2015 19:51 | Status: Gümüş user | Şərh: 1 669
gozlerim doldu uryeimm aqridi ozumu cox pis his elediimm azra kimi ooxdum gozmden yaslar elea axdi ki ele bil gozme qiglcim dusub cox pis oldummm allah komeyleri olsun allah rehmet etsinnnnn