Həyat tərzi / Maraqlıdır

Azərbaycanlı neft maqnatının müdhiş həyatı - Fotosessiya

Banu. | 19-02-2015, 23:00
6 071 14

 

Bakı Nobel İrsi Fondunun direktoru, Moskva Beynəlxalq Neft-Qaz Klubunun vitse-prezidenti Toğrul Bağırovun adı çoxlarına tanış olmasa da, o həm Azərbaycanda, həm də dünyada ən nüfuzlu neft maqnatlarından biridir.

 

 

 

 

 Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. 1976-cı ildə SSRİ XİN-in nəzdində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1990-cı ilə qədər SSRİ XİN-də, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi işləyib. T.Bağırov 90-cı illərin ortalarında "Əsrin müqaviləsi” razılaşdırılanda Rusiyanın enerji maraqlarının təminatı üçün vasitəçilik edən əsas fiqurlardan biri olub. "LUKoil”un bu müqavilədən 10 faiz pay alması və Rusiyanın Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan marşrutu ilə nəqlinə razılıq verməsi onun xidmətləri hesab olunur. Onun hazırda Rusiya ilə güclü əlaqələri var. Moskva Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidentidir. Deyilənə görə, T.Bağırov olduqca güclü əlaqələrə və siyasi təsir imkanlarına malikdir.

 

Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında azərbaycanlı tanınmış iş adamı və xeyriyyəçi, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti olan Toğrul Bağırovu "Fəxri legion" ordeni ilə təltif edib. Bağırov bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb. Bu, Toğrul Bağırovun aldığı ikinci ali beynəlxalq mükafatdır. 2010-cu il dekabrın 10-da o, Stokholmda İsveç kralı XVI Karl Qustavın əmri ilə Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə 1-ci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edilib.

 

Toğrul Bağırov hazırda "Neft müharibələri” və ya "Böyük oyun” adı altında 100 milyon dollarlıq büdcəyə malik Hollivud filminin çəkilişi layihəsi üzərində işləyir. Filmdə Rokfellerlər, Rotşildlər, Nobellər haqda bəhs olunmalıdır.

 

Toğrul Bağırovun özü ilə yanaşı, övladları da böyük nüfuza sahib və şəxsi biznesləri olan insanlardır. Onun oğlu Adil Bağırov ABŞ-ın "Qarabağ” fondunun təsisçisidir, "US Azeris Network” Amerika-Azərbaycan şəbəkəsinin icraçı direktorudur, həm də şəxsi bizneslə məşğuldur. 2013-cü ildə isə Ohayo ştatının Deyton şəhər Təhsil Şurasına üzv seçilib. O, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən beşinci amerikalı-türk və ilk Amerika azərbaycanlısıdır. Bundan başqa, Adil Bağırov Moskva Dövlət Beynəlxalq Əlaqələr institutunda siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb.

 

Lakin Adil Bağırov Vaşinqtonda daha çox öz qeyri-adi toyu ilə səs-küy sala bilib. 2013-cü ilin aprel ayında türk əsilli Sevin Elekdağ ilə ailə quran cütlüyün toy mərasimində Amerika, eləcə də Azərbaycan və Türkiyədən nüfuzlu qonaqlar iştirak ediblər. Hətta ABŞ Konqresinin sabiq spikeri Bob Livinqstonun ləzginka rəqsini oynaması hər kəsi təəccübləndirib. Qeyd edək ki, Sevin Elekdağ London School of Economics (LSE) universitetini qırmızı diplomla bitirib, magistr təhsilini isə Edinburq universitetində hüquq ixtisası üzrə davam etdirib. O, Vaşinqtonda türk-amerikan əlaqələrinin inkişafı üzrə TCA (Turkish Coalition of America) təşkilatında işləyir.

 

Toğrul Bağırovun qızı Fidan Bağırova isə Cenevrədə doğulub, Londonda beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alıb və hazırda Nyu-Yorkda yaşayır. Ancaq onun həyatı daha çox Avropa ölkələrində, eləcə də İstanbulda, Bakıda, Nyu-Yorkda və Los-Ancelesdə keçir. O, nüfuzlu Tatler jurnalında təcrübə keçib. Fidan Bağırova tanınmış dizaynerlərlə və müğənnilərlə dostluq edir, hətta arxivində Roma Papası 2-ci Con Paulla görüşü əks etdirən fotosu da var. Onun Nyu-Yorkda nəşr etdirdiyi "I am a Shoe… And You?” adlı kitabı Fidanı elit tədbirlərin əsas qonağından başqa, yazıçı kimi də məşhurlaşdırıb. İxtisasca jurnalist olan Bağırovanın kitabı 70 000 tirajla satılıb. Fidan Bağırova həm də dizayn fəaliyyəti ilə məşğuldur.//Qafqazinfo

 





ESMERRi | 8 dekabr 2015 14:06 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Nigar
Sitat: nurane55
O ayaqqabıları,klaçları niyə ayağının yanına düzüb şəkil çəkdirib anlamadım. 0113

E
Nigar | 22 fevral 2015 13:24 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: nurane55
O ayaqqabıları,klaçları niyə ayağının yanına düzüb şəkil çəkdirib anlamadım. 0113
Ay_Sun | 22 fevral 2015 01:11 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: CUCİ
tekce evi gesegdir.qalan neyi maraqlidirki anlamadim.ayaqqbisinin 70 faizi kohne modeldir materiali herne olsada.ayyaqqabilarimizi atmasaq bizim ayaqqabilarimiz bundan cox olar.

beyenmedimm.

Duzdur birdenem.
nurane55 | 20 fevral 2015 10:56 | Status: Professional user | Şərh: 1 849
O ayaqqabıları,klaçları niyə ayağının yanına düzüb şəkil çəkdirib anlamadım. 0113
mila21 | 20 fevral 2015 08:19 | Status: Şərhçi | Şərh: 283
Sitat: SEVDA
Pul bunların,heyat bunların....ne veclerine
nurlana nurlana | 20 fevral 2015 02:47 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: CUCİ
tekce evi gesegdir.qalan neyi maraqlidirki anlamadim.ayaqqbisinin 70 faizi kohne modeldir materiali herne olsada.ayyaqqabilarimizi atmasaq bizim ayaqqabilarimiz bundan cox olar.

beyenmedimm.

wink Ayakkabılları köhne madel allah seni güldürsün.
boris arxan | 20 fevral 2015 01:12 | Status: Professional user | Şərh: 4 784
Sitat: SEVDA
Pul bunların,heyat bunların....ne veclerine

he baci duz
SEVDA | 20 fevral 2015 00:42 | Status: Nəzarətçi | Şərh: 17 443
Pul bunların,heyat bunların....ne veclerine
SABINA | 19 fevral 2015 23:47 | Status: Professional user | Şərh: 7 410
tekce evi gesegdir.qalan neyi maraqlidirki anlamadim.ayaqqbisinin 70 faizi kohne modeldir materiali herne olsada.ayyaqqabilarimizi atmasaq bizim ayaqqabilarimiz bundan cox olar.

beyenmedimm.
Nazlı_Kız | 19 fevral 2015 23:40 | Status: Brilliant user | Şərh: 6 473
Sitat: sevgi istanbul
bu heyati bu yasamasinda kim yasasin

Cannnnnnnnnn wink
SEVA | 19 fevral 2015 23:33 | Status: Professional user | Şərh: 5 151
bu heyati bu yasamasinda kim yasasin
BULUTUM | 19 fevral 2015 23:26 | Status: Professional user | Şərh: 7 392
Adami adam eliyen paradi parasiz insanin uzu qaradi.
Miraj | 19 fevral 2015 23:24 | Status: Professional user | Şərh: 2 625
pul cox sey demekdi ama her sey demek deyil
Nigar | 19 fevral 2015 23:04 | Status: Gümüş user | Şərh: 6 064
belede olmalididaaa
P.S.1wekilden iki defe verilib