Həyat tərzi / Maraqlıdır

Qırmızı dodaq boyasının istifadə qaydası..

Nurlana Həbibova | 26-10-2016, 09:00
1 290 1




Qırmızı dodaq boyası çəkmək cəsarət qədər istedad da istəyir. Çünki, bütün rənglərdən ən iddialısıdır. Qırmızı dodaq boyası, ən kiçik səhvi belə göstərir. Buna görə də rəng seçimindən çəkmək tərzinə qədər qırmızı dodaq boyası haqqında hər şeyi bilmək, yaxşı tətbiq etmək lazımdır. Xüsusilə, yeni il, buraxılış kimi xüsusi toy və özəl günlərdə də qırmızı dodaq boyasından istifadə etmək istəyirsənsə, bu taktikalar işinə yaraya bilər.

3 DETAL İLƏ ECAZKAR BİR YENİ İl MAKİYAJI


Sənə ən uyğun rəng budur...
Qırmızı dodaq boyası çəkməyin ilk və ən mühüm mərhələsi, sənə ən uyğun olan tonu seçməkdir. Hər qızın qırmızı boya tonu fərqlidir. Dəri rəngi, saç rəngi, göz rəngi, dodaqlarının qalınlığı və paltarının rəngi kimi bir çox detala diqqət etmək lazımdır. Bunun da ən yaxşı yolu, dodaq boyasını alarkən tətbiq edərək yoxlamaqdır. Əlbəttə, digər rənglər kimi əlinin üstünə deyil, birbaşa dodaqlarına çəkərək yoxlamalısan. Tünd dəri üzərində daha tünd qırmızıya yaxın, ərik, qırmızı tonları yaraşarkən, açıq rəngli dərilərdə narıncıya qaçan qırmızı tonları daha yaxşı yaraşır. Amma yenə də bu işin bir kitabı yoxdur! Ən yaxşı qırmızı dodaq boyası seçimi, yoxlama üsulu ilə aparılır.

 
Parlaq, yoxsa mat?
Əgər boyanın uzun müddət dodaqlarında qalmasını istəyirsənsə, mat bir qırmızı dodaq boyası çəkməlisən. Parlaq tonlar qısa müddətdə öz təsirini itirir. Bu səbəbdən, buraxılış və ya yeni il partisində əgər boyanı tez-tez təzələmə imkanın olmayacaqsa, tutqun qırmızı pomada istifadə etməlisən.


Mükəmməl tətbiq
Qırmızı dodağın ecazkar durması üçün ilk addım, dodaq peelingidir. Xüsusilə, qış aylarında dodaqlarımız soyuqdan quruyub qabıqlandığı üçün boyanı çəkməzdən əvvəl dodaqlarını ölü dəridən təmizləməlisən. Əvvəl dodaq balzamı istifadə edin. Bir gecə əvvəl yatarkən sürtəcəyin balzam, dərini yumşaldıb ölü dərinin tez atılmasını təmin edir. Yumşaq bir fırça köməyi ilə dodaqlarını təmizlə. Qırmızı dodaq boyasını çəkmədən əvvəl dodaq rənginə yaxın mat bir boyanı astar olaraq tətbiq et. Və indi vaxt gəldi qırmızı dodaq boyasını sürtməyə...

Dodaq cizgilərini daha yaxşı aşkarlamaq üçün pomada fırçası istifadə edə bilərsiniz. Qırmızı dodaq boyasını çəkmədən əvvəl dodaq cizgilərindən başlayıb sonra mərkəzə doğru irəliləməlisən. Rəngi tam olaraq tutmaq və uzun ömürlü olmasını təmin etmək üçün tətbiqi bir neçə dəfə təkrar etməkdən çəkinmə.



Gözlər də önəmlidir...
"Dodaqlar tünd və parlaq bir rəngdə olsa, göz makiyajın yüngül olmalıdır" ritorikası hər bir makiyaj üçün keçərli deyil. Bəzən qalın, al-qırmızı dodaqlarını tamamlamaq üçün dumanlı gözlər də lazımdır. Sadə makiyaj, süni kirpiklər və incə bir eyeliner makiyajını daha yaxşı göstərəcək. Bu tərz makiyajda tünd ənlik əvəzinə, bir bronzlaşdırıcı krem seçim edə bilərsən. Bundan başqa, gözlərinə "vintage" tərzi qıyıq bir eyeliner tətbiq edəcək və mat qırmızı dodaq boyası çəkəcəksən, qəhvəyi göz kölgəsi bu makiyajın ən yaxşı tamamlayıcısı olacaqdır. Əlbəttə, güclü və balanslı baxışlar üçün qaşlarına da nəzər yetir!

Son yoxlama...
Bəlkə digər dodaqlarda bu vacib deyil, amma qırmızı dodaq boyası çəkəndə mütləq son nəzarətləri etməli, boyanın uzun ömürlü olması üçün daha diqqətli olmalısan. Məsələn, qırmızı dodaq boyası dişlərə ən asan bulaşan və dərhal fərq edilən bir rəngdir. Təmizləmək üçün əvvəlcə dodaqlarını bağlayıb dilini dişlərinin üstünə gətir. Daha sonra barmağını dilinin üstünə qoyub dişlərinin üzərində gəzdir.

Və əlbəttə, ən mühüm və son mərhələ! Qırmızı boyanı çəkəndə gülümsəməyi unutma! İnan, ecazkar görünürsən! Buraxılış və yeni il partisinin ən gözəl qızı sən olacaqsan, bundan əmin ol və bol-bol təbəssüm et!
 
 




Nigar_ | 26 oktyabr 2016 12:44 | Status: Professional user | Şərh: 2 126
Tesekkurler.
Qirmizi rengi cox sevirem amma dodaq boyasinda az istifade edirem.Yazilanlara zaman zaman makiyaj tecrubemde inanmisam artiq.zerif makiyaji sevirem odur ki bu isi detallarina qeder bilirem