Həyat tərzi / Maraqlıdır

Evlənmədən uşaq doğan Azərbaycan gözəlləri - Fotolar

Banu. | 8-12-2014, 16:16
9 560 25
Evlənmədən uşaq doğan Azərbaycan gözəlləri - Fotolar


Ölkəmiz müstəqillik qazanandan bu yana bir çox sahələrdə, o cümlədən ailə münasibətlərində ciddi dəyişiklər baş verib. Məsələn, 1990-cı cəmi 4800 uşaq nikahdan kənar dünyaya gəlmişdisə, 2013-cü ilin statistikasına görə, nikahdankənar doğulan uşaqların sayı 26 mindən çoxdur. Cəmiyyətdə formalaşan bu yeni ailə ənənəsi şou aləmində xüsusilə inkişaf edib.


Rəqsanənin Yağmuru
Müğənni Rəqsanə İsmayılova şou-biznesin ən cəsur xanımlarındandır. Çatana çatıb, çatmayana bir daş atan Rəqsanənin adı qadın alverindən tutmuş, avtomobil qəzalara qədər hər yerdə hallanıb. Bunların yanında onun adının nikahsız uşaq dünyaya gətirən şou əhlinin siyahısında çəkilməsinə yəqin ki, heç kim təəccüblənməz. Təəccüb olmasa da, bu məsələyə çox böyük ictimai maraq olduğu şübhəsizdir.

Xatırlayırsınızsa, Rəqsanənin keçmiş prodüserinin onun nikahsız uşaq dünyaya gətirməsi barədə açıqlamaları ildırım sürəti ilə yayıldı. Qeyd edək ki, hələ bu açıqlamadan öncə, Rəqsanə Moskvada əkiz uşaqlar doğduğu, onlardan birinin öldüyü və Moskvada dəfn etdiyini söyləmişdi. Sonradan məlum oldu ki, uşaq birdir və Bakı doğumludur. Söhbət Rəqsanənin Yağmur adı verdiyi qızından gedir.

O uşağın atası kimdir?
Bir zamanlar qeyri-adi imici ilə tanının əməkdar artist Aygün Bəylərin də nikahsız uşaq doğduğu söylənir. Müşahidələrindən də görünür ki, birdən-birə xarici görünüşündə dəyişiklik edən Aygün Bəylər bunu səbəbsiz eləməyib. Beləliklə, səhnəyə kepka ilə deyil, qadın imici ilə çıxmasını Aygünün şəxsi həyatındakı dəyişikliklə əlaqələndirənlər haqlı çıxdılar. Çox keçmədi ki, o, ana da oldu. Sənətçi sevib, sevilib və sevdiyi insandan qız övladı dünyaya gətirib.

Aygün Bəylərin müsahibələrindən aydın olur ki, 15 ildir xaricdə yaşayan həmin şəxs aranjemançıdır: “Bilmirəm, bəlkə uşaq böyüyüb atasının yanında qalacaq, ya da atası özü gələcək. Yəqin ki, atası istəsəydi, qalardı da! Hamı gördü ki, o necə sənətçidir, sənətə bağlı insandır. Deyə bilmərəm ki, ayrı-ayrı adamlarıq, amma fikirlərimizdə fərqlilik var. Sənətimiz, ürəyimiz, övladımız eyni olsa da, həyata, dünyaya baxışlarımız tamam fərqlidir. Amma şükür ALLAHa ki, sevdiyim insandan övladım dünyaya gəlib. Heç bir yerdə yaşayanlar sona qədər bir-birlərini sevə bilmirlər. İndi cavan ailələr tez dağılır. Yaxşı ki, övladımı yaşlı vaxtda dünyaya gətirdim. Əlbəttə, uşaq həyatı başa düşəndən sonra atasını görməyə gedəcək, o, övladını görməyə gələcək. Mən istəyirdim ki, tək olmayım, bizim yaratdığımız əsər bizim davamçımız olsun! Həyat göstərər!”

Uşağımın atası ərim deyil
Nikahsız doğulan daha bir uşağın anası prodüser Təranə Səmədovadır. Bu barədə mətbuata o, özü açıqlama verib. Hətta uşağının keçmiş əri müğənni Kərim Abbasovdan olduğu barədə fikri də təkzib edib: “Belə düşünən insanlar mənim və ailə həyatım barədə informasiyası olmayanlardır. Fakt odur ki, Kərim uşağımın atası deyil”.

O, bütün qınaqları göz önünə alaraq bu addımı atdığını və qızı Sueli dünyaya gətirməkdən peşman olmadığını deyib: “Peşman deyiləm. Övladımla xoşbəxtəm. Mənəvi baxımdan çox güclü insanam. Övladıma görə hər şeyə dözməyə çalışıram”.

Övladım halallıqla dünyaya gəlib

Günel Ələkbərova bu il mayın 24-ü nikahsız qız övladı dünyaya gətirib. O, körpəsinə Məryəmxanım adını qoyub. Qızından söhbət açan Günel xoşbəxt olduğunu, qızı üçün çox fədakarlıq etdiyini deyib:

“Gizli saxlamağımın səbəbi yoxdur. Bu mənim şəxsi həyatımdır. Qurduğum ailəni kimlərəsə göstərmək məcburiyyətində deyiləm. Əsas odur ki, biz xoşbəxtik. O qədər toy edənlər var ki, bir ayın içərisində ayrılırlar. Əsas odur ki, biz yoldaşımla bir yerdəyik. İlk başdan anam narazı idi. Narazılıq oğlanın evli olmasından dolayı idi. Amma vALLAH, xoşbəxtlik “ZAQS”la deyil. Əsas odur ki, kəbinimiz var, övladım halallıqla dünyaya gəlib. O, övladının arxasındadır, ata kimi özünü doğruldur. Bunu hamı da görür. Artıq ailəm də ona güvənir. Ona görə də hazırda heç bir narazılıq yoxdur. Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Mənim onun övladının biri ilə ünsiyyətim də var.

Övladım halallıqla dünyaya gəlib. Uşağımızı bir yerdə böyüdürük. Hər ikimiz də çalışırıq ki, vətənə layiqli övlad olsun”.

“Məndən və övladımdan imtina edən insan bizə lazım deyil”
Müğənni Ayan Babakişiyevanın nikahdan kənar uşağının atası Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevdir. Cütlüyün Selena adında qızı dünyaya gəlib. Tərəflər uzun müddət münasibətlərini gizli saxlamağa üstünlük verib. Gizli münasibətin üzə çıxması isə tərəflərdən birinin – F.Musayevin bu münasibəti səhv adlandırması səbəb oldu.

Ayan isə sənədlərlə danışıb: “Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcədə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu, onun həyat tərzidir. Amma çox gülməlidir ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracağam”.

“Özüm bilərəm həyatımda nə baş verir”
Açıq-saçıq səhnələrlə gündəmə gələn Azərbaycanlı aktrisa Türkan Əliyeva da nikahdan kənar övlad dünyaya gətirəcəyini bildirib. Artıq hamilə olsa da, ayrıldığını və hələlik ərdə olmadığını bildirən aktrisanın sözlərinə görə, övladının atası məşhur simadır. 'O, insan müğənnidir. Şəxsi həyatım özümə məxsusdur və özüm bilərəm həyatımda nə baş verir. Yaxın zamanlarda ikimiz də sevgimizi etiraf edəcəyik'. (Tabloid.az )

B.Fereh | 27 yanvar 2016 13:59 | Status: Nəzarətçi | Şərh: 6 976
Sitat: dılay
Ozleri biler mene ne

......................
Real Madrid CF | 21 yanvar 2016 19:58 | Status: Qonaq | Şərh: 0
Men bele seye pis baxmiram normaldir mence yeni sevdiyin insanla birge yasamaq ucun cox vacibdirki o senede imza atasan.
dılay | 19 dekabr 2015 00:12 | Status: Brilliant user | Şərh: 8 184
Ozleri biler mene ne

......................
ESMERRi | 13 dekabr 2015 14:31 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: mila21
Belke duwunular normal aile qursalar allah evlad vermez
Yagis_Negmesi | 3 dekabr 2015 14:13 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Aylin1993
Kul basiviza abirsizdilar utanmirlar xaricilerden beterdiler.abirheyadan ellerini uzubler. am
Aylin1993 | 3 dekabr 2015 14:09 | Status: Qonaq | Şərh: 0
Kul basiviza abirsizdilar utanmirlar xaricilerden beterdiler.abirheyadan ellerini uzubler. am
mila21 | 30 iyul 2015 17:02 | Status: Şərhçi | Şərh: 283
Belke duwunular normal aile qursalar allah evlad vermez
könka31 | 29 may 2015 10:39 | Status: Şərhçi | Şərh: 279
bunlarda belə ana olmaq istəyirlər
ada.. | 5 yanvar 2015 13:02 | Status: Qonaq | Şərh: 0
Azerbaycanin gozelleri yox.Azerbaycanin buraxmalari desek uygun olar mence.
Miraj | 5 yanvar 2015 12:55 | Status: Professional user | Şərh: 2 625
eger ere gede bilmirse ve yasida artiq otur se dogsunda ona qalan usaq olacaq
BELDA :) | 9 dekabr 2014 16:21 | Status: Şərhçi | Şərh: 27
kul tepelerine zehlem gedir o reksaneden
ziko zs | 9 dekabr 2014 14:43 | Status: Şərhçi | Şərh: 483
Sitat: Elgun_Azizov
Böyüyəndə aton kimdi deyəndə uşaqlar göörən nə cavab verəcəy )
Elgun_Azizov | 8 dekabr 2014 19:59 | Status: Professional user | Şərh: 1 393
Böyüyəndə aton kimdi deyəndə uşaqlar göörən nə cavab verəcəy )
N....N92 | 8 dekabr 2014 19:55 | Status: Professional user | Şərh: 4 351
təşəkkurlər
ŞehZam | 8 dekabr 2014 19:46 | Status: Professional user | Şərh: 2 577
Bunlar üzdə olan insanlardır..Ona görə bizə qəribə gəlir. O qədər belə adi insanlar var ki, həyatda.. Şəxsən mən qınamıram, çünki hər kəs öz həyatını yaşayır..
Nara88 | 8 dekabr 2014 19:42 | Status: Professional user | Şərh: 4 253
tesekkurler
Ayanim | 8 dekabr 2014 19:31 | Status: Gümüş user | Şərh: 1 920
GOZELLER.... biri o birinden gozel
ELİSA | 8 dekabr 2014 17:51 | Status: Gümüş user | Şərh: 1 047
Fexrimizdilerdee nc nc nc
SEVA | 8 dekabr 2014 17:25 | Status: Professional user | Şərh: 5 150
bunlar ucun moddu avropalasma gedirde senetleri ile bir sey alinmir usaq dunyaya getirmekle gundemde qalirlar hele bu azmis kimi proqramlarda basqalarina meslehetlerde verirler oz emellerini gormurler ozleri kordular ele bilirlerki camaatda kordu
Ayla22 | 8 dekabr 2014 17:16 | Status: Qonaq | Şərh: 0
Yaziq usaqlarr
SEVDA | 8 dekabr 2014 17:11 | Status: Nəzarətçi | Şərh: 17 441
Bunların başları batsın.Onun-bunun kişisinden uşaq dünyaya getirirler....
Nergiz love | 8 dekabr 2014 17:01 | Status: Professional user | Şərh: 7 871
Oxumadim..
Gulya2676 | 8 dekabr 2014 16:47 | Status: Gümüş user | Şərh: 2 586
Bir onu biliremki bu meselede hemishe ushaqlar chox eziyyet chekirler
ada.. | 8 dekabr 2014 16:38 | Status: Qonaq | Şərh: 0
Sitat: NUR-AY.
bagislayin ama oxumadim,min hoqqadan cixir bezileri sora dunyaya usaq getirirler,
tesekkurler

ele mende
Nur | 8 dekabr 2014 16:27 | Status: Professional user | Şərh: 3 988
bagislayin ama oxumadim,min hoqqadan cixir bezileri sora dunyaya usaq getirirler,
tesekkurler