Həyat tərzi / Maraqlıdır

Hansı fəslin qadınısan ?

ELİSA | 11-12-2014, 21:00
6 694 33
 

Bahar

Bu tip qadınların dərisi açıq qızılı çalarda, fil sümüyü və şəftəli rəngində, saçları qum, saman çalarlarında, yaxud qızılı sarı olur. "Bahar" qadınları mavi, bozumtul mavi, bozumtul yaşıl, parlaq qəhvəyi rəngli gözlər tamamlayır.
Geyim üçün uyğun olan rənglər bozumtul mavi, açıq qəhvəyi, yasəmən və yaşıldır. Bütün tünd, soyuq rənglər və göy çalarlı qırmızı, ağla qaranın kombinasiyası tipinizə yaraşmayan rənglərdir. Onlardan bacardığınız qədər uzaq olmağa çalışın. Bu rənglər "bahar" qadınları azlıq içində belə görünməz edir. Kosmetika seçiminə gəldikdə isə, açıq qəhvəyi rəngli tonal krem, şaftalı və ərik rəngli ənliyə üstünlük verin. Göz kölgələrində ən ağlasığmaz rəglərdən istifadə edə bilərsiniz. Sarı, açıq yaşıl, zərif qırmızı, açıq qəhvəyi-çəhrayı göz kölgələrindən istifadə daha məqsədə uyğundur. Dodaq boyasını fındıq və zərif qızılgül rəngində, tuşu isə gözünüzün rənginə uyğun seçin.

Yay

Qadının bu tipə uyğun olduğunu zərif, həssas, açıq çəhrayı dəri, platin sarısı, kül-sarı, kül-şabalıdı və xurmayı saçlar, mavi, bozumtul mavi, bozumtul yaşıl gözlərdən anlamaq olar. Bu qadınlar üçün uğurlu geyim tutqun, dağınıq rənglərdə olmalıdır. Əsasən tüstü mavisi, göy-mavi, yasəmən, asfalt, qəhvəyi-çəhrayı, yetişmiş gilənar rənglərinə üstünlük verilməlidir. Ağ da daxil olmaqla, bütün çox açıq və bütün isti (qızılı, narıncı) rənglər məsləhət görülmür.
Tonal kreminiz açıq-qəhvəyi-çəhrayı rəngdə olmalıdır. Yanağınıza təravət vermək üçün solmaqda olan qızılgül rənginə çalan şəffaf, çəhrayı, tutqun ənliklərdən istifadə edin. Göz kölgənizi paltarınızın rəngindən bir neçə ton açıq çalarla uyğunlaşdırın. Bənövşəyi və çəhrayı dodaq boyası, tünd göy və tünd qəhvəyi tuş sizə uyğundur. "Yay" qadınların makiyaj edərkən diqqət yetirməli olduqları vacib bir amil var: son nəticədə ya gözünüz, ya da dodağınız görünməlidir. Hansını daha qabarıq boyamağa özünüz qərar verin. Həm gözün, həm də dodağın parlaq boyanması tipinizə yaraşmır. Ən yaxşısı göz kölgələrindən istifadə etməməkdir.

Payız

Əgər dəriniz qızılı çalarlı, şaftalı rəngli və çillidirsə, deməli, "payız" qadınsız. Bu tip qadınları kürən, qızılı şabalıdı və xurmayı saçlar, açıq qəhvəyidən tünd parlaq rəngə qədər olan gözlər tamamlayır. Qarderob təşkilində qızılı və bal çalarlarında olan isti qəhvəyi, xaki, sarı, qızılı, narıncı rənglərə üstünlük verilməlidir. Bütün soyuq rənglər - boz, göy, tünd qırmızı və s. tipinizə uyğun gəlmir. Makiyajda açıq qəhvəyi tonal krem, qəhvəyi, qızılı, xaki və bal çalarlarında olan göz kölgəsi, qızılı kürən, qızıla çalan tünd qəhvəyi və bal çalarlı dodaq boyalarından istifadə edə bilərsiniz. Ənliyin də bu tonlarda seçilməsi məsləhətdir. Ümumiyyətlə, "payız" qadınlar bütün dəb eksperimentlərinə asanlıqla uyuşurlar. Əgər yuxarıdakı tiplərin hər hansı birində özünüzü görə bilirsinizsə, deməli, seçim probleminiz bir qədər yüngülləşib. Ancaq danılmaz bi həqiqət var ki, qadınlar həmişə eyni cür qala bilmirlər. Əgər saçlarınızın rəngini dəyişməyə qərar vermisinizsə, bilin ki, tipiniz də dəyişəcək. Sadəcə olaraq, çaları fərqli etməklə bu tipi saxlaya bilərsiniz. Əgər mütləq dəyişmək istəyirsinizsə, bunu əsaslı surətdə etmək lazım gələcək. Yeni ampluanızın bütün nüanslarını nəzərə alın. Dəriniz də qüsursuz olmalıdır. Çapıq və başqa bu kimi qüsurları dərinizdən bir ton tünd olan tonal kremlə örtün. Əgər bu civzələrdirsə, açıq yaşılı korrektordan istifadə edə bilərsiniz.

Qış

İlin bu fəslinə uyğun gələn qadınların dərisi farfor rəngdə, solğun olur. Yayda dəriləri daha çox zeytun yağının rənginə qədər qarala bilir. Saçları tünd şabalıdıdan qaraya qədər dəyişə bilir. Tünd şabalıdı, qara və tünd mavi rəngli gözlər "qış" qadınların xüsusiyyətlərini tamamlayır. Əgər özünüzdə bu keyfiyyətləri görürüsünüzsə, deməli siz "qış"sınız.
Sizə qara, ağ, parlaq göy, parlaq sarı rənglər yaraşar. Qarderobunuzda bu rənglərə üstünlük verməklə uğurlu seçim etmiş olarsınız. Açıq qəhvəyi, boz və narıncı rənglərdən istifadə qəti məsləhət görülmür. Ancaq normal seçilmiş geyim hələ hər şey demək deyil. Kosmetikada da düzgün seçim edin. İstifadə etdiyiniz tonal krem açıq rəngli və çəhrayı çalarlı olmalıdır. Ənlik soyuq çəhrayı rəngdə olmalıdır. Göz kölgələrində açıq qəhvəyi-çəhrayı, yasəmən-mavi rənglər üstünlük təşkil etməlidir. Dodaq boyalarının bütün soyuq çəhrayı və tünd qırmızı çalarları sizə yaraşar. Tuş qara, tünd göy və tünd bənövşəyi..

Nigar_ | 13 yanvar 2017 12:09 | Status: Professional user | Şərh: 2 126
Sitat: SULTANIM
Men butun fesillerin qadiniyam.
ESMERRi | 5 may 2016 12:57 | Status: Brilliant user | Şərh: 5 379
Qış qadını oldum.Əslindəsə yaz.
B.Fereh | 14 aprel 2016 21:25 | Status: Nəzarətçi | Şərh: 6 977
Yazi sevirem,ancaq yaz qadini deyilemmiw:))
Elcin sangu........ | 12 avqust 2015 16:50 | Status: VİP user | Şərh: 631
Qisi cox sevirem ve coxu uygun geldi tewekkur canim
BULUTUM | 27 fevral 2015 08:21 | Status: Professional user | Şərh: 7 391
Hec biri uygun gelmedi.cox twk
Miraj | 25 fevral 2015 00:14 | Status: Professional user | Şərh: 2 625
qis mene uygun geldi
my life is music | 18 fevral 2015 16:46 | Status: Gümüş user | Şərh: 736
payiz uygun gelmedi
aytac cabbarli | 13 dekabr 2014 18:33 | Status: Qonaq | Şərh: 0
tesekkurler.
Ay_Sun | 13 dekabr 2014 16:08 | Status: Brilliant user | Şərh: 13 409
Qis- bezileri duzgun geldi.
sirin bala | 13 dekabr 2014 12:44 | Status: Gümüş user | Şərh: 1 669
Sitat: Aygun Yagmur
Sultanim sozune quvvet--her fesilin bir gozeliyyi var..qadinlarda her fesilde gozeldi

qatiliram men yay qadinyamm
Aygun Yagmur | 12 dekabr 2014 22:44 | Status: Qonaq | Şərh: 0
Sultanim sozune quvvet--her fesilin bir gozeliyyi var..qadinlarda her fesilde gozeldi
SULTANIM | 12 dekabr 2014 22:35 | Status: Ekspert | Şərh: 4 743
Men butun fesillerin qadiniyam.
Nurus. | 12 dekabr 2014 20:53 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: aysem_omer
Nurus redakteye gore sagol baci.
Şerh yazan butun bacilarada tewekkur ediremsmile

buyur canim,xoşdur..seve-seve.
Konul_1980 | 12 dekabr 2014 19:56 | Status: Şərhçi | Şərh: 245
TESEKKURLER
Gulus. | 12 dekabr 2014 17:40 | Status: Professional user | Şərh: 2 436
Maraqli xeberdir tesekkurler
Nur | 12 dekabr 2014 13:44 | Status: Professional user | Şərh: 3 989
Sitat: boris arxan
bahar qadiniyam yazi cox sevirem

mende cox sevirem yazi
tesekkurler xanim xebere gore
Gülçin | 12 dekabr 2014 09:03 | Status: Brilliant user | Şərh: 6 781
Qış fəslində anadan olduğuma görə, yəqin qış qadınıyam..
Təşəkkürlər, xəbərə görə.
SARAXATUN | 12 dekabr 2014 01:30 | Status: Professional user | Şərh: 1 529
Yazi yayi cox sevirem yayi ayrica cox sevirem ona goreki vetenime gedirem atami anami qardawlarimi gorurem yayi olarla kecirem winked
Aydan18 | 12 dekabr 2014 00:34 | Status: Şərhçi | Şərh: 485
Mən heç bie feslin qadını deyiləm no
Röyamsan. | 12 dekabr 2014 00:10 | Status: Brilliant user | Şərh: 6 103
Mən heç bir fəsilin qadını deyiləm. love :))
Nergiz love | 11 dekabr 2014 23:48 | Status: Professional user | Şərh: 7 871
Sitat: sevgi istanbul
bele seylere inanmiram ama men yazi(bahar) cox seviremm o fesil tam menlikdi xebere gore tesekkurler
sonsuz ucurum | 11 dekabr 2014 23:36 | Status: Gümüş user | Şərh: 786
en cox yayi sevirem,yazilanlar mene uygundur tesekkurler
ELİSA | 11 dekabr 2014 23:22 | Status: Gümüş user | Şərh: 1 047
Nurus redakteye gore sagol baci.
Şerh yazan butun bacilarada tewekkur ediremsmile
boris arxan | 11 dekabr 2014 23:14 | Status: Professional user | Şərh: 4 784
bahar qadiniyam yazi cox sevirem
SABINA | 11 dekabr 2014 22:49 | Status: Professional user | Şərh: 7 410
men butun fesilleri sevirem.en çoxda qarli covgunlu qis gunlerini ssevirem
burda ozume uygunun tapmadim
Nurus. | 11 dekabr 2014 22:45 | Status: Brilliant user | Şərh: 6 982
Men yay fesilinin qiziyam..Amma buna baxmayaraq,Payiz fesilini,yagişi,ramantikani cooooox seven biriyem...xebere elave etdiyim şekilden bu bellidir....Teşekkurler...

P.S.Xeberi ozum redakte etmişem,amma adimi yazmagi unutmuşam..
Aynur_Mezahirli | 11 dekabr 2014 22:40 | Status: Qonaq | Şərh: 0
Ən çox sevdiyim yay fəslidi, ama deyilən sözlər heç biri uyğun təsəvvür deyil mən ağ rəngi, rəngarəngliyi çox sevirəm.
Məlumat üçün təşəkkür bacı...)
SEVA | 11 dekabr 2014 22:37 | Status: Professional user | Şərh: 5 151
bele seylere inanmiram ama men yazi(bahar) cox seviremm o fesil tam menlikdi xebere gore tesekkurler
SEVDA | 11 dekabr 2014 21:46 | Status: Nəzarətçi | Şərh: 17 442
özüme uyğun olanını tapmadım,menimki qarışıq fesildir deyesen....
Hayka | 11 dekabr 2014 21:38 | Status: Şərhçi | Şərh: 396
Yay qadiniyam.