Həyat tərzi / Maraqlıdır

Su pərisi haqqında maraqlı məlumatlar....

niki33 | 10-12-2014, 00:00
8 582 20


Su pəriləri haqqında əfsanələrə, demək olar ki, bütün xalqların mifologiyasında rast gəlmək olar. Ən çox da yunanların zəngin folklorunda. Bu miflərdə su pəriləri adətən adalarda, dəniz sahillərinde tək və yaxud toplu halında yaşayan ehtiraslı mələklərdir. Su pərilərinin xarici görünüşü haqda demək olar ki, bütün şahidlərin dedikləri üst-üstə düşür. Su pərilərinin boyu çox da uzun olmur, bədənləri hamar, işıltılı, dəriləri ağ-sarı, üzərində dəniz yosunları, saçları dalğavari, çox uzun və sıx (bütün bədənlərini örtür), rəngi açıq-sarı, kürən və qara, gözləri insan gözündən bir qədər böyük, nadir hallarda qırpılır, şəffaf, gecələr fosfor kimi parıldayır. Orta əsr alman təbiətşünası İohan Yonetus özünün "Balıqların və balinaların təbii tarixi” adlı əsərində yazır ki, bütün böyük su pərilərinin çəkisi insanın çəkisinden az olur: "Buna baxmayaraq şahidlərin ifadələrinin analizi göstərir ki, "dəniz adamları” müxtəlif boyda – 3-4 yaşlı körpənin boyundan tutmuş 2 metrə qədər olurlar. Ancaq dənizçilər və balıqçılar əsasən 150-170 sm rəqəminin üstündə dayanırlar”.
Yonetus daha sonra iddia edir ki, su pərilərinin qidası yosun və müxtəlif dəniz ilbizləri, xırda balıqlar ola bilər. Yonetus o dövrdə balıqlar haqqında ona məlum olan informasiyalara, həmçinin söyləmələrə əsaslanaraq su pərilərinin eynən insanlar kimi doğub törədiyini bildirirdi. Alim bu məsələdə daha çox su pərilərinin kişilərə olan münasibətlərinə, onlarla nikaha girən dənizçilər, balıqçılar haqqında rəvayətlərə istinad edirdi. Həqiqətən yunanların, irlandların, şotlandların, german və slavyan tayfalarının rəvayətlərində su pəriləri ilə insanların nikahından doğulan uşaqlar barədə çox danışılır. Bu uşaqlardan bəziləri eynən su pəriləri kimi qurşaqdan yuxarı insan, qurşaqdan aşağı balıq bədənində doğularaq suda yaşayırlar, bir qismi isə normal insan kimi məşhur sülalələrin əsasını qoyublar. Bunlarla belə, təbiətşünas su pərilərinin eynən balıqlar kimi onurğasız olduqlarını da iddia edirdi.
 

 
 
Su pəriləri saylarını insanların hesabına genişləndirirlər. Ölmüş südəmər qız uşaqlarını, yarımçıq doğulmuş körpələri, suda özünü boğub intihar edən qadınları, çayda, dənizdə tək çimən qızları öz məskənlərinə çəkirlər. Su pəriləri ilin müəyyən günlərində sahilə çıxıb, bir həftə quruda yaşayırlar. Slavyan mənbələrində, bu günlər Səmik günündən Petrov gününə kimi davam edir, Ruh günü və ya Troitsa günü adlanır. Su pəriləri bu günlərdə su kənarındakı meşədə, talada bir yerə yığışır, səhərə qədər şənlənir, çığır-bağır salir, gülüşürlər. Bu vaxt ordan yad adam keçərsə, onu çağırıb nəğmə və gülüşləri ilə dairəyə alır, həmin insanı nəfəsi kəsilənə qədər qıdıqlayırlar.

İnsan ölənden sonra, onu dənizin, gölün dibine çəkir ve iti dişləri ilə onu parçalayıb, uzun müddət qidalanırlar.
 

Su pəriləri haqqında 3 nəzəriyyə

 
Elmi araşdırmalarda nəzəriyyəyə görə, su pəriləri XIX əsrə qədər yaşayıb. Alimlər bu məxluqların barəsində Arstotelin də yazdığını əsas gətirərək, araşdırma aparır və belə qənaətə gəlirlər ki, onurğasız varlıqlar 19-cu əsrədək sualtı səltənətlərində ömür sürüblər.
İkinci nəzəriyyədə, dinozavrlardan tutmuş, su pərilərinə qədər bütün mifik varlıqların əslinde milyon illər öncə yer kürəsində yaşaması və təkamül getdikcə məhv olmasından danışılır.
 
 


 
Digər nəzəıriyyənin tərəfdarlarına görə, su pərisi əslində- ucu-bucağı görünməyən dənizdə başın itirmiş dənizçinin gözünə görün biləcək təbii qarabasmadır. Nəzərə alsaq ki, dənizin dalğalanan səthi müxtəlif görüntülərə səbəb olur, bu ehtimal inandırıcıdır. Bəs qulaqbatırıcı səslər? Musiqi? Bu barədə yaranan söz-söhbətdə deyilir ki, su pəriləri ilə qarşılaşan insanlar onların dəhşətli səslər çıxardığının şahidi olublar. Alimlər isə bu barədə susurlar.
Kembricdə tapılmış su pərisi mumiyasının üzərində aparılan rentgenoloji ekspertiza nəticələri göstərmişdir ki, bu mumiyanın saçları insan saçları, dərisi və dişləri isə balığınkı kimidir. Ancaq mumiyanın qabırğaları adi məftildən, gövdəsinin yuxarı hissələri isə taxtadandır.
"Bizim tərəfmizdən müayinə olunan bu su pərisi 60% insan, 40%-ise balıqdır” – deyə Kembricdən olan tədqiqatçı Xuanita Xollis bildirib.
 

 

 
Sözügedən su pərisi mumiyasının I əsrə aid olduğu güman edilir. Hətta bu su pərisinin "oğlan dostu” da tapılıb. Belə ki, bu iki mumiya, 1982-ci ilə kimi London Tibb Tarixi institutunda eksponat kimi saxlanılıb. Bir müddətdən sonra, su pərisi Bakston muzeyinə aparılmış, onun "oğlan”ı isə Londonda qalmışdı.
Ünlü ingilis səyyahı Henri Qudzon 1625-ci ildə öz gündəliyində, bu qeydləri yazıb: "Dənizçilərdən biri onu gördü və sakitcə məni çağırdı. Beldən yuxarı qadın bədəni idi, kürəyi hamar, dərisi çox ağ idi. Uzun qara saçları vardı. Dənizdə üzəndə delfin quyruğuna oxşar quyruğu görünürdü". 1717-ci il London qəzetlərinin birində su pərisinin tutulması xəbəri yazılmış və rəsmi də çəkilmişdi.
Çox əcayib bir dəniz varlığı isə Barneo limanında tutulmuşdu.
Uzunluğu 1.5 metr idi. Su dolu çəlləkdə cəmi 4 gün yaşadı. Siçan civiltisinə oxşar səslər çıxarırdı. Ona verilən balıq və digər yeməklərin heç birini yemədi.
 


 
2004-cü ilin mart ayında, Xəzər dənizində azərbaycanlı dənizçilər ölkəmizə məxsus traulerlə üzərkən, dənizdə kişi cinsinə məxsus, yarıbalıq qəribə varlıq görüblər. Kapitan Qafar Həsənov İran sahillərinə çıxdıqdan sonra İranın (Zindagi) qəzetinə hadisəni danışıb: "Əvvəlcə o, üzdüyümüz istiqamətdən bir qədər uzaqda idi. Əvvəl elə bildik ki, böyük balıqdır. Sonra onun baş hissəsinde qara-yaşıl saç gördük. Qüvvətli əlləri vardı. Qarnı xeyli böyük olub, irəli çıxmışdı. Bədəninin uzunluğu 1.60 sm olardı. Alt dodaqları boğazına kimi çatırdı.”
İsrailin Hayfa bölgəsi sahillərində, su pərisi peyda olması ile bağlı məlumatlar yayıldı. Bu ölkənin mətbuatına istinadən, SİA-nın verdiyi xəbərə görə, Kiryat Yam Bələdiyyəsinə bir-birinin ardınca dəniz sahilində "dəniz qızı” görüldüyü barədə xəbərlər daxil olub. Nəhayət, bələdiyyə sözügedən varlığı tutub gətirənə, yaxud lentə alana 1 milyon dollar mükafat vəd edib. Lakin Şəhər Məclisinin nümayəndəsi Natti Zilberman belə bir mükafat elan olunması barədə yayılan xəbərləri təkzib edib. O bildirib ki, son bir neçə ay ərzində onlarla fərqli və bir-biri ilə əlaqəsi olmayan insan Məclisə müraciət edərək, "dəniz qızı”nı gördüyünü deyib. Zilbermanın sözlərine görə, su pərisini gördüyünü iddia edənlər onu yarıbalıq, yarıqadın formasında təsvir edirlər. Bütün bunların nə derəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq məqsədilə şəhərin dəniz sahili boyunca kameralar quraşdırılıb. Lakin kameralarda qeyri-adi bir varlıq qeydə alınmayıb. Ayrıca, sıravi yəhudilərin bəziləri də sahilə gələrək gözlərini qırpmadan səmaya və dənizə baxırlar.
 

 

İnsanlar uzun illər boyunca, su pərisinin mövcudluğunu, yoxsa onun sadəcə mifik personaj olduğunu öyrənməyə çalışıb. Bir müddət əvvəl, ABŞ Atmosfer və Okeanın Tədqiqatı üzrə Milli İdarəsi su pəriləri barədə həqiqəti açıqlayıb. Mütəxəssislər bildirib ki, su pərilərinin mövcudluğu barədə sübut tapılmayıb. Bu barədə məlumat Animal Planet telekanalında: «Su pəriləri: Tapılmış bədən» filmi nümayiş etdirildikdən sonra verilib. Filmin müəllifləri onun elmi-fantastik olduğunu bildirsə də, tamaşaçılar bədəni real qebul ediblər. Filmin həqiqətə oxşaması üçün müasir kompüter fəndlərindən istifadə olunub. "Yarıinsan, yarıbalıq olan su pəriləri mifik personajlardır. Bizim su pərilərini öyrənmək üçün elmi proqramlarımız yoxdur”– deyə Milli Okean xidmətinin mətbuat katibi Kerol Kavan bildirib.
 

 
Redaktə etdi:Nuruş

ESMERRi | 4 may 2016 10:28 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: BULUTUM
Sitat: boris arxan
bir teher oxudum maraqlidi bele movcular
BULUTUM | 6 aprel 2015 00:08 | Status: Professional user | Şərh: 7 388
Sitat: boris arxan
bir teher oxudum maraqlidi bele movcular
Miraj | 1 fevral 2015 13:09 | Status: Professional user | Şərh: 2 625
men inaniram ki su perileri var
Aydan18 | 10 dekabr 2014 23:42 | Status: Şərhçi | Şərh: 485
Maraqlıdı tşk
jale elizade | 10 dekabr 2014 21:36 | Status: Şərhçi | Şərh: 323
maraqli xeberdi.men bu barede ensiklapediyada oxumuwdum burda melumatlar daha etrafil verilib
SEVDA | 10 dekabr 2014 20:48 | Status: Nəzarətçi | Şərh: 17 441
Twk xebere göre...
Nergiz love | 10 dekabr 2014 20:45 | Status: Professional user | Şərh: 7 871
Sitat: sevgi istanbul
cox tesekkurler sekiller superdi
Ag Gul | 10 dekabr 2014 16:38 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər
şəkilləri çox bəyəndim
N....N92 | 10 dekabr 2014 15:48 | Status: Professional user | Şərh: 4 351
Tewekkurler.
Ay_Sun | 10 dekabr 2014 12:53 | Status: Brilliant user | Şərh: 13 409
Tesekkurler.
Nurus. | 10 dekabr 2014 10:43 | Status: Brilliant user | Şərh: 6 982
Xeberde hecbir problem yoxdur,eger kim qusur gorurse probleem onun,kompyuterindedir...


Sitat: sevgi istanbul
cox tesekkurler sekiller superdi

men elave etmisem canim... winked
SABINA | 10 dekabr 2014 09:52 | Status: Professional user | Şərh: 7 410
Sitat: gulcin70
Maraqlı məlumatdır, təşəkkürlər. Sualtı aləm haqqında Aleksandr Belyayevin "Amifibya adam" əsərində də maraqlı məlumatlar var. Povesti oxuyanlar bilər, yəqin ki..

duzdu Gulcin xanim.coxdan oxumusam bu eseri.duzu muellifin unutmusdum. love
Gülçin | 10 dekabr 2014 09:51 | Status: Brilliant user | Şərh: 6 780
Maraqlı məlumatdır, təşəkkürlər. Sualtı aləm haqqında Aleksandr Belyayevin "Amifibya adam" əsərində də maraqlı məlumatlar var. Povesti oxuyanlar bilər, yəqin ki..
boris arxan | 10 dekabr 2014 09:29 | Status: Professional user | Şərh: 4 784
bir teher oxudum maraqlidi bele movcular
Aynur_Mezahirli | 10 dekabr 2014 09:18 | Status: Qonaq | Şərh: 0
Gözümü qıya-qıya birtəhər ordan burdan oxudum, ən çox şəkilləri bəyəndim 0105 əməyinizə hörmət hər ikinizə təşəkkürlər.
SEVA | 10 dekabr 2014 08:52 | Status: Professional user | Şərh: 5 150
cox tesekkurler sekiller superdi
Dəniz qızı | 10 dekabr 2014 08:17 | Status: Brilliant user | Şərh: 8 019
Mənə həmişə orta məktəbdə sinif yoldaşlarım su pərisi deyərdilər.Mən onlarla çox maraqlanıram.TŞK.
Ayla22 | 10 dekabr 2014 07:54 | Status: Qonaq | Şərh: 0
Oxumaga sebr yoxdu yenede tesekkurler
barbie | 10 dekabr 2014 03:14 | Status: Qonaq | Şərh: 0
ne qeder yalan oldugunu bilsekde, yenede inanmaq isteyir insan. 0136 xeber ucun tesekkurler 0137
sadəcə MƏN | 10 dekabr 2014 00:41 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.