Həyat tərzi / Maraqlıdır

Qadınları döyməyə şəriətimiz necə baxır?

Banu. | 29-10-2014, 11:18
3 819 29
Qadınları döyməyə şəriətimiz necə baxır?


İnsan bir az gücə tabedir. Bəzən insan nəsihət edilmədikdə, nəsihət dinləmədikdə bir çox məsələlərədə həddi aşır. Xüsusi ilə zərif cinsin nümayəndələri olan qadınlar nəsihət edilməyə daha layiqdirlər. Onlar daha çox faydalı nəsihətlər dinləməli və öz ailələri ilə xoş keçinməyə çalışmalıdırlar. Bu gün bəzi müsəlman kişilər isə zərif cinsə qarşı nəsihətdən əvvəl kobud davranmağa çalışırlar. Belə olduqda əyri və nəzik qabırğanı sındırmış olurlar. Çünki, Allah Rəsulu səlləllahu aleyhi və səlləm belə mənaya gələn bir sözündə buyurub ki, "Həvva (ilk qadın) Adəm əleyhissalamın əyri qabırğasından yaranıb. (Ümumən qadınlar kişilərin bir hissəsidirlər, onların bir qabırğalarından yaranıblar). Onu düzəltməyə çalışsanız sındırarsınız, elə də saxlasanız əyri qalarlar". Bu səbəbdən qadınla çox mülayim və nəzakətli davranmaq lazımdır. Amma biz kişilər bunu bacara bilmirik. Nəinki öz ailəmizlə, çox hallarda öz analarımızla, nənənlərimizlə belə kobud rəftar edirik.

Bəzi kişilər öz həyat yoldaşlarını döymək bəhanəsi ilə Quranda olan "qadınlarınızı döyün" sözündən istifadə edirlər. Halbuki çox böyük, əzəmətli Qurani Kərimdə qadınları döymək haqqında çox sonda və cəmi bir dəfə döymək sözü işlənib.

Allah təala Nisa surəsi 19-cu ayədə belə deyir: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun". Bu ayədə belə Allah təala döyməyi əmr etməyib. Digər ayədə uca Allah belə buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!" (Nisa surəsi 34). Yalnız bu ayədə Allah təala qadını döyməyi bildirmişdir. O da əvvəlcə döyməyi əmr etməmişdir. Ayədən oxuduğumuz kimi əvvəlcə nəsihət etməyi kişilərə əmr edib. Qadın hansısa səhv etdikdə ona nəsihət etmək lazımdır. Nəsihətdən sonra düzəlməsə qadının yaxınları vasitəsi ilə ona nəsihəti çatdırmaq lazımdır. Çünki ola bilər ki, qadın ərinin nəsihətini dinləmək istəməz. Belə halda əri dərhal özünü o qadının sahibi kimi aparmasın. Doğrudur, qadın ərinə aiddir. Bütün sirrlərini bir yerdə bölüşdürməlidirlər. Amma elə hallar ola bilər ki, əri qadına özü də bilmədən zülm edər. Bu səbəbdən dərhal döyməyə üstünlük verməsin. Düşünməsin ki, ayə var, qadın da mənimdir, Allah da əmr verib ki, sözünə baxmasa onu döy, mən də hüuqum var döyürəm. Belə etmək olmaz. əri çalışmalıdır ilkin vaxtlarda qadınına mülayim tərzdə nəsihətlər etsin. Ola bilər ki, hirsli vaxtına düşər, dərhal reaksiya verməsin. Bir az gözləsin, müəyyən əsəb sistemi düzələndən sonra öz həyat yoldaşına nəsihət etsin. Əgər görsə ki, nəsihətini dinləmir, onda artıq ikinci Allah təalanın əmrini yerinə yetirsin. Bir müddət onunla eyni yataqda yatmasın. Bu mərhələlərdə çox vaxt qadınlar da yumşalır və mülayimləşirlər. Daha sonra qadınının yaxınları ilə ona nəsihət etdirsin. Artıq başqa çarə tapmadıqda və döymək zəruri olduqda qadına xəsarət yetirmədən döyə bilər. Çünki, bu Allah təalanın əmridir. Qadına xəsarət yetirmək, onun gözünün altını, bədənin hər hansısa bir yerini göyərdəcək qədər incitmək olmaz. Allah təala həddini aşanları sevməz. Allah təala buyurur: "Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!" (Nisa surəsi 128-ci ayə).

Qadınlara müamilə barədə təkcə Quran ayələri yox, hədislər də, alimlərin sözləri də kifayət qədər çoxdur. Aişə (Allah ondan razı olsun) demişdir: "Mən heç vaxt Peyğəmbərin nə bir qulluqçusunu, nə bir zövcəsini vurduğunu, nə də əliylə bir şeyi vurduğunu görmədim. Yalnız Allah yolunda döyüşməsi istisnadır".

Abdullah ibn Zəm`ah (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: "Sizdən heç biriniz köləsini qamçıladığı ilə zövcəsini qamçılayıb (döyüb) sonra da günün axır hissəsi onunla yaxınlıq etməsin!"

Buxari və Müslimin “Səhih”lərində gələn rəvayətdə - Qeysin qızı Fatimənin gözləmə müddəti bitdikdən sonra Əbul-Cəhm ona nişanlandı və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onun haqqında dedi: “Ona gəldikdə, o qadınları çox döyən bir kimsədir.” Bir rəvayətdə isə: “Əsasını boyunundan yerə endirməyən biridir” deyə varid olmuşdur. Bu da Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qadını döyməyi yalnız şəri çərçivədə və Sünnəsinə uyğun olanı xaric olmaqla sevmədiyinə dəlalət edir. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) bununla bağlı olaraq belə buyurur: "Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız. Onlarla cinsi münasibətdə olmanız sizə Allahın əmri ilə halal oldu. Sizin onlar üzərindəki haqqınız, istəmədiyiniz bir adama sərginizi çiynətməmələridir. Əgər belə edərlərsə onları bəlli olmayacaq şəkildə döyün. Onların sizin üzərinizdəki haqları örfə uyğun olaraq onları yedirməyiniz və geyindirmənizdir" (Müslim, Səhih, Həcc, 2137).

Evlilik həyatında ərin ədalətli davranması, xüsusi ilə öz həyat yoldaşını digər qohum-əqrəbaları, yaxınlarının yanında əzdirməməsi, kiçik düşürməməsi, onun yeməsinə, içməsinə, geyinməsinə və qorunmasına diqqətli olması olduqca vacibdir. Evli bir xanımın isə öz ərinin evində oturması, ev işlərini yerinə yetirməsi, uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olması Allaha və ərinə itaətdən hesab olunur. Əsas da qadın ərinin cinsi istəklərini şəriətin əmr etdiyi çərçivələrdə yerinə yetirməsi olduqca vacibdir. Əri özündən razı qalan qadından uca Allah da razı qalar. Belə olsa əri başqa yerlərə getməyə meyl etməz. Allah Rəsulu səlləllahu aleyhi və səlləm belə buyurub: "Əgər bir şəxsin başqa birinə səcdə etməsi olsaydı, qadının öz ərinə səcdə etməsini əmr edərdim" (Əbu Davud, Nigah 40, Tirmizi, Rada 10 və s.). Başqa bir hədisdə Allah rəsulu səlləllahu aleyhi və səlləm belə buyurub: "Bir qadın əri özündən razı olduğu halda ölərsə Cənnətə gedər" (İbn Macə, Nigah 4, Tirmizi, Rada 10 və s.).

Qısa olaraq bildirək ki, mövzu etibarı ilə böyük olmasına baxmayaraq mahiyyətcə qeyd etmək istədiyimiz budur ki, ər-arvad arasında olan münasibətlərin tənzimlənməsi hər ikisinin ədalətli olmasından, Allahdan qorxmasından, Allahın və Peyğəmbərinin tövsiyələrini yerinə yetirmələrindən asılıdır. Xüsusi ilə kişi qadına zülm etməkdən çəkinməli, qadın da öz növbəsində buna şərait yaratmamalıdır. Qadın bilməlidir ki, ərinə iatətsizlik birbaşa Allaha itaətsizlik sayılır ki, bu da nəticədə zərərlə sonlanır. Cütlüklər bir-biri ilə o qədər mehriban olmalıdırlar, o qədər ciddi şəriətə riayət etməlidirlər ki, mehribançılıqları və xoşbəxtlikləri davamlı olsun. Bütün cütlüklərə xoşbəxtlik arzu edirəm.(Əkrəm Həsənov
İlahiyyat üzrə fəlsəfə doktoru)


Nergiz love | 10 sentyabr 2015 13:00 | Status: Professional user | Şərh: 7 871
Zeris senin yazdiqlarina men sokdayam
esma inci | 14 may 2015 15:22 | Status: Gümüş user | Şərh: 1 096
men cox qorxuram
Miraj | 5 noyabr 2014 18:25 | Status: Professional user | Şərh: 2 625
cox sukur her sey geride qaldi
Ay_Sun | 31 oktyabr 2014 12:03 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: ANITA
ANITA

Seher-seher meni aglatdin deli 0106 .Allahim seni axirindan yaritsin birdenem.Sene bele zulum edenler it kimi pesman olub sene yalvarsinlar Insallah.Ne deyim bilmirem,ureyim agridi 0106
Aynur_Mezahirli | 30 oktyabr 2014 11:53 | Status: Qonaq | Şərh: 0
Sitat: sevgi istanbul
doye doye hec kime hec neyi basa salmaq olmaz Allah insana dil verib ki danissin

duz deyirsiz, sehv demiremse Eli eleyhissalamdan bir hedis var deyir oz xanimini doyen kisiye teeccublenirem cunki, doyulmeye layiq ele o, kisinin ozudu. Allah heckime bele birsey qismet elemesin Allahdan arzum butun aileler mehriban olsunlar.
Dəniz qızı | 30 oktyabr 2014 10:13 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: SEVDA
Allah her kesin kömeyi olsun...
SEVDA | 30 oktyabr 2014 04:48 | Status: Nəzarətçi | Şərh: 17 442
Allah her kesin kömeyi olsun...
BULUT | 29 oktyabr 2014 23:27 | Status: Qonaq | Şərh: 0
Sitat: gulcin70
Zərifə, Allah sənə kömək olsun,qızım. Fikir eləmə,yaman günun ömrü az olar.

insallah insallah twk xalam istemirem ailem dagilsin xosbext olariq insallah bir omrum vefa etsin amin insallah analizin cvbini alan kimi hamiya deyecem temiz cixar mence cun kime neylemisemki men ? opdumgelen ay analiz verecem sehetimle bagli qan analizi temiz cixar insallah
Sitat: sevgi istanbul
her seyi qismet deyib kecmekde olmaz axi Allah agil versin ona incime menden
iincimedim amma neyniyim mence qismetdi qismete inanan biriyem
Gülçin | 29 oktyabr 2014 21:44 | Status: Brilliant user | Şərh: 6 781
Sitat: ANITA
gulcin xala alinmir bir defe istedim qoymadi qoymaz bilirem bosamaz / alinmaz hec cur yoxsa gunu bugun bosanaram amma alinmaz/menim usaqlarsiz heyatim hecdi o usaqlari alar menden mense usaqlarimsiz xosbext heyati istemirem hemde hec
Zərifə, Allah sənə kömək olsun, qızım. Fikir eləmə, yaman günun ömrü az olar.
SEVA | 29 oktyabr 2014 21:19 | Status: Professional user | Şərh: 5 151
Sitat: ANITA

blirem boyuk balam ir defe geldi mene bele dedi mama ata seni doyse men onu bicaqa oldurecem allaha and olsun elece mat qaldimki niye balam /bele deyire ata seni cagiranda men agliyiramki yene mamani doymeye cagirir ozde ele usatacasina cagirir zeri bura gel uje men gediremse eger gedende usaqlari evde kimse siz getmiyin deyildise biliremde nedi yenede doyulmek her seye gor emen doyulurem / meni erim cagiranda usaqlar agliyirlar ikiside getme mama elebilirler ele doyulecem /duzu hec xos soz demeye cagirmiyibki doyude hemise




eh neyse onsuz yasani kecibe demeyimin ne menasi ozumu pis hiss edireme bunlari danisanda amma neyniyim rahatladim biraz /belkede o pis deyil qismetim budu

her seyi qismet deyib kecmekde olmaz axi Allah agil versin ona incime menden
HERGUN DOYULUTDUM SOYULURDUM GUNAHIM OLMADAN.IYRENC TEHQIRLER SERKI VERMEKLER.INDI AZADLIQDI
BULUT | 29 oktyabr 2014 16:31 | Status: Qonaq | Şərh: 0
Sitat: gulcin70
Zərifə, uşaqların da böyüyəcək,hər şey yoluna da düşəcək. Ancaq,sağlamlığı bərpa eləmək olmur. Cavanlığına,sağlamlığına heyfin gəlsin. Nə qədər gec deyil,ayrıl,canını qurtar. Əlbəttə ki, valideyinlərin məsləhət bilirsə..

gulcin xala alinmir bir defe istedim qoymadi qoymaz bilirem bosamaz / alinmaz hec cur yoxsa gunu bugun bosanaram amma alinmaz/menim usaqlarsiz heyatim hecdi o usaqlari alar menden mense usaqlarimsiz xosbext heyati istemirem hemde hec
Gülçin | 29 oktyabr 2014 16:12 | Status: Brilliant user | Şərh: 6 781
Sitat: sadəcə MƏN
sadəcə MƏN
Haqlısan Günay. Beləsi ilə ömrünü çürütməkdənsə,ayrılsa yaxşıdır.
Sitat: ANITA
ANITA
Zərifə, uşaqların da böyüyəcək, hər şey yoluna da düşəcək. Ancaq, sağlamlığı bərpa eləmək olmur. Cavanlığına, sağlamlığına heyfin gəlsin. Nə qədər gec deyil, ayrıl, canını qurtar. Əlbəttə ki, valideyinlərin məsləhət bilirsə..
BULUT | 29 oktyabr 2014 16:07 | Status: Qonaq | Şərh: 0
Sitat: sadəcə MƏN
Çox üzüldüm, bu qədər ola biləcəyini düşünmürdüm mən...(( Allah köməyin olsun, canım..

sagol gunayim artiq olan olub kecen kecib balalarim var men ozumu unutmusam yalniz usaqlarimdi /yoldasim defelerle sorusub meni sevrisen deisem he amma yox sebe sene zulm eden kufr eden birini insan nece seve biler amma qorxuram ondan cox qorxuram delidi oldurerem desee oldurer bilirem /hem geri donmeye yerim yox /sabah atam anam omayanda mqardasim evlense onun yodasi meni istemese deye dusunurdum /amma indi dusunduyum atam anam bala dagini nece dozecek / umumiyyetle mene maraqli deyil erim nece olacaq ata anam bir az agliyib kecer usaqlarim bax onlar nece olacaq / herden deyirem allahdan basqa kimse ne olacagini bilmir belke bundan bele 20 il omrum var kim ne bilir hekim allah deyilki neyse niyyetim kimseni uzmek dyildi nede bunlari danisib mene kiminse yazigi gelsin yox sadece vehsi insanlar var bunu istedim bile her kes
Sitat: CUCİ 
ISTEYIRSEN INCI MENDEN AMMA DEYECEM SENIN YOLDASININ PSIXATRA EHTIYACI VAR/PSIXOLOQA YOXA PSIXATIRA/BELEDE ADAM OLAR?DELIDIRKI BU/NEYINKI BU EY EKSER KISILER DELI OLUBLAR SON VAXTLAR

ola biler hekime ehtiyaci olsun amma men nevrozam ysa yox /hirsini menden cixirdi / keske deyisse her sey yuxu olsa oyansam
fea | 29 oktyabr 2014 14:37 | Status: Gümüş user | Şərh: 1 737
menim erim olmus meni hemise doyurdu ozu de nece ellerin tutub yixib yere tepikliyirdi hamile olanda qarnima o qeder vurub.bir defe ele doymusdu ki gozumun damari partlamisdi gozumun agi gom goy olmusdu.canima xestelikde saldim nerviden nece defe istemisem o yatanda onu oldurum mene elediklerinin cezasini ceksin istiremmm
SABINA | 29 oktyabr 2014 14:18 | Status: Professional user | Şərh: 7 410
Sitat: ANITA
quran haqqi belkede inanmirsan mene ele gecem olubki durub oturmusamki yataram gelib oldurerler meni /cox qorxuda yasamisam cox hec kime arzu etmirem hec kime meni pencerenin onun getirib seni burdan atacam demesi mende agliyirdim basima vurub deyirdi usaqsane sen gulub gedirdi /o mene ezab verende ozu gulurdu

ISTEYIRSEN INCI MENDEN AMMA DEYECEM SENIN YOLDASININ PSIXATRA EHTIYACI VAR/PSIXOLOQA YOXA PSIXATIRA/BELEDE ADAM OLAR?DELIDIRKI BU/NEYINKI BU EY EKSER KISILER DELI OLUBLAR SON VAXTLAR angry
sadəcə MƏN | 29 oktyabr 2014 14:14 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: ANITA
qorxudan xestelikler tapdim esebden /amma hec vaxt onu alcaltmadim kimsenin yaninda ici

Çox üzüldüm, bu qədər ola biləcəyini düşünmürdüm mən...(( Allah köməyin olsun, canım..
Sitat: gulcin70
, sənə etdiyi zülümlərə görə peşman olar.

Bundan sonra 100 dəfə də peşman olsa, lap ağzı ilə quş da tutsa nə faydası, gözəl xalam?! İnsanın malik olduğu ən qiymətli sərvəti can sağlığıdır... Sağlamlığını itirirsən, xəstəlik tapırsan, üstəlik sənə səbəb belə göstərə bilmir.. Allah heç bir qadına yaşatmasın, amma mən bağışlaya bilmərəm onu..
BULUT | 29 oktyabr 2014 14:13 | Status: Qonaq | Şərh: 0
Sitat: CUCİ 
CUCİ

quran haqqi belkede inanmirsan mene ele gecem olubki durub oturmusamki yataram gelib oldurerler meni /cox qorxuda yasamisam cox hec kime arzu etmirem hec kime meni pencerenin onun getirib seni burdan atacam demesi mende agliyirdim basima vurub deyirdi usaqsane sen gulub gedirdi /o mene ezab verende ozu gulurdu
Sitat: gulcin70
gulcin70

hansi ana GULCIN XALA? kisi deilsen birdefe vurda deyen ana ?hansiki ne uste pampers tez qurtarib elebil yemisem usaga isletmisdimde /cox isletmedim o bu yigisdirdim usaga parcalar qoyurdumki lijbi doyulmuyub eybi yox ne vaxt sorussada he her seyi var sukur indi boyuyubler /her sey yaxsidi / manyak insanlardi /bir anaki menim ustume gelib vurub meni o ogula ne deyecek /evden cixmiyanda ne uzlusene bu qeder oglum doyur getde dedevin xarabasina now oturubsan deyen ana /hec vaxt yazigi gelmesin kiminse mene demisdim nifrete dirdim yazig olmaga /amma indi haminin yazigi gelir mene


sadece bir sual her zaman verdiyim bir sual men neyin cezasini cekirem ?kimin ahini almisam bax bu sual

bax bunun ucun deyiremki imkanli kisi olmaq imkanliya gedim bos seydi imkanli insan varki oz yoldasina qiymir neylerise / menimde yoldasimin imkani pis deyil amma imkan insani adam etmir

Sitat: sevgi istanbul
deyer verdiyin insan sene deyer vermirse burax oz deyeri ile qalsin mence emeyin bosunadi yene sen bilen meslehetdi ama usaqlara da yaziqdi ele bilirsen analarinin doyulmesi onlara xosdu ne qeder ezab cekirler bir Allah biler Allah komeyin olsun cox pis oldum

blirem boyuk balam ir defe geldi mene bele dedi mama ata seni doyse men onu bicaqa oldurecem allaha and olsun elece mat qaldimki niye balam /bele deyire ata seni cagiranda men agliyiramki yene mamani doymeye cagirir ozde ele usatacasina cagirir zeri bura gel uje men gediremse eger gedende usaqlari evde kimse siz getmiyin deyildise biliremde nedi yenede doyulmek her seye gor emen doyulurem / meni erim cagiranda usaqlar agliyirlar ikiside getme mama elebilirler ele doyulecem /duzu hec xos soz demeye cagirmiyibki doyude hemise




eh neyse onsuz yasani kecibe demeyimin ne menasi ozumu pis hiss edireme bunlari danisanda amma neyniyim rahatladim biraz /belkede o pis deyil qismetim budu
Gülçin | 29 oktyabr 2014 13:46 | Status: Brilliant user | Şərh: 6 781
Sitat: ANITA
ANITA
Can bala.. Onun o ölmüş anası demir ki, niyə incidirsən bu yazığı?! İnşAllah, bir gün onun da ağlı başına gələr, sənə etdiyi zülümlərə görə peşman olar.
ada.. | 29 oktyabr 2014 13:04 | Status: Qonaq | Şərh: 0
Məlumat ucun Təşəkkürlər
SABINA | 29 oktyabr 2014 12:42 | Status: Professional user | Şərh: 7 410
Sitat: ANITA
Sitat: CUCİ 
men senin yerinde olsam ele birine birde yoldas demerem/yenede qerar senindi/amma bu insanliga sigan bir hereket deyil/

donmeye yerim yoxdu /hem usaqlari vermez hec bosamazki /men caresizem belkede kenardan asandi onu at er deme demen amma men cixilmaz veziyyetdeyem hem bunun burasinda ne qalibki az maz vaxt onsuz ayriliriq men ol aliram o tereflere insallah 0100 cox sevinirem 0116 0106 afa men niye bele olmusam kime ne pislik etmisem neyin cezasidi?

bos bos danisma/allah uzaq etsin/herden o suali mende ozum ozume sual edirem/ne ise adamin ureyi yanir 0106
BULUT | 29 oktyabr 2014 12:39 | Status: Qonaq | Şərh: 0
Sitat: CUCİ 
men senin yerinde olsam ele birine birde yoldas demerem/yenede qerar senindi/amma bu insanliga sigan bir hereket deyil/

donmeye yerim yoxdu /hem usaqlari vermez hec bosamazki /men caresizem belkede kenardan asandi onu at er deme demen amma men cixilmaz veziyyetdeyem hem bunun burasinda ne qalibki az maz vaxt onsuz ayriliriq men ol aliram o tereflere insallah 0100 cox sevinirem 0116 0106 afa men niye bele olmusam kime ne pislik etmisem neyin cezasidi?
SEVA | 29 oktyabr 2014 12:38 | Status: Professional user | Şərh: 5 151
Sitat: ANITA
QADINI qadin kimi yox kisi kimi doyen kisiler var heyatda /qadini qadin kimi bir sille ile cezalandirmaq olar belkede amma qadini elebil kisi doyursenmis kimi doymek bu vehsilikdi /menim oz basima gelib heyatim tamam mehv olub her kese gore men doyulmusem ve bunu esitmisemdeki men oz ustumde oz sehfime gore yox basqalarini gunahi ucun doyulurem cunki onlari doymek mumkunsuz mense acizem/vehsi kimi doyulmusem bezen o qeder doyulmusemki halsizlasib pillekenlere teref surunub dusmek istemirem 12 pillenkenden yixilmisam /bezen bir qurtum su ver agzimin qani yuyulsun demisem inildeye inildeye ve o sozden sonra uymusam ayilandasa artistlik eleme sozleri esitmisem /durdugum yerde qefil ustume geli meni doymeye baslayib senin basivi kesecem niyesini bilmemisem /insani ne yandirir sehvsiz doyumek /o insana nifret edirsen hec vaxt bagislaimirsan /

qorxudan xestelikler tapdim esebden /amma hec vaxt onu alcaltmadim kimsenin yaninda icimde nifret etdim amma uzde sevdim usaglarina qarsi yaxsidi dedim daima usaglara atalarinin yaxsi oldugunu dedim amma menim yasadigim heyati burda kimse yasamayi mence yasamirda deye dusunurem hele cox seyi danismiram demek istemirem / yoldasimi alcaltmamaq ucun /hec vaxt ona soz gelen hereketler etmedim neslin sevimli gelini mehriban gelini kimi taninmisam amma bilmirler ne cekirem bilmedilerde /bizimki bitmeyib men yene onun yanina donecem yenede usaqlarim var axi /bosanmaq istemisem olmayib bosamayib cuki bunu etmerem deyir bosamaram bosasamda mehkemenin onunde senide ozumude oldurerem deyir /niye mene zulm edirdi bilmirem

deyer verdiyin insan sene deyer vermirse burax oz deyeri ile qalsin mence emeyin bosunadi yene sen bilen meslehetdi ama usaqlara da yaziqdi ele bilirsen analarinin doyulmesi onlara xosdu ne qeder ezab cekirler bir Allah biler Allah komeyin olsun cox pis oldum
SABINA | 29 oktyabr 2014 12:27 | Status: Professional user | Şərh: 7 410
Sitat: ANITA
QADINI qadin kimi yox kisi kimi doyen kisiler var heyatda /qadini qadin kimi bir sille ile cezalandirmaq olar belkede amma qadini elebil kisi doyursenmis kimi doymek bu vehsilikdi /menim oz basima gelib heyatim tamam mehv olub her kese gore men doyulmusem ve bunu esitmisemdeki men oz ustumde oz sehfime gore yox basqalarini gunahi ucun doyulurem cunki onlari doymek mumkunsuz mense acizem/vehsi kimi doyulmusem bezen o qeder doyulmusemki halsizlasib pillekenlere teref surunub dusmek istemirem 12 pillenkenden yixilmisam /bezen bir qurtum su ver agzimin qani yuyulsun demisem inildeye inildeye ve o sozden sonra uymusam ayilandasa artistlik eleme sozleri esitmisem /durdugum yerde qefil ustume geli meni doymeye baslayib senin basivi kesecem niyesini bilmemisem /insani ne yandirir sehvsiz doyumek /o insana nifret edirsen hec vaxt bagislaimirsan /

qorxudan xestelikler tapdim esebden /amma hec vaxt onu alcaltmadim kimsenin yaninda icimde nifret etdim amma uzde sevdim usaglarina qarsi yaxsidi dedim daima usaglara atalarinin yaxsi oldugunu dedim amma menim yasadigim heyati burda kimse yasamayi mence yasamirda deye dusunurem hele cox seyi danismiram demek istemirem / yoldasimi alcaltmamaq ucun /hec vaxt ona soz gelen hereketler etmedim neslin sevimli gelini mehriban gelini kimi taninmisam amma bilmirler ne cekirem bilmedilerde /bizimki bitmeyib men yene onun yanina donecem yenede usaqlarim var axi /bosanmaq istemisem olmayib bosamayib cuki bunu etmerem deyir bosamaram bosasamda mehkemenin onunde senide ozumude oldurerem deyir /niye mene zulm edirdi bilmirem

men senin yerinde olsam ele birine birde yoldas demerem/yenede qerar senindi/amma bu insanliga sigan bir hereket deyil/
boris arxan | 29 oktyabr 2014 12:21 | Status: Professional user | Şərh: 4 784
qadini doymeye ne varki bir silede bes eder get qolu yoqun kiwini doy gorum nece doyursen .bezi kiwilere aiddir
BULUT | 29 oktyabr 2014 12:16 | Status: Qonaq | Şərh: 0
QADINI qadin kimi yox kisi kimi doyen kisiler var heyatda /qadini qadin kimi bir sille ile cezalandirmaq olar belkede amma qadini elebil kisi doyursenmis kimi doymek bu vehsilikdi /menim oz basima gelib heyatim tamam mehv olub her kese gore men doyulmusem ve bunu esitmisemdeki men oz ustumde oz sehfime gore yox basqalarini gunahi ucun doyulurem cunki onlari doymek mumkunsuz mense acizem/vehsi kimi doyulmusem bezen o qeder doyulmusemki halsizlasib pillekenlere teref surunub dusmek istemirem 12 pillenkenden yixilmisam /bezen bir qurtum su ver agzimin qani yuyulsun demisem inildeye inildeye ve o sozden sonra uymusam ayilandasa artistlik eleme sozleri esitmisem /durdugum yerde qefil ustume geli meni doymeye baslayib senin basivi kesecem niyesini bilmemisem /insani ne yandirir sehvsiz doyumek /o insana nifret edirsen hec vaxt bagislaimirsan /

qorxudan xestelikler tapdim esebden /amma hec vaxt onu alcaltmadim kimsenin yaninda icimde nifret etdim amma uzde sevdim usaglarina qarsi yaxsidi dedim daima usaglara atalarinin yaxsi oldugunu dedim amma menim yasadigim heyati burda kimse yasamayi mence yasamirda deye dusunurem hele cox seyi danismiram demek istemirem / yoldasimi alcaltmamaq ucun /hec vaxt ona soz gelen hereketler etmedim neslin sevimli gelini mehriban gelini kimi taninmisam amma bilmirler ne cekirem bilmedilerde /bizimki bitmeyib men yene onun yanina donecem yenede usaqlarim var axi /bosanmaq istemisem olmayib bosamayib cuki bunu etmerem deyir bosamaram bosasamda mehkemenin onunde senide ozumude oldurerem deyir /niye mene zulm edirdi bilmirem
SEVA | 29 oktyabr 2014 12:06 | Status: Professional user | Şərh: 5 151
doye doye hec kime hec neyi basa salmaq olmaz Allah insana dil verib ki danissin
ehtibar | 29 oktyabr 2014 12:02 | Status: Gümüş user | Şərh: 2 547
qadini doymek en azi acizlikdir kiwi hec vaxt qadini doymez bir weriet qanunda yoxe dovlet qanunlarindada qeti qadagandir qadina el qaldirmaq
Elgun_Azizov | 29 oktyabr 2014 11:40 | Status: Professional user | Şərh: 1 393
Qadın heyvan deyil döyülə qadın insandı ən əsasda ANAdı!
Səhf edirsə düzgün şəkildə başa salmaq lazımdırkı birdə o səhfi etməsin.