Maraqlıdır / Kökəlmə

Çəki almaq istəyənlərə xüsusi qidalanma təklifləri...

Ag Gul | 20-10-2014, 19:30
6 118 20

Çəki almaq istəyənlərə xüsusi qidalanma təklifləri...

İştahsızlıqdan şikayət edən arıq bir adamın kilo alması, çox kilolu olan birinin kilo verməsinə nəzərən çox daha çətindir. Çəki almaq istəyirsinizsə bu təklifləri tətbiq edə bilərsiniz. 

Çox kilolu olan fərdlərin sayı, arıq olub kilo almaq istəyən şəxslərin sayından daha çox olduğu üçün 'kilo vermək istəyənlər' ilə əlaqədar qidalanma təklifini izah edən Ekspert Diyetisyen İpek Ağaca Özger kilo almaq istəyən kəslərdən bir çox xüsusi mesaj aldığını ifadə edərək, daha tez qidalanma təklifləri istədiyini ifadə etdi. Ağaca, mövzuyla əlaqədar olaraq kilo almaq istəyənlərə xüsusi qidalanma təkliflərini bildirdi. 
 

 

Sağlam və qalıcı kilo almaq, kilo verməyə nisbətlə daha çətin bir prosesdir.

'Aman canım sən də! Çəki almaq istəyirsənsə bol-bol şokolad ye, cipsi, poğaça, börək ye, kilo qəbul edərsən. Bax biz kiloları verməyə çalışırıq, sən isə nədən bəhs edirsən... 'kimi öyüdləri bir çoxumuz arıq olan yoldaşlarımıza söyləyərik və ya söylənildiyini eşidərik. Düşünüldüyünün əksinə kilosu az olan kəslərin kilo alması heç də asan deyil. Hətta iştahsızlıqdan şikayətçi arıq bir adamın kilo alması, çox kilolu olan birinin kilo verməsinə nəzərən çox daha çətindir. Mütləq mütəxəssis dəstəyi lazımdır.
 

Çəki almaq üçün necə başlamaq lazımdır.

Əgər ideal kilonuza çatmaq üçün kilo almaq istəyirsinizsə əvvəl bir Endokrinoloji mütəxəssisi həkimə müayinə olmalısınız. Hər hansı bir xroniki xəstəlik və s. vəziyyət olub-olmadığı həkiminiz tərəfindən araşdırılacaq. Yemə davranışı pozuqluqları təsbit edilsə psixiatr və psixoloq ilə görüşmək faydalı olar. Ardından qidalanma proqramınız üçün bir pəhriz mütəxəssisinə müraciət etməlisiniz. Pəhriz mütəxəssinizin sizin üçün hazırlayacağı 'Adama xüsusi pəhriz proqramı' sayəsində sağlam kilo alışı ilə ideal kilonuza çata biləcəksiniz. 
 

Əlinizin altında quru meyvə saxlayın.

Ofisinizdəki masanızda, çəkməcənizində, çantanızda, avtomobildə, evinizin müxtəlif yerlərində quru meyvə saxlayın. Quru meyvələrin kalori məzmunu yüksək olmaqla birlikdə, vitamin və mineral məzmunu olaraq da olduqca zəngindir. Quru meyvələri ara paylarda istehlak etməklə həm sağlam qidalanmış olarsınız, həm də enerji qatqısı təmin etmiş olarsınız.
 

Südlü şirniyyat istehlak edin.

Gün içərisində ara paylardan birində südlü şirniyyat istehlak etməlisiniz. Südlü şirniyyatlar, zülal və kalsium alımınıza qatqı təmin edərkən, eyni zamanda kilo almanız üçün lazım olan enerji üçün yaxşı bir dəstəkləyicidir. Qida dəyəri yüksək olan sütlü şirniyyatlar, sağlam qidalanaraq kilo almağınıza köməkçi olacaq. İştahla istehlak edəcəyiniz südlü şirniyyatınızın üzərinə də qoz, fındıq, fıstıq kimi yağlı çərəzlərdən əlavə etməyi unutmayın. 
 

Naharda çay yerinə təzə sıxılmış meyvə şirəsi, süd seçim edin.

Naharda çay və ya qəhvə yerinə təzə sıxılmış meyvə şirəsi və ya süd seçim edin. Beləcə nahar menyusunun enerji məzmununu da yüksəltmiş olarsınız. Təzə sıxılmış meyvə şirəsiləri vitamin anbarıdır, immunitet sistemini gücləndirməyə kömək edir. 1 böyük stəkan təzə sıxılmış meyvə şirəsinin kalori məzmunu 3-5 boşqab meyvəyə bərabərdir. Meyvə suyunuzu köp yaratmaması adına nahar sonrasında da içə bilərsiniz.
 
 
 Xəbər AzadQadın.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

 

Redaktə etdi: :0144: Sevgi :0144:
 



ESMERRi | 15 aprel 2016 17:44 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Tewekkurler
dılay | 16 mart 2016 20:55 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler
Nergiz love | 21 aprel 2015 16:38 | Status: Professional user | Şərh: 7 871
Mene lazimdi kokelmek tsk
FarizEhmedli | 17 aprel 2015 19:29 | Status: Şərhçi | Şərh: 198
arqi yaxsidir
Real Madrid CF | 28 mart 2015 16:16 | Status: Qonaq | Şərh: 0
UYY UZAQ OLSUN.
oyku acar | 25 mart 2015 19:19 | Status: Qonaq | Şərh: 0
ben zaten kilolu deyilim
glamourkaaa | 21 noyabr 2014 01:07 | Status: Qonaq | Şərh: 0
Men cox yox 3ce kilo kokelmek isteyirem.
Ag Gul | 22 oktyabr 2014 15:09 | Status: Professional user | Şərh: 4 333
təşəkkürlər hər kəsə demişdim hər dəfə arıqlamaq xəbəri olanda hamı deyir men kökelmek isteyirem ele yerine düşmüşdü
sevgi bacım çox sağ olllllllllllll superdi xeber 0140
Ay_Sun | 22 oktyabr 2014 12:27 | Status: Brilliant user | Şərh: 13 408
Ehtiyac yoxdur .Tesekkurler her ikinize canlarim 0109
fea | 22 oktyabr 2014 12:08 | Status: Gümüş user | Şərh: 1 737
tesekkurler canim ..
Tesekkurler
SEVDA | 21 oktyabr 2014 15:14 | Status: Nəzarətçi | Şərh: 17 439
Çeki atmaq fikrim yoxdu,twk...
boris arxan | 21 oktyabr 2014 00:40 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
Nazlı_Kız | 20 oktyabr 2014 20:26 | Status: Brilliant user | Şərh: 6 473
Məlumat üçün çox sağolun. redakte gözəldi like etdim 4-cü 0109
Aynur_Mezahirli | 20 oktyabr 2014 20:07 | Status: Qonaq | Şərh: 0
Meslehet ucun tesekkurler...
SEVA | 20 oktyabr 2014 20:03 | Status: Professional user | Şərh: 5 150
gozelim sen bu saytin yarali yerine toxunmusan mene ehtiyac yoxdu tesekkurler ama faydalananlar cox olacaq
ehtibar | 20 oktyabr 2014 19:56 | Status: Gümüş user | Şərh: 2 547
normalam mence ehtiyac yoxdu kokelim yada ariqliyim
Röyamsan. | 20 oktyabr 2014 19:53 | Status: Brilliant user | Şərh: 6 102
Əlinizin altında quru meyvə saxlayın.

Naharda çay yerinə təzə sıxılmış meyvə şirəsi,
Mən bir neşə gündür bunları edirəm. Çox yaxşı effekt verir. love
Faydalı xəbər üçün çox sağ ol canım.
SABINA | 20 oktyabr 2014 19:41 | Status: Professional user | Şərh: 7 410
Menim ag qizil gulum mene xebermi hazirlayib?beyendim xeberi canim tesekkurler 0109

like 0140
ada.. | 20 oktyabr 2014 19:34 | Status: Qonaq | Şərh: 0
Xeber ucun tewekkurler .