Həyat tərzi / Maraqlıdır

"Facebook"a görə işdən qovulanlar - FAKTLAR

Banu. | 15-10-2014, 23:00
2 842 18
"Facebook"a görə işdən qovulanlar - FAKTLAR
 

Həyatın hər anının paylaşıldığı "Facebook" bəzən göründüyü qədər zərərsiz və əyləncəli olmaya bilir.

Düşünülmədən edilən paylaşmalar gözlənilməz nəticələrə gətirib çıxarır.

"Facebook"a görə etibarı sarsılan, əlaqələri pozulan, hətta

işindən çıxarılan xeyli faktlar ortaya çıxıb. Siz də "Facebook"

qurbanı olmaq istəmirsinizsə, başqalarının təcrübələrindən dərs almanızı təklif edirik.


AzadQadin.az ANN.Az-a istinadən "Facebook"un qurbanı olan
17 nəfərin başına gələnləri qısaca da olsa, oxuculara təqdim edir:


1. Saxta pulla aldadılan qarson



Kafedə işləyən 22 yaşlı Eşli Conson bəxşiş olaraq müştərilərindən aldığı pulun sonradan saxta olduğunu görür. Bundan əsəbləşən Eşli həmin müştərilərinin adlarını və çalışdığı kafenin adını "Facebook"da paylaşır. Amma bu, ona çox baha başa gəlir. Səhərisi gün o, işdən qovulur.



2. "Facebook"da ictimai rəyi araşdıran məhkəmə heyətinin üzvü




İngiltərədə məhkəmənin heyətinin üzvü olan bir qadın məhkəmə çəkişməsi zamanı qərar verə bilməyəcəyini görüb və bu məsələni "Facebook"da paylaşaraq dostları arasında səsvermə keçirib. Bu faktın üstün açılanda isə o, məhkəmənin heyət üzvlüyündən kənarlaşdırılıb.


3. İşindən qovulan amiqo 



İdman klubunda çalışan Keytlin Deyvis bir parti səhəri sərxoş və yuxuya getmiş dostlarından birinin bədənini rəngli qələmlərlə müxtəlif şəkillər çəkir və bunu sosial şəbəkədə paylaşır. Amiqo qız (idman yarışlarında tamaşaçıları çoşduran şəxs- red.) bu səbəbdən də işindən olur.


4. Xəstəxanada "planking" edən personal



İngiltərədə yerləşən bir xəstəxanada xəstə çarpayılarının üstündə "planking" (əlverişsiz şəraitdə üzüstə yerə uzanmaq metodu. Bir növ flaş-mob olaraq Avropa ölkələrində məşhurdur - red.) edərək bu şəkilləri "Facebook"da paylaşan işçilərin hamısı qovulur.


5. Komandanın transferlərinə dair müzakirə açan "maskot"


"Pittsburgh Pirates" komandasının "maskot"u (marka, komanda, yaxud hər hansı şirkətin simvolu olmaq üçün sevimli heyvanlardan birinin adı götürülür, onun kuklası yaradılır və bir nəfər işçi daim o heyvan "maskot"unun altında gəzərək markanı, komandanı, yaxud şirkəti təmsil edir - red.) komandanın bir neçə oyunçunun transferi ilə bağlı müqvilə bağlanandan sonra bu məsələni "Facebook"da paylaşıb. Bunu korən komanda rəhbərliyi həmin şəxsin artıq "maskot"luq etməsindən imtina edib. 


6. İşdən qovulan stüardessa


"Thirteen Virgin Airlines" Hava Yolları Şirkətinə aid təyyarələrinin motorlarının çox tez-tez dəyişildiyini və təyyarənin kabinələrinin hörümçək torları ilə örtülü olduğunu "Facebook" profilində status kimi qeyd edən stüardessa anındaca işindən qovulub.


7. "Gözdən iraq" məktəbin müəlliməsi


Şimali Koralinada ucqar sərhəd məktəbində müəllimə işləyən qadın öz "Facebook" profilində "haqqında" bölməsinə belə bir məlumat yerləşdirib: "Şarlottenin ən "gözdən iraq" məktəbində müəllimlik edir". Bunu oxuyan məktəb direkoru müəlliməni həmən an məktəbdən xaric edib.


8. Buckingham Sarayının mühafizəçisi


Kembric hersoginyası Keyt Middleton (Uels Şahzadəsi Uilyamın xanımı) haqqında "Facebook"da dilə gətirilə bilməyən sözlər sərf edən Kemeron Reyl işindən qovulub.


9. Şagirdi ilə dost olan müəllimə



"Facebook"da dost olduğu şagirdin yaydığı fotonun altından müəllimə belə bir "post" atır: "bu çox seksi pozadır". Elə bu müəllimənin işgüzar fəaliyyətinin sonu olur.


10. "Facebook"da sərxoş fotolarını yayan müəllimə


"Facebook"da belə fotolarını yaymaq müəlliməyə çox ağır başa gəlir. Təhsil rəhbərliyi onu işindən xaric edir. Deyilənə görə, indiyə qədər müəllimə işini geri qazanmaq üçün məhkəmələrdədir.


11. Əlil olmadığı ortaya çıxan qadın


Natali Blankard 2008-ci ildən bəri əlillik sığortası ilə maaş alır. Onun tətildə tam sağlam və əyləncə dolu şəkillərini "Facebook" profilində görən sığorta şirkəti Nataliyə artıq maaş verməyəcəyini elan edib.


12. Rəisini və işini pisləyən qız



Müdirinin "Facebook"da dost olduğunu unudan qız dişinin dibindən çıxanı müdirinin arxasınca deyir, həm də işini pisləyir. Bu statusu oxuyan müdir nə edir? Əlbəttə ki, qızı işdən qovur ki, daha yaxşı iş axtarışına başlasın.


13. Şagirdlərinə qarğış edən müəllimə


6-cı sinifdə oxuyan bir şagirdi sahil gəzintisi zamanı faciəli şəkildə ölən müəllimə "Facebook" profilində belə bir status paylaşır: "Bugündə etibarın sahil gəzintisinin şagirdlərim üçün çox yaxşı bir səyahət olacağını düşünürəm. Onlara nifrət edirəm!"

Əlbəttə ki, direktor belə bir qarğışdan sonra müəlliməni işdə saxlaya bilməzdi ax...


14. Sosial şəbəkədən asılı olan rahibə



Manastır arxivlərini kompüterə köçürən rahibə özünə "Facebook" hesabı açır və daha çox vaxtını burada keçirir. Bu faktın üstü açıldığına görə rahibə Maria Jesus Galan-ın Santa Domingo el Real manastırından ayrılması tələb olunub.


15. Özünü dəyərsiz hesab edən məmur


Tania Dickinson "Facebook" profilində özünü cansız əşyalara oxşadıb, dəyərsiz, qiymətsiz olduğunu, bir heçə bərabər olduğunu dilə gətirib. Elə bu səbəbdən də Sosial  Təminatlar Nazirliyindən uzaqlaşdırılıb.


16. İrqçi texnik direktor


Gürcistandaki aşağı liğa komandalarından birinin texnik direktoru olan Frank Samuelson "Facebook"dakı irqçi fikirlərinə görə işində qovulub.


17. Miqreni olduğunu söyleyib işə gəlməyən qadın 


İsviçrədə bir qadın müdirinə zəng edib miqreni tutduğunu deyib və işə gəlməmək üçün ondan icazə istəyib. İşçisi ilə maraqlanan müdir onun "Facebook" profilini izləyib və paylaşdığı statusları, fotoları görüb. Bundan sonra o, qadına birdəfəlik evdə oturmaq üçün icazə "verib".



guldeniz | 5 oktyabr 2015 15:20 | Status: Professional user | Şərh: 1 641
tewekurler
ESMER | 23 sentyabr 2015 21:30 | Status: VİP user | Şərh: 817
Sitat: Ay_Sun
Sitat: Röyamsan.
Nə işləməyə qoyan var. Nədə ki, Fb-ya. wink

Aynen bacim recourse
Sunay Elizade | 18 may 2015 11:56 | Status: Gümüş user | Şərh: 2 157
yeqin menide qovacaqlar feel
Ay_Sun | 19 oktyabr 2014 12:51 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Röyamsan.
Nə işləməyə qoyan var. Nədə ki, Fb-ya. wink

Aynen bacim recourse
SEVDA | 17 oktyabr 2014 05:44 | Status: Nəzarətçi | Şərh: 17 442
Bir ağıllı adam görmedim içlerinde,bunların ele hamısı qovulmalı imiw....
Röyamsan. | 16 oktyabr 2014 23:30 | Status: Brilliant user | Şərh: 6 103
Nə işləməyə qoyan var. Nədə ki, Fb-ya. wink
Sevda_88 | 16 oktyabr 2014 18:57 | Status: Şərhçi | Şərh: 371
yaxsi eliyibler qovublar, ne iti azmisdi facebookda
Nergiz love | 16 oktyabr 2014 16:57 | Status: Professional user | Şərh: 7 871
Maraqsizdi tsk
Gulya2676 | 16 oktyabr 2014 16:33 | Status: Gümüş user | Şərh: 2 587
Axrı menide qovacaqlar love
Black_sTaR | 16 oktyabr 2014 16:25 | Status: Professional user | Şərh: 846
Oxumadım. Əvvələr Fb da, var idim. Sonradan girmədim indi də, heç girmirəm. Maraqlı deyil.
Aytekin82 | 16 oktyabr 2014 11:49 | Status: Brilliant user | Şərh: 6 588
Məni də bu təhlükə gözləyir demək ki... wink
İş vaxtı neinki feyse, elə Azadqadın.az saytına da girirəm, xəbər qoyuram, status və şərh yazıram....
Amaaaaaaaaaaaaaaannnnnnnn
feel 0104
Oxumadim
Tesekkirler
MELEK_ | 16 oktyabr 2014 09:49 | Status: Professional user | Şərh: 3 949
maraqli deyil, cunki facebooku beyenmirem
SABINA | 16 oktyabr 2014 09:12 | Status: Professional user | Şərh: 7 410
Sitat: Gul
Facebook hele cox ev yixacaq
ada.. | 16 oktyabr 2014 07:43 | Status: Qonaq | Şərh: 0
Facebook hele cox ev yixacaq
fea | 15 oktyabr 2014 23:33 | Status: Gümüş user | Şərh: 1 737
tesekkurler
ehtibar | 15 oktyabr 2014 23:30 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir
SEVA | 15 oktyabr 2014 23:12 | Status: Professional user | Şərh: 5 151
tesekkurler maraqli idi