Maraqlıdır / Azadqadın həyatı

“Qadın seksual obyekt səviyyəsinə alçaldılıb” – 11 TEZİS

♔ Rəşad ♔ | 29-09-2014, 21:00
2 157 14
“Qadın seksual obyekt səviyyəsinə alçaldılıb” – 11 TEZİS


Azərbaycanlı oxucu Ramazan Əsgərovun qadın və kişi bərabərliyi probleminə aid 11 tezisini təqdim edirik:


1. Qadınların və kişilərin bərabərliyi, sadəcə, cəmiyyətin xeyri üçün arzu olunan bir şərt deyildir, o, insanın mahiyyəti haqqında fundamental bir həqiqətdir.
2. İndiki cəmiyyətlərdə qadınlara qarşı ayrıseçkilik xəstə sosial nizamın simptomlarından biridir.
3. Sosial nizam daxilində cəmiyyətin işlərində iştirak etmələri üçün qadınlara yalnız yer vermək kifayət deyil. Ədalət, sülh və kollektiv firavanlıqla səciyyələnən yeni bir sosial nəzmin yaradılması üçün mənəvi prinsiplərin tətbiqində qadınlar və kişilər çiyin-çiyinə işləməlidirlər.
4. İnsan bədəni analogiyası birlik prinsipinin sosial təşkilatı necə idarə edə biləcəyini nümayiş etdirir. Bədəndə qeyri-adi dərəcədə müxtəlif formalara və funksiyalara malik milyonlarla hüceyrələr insanın mövcudıluğunun mümkün olması üçün əməkdaşlıq edirlər. Öz fərdi funksiyaları, həmçinin bütövün böyüməsi və rifahı üçün ehtiyac olan hər şeyi alır və verirlər. Sağlam bir bədənin həyatını bu günkü cəmiyyəti təsvir etməkdə belə sərbəst şəkildə istifadə olunan kasad resurslar uğrunda şəxsi mənfəətə əsaslanan konsepsiya kimi konsepsiyalarla izah etməyə heç kəs cəhd etməz. Nə də kimsə sübut etməyə çalışar ki, bədənin yaxşı çalışması üçün onun bütün hüceyrələri eyni olmalıdır; bu cür yeknəsəqlik bədənin mövcudluğu üçün zəruri olan mürəkkəb funksiyalardan hər hansı birini yerinə yetirməyə qabil olmağa onu qadir etməzdi. İnsanın bədəninin funksiyasını idarə edən prinsip müxtəlifliyin birliyidir. İnsan cəmiyyətini də, eynilə, bu cür qavramaq mümkündür. Cəmiyyət müxtəlif mənsubiyyətləri və ikincili kimlikləri olan milyonlarla fərdlərdən və qruplardan ibarətdir ki, onların həm də əsas kimlikləri var və bu, bəşəriyyətin qalanı ilə müştərək olan ruhani təbiətə bağlıdır. Bütün insan varlıqlarının gerçəkliyini əks etdirən bu kimlik ümumun rifahını irəli aparmaq üçün kollektiv səylər üçün zəmin yaradır.
5.Bütün dünya üzrə, qadınlara və kişilərə onların əsl kimlikləri, həqiqi təbiətləri, onların xoşbəxtliyinə və təyinatlarının yerinə yetirilməsinə nəyin yardım edə biləcəyi barədə yanlış anlayışlar öyrədilmişdir.
6. Gözəlliyə cəzb olunmaq bir gücdür ki, insanın ruhuna xasdır və bu, insanın mənəvi-əxlaqi məqsədini potensial olaraq formalaşdıra və insanı mükəmməllik və kamillik meyarlarına çatdıra bilər, lakin bu güc, bilərəkdən kişilərin və qadınların maddi-cismani arzularını qane etmək vasitəsi olmaqdan başqa bir şey ifadə etmədikləri bir nöqtəyə qədər təhrif olunmuşdur, yəni qadınlar, daha çox, seksual obyekt səviyyəsinə qədər alçaldılmışlar və bu günkü reklam qədər, bəlkə, heç nə qadınları alçalda bilməz.
7. Vaxtı keçmiş adət və ənənələr artıq nə qadınların inkişafına, nə də ailənin qorunub saxlanmasına xidmət edə bilir. Qadınlar onlara qurban gedir, üsyan edənlər isə ya cəzalanır, ya da özləri bu mübarizədə başqalarının əlinə keçib bədbəxt olurlar.
8. Qadınların azadlığı və inkişafı relyativizm kontekstində də təhrif olunur. İfrat meyillərə yol açılır.
9. Güc barədə müasir təfəkkürdə dominant olan konsepsiyalar ciddi şəkildə sorğulanmayınca və findamental olaraq yenidən baxılmayınca, qadınlarla kişilər arasında həqiqi bərabərlik qurulmayacaq.
10. Qadınların siyasi və ictimai qərarçıxarmada rolu artırılmalı və kişilərlə ən azı bərabər səviyyəyə qaldırılmalıdır. Qadınların inkişafına şərait yaradılmayınca kişilər də inkişaf etməyəcəklər.
11. Ailə institutu çərçivəsində, "mətbəxdə” sülhün tələbləri nədirsə, dünyada da sülhün tələbləri odur. "Analar dünyada göz yaşı tökür" deyə "duyğu somurusu” yapırsınız, amma gördüyünüz işin adı nədir?KULT.az

SABINA | 1 oktyabr 2014 09:48 | Status: Professional user | Şərh: 7 410
tesekkurler
Ay_Sun | 30 sentyabr 2014 22:55 | Status: Brilliant user | Şərh: 13 408
Xeber ucun tesekkurler.
N....N92 | 30 sentyabr 2014 18:56 | Status: Professional user | Şərh: 4 351
Sitat: sevgi istanbul
tesekkurler
SEVA | 30 sentyabr 2014 17:00 | Status: Professional user | Şərh: 5 150
tesekkurler
Lumia | 30 sentyabr 2014 16:27 | Status: Professional user | Şərh: 5 378
Sitat: AYSBERQ
sebrim catmadi /axirrdaki kult .az ne idi?twk xeber ucun

kult.az saytdir canim,xeber de ordan goturulub.
SEVDA | 30 sentyabr 2014 14:42 | Status: Nəzarətçi | Şərh: 17 439
Qadınlara qarşı ayrıseçkilik xeste sosial nizamın simptomlarından biridir. 0140
N....N92 | 30 sentyabr 2014 12:31 | Status: Professional user | Şərh: 4 351
cox tewekkurler,
Gule_R_124 | 30 sentyabr 2014 10:41 | Status: Şərhçi | Şərh: 609
;)sebriiiiiimmmmmmmmmmmmmmm catmadiiii...
Gülçin | 30 sentyabr 2014 09:12 | Status: Brilliant user | Şərh: 6 780
Tezis deyende, yadima tarix fenni dusur..
BULUT | 29 sentyabr 2014 23:20 | Status: Qonaq | Şərh: 0
sebrim catmadi /axirrdaki kult .az ne idi?twk xeber ucun
Aynur_Mezahirli | 29 sentyabr 2014 23:12 | Status: Qonaq | Şərh: 0
Sebrim catmadi oxumaga tesekkurler...
Nergiz love | 29 sentyabr 2014 22:54 | Status: Professional user | Şərh: 7 871
Sitat: kimsesiz23
Tesekkurler.oxumdaidm sebrim catmadie
ehtibar | 29 sentyabr 2014 22:04 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir
Tesekkurler.oxumdaidm sebrim catmadie