Maraqlıdır / Fikirlərin dueli

Vicdanının səsini dinlə

Nuridə Nuriyeva | 2-05-2014, 17:30
3 712 28
  

 

 
Hər insana gözəl düşüncəni, gözəl hərəkətləri ilham edən səsdir vicdanın səsi..Sağlam mühakimə etdirən, doğrunu, yanlışı göstərən səsdir vicdanın səsi...Bir insan oğurluq edər, cinayət törədər, məzlumun, zəifin haqqını çeynəyər, biz də həmin adama vicdansız deyərik. Amma əxlaqsızlıq edən, haqqa baş qaldıran, insanlıq ölçülərini aşan insan vicdansız deyil. Sadəcə olaraq iradəsizdir.
 
Vicdanını istifadə edəcək gücü olmadığı üçün yanlış yollarla gedər. Harda olmağımızdan asılı olmayaraq, istər çinli olaq, istər zənci irqindən, istər avropalı, istər azərbaycanlı fərqi yoxdur, vicdanla harada nə etmək lazım olduğunu çox yaxşı bilirik. Amma doğrunu bilməyimiz kifayət etməz ki...Mənə elə bir insan göstərin ki, müharibədən xoşu gəlsin, yoxluqdan, əzab çəkən insan görüntülərindən, zülmlərdən zövq alsın. Tapa bilməzsiniz. Hər insan dili ilə zülmə qarşıdır. Ancaq mövzu tətbiqə gələndə, əsas olan insanın vicdanını nə qədər istifadə etdiyidir. İnsan var, özünə haqsızlıq edilmədiyi müddətcə laqeyd olur, özünə qarşı haqsızlıq görəndə isə "vicdanı” qabarır.
 
İnsan var, haqsızlıqların olduğundan belə xəbərsizdir, yalnız öz rahatlığını düşünür, başqasına edilən haqsızlığı görmək o tərəfə qalsın, özü hamının haqqını çeynəyir. İnsan var, haqsızlıqdan dəhşət narahat olur, amma haqsızlığa qarşı ağıllı yollar tapa bilmir. İnsan var, bir məqama qədər mübarizə aparır, müəyyən mərhələdən sonra geri qayıdır. İnsan da var ki, haqsızlığı görən kimi səbəbini araşdırır, ən təsirli üsullarla mübarizə aparır.Elə bu insan vicdanını sonuna qədər istifadə edən insandır. "Bir az məntiqli olum, bu işdən mənə zərər gələr” deyərək mənfəətə görə şəki almamalıdır vicdan. "Tək ağıllı mən çıxmışam? İnsan çiy süd əmib, yaxşılıq bilən deyil, özümə oda atmayım ona görə” kimi laqeyd düşüncələr ancaq vicdanı ləkələyir. Vicdanı təmiz tutmaq çox önəmlidir. Heç kim göstərməsə də, vicdan insana doğrunu göstərəcək çünki, onu haqqa tərəf aparacaq. İnsanın məsuliyyəti vicdanını eşitməsi və onun dediklərini etməsidir. Hər insan vicdani məsuliyyət sahibidir. Heç kim bunu danmamalıdır, ürəyi istəyəni etməməlidir.
 
Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə bacarığı qazanan hər insan vicdanının səsini dinləməli, iradəli olmalı, doğruları etməlidir hər zaman. Bu çətin görünür hamıya. Amma çox asandır. Sadəcə düşünmək lazımdır dərindən...İnsan beyninin qeyri-adi bir qabiliyyəti var. Möhtəşəm gücü var. Çox düşünərək, təfəkkürünü genişlədərək özünü zənginləşdirə bilər vicdani yöndən. İnsan beyninin hüdudu yoxdur. Yəni çox güclü inkişaf etmək yönü var. Çox düşünərsən, o zaman vicdanla qəlbin istəyi toqquşar bir-biri ilə. Vicdan insanın mənfəətlərini əlindən alan kimi görünər. Qəlbin istəyi də insana mənfəət verən kimi. Kim qəlb istəyinin ardınca gedər, davamlı sürünər.
 
Cəmiyyətdə insanların bəlalara düşməsi həmişə qəlb istəyəni etməkdən qaynaqlanır. Vicdanla hərəkət edəndə çox şey itirəcəklərini düşünürlər. Amma əksi olur. Ürəyin istəyəni edərsən, qazandığını zənn etdiyin anda çox şey itərərsən əslində. "Bu mənim çevrəmdir, bu mənim mənfəətlərimdir, insanlar haqqımda nə düşünər” ölçüsü ilə hərəkət edən bir insanın vicdanına təslim olmaq gücü çox zəif olar. İnsanların ona "sadəlövhsən, səndən istifadə edirlər” dediyi məqama qədər köməksevər olar. Yaxınlarının ona "səndən başqa adam yoxdur? Qoy başqaları etsin” dediyi məqama qədər qərarlı olar. Yoldaşlarının ona " qəti ehtiyac yoxdur” dediyi məqama qədər məsuliyyət duyğusu ilə hərəkət edər. Yəni əxlaqı da vicdana görə deyil, cəmiyyətin dəyərlərinə görə formalaşar.
 
Unutmayaq ki, hər birimiz vicdan adlı doğruluq rəhbərinə sahibik. Elə isə içimizdəki doğruları hayqıran bu səsə qarşı əsla etinasızlıq etməyək. Əgər biz vicdanın səsini qulaqardına vursaq bir müddət sonra həvəslərimizin, istəklərimizin əsiri olacağıq. Bu tamamilə öz seçimimiz olduğuna görə heç kimi günahlandıra bilməyəcəyik. Ancaq bizə qalan peşmançılıq olacaq. Hər kəs bilər peşmançılığın necə canyandıran bir duyğu olduğunu. Bu duyğunun təməlindəki şey vicdanı eşitməməkdir. Bəzən insan yanlış seçimindən uzaqlaşana qədər bu peşmançılıq onu rahat buraxmır, mənəvi əzaba çevrilir. Doğrular bəzən bizə çətin görünsə də, vicdanımızın bizə doğrunu söylədiyinə əsla laqeydlik etməyək.
Əgər biz vicdanlı olsaq, Allah sonsuz vicdan sahibi olaraq vicdanımıza təslim olaraq etdiyimiz zərrə qədər yaxşılığın qarşılığını- sonsuz rahatlıq, xoşbəxtlik, hüzur duyğusunu bizə verər.


Redaktə etdi: Leyla Məhərrəmova


  1. ESMERRi | 10 aprel 2016 11:24 | Status: Brilliant user | Şərh: 5 385
    Sitat: Sirli dunyam
    tesekkurler
  2. Yagis_Negmesi | 28 noyabr 2015 22:55 | Status: Gümüş user | Şərh: 1 615
    Sitat: BaLaMiN DeCeLi
    maraqli xeberdi
  3. Sirli dunyam | 19 avqust 2015 14:56 | Status: Qonaq | Şərh: 0
    tesekkurler
  4. Sunay Elizade | 28 may 2015 14:46 | Status: Gümüş user | Şərh: 2 157
    maraqli xeberdi
  5. N....N92 | 30 noyabr 2014 16:59 | Status: Professional user | Şərh: 4 354
    Maraqli xeberdi
  6. esmar | 22 may 2014 18:34 | Status: Şərhçi | Şərh: 111
    İnanın hamı vicdanlıyam deyir.Ama axtarsaq ne qeder itirilmiş vicdanlar tapa bilerek.Heyat tecrübeme esaslanıb deyirem. 0145 vicdansız insallar bu cür paralayıb üreyimi.indi ne qeder calışsamda geleceye baxıb heyatıma davam etmeye güc tapa bilmirem.
  7. AnonimA | 16 may 2014 17:11 | Status: Şərhçi | Şərh: 65
    Bu movzu bashqa saytda da var,ne eceb tekrara yol verilib?Orda da Nuriyye yazib
  8. Röyamsan. | 6 may 2014 09:31 | Status: Brilliant user | Şərh: 6 103
    Sitat: Lumia
    Insanin vicdani yoxsa,o ozu de yoxdur.Vicdanindan qorxmayan insan,Allahdan da qorxmaz.Vicdandan qacmaq mumkun deyil.En cetin mehkeme de vicdan mehkemesidir.En agir ceza da vicdan cezasidir.Tesekkurler.

    Razıyam canım.
  9. MELEK_ | 6 may 2014 07:35 | Status: Professional user | Şərh: 3 950
    teessufler olsun, indi dovrde vicdanli insanlara cox az rast gelinir
  10. Ay_Sun | 4 may 2014 11:44 | Status: Brilliant user | Şərh: 13 414
    Sitat: Meryem_Duyqu
    İçimizdəki ən böyük hakimin adı vicdandır.


    Sitat: Meryem_Duyqu
    İçimizdəki ən böyük hakimin adı vicdandır.
  11. Nara88 | 3 may 2014 18:03 | Status: Professional user | Şərh: 4 255
    vicdanini itiren insanlar hemise heyasiz olur,tskler
  12. Gulus. | 3 may 2014 14:20 | Status: Professional user | Şərh: 2 436
    Sitat: Alice
    Nəfsimizin istəklərinə qarşı, vicdanın səsini unutmamalıyıq..Vicdanı ilə üzləşməyi bacaran insan hər daim xövf mehvərli həyat yaşamağı bacarandır.. Şükürlər olsun, vicdanımla yaşadığım bu günə..
  13. Lumia | 3 may 2014 14:07 | Status: Professional user | Şərh: 5 384
    Insanin vicdani yoxsa,o ozu de yoxdur.Vicdanindan qorxmayan insan,Allahdan da qorxmaz.Vicdandan qacmaq mumkun deyil.En cetin mehkeme de vicdan mehkemesidir.En agir ceza da vicdan cezasidir.Tesekkurler.
  14. Nergiz love | 3 may 2014 12:25 | Status: Professional user | Şərh: 7 872
    Sitat: Leman_55
    HEYATDA HER BIR DERDIN DERMANI VAR...
    AMMA BIR DERDIN DERMANI YOXDUR KI, O DA VIGDAN XESTELIYI........
  15. SULTANIM | 3 may 2014 11:28 | Status: Ekspert | Şərh: 4 743
    Vicdan, vicdan. Vicdani tapmirlar,onu qoruyarlar. Bes vicdanini itirenler neylesinler?
  16. SEVDA | 3 may 2014 10:54 | Status: Nəzarətçi | Şərh: 17 456
    İradene hakim,lakin vicdanına esir ol.Aristotel.
  17. Aynur_Mezahirli | 3 may 2014 08:50 | Status: Qonaq | Şərh: 0
    Sitat: Aytekin82
    Vicdanlar susmasın!

    Amin, amin!
  18. ŞehZam | 2 may 2014 23:30 | Status: Professional user | Şərh: 2 578
    Vicdanliyam ozude cox
  19. Leman_55 | 2 may 2014 23:13 | Status: VİP user | Şərh: 583
    HEYATDA HER BIR DERDIN DERMANI VAR...
    AMMA BIR DERDIN DERMANI YOXDUR KI, O DA VIGDAN XESTELIYI........
  20. Alice | 2 may 2014 22:05 | Status: Professional user | Şərh: 5 021
    Nəfsimizin istəklərinə qarşı, vicdanın səsini unutmamalıyıq..Vicdanı ilə üzləşməyi bacaran insan hər daim xövf mehvərli həyat yaşamağı bacarandır.. Şükürlər olsun, vicdanımla yaşadığım bu günə..
  21. Meryem_Duyqu | 2 may 2014 21:07 | Status: Yazar | Şərh: 4 132
    İçimizdəki ən böyük hakimin adı vicdandır.
  22. Gülçin | 2 may 2014 20:54 | Status: Brilliant user | Şərh: 6 783
    Vicdan-insanın məhək daşıdır.
  23. ehtibar | 2 may 2014 20:51 | Status: Gümüş user | Şərh: 2 547
    maraqlidir twk edirem
  24. Aytekin82 | 2 may 2014 20:32 | Status: Brilliant user | Şərh: 6 589
    Vicdanlar susmasın!
  25. Gulshen. | 2 may 2014 20:11 | Status: Qonaq | Şərh: 0
    her zaman dinleyirem ama pesman oldugum anlarda olub
  26. nergiz_zz | 2 may 2014 20:03 | Status: Professional user | Şərh: 3 816
    VİCDAN İKİCİ MƏN DEMƏKDİ.HƏR HANSI BİR HAQQSIZLIQ ETDİYİM ZAMAN İNANIN VİCDANIM MƏNƏ RAHATLIQ VERMİR.BİLİRƏM Kİ,BU HAL VİCDANI OLAN HƏR İNSANDA OLUR.VİCDANSIZ İNSANI ALLAH LƏNƏTLƏYİB...
  27. SABINA | 2 may 2014 19:26 | Status: Professional user | Şərh: 7 413
    men demek olar ki coox vaxt vijdanimin sesini dinleyirem.gunah etsem vijdanim rahatliq vaermez mene oturub usaq kimi aglayiram.uzr isteyirem .amma cox olubi haqsiz pis veziyyete dusmusem suclanmisam.hec uzr de istemeyibler.vijdanimin ve aglimin sesi her zaman meni duz yola cekib amma ureyimin sesi meni ucuruma aparib.ax ureyim ax niye bele edirsenki mene yazigin gelmirmi.ureyimin sesinden imtina etsem vijdanim sizildar deye sirf kimese xos olsun deye ucurumu da goze almisam amma deymezmis.şukr olsun rebbimin meslehetine o meni qoruyur her zaman.vaxtinda ayildim.yuxularim her zaman mene bir isare verir rebbim meni xeberdar edir.o is olanda ise men artiq bilirdim deyirem
  28. ŞokaLaTovA PeÇeNyA. | 2 may 2014 19:16 | Status: Gümüş user | Şərh: 2 060
    ilk once demek istiyirem ki, Nuride Xanim BIsmillah dememis Xeber hazirliyib lol 0116 hec serh yazmamsi meni tecublendirdi 0111

    men dehset vicanliyam gece yatiramda gua seher etdiklerimi dusunurem kime haqsizliq etmisem deye dusunurem vicanim bogazima duyumlenir seher durub uzr istiyirem Xeber super tesekkur edirem 0144