Həyat tərzi / Maraqlıdır

Kişiləri daha çox hansı qadınlar cəlb edir? Oxuyun və agah olun!

Banu. | 24-01-2014, 09:25
14 133 35

Yüngül təbiətli xanımlar hədiyyəyə aldanır
Hər bir kişi bəyəndiyi xanımla rahat tanış olmaq və münasibət qurmaq istəyir. Lakin xanımları başa düşmək elə də asan deyil. Bəziləri tez "hə” desələr də, bəziləri sonuna qədər təslim olmurlar. Psixoloqlar bildirirlər ki, qadınların psixologiyasını bilməklə onları ələ almaq (cəlb etmək) olar.

Psixoloq Aygün Ağabalayevanın verdiyi açıqlamasına görə, kişilərlə qadınların psixologiyası fərqlidir: "Qadınlar görünüşündən tutmuş səs tembrinə qədər hər bir şeyi ilə kişini cəlb edir. Kişilər isə diqqəti ilə qadını maraqlandıra bilərlər. Bəzən görürsən ki, gözəl xanımdır, amma yanındaki kişi çirkindir. Özündən asılı olmadan düşünürsən ki, "Görəsən, qadın bunu nəyinə görə sevir?” Sevirsə, demək ki, buna səbəb var. Yəqin o, qadına qarşı çox diqqətli və qayğıkeşdir. Ona xoş münasibət göstərir”.

Kişi qadını cəlb etmək üçün ilk növbədə, onun xasiyyətini öyrənməyə çalışmalıdır. Elə şıltaq və dəyişkən qadınlar var ki, onları qane etmək çox çətindir. Məsələn, bəzi qadınlar mətbəxdə iş görərkən kişinin onlara kömək etməsini istəyir, bəzilərini isə bu əksinə, əsəbləşdirir. Kişi də qadını, həqiqətən, sevirsə, nədən xoşlandığını, nədən əsəbləşdiyini bilməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar həddindən çox danışan kişiləri sevmir. Elə kişilər də var ki, onlardan çətinliklə söz çəkmək olur ki, bu da qadınlara darıxdırıcı gəlir. Kişilərin gözəl danışıq qabiliyyətinin olması isə qadınları çox cəlb edir.

Qadınları cəlb etməkdə kişilərin xarici görünüşü rol oynayır, amma əsas amil deyil. Məsələn, kişini bəyənib onunla münasibət qurduqdan sonra onun həddindən artıq qısqanc olduğunu görüb məyus olmaq olar. Hədsiz qısqanc kişilər qadına karyera qurmağa, nəsə öyrənməyə heç bir şərait yaratmırlar. Onlarda sahiblənmək hissi baş qaldırır.

Kişidən tər iyi gəlməlidir?

Xanımlar təmizliyə və səliqəyə də fikir verir. Kişinin geyiminin bahalı olması əsas deyil, amma geyim səliqəli və zövqlü olmalıdır. Hər bir özünə hörmət edən qadın yanında səliqəli geyimdə olan kişinin olmasını istəyir. Ən azından kişinin yanından keçəndə ondan tər iyi gəlməməlidir. Qadınlara bu, çox pis təsir edir. Bəzi qadınlar məhz kişilərin ayaqqabılarına baxırlar. Əgər ayaqqabısı təmizdirsə, deməli, o, təmizkardır. Kişinin səliqəsi ayaqqabısından bilinir.

Xanımlar fərqlidirlər

Elə yüngül təbiətli qızlar var ki, onlara yaxınlaşıb "Sənlə tanış olmaq olar?” demək olar. Bu zaman oğlanın "siz” və ya "sən” deyərək müraciət etməsi elə də vacib deyil. Lakin hər xanıma da yanaşma üsulu fərqlidir. Elə xanım var ki, kişi ona asanlıqla yaxınlaşıb "sən” deyə müraciət edə bilər, elə xanım da var ki, ona bu cür müraciət yolverilməzdir. Kişinin necə davranması xanımdan asılıdır. Qadın özünü necə təqdim edərsə, kişi də o cür ona münasibət bəsləyər. Elə tip qadınlar var ki, kişilər onlara baxıb deyir: "O, xanımla ünsiyyət qurmaq problem deyil”. Amma xanım var ki, ona adi salamı belə kişi çətinliklə verir.

Psixoloq qeyd edib ki, bu gün kişilərin qadınlar üçün qeyri-adi fədakarlıq etməsi nadir haldır. Artıq xanımın ayaqlarının altına qızılgüllər səpənlər, eyvanın altında musiqi ifa edənlər, şeir söyləyənlər çox azdır.

Ciddi xanımları necə cəlb etmək olar?

Ciddi xanımları özünü ağır aparan kişilər cəlb edir. Birinci görüşdən "Səni sevirəm” və s. kimi xoş sözlər deyən, hisslərini dərhal büruzə verən kişilər ciddi xanımları maraqlandırmır. Düzdür, kişi ciddi və işgüzar xanıma "sevdiyini” deyə bilər. Lakin bunu əməli ilə göstərsə, daha yaxşı olar. Gün ərzində 10-15 dəfə "Səni sevirəm” deməsi, amma bunun əməli ilə üst-üstə düşməməsi ciddi xanım üçün heç bir əhəmiyyət kəsb etmir. Kişilər onu da nəzərə almalıdırlar ki, yaşlandıqca qadınlar kişinin hər bir hərəkətinə fikir verirlər. Belə qadınlar insanın duruşuna, davranışına, cəmiyyətdə özünü necə aparmasına həssas yanaşırlar. Çox şit danışan, boş-boşuna gülən, gələn-gedənə söz atan oğlanlar gənc ciddi xanımların da xoşuna gəlmir.

İşgüzar və ciddi xanımlarda xoş təəssürat yaratmaq üçün kişi geyiminə ciddi yanaşmalıdır. Lakin bu, o demək deyil ki, ciddi olduğu üçün hər yerə kostyum və qalstukda getməli, hər yerdə ciddi danışmalıdır. Sadəcə, hər yerə uyğun geyinməlidir. O, qadınla təklikdə olanda sərbəst olmalı, amma adam arasında özünü ağır aparmalıdır. Çox danışan, dinləməyi bacarmayan, öz sözünü yeritməyə çalışan, özünü tərifləyən, lovğalanan kişilər belə xanımları cəlb etmir. Kişi özünü tərifləmək əvəzinə, hərəkətləri ilə necə olduğunu göstərməlidir. Bəzən görürsən ki, kişi hansısa bir kollektivə daxil olur. İlk vaxtlar o, öz görünüşü ilə qadınlarda maraq oyatmır. Lakin qadınlar onu tanıdıqca "O, mənə lazım olan kişidir” düşünürlər.

Yaradıcı xanımlar nə axtarır?

Yaradıcı xanımlar üçün maraqsız və sadə kişilərlə münasibət qurmaq mənasız gəlir. Kişi yaradıcı xanımın rəğbətini qazanmaq üçün onun yaradıcılığını anlamalı, fəaliyyətinə marağı olmasa da, xanıma bunu göstərməməlidir. O, xanımda sevgi hisslərini oyatmaq üçün, həqiqətən də, onunla maraqlandığını göstərməyi bacarmalıdır. Kişi qadına bağlıdırsa, bu, onda təbii alınacaq. O, xanımı sevdiyi üçün ona xoş olan şeylərə maraq göstərməyə çalışır. Məsələn, bəzi qızların futboldan zəhləsi gedir. Amma oğlanı o qədər sevir ki, onda futbola qarşı da maraq yaranır. Oğlanın sevdiyi məşğuliyyətə qızın marağı olmasa da, sevgilisinə xoş təəssürat bağışlamaq üçün onun məşğuliyyəti ilə maraqlanmağa başlayır.

Qeyd edək ki, ciddi xanımlar seçdiyi kişinin ünsiyyətdə olduğu dost-tanışlara da fikir verir. Bəlkə o, elə bir adamdır ki, münasibət qurmağın mənası yoxdur.

Yüngül təbiətli xanımlar hədiyyəyə aldanırlar

Hər bir qadın xüsusilə də sevdiyi kişidən qayğı və diqqət gözləyir. Hər bir qadın diqqət istəyir. Sevdiyi insandan adi bir gül belə almaq qadını çox sevindirir. Lakin yüngül təbiətli qadınlar hədiyyəyə daha çox aldanır. Kişi onlara hədiyyə verən kimi, sevildiklərini zənn edirlər. Onlar kişinin sevgisinə dərhal əmin olurlar. Ciddi xanımlar isə belə düşünmürlər. Onlar hədiyyələrə, hansısa sözlərə aldanmırlar.

Kişilər yüngül təbiətli qızlardan çox vaxt qeyri-ciddi münasibət istəyirlər. Bu cür xanımlarda maraq oyatmaq üçün onlara xoş söz demək, gözəlliyini tərifləmək, hədiyyə vermək lazımdır. Bunları etməklə kişi yavaş-yavaş yüngül xanımla münasibət yarada bilir. Ciddi xanımla isə bu yolla münasibət yaratmaq mümkün deyil.

Yüngül təbiətli qızlar ailə həyatı qurmaq istəyərkən dərindən düşünmürlər. Oğlanın xarici görünüşü normaldırsa və bir az pul qazana bilirsə, onunla ailə həyatı qurmağa razılaşırlar. Belə qızların ilk görüşdən oğlan xoşuna gəlirsə, onunla ailə həyatı qurmaq istəyəcəklər.
Çox vaxt da yüngül təbiətli qadınlarla münasibət qurmaq asan olduğu üçün kişilər onları hədəf seçirlər. Əksər hallarda onlarla qeyri-ciddi münasibət qurur və evlənmək istəmirlər. Qeyri-ciddi münasibət qurmaq istəyən kişilər bir qayda olaraq ciddi və ya yaradıcı xanımlara yaxınlaşmırlar. Amma istisna hallar da olur.

"Alfons” tipli kişilər

Çox sakit, utancaq, özünə güvən hissi aşağı olan kişilər isə ana qayğısı, nəvazişi göstərməyi xoşlayan qadınlarla ailə həyatı qurmağa üstünlük verirlər. Adətən belə kişilər onlara ana kimi yanaşan qadınlarla daha xoşbəxt olurlar. Eləcə də, "Alfons” tipli kişilər də belə qadınlarla daha xoşbəxtdirlər. Lakin hər qadın bu cür kişini qəbul etmir. Bəzi hallarda sakit oğlanlar özünə sakit həyat yoldaşı seçirlər.

Aynurə Məmmədova


BULUTUM | 9 sentyabr 2015 17:39 | Status: Professional user | Şərh: 7 392
Alan alib alidanib atam satib varlanib.Awkim menim seni coxx coxxx sevirem.Ne yaxwi ki,varsam canim Conikim.
pinarcik | 1 may 2015 20:21 | Status: Şərhçi | Şərh: 194
Ah qadinlar hecde qeribe varliqlar deyul sadec ve sadece mentiqlidorler genis dusuncelidirler ve insan kimi insan olmagi sevenlerdirler kisilrr ise agilda bir az geri qaldiqlari ucun mntiq catismamazliggi yasadiqlari ucun bele fikirlesirler.gerek qadin qurirlu agilli cesaretlibve agir tebietli olsun umumiyyetle insanalr ise idealliq yolunda irellesinler birce isteyim bu dunydaa dostoyoviski tolstoy kimi insanalr olsun
Miraj | 26 fevral 2015 00:34 | Status: Professional user | Şərh: 2 625
Sitat: Nara88
mene kisiler lazim deyil )) ozumunki besimdi)))
Lumia | 26 yanvar 2014 17:55 | Status: Professional user | Şərh: 5 380
Qadin ne qeder qururlu olarsa kisilerin daha cox xosuna geler.Menliksiz,qeyri ciddi qadinlar kisilere uzde xos gelseler de,daxilde ikrah oyadirlar.
ALLEGRETTO | 26 yanvar 2014 14:11 | Status: Gümüş user | Şərh: 2 219
VALLAH  BAŞQA  KİŞİLƏRİ  DEYƏMMƏRƏM OZ  ADIMDAN YAZIM Kİ  LUBOY  XASİYYƏTLİ  XANIMLA  DİL  TAPARAM HƏTTA DOST OLARAM ..BİRCƏ  PULGİR  OLMASUN ..HƏR  GÜN HƏR  SAAT  MƏNDƏN PARA  İSTƏYƏN XANIM  BAŞIMI  AĞRIDAR  TEZ  QOCALDAR  MƏNİ  wink wink wink
Nara88 | 26 yanvar 2014 13:40 | Status: Professional user | Şərh: 4 254
mene kisiler lazim deyil )) ozumunki besimdi)))
bayaz gulum | 25 yanvar 2014 21:19 | Status: VİP user | Şərh: 1 050
Sitat: NUR-AY.
maraqli idi tesekkurle

ruzgargulum | 25 yanvar 2014 15:38 | Status: Brilliant user | Şərh: 2 493
maraqli idi cox tsk Banu baci
Nur | 25 yanvar 2014 14:59 | Status: Professional user | Şərh: 3 989
maraqli idi tesekkurler
Alice | 25 yanvar 2014 14:21 | Status: Professional user | Şərh: 5 021
Sitat: Ayan92
Çox sağ ol,ürəyim.Yox ee nə aldanmaq.Yatıb qalxsın dua etsin ki,belə qız qarşısına çıxıb.)))

 Sən sağol canım ... Həəəə Əlbəttə ...  love
Aylin Alizade | 24 yanvar 2014 22:16 | Status: Şərhçi | Şərh: 214
XEBERE GORE TEWEKKURLER
SEVDA | 24 yanvar 2014 22:16 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah her kese özüne layiq heyat yoldawı qismet elesin.....
luce | 24 yanvar 2014 21:39 | Status: Professional user | Şərh: 2 922
Kişinin necə davranması xanımdan asılıdır. Qadın özünü necə təqdim edərsə, kişi də o cür ona münasibət bəsləyər.
raziyam yazilanlarla. Ferqi yoxdur qadin ve ya kisi. Her ikisi ciddi olsa menim ucun celbedici olur.
Aylin_Cicek | 24 yanvar 2014 18:33 | Status: Şərhçi | Şərh: 550
Butun yazilanlarla tam raziyam, tesekkur xbr ucun 
Laura81 | 24 yanvar 2014 18:22 | Status: VİP user | Şərh: 1 275
beyenen beyenib seven sevib yenede saqolun
aska93 | 24 yanvar 2014 16:44 | Status: Şərhçi | Şərh: 252
bu yazi kiwilere aiddi...
Ayan92 | 24 yanvar 2014 16:41 | Status: Professional user | Şərh: 3 056
Sitat: alice.
Sitat: Ayan92
Məni bəyənən artlq bəyənib))))))



 Caaan Allah xoşbəxt etsin....  Amin...


Bəyənən Aldanmayıb görəsən ?..  Ayan.love

Çox sağ ol,ürəyim.Yox ee nə aldanmaq.Yatıb qalxsın dua etsin ki,belə qız qarşısına çıxıb.)))
Nərmin.bayram | 24 yanvar 2014 16:38 | Status: Gümüş user | Şərh: 2 313
[quote=AYAN A-VA]span style="color: rgb(0, 40, 146);">AY ALLAH YARSIN OXUDUME UREIM CEKILDI:))))))AMA MARAQLI XEBERDIR TEWEKKURLER BANU XANIM EYNƏN  MƏNDƏ
Alice | 24 yanvar 2014 15:38 | Status: Professional user | Şərh: 5 021
Sitat: Ayan92
Məni bəyənən artlq bəyənib))))))

 Caaan Allah xoşbəxt etsin....  Amin...

Bəyənən Aldanmayıb görəsən ?..  Ayan.love
Günəş.ay | 24 yanvar 2014 15:36 | Status: Qonaq | Şərh: 0
teşekkürler Banu xanim.maraqli idi.yazilanlarin bir coxunu özümde tapdim....
Ayan92 | 24 yanvar 2014 15:23 | Status: Professional user | Şərh: 3 056
Məni bəyənən artıq bəyənib))))))
Gulus. | 24 yanvar 2014 15:18 | Status: Professional user | Şərh: 2 436
Maraqli xeberdir.tesekkurler
sara sara | 24 yanvar 2014 14:57 | Status: Şərhçi | Şərh: 156
kisilerin celb etmeyi mene lazim deyil onsuzda seni seven kisi meni sevmeyi mene besdi.
ayniska | 24 yanvar 2014 14:49 | Status: VİP user | Şərh: 590
Tesekkurler melumatlar ucun
 
Röyamsan. | 24 yanvar 2014 14:13 | Status: Brilliant user | Şərh: 6 103
Kişilərin gözəl danışıq qabiliyyətinin olması isə qadınları çox cəlb edir.
Tamamı ilə doğrudur.Mən danışığa çox önəm verirəm love
Elə yüngül təbiətli qızlar var ki, onlara yaxınlaşıb "Sənlə tanış olmaq olar?” demək olar.
Çox düzgündür indi ele qizlar var ki,oğlan bir dəfə sevirəm deməklə düşünürlər ki həqiqqətəndə oğlan oları sevir smile
Xanımlar təmizliyə və səliqəyə də fikir verir. Kişinin geyiminin bahalı olması əsas deyil, amma geyim səliqəli və zövqlü olmalıdır. 
Doğrudur mən qarşımdakı insanın təmizliyinə çox fikir verirəm.Səliqəsiz insanlardan iyrənirəm angry
xerceng | 24 yanvar 2014 13:21 | Status: Şərhçi | Şərh: 402
Maraqli melumat idi tewekkurler
AYAN A-VA | 24 yanvar 2014 13:06 | Status: Gümüş user | Şərh: 1 722
AY ALLAH YARSIN OXUDUME UREIM CEKILDI:))))))AMA MARAQLI XEBERDIR TEWEKKURLER BANU XANIM
Nigar | 24 yanvar 2014 11:28 | Status: Gümüş user | Şərh: 6 064
Qadinsiz bu dunyanin ne menasi. ...
SevilenQadin | 24 yanvar 2014 11:27 | Status: Şərhçi | Şərh: 384
Yaradici qadinlara esq olsun lolCox maraqli idi,tewekkurler.Masallah ne uzunda xeberdi ama maraqli idi.Elleriniz yorulmasin.
Gulya2676 | 24 yanvar 2014 11:08 | Status: Gümüş user | Şərh: 2 587
Maraqli movzu idi.Teshekkurler