Həyat tərzi / Maraqlıdır

Sevənlər və şer sevərlər üçün

Aytekin82 | 28-01-2014, 13:30
14 762 34
 


 Bu şerlər dəyərli və incə ruhlu bir dostumun mənə ərməğanıdır, Sizlərlə paylaşıram...

Deyirəm, ay Ana, şer yazim sənə, 
Ən şirin, mənali söz sənə aid.
 Allah hər bir üzü gözəl yaradib,
 Ən xoş yaratdiği üz sənə aid. 

Sevənlər və şer sevərlər üçün

Dəyməz bir telinə bütün gözəllər, 
Mən yazim hüsnünə şer, qəzəllər.
 Gözəllər qiyqaci, nazli süzərlər,
 Şəfqətlə baxmağa göz sənə aid. 


Sənə məqam verib o ulu Allah, 
Cənnət ayaqindir, yox buna izah.
 Kəbəmsən - deyərdim, olmasa günah 
Behiştə aparan iz sənə aid.


 Saçimi oxşayan əlinə qurban, 
Qar kimi ağaran telinə qurban. 
Laylalar demisən, dilinə qurban 
Rahat uyuduğum diz sənə aid. 
 
 
 
Yandır məni eşq oduna, sənə dayan demədim ki.
Nazın ilə al canımı, nazdan usan, demədim ki... 
Döqru sözüm yalan kimi niyə görsənsin gözünə? 
Sənə bircə kəlməlikdə,  axı yalan, demədim ki... 
Səni sevdim, təkcə səni, sənsən mənim esq mələyim, 
Səndən basqa bir gözələ nazlı canan, demədim ki... 
Sevdim, ümid eylədim ki, həyatım olacaq abad 
Sənsə yıxdın qəlb evimi, gəl et viran, demədim ki...
 Niyə məni incidirsən, hanı insaf, hanı mürvət?
 Mən ki ədalət istədim, itir vicdan demədim ki... 
Arazam mən, bir az deli, bir azca da qəlbi kövrək 
Ilham gəldi, ser yazdım, nəsə hədyan demədim ki... 
 

Səni qəmli görmək çətindir mənə. 
Aqlama, nə olar, sil gözlərini. 
Mən ki,  istəyirəm daim güləsən.
 Aqlama, nə olar, sil gözlərini. 
Sənsən həyat eşqim, sevincim, inan.
 Biz olduq sevgiylə alişan, yanan. 
Ağlasan,qəlbimə çökəcək duman. 
Aqlama, nə olar, sil gözlərini. 
Sən varsan, mənimçün gözəldir həyat,
Qəm - qüssə, kədəri bir tərəfə at. 
Gülümsə, ömrümə min məna, rəng qat,
 Aqlama, nə olar, sil gözlərini. 
Sənə qovuşmaqdan verim mən soraq. 
Bitəcək bu həsrət, gələcəm qonaq. 
Göz yaşi nə üçün islatsin yanaq? 
Aqlama, nə olar, sil gözlərini. 
Sənə qurban olum, aqlama belə. 
Məni intizarda saxlama belə.
 Arazin ürəyin dağlama belə. 
Aqlama, nə olar, sil gözlərini.
 
 
 
Çevrilmisən gərəyimə 
Gəl sən yetiş köməyimə. 
Qanim kimi ürəyimə 
Damla - damla yığılmısan, 
Taleyimə yazılmısan! 
Sanma eşqim olar yalan, 
Mənəm eşq oduna yanan.
 Sən axı nə etdin güman? 
Fikirlərdə yanılmısan, 
Taleyimə yazılmısan! 
Danış mənlə şirin - şirin.
 Qoy bal olsun sözün, dilin.
 Məhəbbət dəryası dərin, 
Üzüb - üzüb, yorulmusan ?
 Taleyimə yazılmısan! 
Həyatın  şən olaydı kaş,
 Dəyməsin ayağına daş.
 Sən gözümdən süzülən yaş,
 Axıb - axıb durulmusan, 
Taleyimə yazılmısan! 
Oyun deyil, bu bir gerçək. 
Sevdim  səni dünyada tək. 
Sən bir təravətli çiçək 
Ətri kimi yayılmısan,
 Taleyimə yazılmısan! 
Qəmzəli göz atır oxu, 
Sənə heyran olub çoxu. 
Sən mənim gördüyüm yuxu,
 Gerçək olub, yozulmusan ,
 Taleyimə yazılmısan!
 
Bu sözləri yazdı Araz. 
Ürəyində  şaxta, ayaz. 
Həsrət uzun oldu bir az,
 Gözləməkdən yorulmusan... 
Taleyimə yazılmısan!
 

 
 
 Yoruldum taleyin oyunlarindan,
Üsyan etsəm , nə dəyişəcək?
Yoruldum ömrümün boran, qişindan,
Üsyan etsəm , nə dəyişəcək?
*
Qalmayib həyatda arzum , diləyim,
Üz tutum sənə mən, axi nə deyim?
Məni bu dünyada kim anlayar, kim?
Üsyan etsəm , nə dəyişəcək?
*
Bilmədik nə zaman , nə oldu bizə,
İndi zülm edirik bir-birimizə,
Bu sevgi əzabdi hər ikimizə,
Üsyan etsəm , nə dəyişəcək?
*
Kim bilir bu tale haraya gedir,
Şübhələr qəlbimin içini didir.
Bəlkə də sevgimiz son nəfəsdədir?
Üsyan etsəm , nə dəyişəcək?
*
Üsyan etsəm bu ayriliğa, nə dəyişəcək?
Üsyan etsəm bu sənsizliyə, nə dəyişəcək?
Bu dünyamda…..
 
 
 
 
 


ESMERRi | 15 aprel 2016 11:53 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Nergiz love
COX BEYENDI SERLERI ELLERNIZ AQRAMASIN

Sitat: EMILYA
Yoruldum taleyin oyunlarindan,
Üsyan etsəm , nə dəyişəcək?
Yoruldum ömrümün boran, qişindan,
Üsyan etsəm , nə dəyişəcək?
*
Qalmayib həyatda arzum , diləyim,
Üz tutum sənə mən, axi nə deyim?
Məni bu dünyada kim anlayar, kim?
Üsyan etsəm , nə dəyişəcək?
*
Bilmədik nə zaman , nə oldu bizə,
İndi zülm edirik bir-birimizə,
Bu sevgi əzabdi hər ikimizə,
Üsyan etsəm , nə dəyişəcək?
*
Kim bilir bu tale haraya gedir,
Şübhələr qəlbimin içini didir.
Bəlkə də sevgimiz son nəfəsdədir?
Üsyan etsəm , nə dəyişəcək?
*
Üsyan etsəm bu ayriliğa, nə dəyişəcək?
Üsyan etsəm bu sənsizliyə, nə dəyişəcək?
Bu dünyamda…..
nurlana nurlana | 22 fevral 2015 10:28 | Status: Gümüş user | Şərh: 1 950
Cox gözel. ALLAH BUTUN ABALARIMIZIN CANINI SAĞ ETSİN. AMİN

Cox gözel. ALLAH BUTUN ABALARIMIZIN CANINI SAĞ ETSİN. AMİN
EMILYA | 30 noyabr 2014 14:53 | Status: Qonaq | Şərh: 0
Yoruldum taleyin oyunlarindan,
Üsyan etsəm , nə dəyişəcək?
Yoruldum ömrümün boran, qişindan,
Üsyan etsəm , nə dəyişəcək?
*
Qalmayib həyatda arzum , diləyim,
Üz tutum sənə mən, axi nə deyim?
Məni bu dünyada kim anlayar, kim?
Üsyan etsəm , nə dəyişəcək?
*
Bilmədik nə zaman , nə oldu bizə,
İndi zülm edirik bir-birimizə,
Bu sevgi əzabdi hər ikimizə,
Üsyan etsəm , nə dəyişəcək?
*
Kim bilir bu tale haraya gedir,
Şübhələr qəlbimin içini didir.
Bəlkə də sevgimiz son nəfəsdədir?
Üsyan etsəm , nə dəyişəcək?
*
Üsyan etsəm bu ayriliğa, nə dəyişəcək?
Üsyan etsəm bu sənsizliyə, nə dəyişəcək?
Bu dünyamda…..
Nergiz love | 16 mart 2014 18:30 | Status: Professional user | Şərh: 7 871
COX BEYENDI SERLERI ELLERNIZ AQRAMASIN
Günəş.ay | 31 yanvar 2014 19:57 | Status: Qonaq | Şərh: 0

çox maraqli idi canim...cooox sağ ol...

Nazlı_Kız | 30 yanvar 2014 17:45 | Status: Brilliant user | Şərh: 6 473
Beyendim tewekkurler canim cox beyendim ellerine saliq
Miss_Xerceng | 30 yanvar 2014 15:12 | Status: Şərhçi | Şərh: 314
Təşəkkürlər can əlinə, ürəyivə sağlıq))
Inci deniz | 30 yanvar 2014 14:51 | Status: Yazar | Şərh: 2 379
 Şəfqətlə baxmağa göz sənə aid. 
Eziz,anam,indi bilirem ki,mene ne qeder eziyyet cekibsen.Seir ucun cox,sag ol,canim
RUSTEM | 29 yanvar 2014 22:21 | Status: Qonaq | Şərh: 0
maraqlidir ve maraqlada oxudum beyendim twk edirem
ALSU AZERI | 29 yanvar 2014 18:40 | Status: VİP user | Şərh: 511
COOOOOOOOX BEYENDIM SERLERI! SON ZAMANLAR BELE GOZEL SERLER OXUMAMISDIM! ELLERINIZE SAGLIQ! TSK!
Nurus. | 29 yanvar 2014 17:48 | Status: Brilliant user | Şərh: 6 982
Paeziya deqiqeleri.Beh beh beyendim xeberini heqiqeten.Ellerine sagliq.
Lumia | 29 yanvar 2014 13:22 | Status: Professional user | Şərh: 5 380
Ana serini lap cox beyendim,tesekkur.
Black_sTaR | 29 yanvar 2014 03:45 | Status: Professional user | Şərh: 846
 Saçimi oxşayan əlinə qurban, 
Qar kimi ağaran telinə qurban. 
Laylalar demisən, dilinə qurban 
Rahat uyuduğum diz sənə aid. 
Təşəkkürlər çox bəyəndim.
ruzgargulum | 28 yanvar 2014 23:26 | Status: Brilliant user | Şərh: 2 493
seri cox sevirem superdiler tsk Aytekin
luce | 28 yanvar 2014 22:40 | Status: Professional user | Şərh: 2 922
Ne gozel sozler, ne gozel hissler, ne gozel duygular.....
Coooox sagol Aytekin.
mehimim | 28 yanvar 2014 22:21 | Status: VİP user | Şərh: 663
oxudum,tesekkurler
gulya20 | 28 yanvar 2014 20:37 | Status: Professional user | Şərh: 4 678
Ser oxumagi xoslayiram,bu serleride beyendim,tesekkurler.
nara hesenova | 28 yanvar 2014 20:37 | Status: Gümüş user | Şərh: 1 202
Maraqli idi tesekurler.
bayaz gulum | 28 yanvar 2014 18:57 | Status: VİP user | Şərh: 1 050
1 ci seeri cox xosladim kovreldim Allah butun analara can sagligi uzun omr versin.Heyatdan kocenlere de rehmet elesin.
M.Aliyeva | 28 yanvar 2014 17:24 | Status: Gümüş user | Şərh: 1 970
SERLERI COX SEVIREM , SAG OL AYKA . 
Ay_Sun | 28 yanvar 2014 17:23 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Huseyn80
Cox gozel se'rlerdir beyendim.. tesekkurler.

Aynur_Mezahirli | 28 yanvar 2014 17:08 | Status: Qonaq | Şərh: 0
Cox gozel se'rlerdir beyendim.. tesekkurler.
DENIZ QIZI3 | 28 yanvar 2014 16:13 | Status: Gümüş user | Şərh: 3 858
cox superdirrrrrrr. en cox beyendiyim ana seiridir,yazan ellerin var olsun  Aytekin xanim.
Gulus. | 28 yanvar 2014 16:10 | Status: Professional user | Şərh: 2 436
Maraqli serlerdir,tesekkurler..
Billurə | 28 yanvar 2014 15:02 | Status: Professional user | Şərh: 4 892
Baxtımız əbədi həyat dəyşkən,
Dünyanın özüdə bir cür yuxuymuş,
Bir evdə, nigahin birində eşqin
Həyatın iki yol ayrıcı buymuş..
 
Bu şeirdə məndən...
SevilenQadin | 28 yanvar 2014 14:56 | Status: Şərhçi | Şərh: 384
Tewekkurler baci,bir anliq bizi uzaqlara apardin loveZovq aldiq,ellerine sagliq
Röyamsan. | 28 yanvar 2014 14:38 | Status: Brilliant user | Şərh: 6 103
Təşəkkürlər çox bəyəndim...
 
Sənsən həyat eşqim, sevincim, inan.
 Biz olduq sevgiylə alişan, yanan. 
Ağlasan,qəlbimə çökəcək duman. 
Aqlama, nə olar, sil gözlərini. 
Gülçin | 28 yanvar 2014 14:18 | Status: Brilliant user | Şərh: 6 781
tesekkur edirem, aytekin xanim, maraqli seirlerdir.
Alice | 28 yanvar 2014 14:13 | Status: Professional user | Şərh: 5 021
Əla Aytəkin bacı... Təşəkkür edirəm...  Həqiqətən gözəl şerlərin vurğunuyam.... Birinidə mən yazım... 
 
ELƏ BAXMA.....

Elə baxma qadan alım, 
Hər baxanda könlüm olur dilim-dilim 
Necə baxım? 
Elə bax ki, mən də sənə baxa bilim. 
Bu mənim öz baxışımdır. 
Hardan alım təzə baxiş? 
Düzü məndə can qalmamış 
Onda baxma! 
Necə?Məgər bu mümkünmü? 
Gülüm məndən nə tez bezdin? 
Əgər sənə baxmasaydım, 
Sən də belə görünməzdin. 
Happiness_lady | 28 yanvar 2014 14:10 | Status: Gümüş user | Şərh: 1 180
Hamisi gozel idi,xebere gore tsk.