Maraqlıdır / Azadqadın sorğu

Kimin üçün yaşayırsan? (Sorğu)

SULTANIM | 4-01-2014, 12:00
6 298 38

Kimin üçün yaşayırsan?




 



Özün üçün yaşayırsan, yoxsa başqaları üçün?


Kimin üçün yaşayırsan? (Sorğu)

 

Öz istədiyin ali məktəbə daxil oldun, yoxsa ailənin istədiyinə?


 

Öz istədiyin peşənlə məşğulsan, yoxsa sənə seçdikləri peşəyləmi?



Həyat yoldaşını özün seçdin, yoxsa sənin yerinə valideynlərin qərar verdi ?


 

Ailə həyatını öz istədiyin kimi yaşayırsan yoxsa başqaları yönləndirirlər?


 

Övladlarını öz istədiyin kimi böyüdürsən yoxsa kənardan müdaxilələrə baş əyirsən?


 

Geyim tərzini özün seçirsən yoxsa başqaları( Valideyn,qardaş və ya həyat yoldaşı)?


 

Dostlarını özün seçirsən, yoxsa başqaları?




Dostlarınla istədiyin vaxt zaman keçirə bilirsən, yoxsa icazəyə tabe olursan?


 

Özünə xüxusi vaxt ayıra bilirsənmi?




 

Hobbilərin varmı, bunları kiməsə fikir vermədən edə bilirsənmi?



Həyatını özün yönləndirirsən, yoxsa başqalarının nə dediyinə baxırsan?


 

Doya-doya yaşaya bilirsən, yoxsa başqalarının nə deyəcəklərini, düşünürsən?


 

Başqalarının nə dediyi, nə düşündüyü, səndən də önəmlidir?



Başqalarının yönləndirdiyi bu həyat xoşbəxtlik verərmi?



Öz istəklərindən çox, el-aləmin nə dediyinə qulaq assan, bu həyat azadlıq gətirərmi?



Bu günə qədər həyatımızı, öz seçimlərimizlə yaşamış ola bilərik. Bu gündən etibarən, öz seçimlərimizlə addım ataq. Başqalarının nə düşündüyünü bir tərəfə buraxıb, bizi nə xoşbəxt edirsə, onu edək. Həyatı doya-doya yaşamaq var ikən, niyə özümüzü qısaq, niyə özümüzü el-aləmin həbsxanasına məhkum edək?


Bu həyat bizim, sadəcə bizim və bu həyatı bir dəfə yaşayacayıq.


 


Mənim seçmədiyim bir həyatı yaşamaq məni xoşbəxt edərmi? Ancaq saxta bir xoşbəxtlik verə bilər, bəlkə....


Mən niyə yaşayıram? Həqiqi sevgini və xoşbəxtliyi tapmaq üçün.



 


Öz seçimlərimlə, öz təcrübəmi  həyata keçirtsəm, ancaq o zaman təkamül gerçəkləşər.



@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

                                                                                                    Redaktə etdi: Gunewim


dılay | 12 fevral 2016 17:28 | Status: Brilliant user | Şərh: 8 183
Balalarim ucun.....
esma inci | 22 oktyabr 2015 00:58 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: MELEK_
imanli ve Allahdan (c.c) basqasina mohtac olmadan yasamaq en boyuk arzum...
gece-gunduz | 30 sentyabr 2015 16:33 | Status: Gümüş user | Şərh: 1 720
övladlarım ucun
leyla_nazim | 18 mart 2015 08:23 | Status: Qonaq | Şərh: 0
Hal-hazirda oglum ucun
Mavish | 28 fevral 2015 14:49 | Status: Brilliant user | Şərh: 2 389
Özün üçün yaşayırsan, yoxsa başqaları üçün?
-başqaları üçün...
Kimin üçün yaşayırsan? (Sorğu)
- Uşağlarım, yoldaşım
Öz istədiyin ali məktəbə daxil oldun, yoxsa ailənin istədiyinə?
-Heç biri
Öz istədiyin peşənlə məşğulsan, yoxsa sənə seçdikləri peşəyləmi?
-Heç bir peşəm yoxdur.
Həyat yoldaşını özün seçdin, yoxsa sənin yerinə valideynlərin qərar verdi ?
-özüm..
Ailə həyatını öz istədiyin kimi yaşayırsan yoxsa başqaları yönləndirirlər?
-Öz istədiyim kimi..
Övladlarını öz istədiyin kimi böyüdürsən yoxsa kənardan müdaxilələrə baş əyirsən?
-əsla, özüm istədiyim kimi böyüdürəm, kimsə işimə qarışa bilmir.
Geyim tərzini özün seçirsən yoxsa başqaları( Valideyn,qardaş və ya həyat yoldaşı)?
-Özüm
Dostlarını özün seçirsən, yoxsa başqaları?
-dostlarım yoxdur.
Dostlarınla istədiyin vaxt zaman keçirə bilirsən, yoxsa icazəyə tabe olursan?
-Dediyim kimi,dostlarım yoxdur, ama dükana belə getsəm yoldaşımdan icazə alıram.
Özünə xüxusi vaxt ayıra bilirsənmi?
-istəsəm ayıraram
Hobbilərin varmı, bunları kiməsə fikir vermədən edə bilirsənmi?
-Yoxdur
Həyatını özün yönləndirirsən, yoxsa başqalarının nə dediyinə baxırsan?
-başqalarına deyil,yoldaşımın nə dediyinə baxıram.
Doya-doya yaşaya bilirsən, yoxsa başqalarının nə deyəcəklərini, düşünürsən?
-özüm ağılsız deyiləm ki, başqaları məndə səhv tuta biləcək nöqsanlar görə...
Başqalarının nə dediyi, nə düşündüyü, səndən də önəmlidir?
-yox
Başqalarının yönləndirdiyi bu həyat xoşbəxtlik verərmi?
Yox,ama ağıl ağıldan üstündür.
Öz istəklərindən çox, el-aləmin nə dediyinə qulaq assan, bu həyat azadlıq gətirərmi?
Azadlıq başqa şeydir,kiminsə məsləhətinə qulaq asmağla dustaq sayılmarıq.
Turane Fedali | 28 fevral 2015 14:21 | Status: Şərhçi | Şərh: 103
Elbetdeki ovladlarimcun ve cox sevdiyim heyatimcun yasiyiram onlarsiz heyati tesevvur ede bilmerem
MiFi | 5 avqust 2014 11:52 | Status: Şərhçi | Şərh: 154
Özüm, valideynlərim və övladlarım üçün yaşayıram!
Umidsiz_Xeyallarin_Sakini | 28 iyul 2014 15:21 | Status: Qonaq | Şərh: 0
1.sevgilim ucun
2.hec biri. oxumuram
3.hec biri
4.aileli deyilem, amma ozum sececem
5.aile heyatim qokku axi 0106
dream reality | 4 mart 2014 16:10 | Status: Professional user | Şərh: 1 449
elbetde ki ozum ucun yasayiram ve meni yasadan ucun menim fikrim beledi
SULTANIM | 1 fevral 2014 16:55 | Status: Ekspert | Şərh: 4 742
Sherh yazan her kese tesekkur edirem.
Frau... | 9 yanvar 2014 14:11 | Status: Şərhçi | Şərh: 104
1.Umumilikde yasamaq gozeldir,bacaranlar ucun.
2.hem ele,hem de bele.
3.Oz istediyim peseyle mesgul idim,indi yox.
4.Heyat yoldasim meni secdi, men de onu.
5.Elbette,oz istediyim kimi.
6.Bas eymirem.
7.Yoldasimin mesleheti ile ozum secirem.
8.Ozum.
9.Kecire bilmirem.
10.Beli.
11.Hobbilerim var.
12.Ozum.
13.Doymasam da istediyim kimi yasayiram.
14.Yox.
15.Getirmez.
16.Basqalarinin dediyi onemli deyil.
MELEK_ | 8 yanvar 2014 14:03 | Status: Professional user | Şərh: 3 949
imanli ve Allahdan (c.c) basqasina mohtac olmadan yasamaq en boyuk arzum...
turkam | 6 yanvar 2014 09:25 | Status: Şərhçi | Şərh: 301
Sitat: M.Aliyeva
ALLAHIMIZ BU OMRU BIZE VERIB , CANIMIZI BIZE EMANET VERIB , QORUYAQ, ONUN BUYURDUGU KIMI LAYIQINCE YAWAYAQ.ELBETDE EZIZLERIMIZCUN YAWAMAQ DA WERTDI, GEL KI, ONLARI ITIRERKEN OLURUKMU? YOX , DEMEK KI, YAWAMAQCUN YAWAYIRIQ.
HAMINIZA UZUN OMURLER.

TEWEKKULER CANIM, HEM IMANLI OLMEYIMCIN,HEM DE BALALARIM UCUN.
Miss_Xerceng | 5 yanvar 2014 16:41 | Status: Şərhçi | Şərh: 314
Tesekkurler

Tesekkurler
SULTANIM | 5 yanvar 2014 13:48 | Status: Ekspert | Şərh: 4 742
Sitat: Ayan92
Sitat: sadəcə MƏN
Sualların bir çoxusuna dəqiq cavab verə bilmək üçün gərək sroçnu ərə gedim... wink

Helə məndə.)))

Insallah,bu suallara cavab vermek ucun mutled aile qurun.
HUSNIYYA | 5 yanvar 2014 12:28 | Status: Gümüş user | Şərh: 1 191
Özün üçün yaşayırsan, yoxsa başqaları üçün?
Ozum ucun..en esasi valideyinlerim ve ovladim ucun..
Öz istədiyin ali məktəbə daxil oldun, yoxsa ailənin istədiyinə?
Ozumde isteyirdim,amma en cox atam ucun...
Öz istədiyin peşənlə məşğulsan, yoxsa sənə seçdikləri peşəyləmi?
Istediyim pese ile deyil..
Həyat yoldaşını özün seçdin, yoxsa sənin yerinə valideynlərin qərar verdi ?
Beli,ozum secdi..
Ailə həyatını öz istədiyin kimi yaşayırsan yoxsa başqaları yönləndirirlər?
Bilmirem..
Övladlarını öz istədiyin kimi böyüdürsən yoxsa kənardan müdaxilələrə baş əyirsən?
Rossiyada olanda oz isteyim kimi,kende gelende mudaxile edirler..
Geyim tərzini özün seçirsən yoxsa başqaları( Valideyn,qardaş və ya həyat yoldaşı)?
Ozum,bezende yoldasim..
Dostlarını özün seçirsən, yoxsa başqaları?
Subay olanda dostum cox idi,indi aile hayati basimi qatir..
Dostlarınla istədiyin vaxt zaman keçirə bilirsən, yoxsa icazəyə tabe olursan?
Xeyir..
Özünə xüxusi vaxt ayıra bilirsənmi?
Elbetteki..
Hobbilərin varmı, bunları kiməsə fikir vermədən edə bilirsənmi?
Usaqa baxmaq..
Həyatını özün yönləndirirsən, yoxsa başqalarının nə dediyinə baxırsan?
Ozum...
Doya-doya yaşaya bilirsən, yoxsa başqalarının nə deyəcəklərini, düşünürsən?
Ne bilim eyyyyy...
Başqalarının nə dediyi, nə düşündüyü, səndən də önəmlidir?
Bezen onemsiyirem...
Başqalarının yönləndirdiyi bu həyat xoşbəxtlik verərmi?
Mence yox..
Öz istəklərindən çox, el-aləmin nə dediyinə qulaq assan, bu həyat azadlıq gətirərmi?
Xeyir..
NURLU | 5 yanvar 2014 09:43 | Status: Professional user | Şərh: 5 552
Özün üçün yaşayırsan, yoxsa başqaları üçün?
çox vaxt özum üçun

Öz istədiyin ali məktəbə daxil oldun, yoxsa ailənin istədiyinə?
sözun düzunu desəm heç biri

Öz istədiyin peşənlə məşğulsan, yoxsa sənə seçdikləri peşəyləmi?
öz istədiyim peşə ilə gizli məşqul olmuşam indidə erimin seçdiyi peşə ilə məşqulam.

Həyat yoldaşını özün seçdin, yoxsa sənin yerinə valideynlərin qərar verdi ?
özüm seçdim valideyinlərim dəstəklədi

Ailə həyatını öz istədiyin kimi yaşayırsan yoxsa başqaları yönləndirirlər?

özümuz istədiyimiz kimi

Övladlarını öz istədiyin kimi böyüdürsən yoxsa kənardan müdaxilələrə baş əyirsən?

çox heyifki yoxdu

Geyim tərzini özün seçirsən yoxsa başqaları( Valideyn,qardaş və ya həyat yoldaşı)?

özüm seçirəm arada qaynanam idare etmək istəyir oda alinmir.

Dostlarını özün seçirsən, yoxsa başqaları?

dostumunda dostu var

Dostlarınla istədiyin vaxt zaman keçirə bilirsən, yoxsa icazəyə tabe olursan?

elə yerdə yaşayiramki neyinki dost hec kimi görmurem

Özünə xüxusi vaxt ayıra bilirsənmi?

elbətdəki bekarciliqdan butun gun


Hobbilərin varmı, bunları kiməsə fikir vermədən edə bilirsənmi?

elə bir hobbim yoxdu

Həyatını özün yönləndirirsən, yoxsa başqalarının nə dediyinə baxırsan?

heç dəqiq bilmiremki wink

Doya-doya yaşaya bilirsən, yoxsa başqalarının nə deyəcəklərini, düşünürsən?
doya doya yaşayıram


Başqalarının nə dediyi, nə düşündüyü, səndən də önəmlidir?

elbətdəki yox hec vecime deyil kim ne isteyir desin ozum bilirem neceyem mene besdi

Başqalarının yönləndirdiyi bu həyat xoşbəxtlik verərmi?

özun yonləndirdiyin zaman xoşbəxt olmursan qaldiki basqalari yonlendirse

Öz istəklərindən çox, el-aləmin nə dediyinə qulaq assan, bu həyat azadlıq gətirərmi?

-------------------------

Bu günə qədər həyatımızı, öz seçimlərimizlə yaşamış ola bilərik. Bu gündən etibarən, öz seçimlərimizlə addım ataq. Başqalarının nə düşündüyünü bir tərəfə buraxıb, bizi nə xoşbəxt edirsə, onu edək. Həyatı doya-doya yaşamaq var ikən, niyə özümüzü qısaq, niyə özümüzü el-aləmin həbsxanasına məhkum edək?

----------------
Aysel Quliyeva | 4 yanvar 2014 23:24 | Status: Qonaq | Şərh: 0
Decel | 4 yanvar 2014 22:36 | Status: Gümüş user | Şərh: 933
Sitat: sadəcə MƏN
Sualların bir çoxusuna dəqiq cavab verə bilmək üçün gərək sroçnu ərə gedim... wink

coxuna mende cavab vere bilmedim orda yazilanlar xaricilere ayiddir ..
qisasi men olar çün yasiram
M.Aliyeva | 4 yanvar 2014 22:26 | Status: Gümüş user | Şərh: 1 970
ALLAHIMIZ BU OMRU BIZE VERIB , CANIMIZI BIZE EMANET VERIB , QORUYAQ, ONUN BUYURDUGU KIMI LAYIQINCE YAWAYAQ.ELBETDE EZIZLERIMIZCUN YAWAMAQ DA WERTDI, GEL KI, ONLARI ITIRERKEN OLURUKMU? YOX , DEMEK KI, YAWAMAQCUN YAWAYIRIQ.
HAMINIZA UZUN OMURLER.
Mehdiyeva Cinara | 4 yanvar 2014 22:07 | Status: VİP user | Şərh: 1 038
hem ozum ucun hemde sevdiklerim ucun yasayiram
Ayan92 | 4 yanvar 2014 22:00 | Status: Professional user | Şərh: 3 056
Sitat: sadəcə MƏN
Sualların bir çoxusuna dəqiq cavab verə bilmək üçün gərək sroçnu ərə gedim... wink

Helə məndə.)))
Nigar | 4 yanvar 2014 21:55 | Status: Gümüş user | Şərh: 6 063
Sevdiklerim ucun yawayiram
aska93 | 4 yanvar 2014 21:06 | Status: Şərhçi | Şərh: 252
Özün üçün yaşayırsan, yoxsa başqaları üçün?
bawqalari ucun.
Öz istədiyin ali məktəbə daxil oldun, yoxsa ailənin istədiyinə?
oz istediyim
Öz istədiyin peşənlə məşğulsan, yoxsa sənə seçdiklər peşəyləmi?
hele mewgul deyilem
Həyat yoldaşını özün seçdin, yoxsa sənin yerinə valideynlərin qərar verdi ?
hele yoxdu:)
Ailə həyatını öz istədiyin kimi yaşayırsan yoxsa başqaları yönləndirirlər?
aile heytim qokku
Övladlarını öz istədiyin kimi böyüdürsən yoxsa kənardan müdaxilələrə baş əyirsən?
subayam:)
Geyim tərzini özün seçirsən yoxsa başqaları( Valideyn,qardaş və ya həyat yoldaşı)?
ozum secirem
Dostlarını özün seçirsən, yoxsa başqaları?
ozum secirem
Dostlarınla istədiyin vaxt zaman keçirə bilirsən, yoxsa icazəyə tabe olursan?
istediyim vaxt zaman kecire bilirem
Özünə xüxusi vaxt ayıra bilirsənmi?
he
Hobbilərin varmı, bunları kiməsə fikir vermədən edə bilirsənmi?
he
Həyatını özün yönləndirirsən, yoxsa başqalarının nə dediyinə baxırsan?
ozum yonlendirirem
Doya-doya yaşaya bilirsən, yoxsa başqalarının nə deyəcəklərini düşünürsən?
doya-doya yawawa bilirem
Başqalarının nə dediyi, nə düşündüyü, səndən də önəmlidir?
xeyr
Başqalarının yönləndirdiyi bu həyat xoşbəxtlik verərmi?
xeyr
Öz istəklərindən çox, el-aləmin nə dediyinə qulaq assan, bu həyat azadlıq gətirərmi?
yox
Alone Girl | 4 yanvar 2014 21:03 | Status: Gümüş user | Şərh: 1 679
Sitat: Sari gelin
yaxinlarimi ,sevdiklerimi yawatmaq ucun yawayiram .


ictimai reye hec fikir veren deyilem ,neyi ozumcun ve ailemcun duz biliremse onu da edirem ,bawqalarinin fikri vecime deyil
Sari gelin | 4 yanvar 2014 20:15 | Status: Gümüş user | Şərh: 2 439
yaxinlarimi ,sevdiklerimi yawatmaq ucun yawayiram .


ictimai reye hec fikir veren deyilem ,neyi ozumcun ve ailemcun duz biliremse onu da edirem ,bawqalarinin fikri vecime deyil
Sabahım. | 4 yanvar 2014 18:32 | Status: Professional user | Şərh: 3 359
1.AİLƏM ÜÇÜN
2.HƏM ÖZ HƏM ATAMIN İSTƏDİYİ PEŞƏNİ SEÇDİM.
3.HƏYATIN MƏNƏ SEÇDİYİ PEŞƏ İLƏ MƏŞĞULAM.
4.HƏYAT YOLDAŞIMI HƏM AİLƏM HƏM ÖZÜM SECDİM-XALAOĞLUMU.
5.AİLƏ HƏYATIMI ÖZ İSTƏDİYİM KİMİ YAŞAYIRAM.
6.ÖVLADLARIMI ÖZ İSTƏDİYİM KİMİ BÖYÜDÜRƏM.
7.GEYİM TƏRZİMİ ÖZÜM HƏYAT YOLDAŞIMIN İCAZƏ VERDİYİ KİMİ SEÇİRƏM.
8.ALLAH VƏ HƏYAT YOLDAŞIM DOSTUMDUR.
9.DOSTLARIMLA AZ GÖRÜŞDÜYÜM ÜCÜN İSTƏYƏNDƏ YOLDAŞIM İCAZƏ VERİR.
10.ÖZÜMƏ HEÇ VAXT AYIRMIRAM.BU YAY 1 HƏFTƏ AYIRDIM AMMA ANTALYAYA GETDİM..YOLDAŞIMLA..VƏSSALAM.
11.XOBBİM VAR.....
12.YOLDAŞIM VƏ MƏN HƏYATIMIZI VƏ AİLƏMİZİ BİRLİKDƏ YÖNLƏNDİRİRK.
13.BAXIR NƏ VAXT ÖZÜM ÜÇÜN YAŞAYIRAM.
14.ELƏ AN OLUR Kİ BAŞQALARININ NƏ DÜŞÜNDÜYÜNƏ ÖNƏM VERİRƏM..BƏZƏN İSƏ VIZ GƏLİR.
15.BAŞQALARININ YÖNLƏNDİRDİYİ HƏYAT XOŞBƏXTLİK VERƏ BİLMƏZ.
16.TƏK ÖZ İSTƏDİYİN KİMİ YAŞAMAQ İNSANI İNSANİYYƏTDƏN UZAĞA APARAR.EL -ALƏM ƏSLİNDƏ SƏNİN ÇƏMİYYƏTDƏ GÖRÜNÜŞÜNDÜR.
17HƏYATDA MƏN ONSUZDA AİLƏMƏ VƏ MƏNƏ XEYİR OLACAQ NƏDİRSƏ ONU SEÇİB YAŞAYIRAM...
SULTANIM | 4 yanvar 2014 17:26 | Status: Ekspert | Şərh: 4 742


Özün üçün yaşayırsan, yoxsa başqaları üçün?
Aile qurandan sonra,hec ozum ucun yasamadim.

Öz istədiyin ali məktəbə daxil oldun, yoxsa ailənin istədiyinə?
Ailemin.

Öz istədiyin peşənlə məşğulsan, yoxsa sənə seçdikləri peşəyləmi?
Oz istediyim peseye yyelenmedim,valideynlerim secdi,indi onunlada mesgul olmaga da qoymurlar.

Həyat yoldaşını özün seçdin, yoxsa sənin yerinə valideynlərin qərar verdi ?
Ozum secdim,ureyimin sesiyle deyil,aglimin diktesi ile.

Ailə həyatını öz istədiyin kimi yaşayırsan yoxsa başqaları yönləndirirlər?
Oz istediyim kimi yasayiram.Qoymaram qarissinlar.

Övladlarını öz istədiyin kimi böyüdürsən yoxsa kənardan müdaxilələrə baş əyirsən?
Istediyim kimi boyutmusem,sukur,pesman da deyilem.

Geyim tərzini özün seçirsən yoxsa başqaları( Valideyn,qardaş və ya həyat yoldaşı)?
ozum secirem.alemi dagidaram.

Dostlarını özün seçirsən, yoxsa başqaları?
heyat yoldasim.

Dostlarınla istədiyin vaxt zaman keçirə bilirsən, yoxsa icazəyə tabe olursan?
Icazesiz etmirem.

Özünə xüxusi vaxt ayıra bilirsənmi?
Bezen.

Hobbilərin varmı, bunları kiməsə fikir vermədən edə bilirsənmi?
Beli ede bilirem.

Həyatını özün yönləndirirsən, yoxsa başqalarının nə dediyinə baxırsan?
Heyatimi yarisin ozum,yarisin yoldasim.

Doya-doya yaşaya bilirsən, yoxsa başqalarının nə deyəcəklərini, düşünürsən?
Herden hec kimi dusunmurem.

Başqalarının nə dediyi, nə düşündüyü, səndən də önəmlidir?
Menden onemli ola bilmez.

Başqalarının yönləndirdiyi bu həyat xoşbəxtlik verərmi?
Mence yox.

Öz istəklərindən çox, el-aləmin nə dediyinə qulaq assan, bu həyat azadlıq gətirərmi?
Menim isteklerim el-alemin istekleri ile uygunlasir.
Qanad | 4 yanvar 2014 17:18 | Status: Yazar | Şərh: 4 357
1.Özüm üçün də ailəm üçündə yaşayıram.Öz istəyimlə ali məktəbə qəbul olmuşam.2.Hal-hazırda evdar xanımam.Əlbəttə ki özüm seçmişəm.3.Ailə həyatımı istədiyim kimi yaşayıram.4.Övladlarımı öz tərbiyəmlə böyüdürəm.5.Geyimlərimi özüm seçırəm.arada yoldaşımın da fikrini soruşuram.6.Mənim dostum yoxdur.7.Ayırıram.8.Yoxdur.9.başqaların sözünə qulaq assamda özüm istədiyim kimi edirəm.10.Doya-doya yasayiram.11.Bilirsiniz oz istədiyin kimi yaşa.Amma ağılla yaşa.Heç kimi nə ailənə nə sənə müdaxilə etməyə qoyma .Çünki onda yaşamağ cox çətin olur.
SEVDA | 4 yanvar 2014 16:40 | Status: Nəzarətçi | Şərh: 17 439
1)övladlarımçun,ailemçün.2)öz isteyimle.3)hal-hazırda evdar xanımam.4)öz seçimimdi.5)öz istediyimiz kimi.6)övladlarımı da öz istediyimiz kimi böyüdürük.7)uwaq vaxtından normal geyim geymiwem.ele indide o cür geyinirem(dar,qısa,açıq-saçıq geyimler menlik deyil).8)refiqelerim var,özüm secmiwem tebiiki...9)refiqelerim hamısı ailelidi,telefonla elaqe saxlayırıq.10)özüme xüsusi vaxt elbetdeki ayırıram.11)var,aksesuarlar hazırlayıram biserlerden.12)özüm yönlendirirem deyendeki her halda özbawına da deyilem,valideynlerim,yoldawım var...13)valideynlerimle,yoldawımdan bawqa kimsenin fikirleri meni maraqlandırmır...14)önemsizdir.15)yeni aile quranda qaynana meslehetine ehtiyac olur,düzgün istiqamete ehtiyac olur.16)azadlıq subay vaxtı olur,adam özü üçün yawayır,istediyi vaxt dostlarıyla-refiqeleriyle gezmeye çıxır.nece deyerler:subaylıq sultanlıqdı....