Maraqlıdır / Sevgi / Manşet

Əvvəl nigahsız yaşadılar, sonda evləndilər - belə də olurmuş...

Aynur_Qurbanqizi | 12-11-2013, 02:55
18 029 89


Tanınmış blogger və yazar Rüzgar Mövsüm sevgilisi ilə nigaha girib. Bu xəbəri eşidəndə çox təəccübləndim. O səbəbdən ki, bir müddət öncə Rüzgar Mövsümlə aramızda bu mövzuda mübahisə olmuşdu. O, nigahsız da insanların xoşbəxt olduğunu söyləyir, mənsə deyirdim ki, "yaxşı, sevən kişi nigahsız yaşamaz, o qadınla evlənər. Nigahsız birlikdə olmaqla kişi ailə başçısı kimi öz məsuliyyətini üzərindən atır"... Qısacası, mübahisələrimiz o qədər böyüdü ki, hətta facebookda bir-birimizi dostluqdan da sildik. ) O məni geridəqalmışlıqda suçlayırdı, "Azad qadin belə düşünməz" deyirdi. Mənsə, ona izah etməyə çalışırdım ki, Azərbaycan kişisi üçün deyil vətəndaş nigahı... Nigah olmadan birlikdə yaşayan kişi, evlənmə zamanı çatanda qadını qoyub gedib anasının seçdiyi bakirə qızla evlənəcək. Nətəcədə, bir qadının illəri puça gedəcək.

Bildiyiniz kimi, vətəndaş nigahı o deməkdir ki, qadın və kişi bir müddər rəsmi nigah olmadan bir yerdə yaşayır, tamam bir-birinə uyğunlaşdıqdan sonra rəsmi nigaha daxil olurlar. Əslində, bu cür birlikdə olmağın müsbət cəhətləri vardır. Amma, bir daha qeyd edirəm, qadınları aldatmağı, 1001 bəhanə ilə yatağa salmağı, istifadə etməyi sevən Azərbaycan kişisi (hər kəsə aid deyil, sadəcə çoxluq təşkil etdiyi üçün ümumi danışıram) üçün bu cür birlikdə yaşamaq sadəcə qadının əleyhinə ola bilərdi...

Rüzgar Mövsüm də Lalə xanıma uzun müddətdir nigahsız bir yerdə yaşayırdı. Bir ailə kimi, amma toysuz, nigahsız. Və xoşbəxtlikdən Rüzgar kütlədən fərqlənərək sevdiyi qadına həm də soyadını verdi. Bu cür sözünə, vədinə sadiq, qadına hörmət qoyan, xoşbəxtliyi sadəcə bakirəlikdə görməyən kişiləri sadəcə alqışlamaq lazımdır.


Yazar öz rəsmi facebook səhifəsində sevgilisi ilə birlikdə çəkilmiş fotoları paylaşıb və aşağıdakı sözləri yazıb:



Dostlar, Məni təbrik edə bilərsiniz.
Xoşbəxtliyimin həddi, hüdüdü yoxdur. Sevincim o qədər böykdür ki, bütün çətinliklər mənə cılız gəlir. Bu gün doğmam, əzizim, yarım, sevgilim Lalə xanımla rəsmən nigahlandıq. Ürəyimin sahibi, arzularımın xanımı olan Lalə bu gündən etibarən artıq təkcə ona aid olan ürəyimi deyil, mənim soyadımı da daşıyacaq. Əminəm ki, xoşbəxtliyimiz, ittifaqımız nümunəvi, sevgimiz isə böyük bir qala kimi sarsılmaz olacaq. Hamınıza xoşbəxt olmağı arzulayıram.

Bir neçə gün sonra...

Xanımlar və cənablar, məni bir daha təbrik edin!
10 gün burada olmamağımın səbəbi, həyatımda bu vaxtacan ən xoşbəxt gün olan toy günüm idi. Bəli, sevgilim Lalə xanımla Noyabrın 2 si evləndik, toy etdik:-) Elə xoşbəxtəm ki, sanki uçuram.
Bu da toyumuzdan bir xatirə şəkili. Hamınıza xoşbəxtlik arzulayıram. Sevin! Sevilin! Xoşbəxt olun! Üzünüz hər an gülsün!

 





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. Nigar_ | 27 iyun 2014 12:43 | Status: Professional user | Şərh: 2 128
    ALLAH xoşbəxt etsin!
  2. Nergiz love | 7 may 2014 20:55 | Status: Professional user | Şərh: 7 882
    xosbext olun
  3. Gulshen. | 16 fevral 2014 14:45 | Status: Qonaq | Şərh: 0
    Bir omur boyu xosbext olasiz
  4. bayaz gulum | 2 fevral 2014 02:01 | Status: VİP user | Şərh: 1 050
    Sitat: Sea
    Xoşbəxt olsunla

  5. Sea | 23 noyabr 2013 20:21 | Status: Şərhçi | Şərh: 30
    Xoşbəxt olsunlar
  6. khadija.raxa | 22 noyabr 2013 15:40 | Status: Qonaq | Şərh: 0
    ALLAH XOSBEXT ELESIN TEESUFKI HER ZAMAN BELE OLMUR
  7. leman1 | 21 noyabr 2013 11:17 | Status: Şərhçi | Şərh: 204
    Allah xoshbext elesin.
  8. MELEK_ | 18 noyabr 2013 13:30 | Status: Professional user | Şərh: 3 951
    Allah xosbext elesin
  9. muslim woman | 17 noyabr 2013 09:40 | Status: Gümüş user | Şərh: 477
    bezi ince sohbetler bezilerinin ici bos beyinlerine girmez onsuzda ona gore hec ne yazmiram
  10. ayten_24 | 16 noyabr 2013 11:33 | Status: Şərhçi | Şərh: 171
    xowbext olsunlr
  11. azad-qadin | 15 noyabr 2013 21:31 | Status: Qonaq | Şərh: 0
    esas xowbextlikdi qalan herwey bow weydi!!!
  12. sebiw21 | 14 noyabr 2013 22:04 | Status: VİP user | Şərh: 526
    Bir-birine cox yarawirlar.ALLAH xowbext elesin
  13. tehmin | 14 noyabr 2013 21:03 | Status: Şərhçi | Şərh: 311
    xoşbəxt olsun
  14. Asli Azeri | 14 noyabr 2013 10:32 | Status: Şərhçi | Şərh: 187
    Xowbext olsunlar
  15. Vetenperver | 13 noyabr 2013 17:48 | Status: Professional user | Şərh: 6 703
    Yaxşı baxmıram toydan əvvəl oğlan qız bir yerdə yaşamaqlarına,nigaha elə əvvəlcədən girərdilər.Nigaha girmək üçün öncə bir yerdə yaşamırlar.Heç bir ata ana istəməz qızı toy olmamışdan oğlanla yaşasın.
  16. Seyidli | 13 noyabr 2013 17:25 | Status: Yazar | Şərh: 2 707
    Ayy, qız çox gözəl qızdır. Yaraşırlar. Allah xoşbəxt eləsin. Nə yaxşı ki, nigahla bitmiş...
  17. Gulya2676 | 13 noyabr 2013 17:01 | Status: Gümüş user | Şərh: 2 589
    Allah axiracan etsin bu xoshbextliyi!
  18. MELAYKA | 13 noyabr 2013 15:31 | Status: VİP user | Şərh: 600
    ele bildim mugenni elnarediye dedim bu evli idi axi nevaxt bowandi nevaxt evlendii:))
  19. zelala | 13 noyabr 2013 14:20 | Status: Şərhçi | Şərh: 224
    burda ele bir shey yox..mence azerbaijanda da lazimi qeder bele kishiler var..sadece,her iki teref eyni hemxasiyyet olmali,fikir olmali ki,addimladiqlari yo uqurlu olsun!shexsen men ozum 7 il sevmishiki bir-birmizi,3 il vetendash nigahinda yashamishiq,(tebii ailelermizde bilirdi hamisi) 3 ilden sonrada nogaha girmishik!indi bashdiyin yixib -surumeye ki,pozgundu nigahsiz yashayan..))
  20. Aype | 13 noyabr 2013 14:18 | Status: Qonaq | Şərh: 0
    bize de xowbext olsunlar"demek duwur)
  21. Nursan. | 13 noyabr 2013 13:10 | Status: Gümüş user | Şərh: 1 020
    Xoşbəxt olsunlar
  22. indra | 13 noyabr 2013 11:32 | Status: VİP user | Şərh: 908
    Xasiyətləri uyğun gəlibdir
  23. Kenan :) | 13 noyabr 2013 03:43 | Status: Şərhçi | Şərh: 347
    esas odu ki evlenibler
  24. SEVDA | 13 noyabr 2013 01:58 | Status: Nəzarətçi | Şərh: 17 483
    Butun sevenler,cütlükler heç zaman ayrılmasın...qowa qarısınlar...
  25. ww.ss | 13 noyabr 2013 00:51 | Status: VİP user | Şərh: 695
    Ahhhh n3 bilimeee
  26. ay gunes | 13 noyabr 2013 00:50 | Status: VİP user | Şərh: 916
    xowbextlikler.
  27. nazlim123 | 12 noyabr 2013 23:51 | Status: Qonaq | Şərh: 0
    urekle sevin yalansiz behanesiz xeyanetsiz secin ki behresini goresiz
  28. viska | 12 noyabr 2013 23:50 | Status: VİP user | Şərh: 512
    Cox beyendim yarawirlar.
  29. nur gun ma me | 12 noyabr 2013 23:46 | Status: Şərhçi | Şərh: 356
    Sitat: Lady Nara
    ALLAH butun saf qelble sevenleri xosbext elesin

    raziyam bu fikirle
  30. Lady Nara | 12 noyabr 2013 22:11 | Status: VİP user | Şərh: 1 026
    ALLAH butun saf qelble sevenleri xosbext elesin