Saytımızın sevilən redaktoru-Seyidlinin dosyesi
Saytımızın sevilən redaktoru - Seyidlinin dosyesi
Dostlar:Aynur_Qurbanqizi, ayruska, Aytekin82, Banu., Damla, Feriha., filolog,Gunewim, Hande 18, leyla meherremova, Lola., Mavish, muslim woman,NaraAzer, Nurus., rufet ehmed, ruzgargulum, Sari gelin, sheh, SULTANIM,svetlana, Torpaq, Ulviyye |
Xəbər Seyidlinin şərhlərindən götürülərək hazırlanmışdır.
Həyatda əgər sizlərə tanınmış və məhşur insanlarla görüşməyə imkan versəydilər, kimlərlə görüşmək istərdiniz? SualınaSeyidli beləcavabverir:
-Hz Muhəmməd əleyhissəlamı görmək istərdim...
Saytda ən çox hansı bölməni sevirsiz?- sualına belə cavab verib.
Dini
bölməni. Müəllif yazıları-bölməsini birdə çox sevirəm. Çünki həyatımın çox hissəsi
yazmaqla keçir. Hər mövzuda yazmağı xoşlayıram.
Saytda Ən çox istədiyin user?-Deyəndə
Banu, Torpaq,
Lola, Guneşim, Aytən bacı, Şeh bacı, Sultanım xanım, Damla, Səma, Ferihacım, Princess,
Zoluşka,Günel, Akademik,Nurus,Sarı gəlin EEEEE çoxdular saymaqla bitməz. (Ad yazmadıqlarım inciməsinlər,
Çünki başlasam səhərə kimi burdayam. Hamınızı çox istəyirəm.)-deyə cavab verir.
Seyidliyə sual verəndəki,On il sonra harada olmağı düşünürsən?
Qədərimdə yazilan yerdə – deyə cavab verir.
Uğur qazanmağı amansız bir döyüş olmaqdan çıxarıb həyat tərzi halına gətirirsənmi? -Sualına isə belə cavab verib:
Uğur qazanmaq asan deyil. Mənim üçün bir döyüş misalidir.
Həyatın sənə öyrətdiyi ən əhəmiyyətli dərs nədir? Seyidli belə cavab verir:
Həyat mənə öyrətdi ki, hər kəsə güvənmək olmaz. Amma mən yenə də güvənməyə
çalışıram. Pislik gördüyümdə Allaha həvalə edirəm – deyir Seyidli.
Şeirlərindən biri:

Zülmət gecə kimi sirli, gözlərin...
Qəlbimin içində oyuq var dərin,
Orda gizləmişəm səni , Sevgilim!

Əlimi əlinə zəncirləmisən,
Ruhumu büsbütün sehirləmisən,
Bihuş eyləmisən məni, Sevgilim!

Sən mənim sevincim, həm göz yaşımsan,
Sən mənim həm dostum, həm sirdaşımsan,
Heç görmədim kələyini, Sevgilim!

Mən tək bir yarın var əzizim öyün!
Körpə bir uşaq tək şıltaq, ərköyün,
Söylə görüm diləyini, Sevgilim!

Ətrin qoxar hər tərəf, hər yönümdə,
Bu nə bəla, unudulub dünüm də,
Amma nə xoş Sən gələni, Sevgilim...

Sevgin ilə yaşat məni, Sevgilim!
Seyidlinin dilindən özü haqda:
Hobbim- bilik mənbələri; Fobbim- qaranlıq.
Haqsızlıgı sevmirəm, Haqqı sevirəm.
Ən sevdiyim söz- "Ya ALLAH".
Ən nifrət etdiyim söz- Axirət yoxdu.
Hüquqşünas olmagı arzu etmişəm, amma riyaziyyat müəlliməmizin öz fənnini sevdirməsi sayəsində riyaziyyatçı oldum.
İstədiyim bütün qabiliyyətləri Allah mənə verib. Rəsm çəkmək, əl tikişi, şer yazmaq, hər biri məndə var!
Tez alışıb, tez sönürəm.
Məni incidən birisinə öncə əsəbiləşsəmdə, tez unuduram.
Yoxdan var edən Allaha sığınıram!
Xoşbəxtlik yuxum: HZ. MUHAMMED s.s-i, HZ. HƏSƏN, HZ. HÜSEYİN və özümü gördüyüm yuxudur!
Pis nə varsa onun axarına düşməkdir-bədbəxtliyin tərifi.
Seyidlinin Arzusu
Bəzən elə olur ki, qəlbimiz ağrısada gülümsəyirik.Amma hərkəsə, özüm də daxil olmaqla ürəkdən gülümsəməyi arzulayıram.
Seyidlinin qəribə xüsusiyyəti
Çox qəribə xüsusiyyətim var, baş verən hər bir şeyi ürəyimə salır, beynimdə müzakirəyə çıxarıram. çox istərdim, hər bir şeyi unudub beynimi istirahətə çıxarım, amma alınmır. Bir tək şirniyyat yeyəndə ətraf aləmi unuduram.
Seyidlinin dilindən kişi və qadın sirri
Kişi və qadın sevgi ilə cəlb olunur, anlayış və qarşılıqlı hörmətlə bir-birinə bağlanır.
Sizcə Məhəbbətdə hörmət əsas amildirmi?
Hörmət insani keyfiyyətlərin ən başında durur. Hörmət insanı sevimli edər, sevgini qoruyar. Hörmət olmazsa sevgi məhv olar!
Seyidlinin dilindən qısqanclığın tərifi
Eşq ağrısı çəkmisinizmi sualına cavabı.
İnsan qəbirdə gömülür, sevgi qəlbdə. Fərq ondadır ki, sevgi ölmüş sayılsada, ölmür!
Seyidli xanım özünü sevirmi?
Qadınlar xarici görünüşləri qaydasında olanda çox xoşbəxt olurlar.
İnsanın özünə güvənməsi, özünü sevməsi, çox gözəldir. Çünki bu zaman
insan özünü dəyərli hesab edir. Amma gərək bundan istifadə edib, göyün
yeddinci qatına qalxıb insanlara yuxarıdan aşagıya baxmıyasan, yoxsa
ordan guppultuyla yerə düşmək heç də yaxşı olmaz. MƏN ÖZÜMÜ ÇOX
SEVİRƏM, amma həddimi aşmıram!
Bilikli uşaqlar haqqında nə düşünürsünüz?
SUPER! LƏZZƏT
ELİYİRE ADAMA BELƏ UŞAQLAR. Mənim də 2 balaşkam var, biri 1 də, o biri 3
də oxuyur. Əlaçıdırlar, həm də sərbəst namaz qılırlar.
ALLAH hamının balasını qorusun, mənimkilərdə daxil, Amin!
Hamiləliyin ən gözəl anları desək cavabın nə olardı?
Bu dövrün ən gözəl anları bebişkanın içəridə hərəkət etməsidir. Hər kəsə nəsib olsun, amin!
Seyidlinin şirniyyatla əsasəndə tortla arası necədir?
Tort bişirməyçün ürəyim gedir, yeməyi ondan da çox sevirəm. Üzərini də super bəzəyirəm. Çünki rəssamlıq qabiliyyətim var!
Seyidli xanımdan Sevgi Etirafı
SƏNİ GÖRƏNDƏ QƏLBİM TEZ_ TEZ DÖYÜNÜR, SANKİ
YERİNDƏN ÇIXACAQ. SƏNİ GÖRƏNDƏ AYAGIM YERDƏN ÜZÜLÜR, SANKİ RUHUM
BƏDƏNDƏN UÇUR. GÖZLƏRİNƏ BAXANDA SANKİ SEHİRLİ BİR ALƏMƏ DÜŞÜRƏM. SƏNİ
GÖRMƏYƏNDƏ SANKİ HƏYAT DONUR, SƏNİ GÖRMƏYİ ARZULAYIRAM! ƏSL SEVGİ BAX BUDUR! ƏGƏR SEVDİYİNİZ VARSA ONU NƏYİN BAHASINA OLUR, OLSUN QORUYUN! SONRAKI PEŞMANLIQ FAYDA VERMƏZ!
Seyidlinin dlilndən Sevginin tərifi
Sevgi- məncə həyatın özüdür!
SEVGİ - SÖZÜN ƏSL MƏNASINDA YAŞAMAQDIR. SEVGİ OLMAZSA SƏN YAŞAYAN BİR ÖLÜSƏN!
Seyidlidən sadiqliklə bağlı maraqlı cümlələr.

Seyidli bir Qadın nə zaman susar?
"Qadın o zaman susar ki, artıq mübarizədən yorular, daxildə qəlbinin agrısını hiss edər, hər şey bitdi deyər. Susar və sakitcə tərk edər. Və əslində bu etdiyi o özü də bilmədən kişiyə vura biləcəyi ən agır zərbə olar. Qədri bilinməyə başlar, yeri görünməyə başlar. Kişilərin can atdıgı kənar parıltılı bilinən əyləncələr sönük qalar. Nə etdiyini o zaman anlar, amma əgər gec deyilsə...

Seyidlinin kimə oxşayırsan sualına yumoristik cavabı :)
Mən özümə oxşuyuram, məndən yoxduyeeeeeeeeeeee!

Seyidli üçün ən gözəl dua:
"ALLAHUMMƏ SƏLLİ ALA SEYYİDİNƏ MUHAMMƏDƏN VƏ ALA ƏLİ SEYYİDİNƏ MUHAMMƏD". ƏN TEZ QƏBUL OLUNAN DUA GECƏ YARI ŞİRİN YUXUDAN OYANIB, DƏSTƏMAZ ALIB, 2 RÜKƏT ALLAH RİZASI ÜÇÜN NAMAZ QILDİQDAN SONRA ÜZÜ QİBLƏYƏ VƏ İÇDƏN EDİLƏN DUADIR. ALLAH BİZLƏRƏ DƏRDİ ONA GÖRƏ VERMİRKİ, ONA ÜSYAN EDƏK; ONA GÖRƏ VERİR Kİ, DİLİMİZDƏN ALLAH KƏLMƏSİ DÜŞMƏSİN, ÇÜNKİ BİZ BƏNDƏLƏR ALLAHA HƏMD ETMƏYİ UNUDURUQ.
DUALAR, DUALAR, DUALAR! RUHUMUZUN QİDASIDIRLAR!..

Siz həyatinizdaki "O"-nu tapmısınızmı?

Qızıllarla aran necədi?
Sarı qızıl sevmirəm. Gümüş və ag qızıl xoşlayıram, onlarin da zərif olanlarını.
Seyidli üçün hansı hədiyyə önəmlidir?
İnsan sevərsə nə hədiyyə olur olsun qəbuldu məncə. Təki hədiyyə olsun. Səmimi qəlblə verilən hədiyyə!
Xəyallarındaki evin tərifini istəsək
ƏGƏR BİR EVDƏ XOŞBƏXTSƏNSƏ O EV SƏNƏ CƏNNƏT KİMİ GÖRÜNƏR.
Yuxularla aran necədi?Heç gerçəkləşən yuxun olubmu?
MƏNİM GÖRDÜYÜM YUXULARIN ÇOXU REALLAŞIR, ÇOXU DA XƏBƏRDARLIQDIR. RÖYA ALƏMİ RUH HALIMIZLA BAGLI OLAN SƏYAHƏTİMİZDİR.
Seyidlinin gözləri nə rəngdir?Bəyənirsinizmi göz rənginizi?
Gözlərim qonurdu. Amma yenə də gözəl gözlərim var, sevirəm gözlərimi.
İnsanlıq nədir?
INSANLIQ - BU SOZE COOOX TERIF VERMEK OLAR. INSANLIGI DOSTLUGDA AXTARIRIQSA EGER, EN BASDA SEDAQET, UYUM, SEVGI LAZIMDIR. DOSTUNUN SEHFINI UZUNE DEYE BILMEKDI, ARXASINDAN DEYINMEK YOX. DOSTUNUN IRADINI QEBUL ETMEKDI. DOSTUNUN XOS GUNUNE ELE SEVINMEKDIRKI, SANKI OZUNUN XOS GUNUDU. KEDERINDE ONUNLA BIRGE UZULMEK EVEZINE ONUNLA BIRGE AYAQDA DURA BILMEKDI.
@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.