Maraqlıdır / Bizim kollektiv

Şehin doğum hekayəsi-XAHİŞ EDİRƏM,SAYTIN KİŞİLƏRİ OXUMASIN!!

sheh | 9-11-2013, 18:46
8 808 99

Əvvəla,yenə də xahiş edirəm ,saytımızın kişiləri, mənim bu yazımı oxumayın,çox xahiş edirəm sizdən.

Mən 17 yaşımdan düz 5 ay keçmiş ailə həyatı qurdum. 4 aydan sonra hamilə qaldım. Çox sevinirdim ,çünki o evdə özümü çox tənha hiss edirdim ,özüm də uşaq,indi mənimlə oyun oynamağa daha bir uşaq gəlirdi )) Hamiləliyim indiki qızlardan fərqli olaraq çox rahat keçib.2-3 dəfə həkimə getmişəm,qeydiyyat olmuşam vəssəlam. Yay idi ,iyul ayı.Mən qızımı ayın axırına gözləyirdim ,özümüz də yoldaşımla şeylərimizi qablaşdırıb başqa evə köçməyə hazırlaşırdıq.(kvartirant-çünki artıq o evdə yaşamaq çox dözülməz bir həddə çatmışdı).Elə sabah köçürük sözünü eşidən kimi qızım özünü yetirdi. Ağrılardan qovrulsam da bir müddət heç kimə heç nə demədim.Sonra yoldaşımı oyatdım ,o da evdəkilərə dedi.Beləcə məni xəstəxanaya apardılar. Qaynanam həkimlərə yoldaşı işləmir ,kasıbıq (hərçəndi ki,o vaxtlar yoldaşımın şəxsi kafesi var idi,yəni,kasıb -filan deyildik) demişdi.Ay-ay-ay..həkimin elə bil dədəsinə söydülər.Mənimlə elə kobud rəftar elədi ki.Nə isə..qızım çoooox rahat oldu. Yəni,həkim heç bir əziyyət çəkmədi.Məni aparıb palataya qoydular.Bir az uzandım,uzandım,sonra darıxdım.Durdum xəstəxananı dolanmağa.Gördüm aşağı mərtəbədə telefon var.Zəng elədim xalama (onda anamgildə telefon yox idi).Xalama dedim ki,xəstəxnadayam.O da mənə ürək-dirək verdi ki,qorxma.hər şey yaxşı olacaq.Elə bil özü doğurdu,yazıq arvad elə həyəcanlanmışdı ki)))Bir az qulaq asandan sonra qayıtdım ki,artıq olub e ,qızım olub.Vayyyyyyyyy....indi də tamam başqa həyəcanın təsiriylə qışqırmağa başladı.Ay qız, get uzan,sənə gəzmək olmaz.
Qızım -hamınızın tanıdığı Filoloq o qədər gözəl,o qədər ipək kimi bir uşaq idi ki,bütün uşaq baxıçıları onu tanıyırdılar.Üzü tərtəmiz,çəhrayı,gözləri də qap-qara.Özü də dombuş..
                                          boyu-51
                                         çəkisi-3400
Adı Hökümə. Anadan oldu düz səhər saat 6-da.Onda vardı mənim 18 yaş yarım yaşım.

 


İkinci qızım Filoşdan 1 il 7 ay sonra oldu.Onda da həyət evində olurduq.Heç kim bilməmişdi hamiləliyimi.Elə paltarlar geyinirdim ki,hiss etməsinlər.İndiki kimi arsız deyildim də o vaxt)) Soyuq fevral ayında anadan oldu balam. Yoldaşım aşağıdan mənimlə danışanda dedim ki,yenə qız oldu ye......yoldaşım da hirsləndi ki,bir də o sözü dilinə gətirmə,Allaha həmd olsun,onun dırnağını gəzənlər var.Hə...ürəyim gəldi yerinə.Bu qızım çox arıq ,qara qız idi.Elə indi də arıqdır.Amma çox cəld uşaq idi.Maşallah,indi Tibb Universitetində təhsil alır,özü də Müalicə işi fakültəsində.Gələcəyin cərrahıdır.Onda da heç bir əıziyyət çəkməmişəm.Çox rahat olub.O dəqiqə də durub gəzmişəm.3 günə də qaçdım xəstəxanadan)))Tanış tibb bacısının köməkliyilə.Nə vardı ki,orda uzanıb qalaydım.

                           boyu-50
                         çəkisi 3300
Adı Kəmalə. Anadan oldu günorta 12-də.Onda mənim 20 yaşım 2 aydı tamam olmuşdu.



Oğluşum,canım,ananın ürəyi necə olub?! Oğluma hamiləydim və həkimlərin də,öz hesablamalarım da onun yanvarın 18-23 arası olmasını göstərirdi. Dekabrın 31-i qəşəng süfrə düzəltdim.Qaynanam hər il yeni ili bizimlə qeyd edirdi. Yedik ,amma süfrəni yığmağa heyim qalmadı.Elə bil kimsə qarnımı tutub aşağı dartırdı. Eləcə süfrəni qoyub yatdım .Gecə ağrıyıram,zarıyıram,yoldaşım da deyir ki,sakit,anam eşidər,ayıbdır.A.....elə bil neyniyirəm???Heç dəxli var??İndi olsaydı evi təpəsi üstünə gətirərdim)) Onda həyalı bir gəlin idim.Səhərə qədər dözdüm,səhər yoldaşım işə gedəndə (mağazası vardı onda ,ona görə yazdım ki,adətən yanvarın 1- iş olmur axı) anasını da apardı.Hə elədim ki,süfrəni yığım ,olmadı.Günortaya qədər dözdüm ,uşaqlar da balaca,qalıblar ortada .Axır ki,yoldaşıma zəng elədim.gəldi yığıb apardı məni xəstəxanaya . Ona həkimlər deyiblər ki,get evə,gözləmə ,sabah olar uşaq.Əşşi,məndə hövsələ hardan e,o o yana gedən kimi doğdum uşağı,atdım bir yana))) Yoldaşım evə çatmamış qaytarıblar dala ki.gəl,uşaq oldu. Oğlum olanda da nə qədər USM -yə getmişdim, göstərməmişdi oğlan -qız olduğunu,o da bizə sürpriz oldu.Yoldaşım o qədər sevincək olmuşdu ki,yazığı soyub buraxmışdılar. Görüblər bir kişi pul paylayır,bir qadın da yaxınlaşıb deyib ki,mən də pambıq vermişəm yoldaşına)))çıxardıb ona da pul vermişdi))) Nə isə,oğlum Yanvarın biri bizə yeni il hədiyyəsi kimi gəldi.
                           boyu-51 
                         çəkisi 3200
Adı Kamal. Anadan oldu axşam 10-da .Onda mənim 22 yaşım 2 həftəydi tamam olmuşdu.

Bu gün bütün bunları yazanda yenidən o günlərə qayıtdım,əlbəttə ki,bu mövzuda saatlarla danışa bilərəm.Amma başınızı ağrıtmaq istəmədim.Aynurum,sənə o qədər minnətdaram ki,mənə nostalji hisslər bəxş etdiyinə görə .Nə yaxşı,bu ideya ağlına gəldi,nə yaxşı....çox sağ ol.əzizim. Allah bütün balaları saxlasın,içində də mənimkiləri.



p.s. Bir şey də olar yazım? Oğlum olanda anama zəng elədim,dedim ki,həkimdəyəm,uşaq olub.Dedi ki,təbrik-filan.Nə oldu? Dedim üçüncü qız.Hərdən qızlarım soruşurlar ki,mama ,sənin ağlına hardan gəlir belə şeylər? Neyləyim e,mırtam da mırt.O ağrıların içində də mırtlaşmaq yadımdan çıxmır da)) Hə..anam gəldi,deyir ,nollsun,lap yaxşı,təki canı sağ olsun.Bir saatdan sonra gətiriblər ki,ay nənəsi,oğlunun muştuluğunu ver,arvad inanmır)))mat qalıb ki,oğlan hardan çıxdı??? Nə isə..bu qədər.danışdıqca danışacağam))




Sonda sizə artıq 16 yaşında olan oğlumun dediyi bir repi qoyuram,qulaq asın və fikirlərinizi yazın.Qeyd edim ki,repin sözləri oğluma məxsusdur.



Dəniz qızı | 6 may 2015 09:01 | Status: Brilliant user | Şərh: 8 015
Ayy deyirəm bu yaxşı xəbərlərin ardı gəlsin.Yaxşıdı doğum hekayəsi yazmaq.
BULUTUM | 6 may 2015 08:26 | Status: Professional user | Şərh: 7 386
Sitat: leyla meherremova
Şeh bacı Allah saxlasın övladlarınızı,həmişə belə xoş təəsuratlarınız olsun övladlarınızla bağlı...
Öz aramızdı professionallaşdıqca uşaqların qramını azaltmısız ha...))))

Qaldı repə,super,çox bəyəndim,məncə davam etsə yaxşı olar. Çünki səhnədə olan, sinəsinə döyüb,mənəm-mənəm deyənlərdən çox daha əla idi,sözləri də öz yerində...



Sitat: leyla meherremova
Şeh bacı Allah saxlasın övladlarınızı,həmişə belə xoş təəsuratlarınız olsun övladlarınızla bağlı...
Öz aramızdı professionallaşdıqca uşaqların qramını azaltmısız ha...))))

Qaldı repə,super,çox bəyəndim,məncə davam etsə yaxşı olar. Çünki səhnədə olan, sinəsinə döyüb,mənəm-mənəm deyənlərdən çox daha əla idi,sözləri də öz yerində...


Sitat: Banu.
Ayyyyy cox tesirlendim gozel bacim.Gozlerim doldu. İndiye kimi oxudugum en gozel hekaye...
Allah ovladlarini xoshbext etsin o qeder xoshbext olsunlar ki, sen onlarin ugurlarini xoshgunlerini mene yazib qurtara bilmiyesen. Allah xetadan beladan uzaq etsin!Qarshilarina gozel saf insanlar cixarsin.Oz ovladima arzuladigim ne varsa onlara da eynisini arzulayiram.
SABINA | 7 oktyabr 2014 16:12 | Status: Professional user | Şərh: 7 410
MARAQLA OXUDUM.ALLAH BALALARİNİZİ QORUSUN.SUPER HEYAT HEKAYESİ.SUBAY QİZLARİN BASİNA GELSİN 0136AİLE QURSUNLAR.
Gule_R_124 | 13 sentyabr 2014 18:38 | Status: Şərhçi | Şərh: 609
Maraqla oxudum...Allah balalarinozi qorusun,sizide
Ustlerinden eksik etmesin.
Narin-Ulker | 12 iyul 2014 06:49 | Status: Gümüş user | Şərh: 2 747
adi bir heyat hekayesi burda maraqli ne var ki
Bad_Girl | 18 iyun 2014 16:15 | Status: Şərhçi | Şərh: 58
OLDUM GULMEKDEN:D
Nergiz love | 13 may 2014 18:37 | Status: Professional user | Şərh: 7 871
MARAQLA OXUDUM ALLAH OZU AILENIZI QORUSUN..
ŞehZam | 10 may 2014 23:58 | Status: Professional user | Şərh: 2 577
Sitat: Sumeyye
Allah saxlasin balalarivi sheh xala.Allah menede qismet etsin sevincimi aizlerle bolusum insAllah

Aminnnnnn
Gulshen. | 3 aprel 2014 13:33 | Status: Qonaq | Şərh: 0
Allah ailenizi qorusun
deniz555 | 11 dekabr 2013 20:55 | Status: Şərhçi | Şərh: 264
aferin ,oxumaq maraqli idi
hopeful-woman | 9 dekabr 2013 18:07 | Status: Professional user | Şərh: 133
Canimmmm maraqla oxudum hekyeni.Masallah qocaq olubsan.Allah saxlasin gul balalarini.Allah bextlerini gozel elesin.Amin!
Allah ovlad isteyen her kese ovlad qismet elesin.AMIN!
Nara88 | 8 dekabr 2013 12:03 | Status: Professional user | Şərh: 4 252
maraqla oxudum)))halaldi qocaq qadinsiniz))o ki qaldi repe eladi
NaraAzer | 20 noyabr 2013 00:00 | Status: Professional user | Şərh: 1 373
Ay MasaAllah Allah balalarni saxlasin Sheh xala,repi sabah InsaAllah dinleyerem
Sari gelin | 12 noyabr 2013 17:57 | Status: Gümüş user | Şərh: 2 439
ALLAH QORUSUN OVLADLARINI JALE ...ozun kimi ha;lal boyudursen onlari ..
sehla gozlum | 12 noyabr 2013 15:34 | Status: Şərhçi | Şərh: 162
allah saxlasin balalarinizi.cox maraqli idi hekayeniz.o gun olsun nene olasiz
SULTANIM | 12 noyabr 2013 09:24 | Status: Ekspert | Şərh: 4 742
Boyy, o gun men bunu oxuyanda video acilmamisdi.Sen deme bu Shehin gluymus.A baji Allah saxlasin. Geleceyin repcisidir Masallah. Xeyirli ovlad olsun, ferehin goresen.
sheh | 12 noyabr 2013 08:09 | Status: Yazar | Şərh: 3 353
Sitat: Aynur_Qurbanqizi
Yashin ne ferqi var ki )


vaxtında yazsaydın doğardım,indi hirsliyəm,görüm hirsim soyuyandan sora bir şey fikirləşərəm)
Aynur_Qurbanqizi | 12 noyabr 2013 07:24 | Status: Technical | Şərh: 1 170
Vauu, ne gozel hekayedir. Ay baji, senin ureyin dolu imish ki wink En chox lezzet eden hissesi bilirsen haradir? Yoldashin deyir ki, qishqirma, ayibdir anam eshider wink Gulmekden öldüm wink Ele Shehin yadina qaynana dushurdu o anda )) Vallah, men de heveslendim, qizimi dunyaya getirmek hekayesini de men yazim gonderim, choxlu guleceksiniz ))

Hee, Sheh mene yazib ki, xeberimi oxuyub sherh yazmasan daha doqmayacam... Ezizim, oxudum, bir de balaca, shirin qiz doqsan sayt ehli sevinerdi love Yashin ne ferqi var ki )
sheh | 12 noyabr 2013 07:19 | Status: Yazar | Şərh: 3 353
Sitat: Damla
Cox maraqli idi..Allah balalarini saxlasin!

Allah Saliki də Danikimi də qorusun.

Sitat: NUR-AY.
ayyy bir bilsezki oxuya oxuya ne qeder gulmusem...ALLAH saxlasin 3 gozel dinli imanli balalarinizi,hemise xos gunlerini

Nur ayim,Allah sənin də balaca balalarını saxlasın.

Sitat: Sumeyye
Allah menede qismet etsin sevincimi aizlerle bolusum insAllah

inşallah,inşallah
Aysen_Senan | 11 noyabr 2013 18:03 | Status: Şərhçi | Şərh: 383
Sitat: DENIZ QIZI3
COX MARAQLI YAZMISAN SHEH BACI ALLAH QORUSUN OVLADLARINI SENEDE CAN SAGLIGI VERSIN, ONLARIN YAXSI GUNLERINI GORESEN

Aminnnn
Damla | 11 noyabr 2013 09:30 | Status: Brilliant user | Şərh: 7 177
Cox maraqli idi..Allah balalarini saxlasin!
DENIZ QIZI3 | 11 noyabr 2013 08:16 | Status: Gümüş user | Şərh: 3 858
COX MARAQLI YAZMISAN SHEH BACI ALLAH QORUSUN OVLADLARINI SENEDE CAN SAGLIGI VERSIN, ONLARIN YAXSI GUNLERINI GORESEN
Nur | 11 noyabr 2013 07:59 | Status: Professional user | Şərh: 3 988
ayyy bir bilsezki oxuya oxuya ne qeder gulmusem...ALLAH saxlasin 3 gozel dinli imanli balalarinizi,hemise xos gunlerini goresiz,Kamoyada ugurlar,sizinle insan heeeeccc darixmaze,cooooxx pozitiv xanimsiz canimmmm menim,sizi cooooxx isteyirem ne yaxsiki varsiz
Sumeyye | 11 noyabr 2013 05:51 | Status: Professional user | Şərh: 1 720
Allah saxlasin balalarivi sheh xala.Allah menede qismet etsin sevincimi aizlerle bolusum insAllah
SEVDA | 11 noyabr 2013 01:08 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah butun balalari saxlasin,sizinkileri de,xeyirlerin goresiz....
Beren | 11 noyabr 2013 00:54 | Status: Professional user | Şərh: 3 214
Maraqla sonunadək oxudum.
Allah balalarınızı saxlasın!Xoş günlərini görəsiniz Şeh bacı.İnşallah!
Repi dinlədim.Gözəl idi.Afərin!
viska | 11 noyabr 2013 00:21 | Status: VİP user | Şərh: 512
Maraqla sonadek oxudum.Heyatinizi bizimle paylawdiqiniz icin cox tewekkur edirem.
canr | 10 noyabr 2013 23:49 | Status: Şərhçi | Şərh: 177
Sitat: M.Aliyeva
Allah balalarinin xowbaxt gununu size nesib etsin.
Qglum bir Qarabagli kimi senin ureyinden opurem, Allah sizi qorusun, ata-ananizin fexri olun!
Nara | 10 noyabr 2013 23:47 | Status: Yazar | Şərh: 1 718
BIY SIZIN YASINIZ ONDA COX OLAR YENI 40 YAXIN ALLAH SAXLASIN MENIM INWALLAH TOYUM OLDUQDAN SONRA ANAMA DA BIR NIK ACACAM MEN OLMAYANDA YA DA MENE ELI CATMAYANDA ELE BURDAN YAZSIN SOZUNU VE ALLAH BASA KIMI VERSIN SIZE EVLADLARINIZI TESEKURLER XEBERE GORE
sebiw21 | 10 noyabr 2013 23:09 | Status: VİP user | Şərh: 526
COX MARAQLA OXUDUM TEWEKKURLER.ALLAH BALALARINIZI SAXLASIN,DAIM ONLARNAN QURUR DUYASIZ,ALLAH XOW GINLERINI GORMEK NESIB ELESIN...