Həyat tərzi / Maraqlıdır

Ah, İstanbul (Fotolarla)

Inci deniz | 9-11-2013, 19:30
4 179 50

İstanbul Türkiyənin ən böyük şəhəri, dəniz portu, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzidir. Roma İmperiyası , Bizans İmperiyasının və Osmanlı İmperiyasının paytaxtları olmuşdur. Yunan qaynaqlarında "Byzantion", Rus mənbələrində "Tsarqrad", Şərqi Roma İmperiyası dövründə "Konstantinopol" adlandırılmışdır.Bosfor boğazının sahillərində və əfsanələrə görə yeddi təpə üzərində qurulmuşdur. Şəhər, iqtisadi böyüklük baxımından dünyada 34, əhali baxımından bələdiyyə sərhədləri göz önünə alınaraq edilən sıralamağa görə Avropada, Moskvadan sonra, ikinci sırada gəlir.

İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca, Halıçın də çevrələyəcək şəkildə qurulmuşdur. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avrupa Yakası və ya Rumeli Yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası və ya Asiya Yakası deyilir . Tarixdə ilk olaraq üç tərəfi Mərmərə dənizi, Boğaziçi və Halıçın qucaqladığı bir yarım ada üzərində qurulan İstanbulun qərbdəki sərhədini İstanbul qala divarları meydana gətirməkdə idi. İnkişaf və böyümə müddətində divarın hər səfərində daha qərbə ilərləyərək inşa edilməsiylə 4 dəfə genişlədilən şəhərin 39 mahalı vardır. Sərhədləri içərisində isə böyük şəhər bələdiyyəsi ilə birlikdə cəmi 40 bələdiyyə var.

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330 - 395 illəri arasında Roma İmperatorluğu, 395 - 1204 ilə 1261 - 1453 illəri arasında Şərq Roma İmperatorluğu, 1204 - 1261 arasında Latın İmperatorluğu və son olaraq 1453 - 1922 illəri arasında Osmanlı İmperatorluğuna paytaxtlıq etdi. Bundan başqa İstanbul, xilafətin Osmanlı İmperatorluğuna keçdiyi 1517-ci qaldırıldığı 1924 qədər sünni İslamın da mərkəzi oldu.
Almaniyanın Essen və Macarıstanın Peç şəhərləri ilə birgə İstanbul 2010-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilmişdir.

1453-ci il may ayının 29-da Osmanlı ordusu tərəfindən Bizansdan alınaraq Osmanlının paytaxtı elan edilib. İstanbulun Topqapı Sarayında yazılıb: "Peyğəmbər, ruhun şad olsun, şəhər müsəlmanlarındır".
İstanbul dünyada iki qitədə yerləşən və Roma, Bizans və Osmanlı kimi üç böyük imperiyanın 2000 ildən artıq müddətdə paytaxtı olmuş şəhərdir.

İstanbul Türkiyənin ən böyük şəhəri və siyasi olaraq qədim paytaxtıdır. Torpaq və dəniz ticarət yollarının kəsişməsi ve strateji mövqeyi səbəbi ilə Türkiyədə iqtisadi həyatın mərkəzi olmuşdur. Şəhər eyni zamanda ölkədə ən böyük sənaye zonasıdır. Türkiyədəki ümumi sənaye istehsalının 20%-i İstanbulun payına düşür.

 

 

 

 

Avropa və Asiyanın qovuşuğunda yerləşən İstanbul iki şəhərə bölünür. Bu barədə 2011-ci ilin aprel ayının 20-də Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan jurnalistlərə deyib. Baş nazir planı İstanbul əhalisinin çoxalması ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxınlarda əhalinin sayı 17 milyona çatacaq. O, qeyd edib ki, ideya hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Respublikasının yüz illiyinə yönəlik "Starategiya-2023" seçkiqabağı proqramının bəndlərindən biridir. İstanbulun bölünməsi planı Türkiyədə mübahisələr doğurur. Memarlıq Palatasının rəhbəri Əyyub Muhcu Ərdoğanın arqumentinə qarşı çıxaraq bildirib ki, şəhərin bölünməsi əhalinin sayının 25-30 milyona çatmasına gətirib çıxaracaq.

 




 


 

Redaktə etdi: Leyla Məhərrəmova

bayaz gulum | 2 fevral 2014 01:14 | Status: VİP user | Şərh: 1 050
cox isterdim canli canli gormek bu seheri 
SULTANIM | 11 noyabr 2013 13:45 | Status: Ekspert | Şərh: 4 742
Sitat: Beren
İstanbul gözəl şəhərdir.Olmamışam.Çox istəyirəm ki,İstanbulu bir dəfə də olsa görüm və tarixi,gözəl yerlərini gəzim.Amma nişanlımla getmək fikrimiz var.Qismət olar.İnşallah!
İstanbul ilə bağlı məndə xəbər hazırlayırdım ki,bazaya baxdım gördüm ki,İnci deniz məni qabaqlayıb :(
Təşəkkürlər İnci deniz.


Mende bele bir xeber hazirlamisdim.Gezdiyim yerlerde sekiller cekib yaziya qoymusdum.Gozel yerlerdir.Qismet olsa yene gedecem.
SEVDA | 11 noyabr 2013 01:19 | Status: Nəzarətçi | Şərh: 17 439
mohtewem weher......
Beren | 11 noyabr 2013 00:31 | Status: Professional user | Şərh: 3 214
İstanbul gözəl şəhərdir.Olmamışam.Çox istəyirəm ki,İstanbulu bir dəfə də olsa görüm və tarixi,gözəl yerlərini gəzim.Amma nişanlımla getmək fikrimiz var.Qismət olar.İnşallah!
İstanbul ilə bağlı məndə xəbər hazırlayırdım ki,bazaya baxdım gördüm ki,İnci deniz məni qabaqlayıb :(
Təşəkkürlər İnci deniz.
M.Aliyeva | 10 noyabr 2013 22:08 | Status: Gümüş user | Şərh: 1 970
dogurdan da AHHH demeye deyer.
Sirinim555 | 10 noyabr 2013 21:24 | Status: Şərhçi | Şərh: 432
AH ISTANBUL AH
Lumia | 10 noyabr 2013 19:00 | Status: Professional user | Şərh: 5 378
Olmusam Istanbulda,heqiqeten de gozel,efsaneci sehrdi,her dasi tarixdi sanki.
canım aşkım | 10 noyabr 2013 15:32 | Status: Şərhçi | Şərh: 246
insallh birdefelik kocecem
NUR CAN | 10 noyabr 2013 15:24 | Status: Qonaq | Şərh: 0
ay ne gozel mende orani xoslayiram gozel yerdir tesekkurler
Lady Nara | 10 noyabr 2013 14:34 | Status: VİP user | Şərh: 1 026
Menim de sevdiyim şeherler sirasındadır.İNŞALLAH oranı da görerem
Gulnare4 | 10 noyabr 2013 13:59 | Status: Gümüş user | Şərh: 1 255
gorenler deyir qeseng yerdi
2 kalp | 10 noyabr 2013 13:15 | Status: VİP user | Şərh: 1 280
insallah orani gormek mene de qismet olar xeyirlisinne
mugan qizi | 10 noyabr 2013 12:18 | Status: VİP user | Şərh: 699
Sitat: Nərmin.bayram
Sitat: mugan qizi
Ah ANKARA AH AH AH))))))))

Ankara deyil axı bura

Ah gidi İstanbul bizdə bir görə bilsəydik səni

A bacı deyır asıq gorduyunu cagırar men de gorduyumu yazıram daaa))))
Nərmin.bayram | 10 noyabr 2013 12:17 | Status: Gümüş user | Şərh: 2 313
Sitat: mugan qizi
Ah ANKARA AH AH AH))))))))

Ankara deyil axı bura

Ah gidi İstanbul bizdə bir görə bilsəydik səni
drop | 10 noyabr 2013 11:53 | Status: Gümüş user | Şərh: 2 448
xeber ucun tewekkurler.getmek istediyim weherler arasinda Istanbul da var. gozeldi hem wekiller hem de melumatlar
Röyamsan. | 10 noyabr 2013 10:46 | Status: Brilliant user | Şərh: 6 102
DOQURDANDA GOZEL WEHERDI ISDERDIM ORDA OLUM TEWEKKURLER
ramile79 | 10 noyabr 2013 10:30 | Status: VİP user | Şərh: 646
canli canli gormek isterdim bu seheri
mugan qizi | 10 noyabr 2013 09:44 | Status: VİP user | Şərh: 699
Ah ANKARA AH AH AH))))))))
RaySum | 10 noyabr 2013 09:41 | Status: Professional user | Şərh: 2 594
qeweng seherdir :)
SULTANIM | 10 noyabr 2013 09:38 | Status: Ekspert | Şərh: 4 742
Tesekkurler Inci Deniz.Gezdiyim yerleri bir daha xatirlatdin mene.
NURLU | 10 noyabr 2013 08:33 | Status: Professional user | Şərh: 5 552
Sitat: Qanad
Bildiyimiz melumatdir.Amma yenede cox sag ol.
Qanad | 10 noyabr 2013 07:53 | Status: Yazar | Şərh: 4 357
Bildiyimiz melumatdir.Amma yenede cox sag ol.
gulya20 | 10 noyabr 2013 02:17 | Status: Professional user | Şərh: 4 677
En cox getmek istediyim seherlerden biridi,Insallah bir gun gederem.
Tesekkurler melumat ucun.
sadəcə MƏN | 10 noyabr 2013 01:10 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: Ayan92
Yaxşı canım hökman.Səninlə lap maraqlı olar.

Əlbəttə maraqlı olar)))Kız kıza gezeriz))
snejok 83 | 10 noyabr 2013 00:48 | Status: Şərhçi | Şərh: 263
deyireme hec olmasa bir gun ora gede bilseydim hec derdim olmazdi
ww.ss | 10 noyabr 2013 00:48 | Status: VİP user | Şərh: 695
Ellerine saqliq baci mohtewen xeber
Seyidli | 10 noyabr 2013 00:10 | Status: Yazar | Şərh: 2 706
Ah, ah! Bu nə gözəllik belə, super!
Təşəkkürlər!
Ayan92 | 9 noyabr 2013 23:22 | Status: Professional user | Şərh: 3 056
Sitat: Vetenperver
Sitat: Ayan92
Ah İstanbul,səni görmək həsrətilə öləcəm ya mən.Nə vaxt görəcəm,gəzəcəm oranı?Amma söz vermişəm özümə işləyən kimi ilk yığdığım pulla ora səyahətə yollanacam.Bu azmış kimi gəıəcəkdə bəlkə evdə aldım özümə.Deyəsən mən kefdən danışıram.Of,of,of......

İndi Bakı-İstanbul Bakı-Sumqayıt kimi olub.Bakıdan xaricə ən çox gediş İstanbuladır.Təyyarə gündə 4 reys eləyir. 2 saat 50 dəqiqəyə ordasan.Çox rahat.Orda qiymətlərdə Bakıdan ucuzsdur biraz.Yaşamaq olar.

Nə yaxşı.Onda rahatlıqla ora həm gedə,həm də yaşaya bilərəm.İnşallah
Vetenperver | 9 noyabr 2013 23:07 | Status: Professional user | Şərh: 6 700
Sitat: Ayan92
Ah İstanbul,səni görmək həsrətilə öləcəm ya mən.Nə vaxt görəcəm,gəzəcəm oranı?Amma söz vermişəm özümə işləyən kimi ilk yığdığım pulla ora səyahətə yollanacam.Bu azmış kimi gəıəcəkdə bəlkə evdə aldım özümə.Deyəsən mən kefdən danışıram.Of,of,of......

İndi Bakı-İstanbul Bakı-Sumqayıt kimi olub.Bakıdan xaricə ən çox gediş İstanbuladır.Təyyarə gündə 4 reys eləyir. 2 saat 50 dəqiqəyə ordasan.Çox rahat.Orda qiymətlərdə Bakıdan ucuzsdur biraz.Yaşamaq olar.
yalniz arzu | 9 noyabr 2013 23:02 | Status: Gümüş user | Şərh: 1 759
KAŞKİ OSMANLI DÖNƏMİNDƏ OLDUGU KİMİ OLAYDI.OSMANLI HEGEMON,İSLAM DİNİ VAHİD DİN,MÜSƏLMANLAR DOVRÜ OLAYDI.AMA DAHA SƏFƏVİ -OSMANLI QOVGASI OLMAZDI.O TARİXİ SƏHV ELƏ O TARİXDƏ QALARDI.O VAXTKI KİMİ DÜNYA,AVROVA OSMANLININ,MÜSƏLMANLARIN,ŞƏRQİN DALINCA SÜRÜNƏRDİ.DAHA İNİDİKİ KİMİ MÜSƏLMANLAR,ŞƏRQ AVOPANIN DALINCA SÜRÜNMƏZDİLƏR.....