Həyat tərzi / Maraqlıdır

Körpələr – mənə görə xoşbəxtlikdir!

NURLU | 2-11-2013, 16:30
4 000 42


Yazını yazmağa başlayanda başlığa nə ad verim deyə çox düşündüm. Çox vacib və bütün dünyadakı insanlarla ortaq tərəfimiz olan, yan-yörəmizdə şahidi olduğumuz, ancaq yəqin ki, adi bir şey kimi baxdığımıza görə və dərin detallarına kimi düşünmədiyimiz və düşünməməklə çox şey itirdiyimiz mövzudakı bu məqaləmə mövzunun sahiblərinin "adına layiq” başlıq seçməliydim. Sonra hiss etdim ki, bu dəyəri mənim yazacağım başlıq verə bilməz. Yenə versə elə özləri, öz təbii, öyrəşdiyimiz və içində xəzinə yaşadan adları ilə özləri verərlər... Körpələr...

Yazacaqlarım dostlarımın, qohumlarımın körpələri ilə qazandığım təcrübədən və ətrafda şahid olduğum, eşitdiyim söhbətlərdən nəticə çıxardığım və oxucularla paylaşmağa ehtiyac duyduğum fikirlərimdir. Buyurun, budur, körpələr!


 1. Sevgi: Sevgilərini açıq-aşkar, çəkinmədən və qəlbən, sözlərə ehtiyac duymadan ifadə edirlər. Məsələn: dayandıq yerdə gəlib anasını bərk-bərk qucaqlayıb "ANAAA” deyərlər. Etraflarında qəmli görünən kimsə varsa, yanına gedib oxşayaraq, ən sevdikləri oyuncaqlarını və ən dadlı yeməklərini onunla paylaşmaq istəyərlər...

2. Sevinc: Körplər mənə görə sevincdir. Hər şeyə gülə bilən, əslində diqqət yetirsək hər an gülümsəyir simaları...Bizim üçün adi olan hərəkətlərə qəhqəhə çəkib gülə bilirlər.

3.Təbilik: Məncə əlavə nə deyə bilərəm ki, elə hər halları ilə təbidirlər körpələr.

4.Şəffaflıq: Nə istədiklərini və istəmədiklərini, fırlatmadan, uzatmadan, açıq və şəffaf şəkildə ifadə edirlər. "Acıdım, yemirəm, oynamaq istəyirəm, pişim var, evə getmək istəyirəm...! Bunun kimi başqa istəklər.

5.Yaradıcılıq: Heç bir məhdud, mənfi və öyrədilmiş inancları olmadığına görə hər vaxt yüksək səviyyədə yaradıcılıqla məşğul ola bilirlər. Məsələn: sizin rəsminizi çəkməyə çalışarkən başınızda yaylıq olduğu halda saçlarınızı 2 hissədə yığılmış (aramızda keçi saç düzümü dediyimiz) formada, köynəyinizin düymələrinin dəliyində quş yuvası çəkib quşları ora yerləşdirə bilmək kimi bir yaradıcılıq hissləri var bu yaradılışların :)

6.Saf maraq: Dünyadakı hər şey onlar üçün yenidir deyə hər şeyin necə olduğunu, necə işə salındığını, dünyaya necə gəldiyini, ağacın niyə quruduğunu, yarpağın niyə töküldüyünü, quşun niyə uçduğunu, filin niyə uçmadığını, hər şey, hər şeylə maraqlanırlar.

7.Təxəyyül: Xəyal etməyin pis və həqiqətdən kənar olduğuna dair inancda olmadıqlarına görə çox geniş təxəyyülə malikdirlər. Əgər sizinlə münasibətdədirlərsə, qəribə və maraqlı sualları ilə sizi də bir qədər xəyallara apara bilərlər.

 8.Azadlıq: Yemək, yatmaq, geyinmək kimi bir neçə fiziki ehtiyaclarına görə böyüklərinə möhtac olsalar da, məncə yuxarıda sadaladığım maddələrə görə tamamilə azaddırlar. Bunu dilə gətirə bilmirəm, onları seyr edərkən hiss etdiyim ən vacib dəyər azadlıqlarıdır.


 Yuxarıda yazdıqlarımı oxudum və özümü düşündüm. Necə də qəribədir, körpələr bütün bunları təbii şəkildə tətbiq edir, mən yetkinlik yaşına çatmış biri olaraq bu xüsusiyyətləri özümə qazandırmağa və yaxud yeni tədbirlə desək potensialımın bu sahələrini oyandırmağa çalışıram. Görəsən indi yetkin olan insanlar körpəliklərində bu dəyər, davranış və bacarıqları bu formada gösətərirdi, yoxsa bu yeni nəslə aid olan xüsusiyyətlərdir? Körpəlikdə bütün bu insani potensialımız üzdə olduğu halda, böyüyəndə nə edirik, ya da bizə nə edirlər ki, dərin quyulara, qıfıllı sandıqlara giririk? Bir sual maraqlandırır məni, yaxşı, bəs "körpə potensialı”-nı boğmamış, əksinə inkişaf etdirmiş insanların yaşadığı bir cəmiyyət olsa, o necə olardı görəsən, belə cəmiyyətlə dünya necə görünərdi?...

(P.S.Nədənsə bu sualı düşünəndə simamda təbəssüm vardı, yazıb bitirəndə isə kədər...)

Körpələrlə dünya çox gözəldir! Onların qədrini bilək, qoruyaq və əzizləyək! Sevgidən məhrum etməyək! Allah bütün körpələri salamat və saleh etsin inşallah!

Müəllif: Rübab Allahverdi

mənbə: faktxeber.com

Redaktə etdi: Gunewim

ŞiRiN_QıZ | 7 noyabr 2014 21:58 | Status: Qonaq | Şərh: 0
Allah hər bir ailəyə uşaq payı nəsib eyləsin!Amin! 0111
SABINA | 7 noyabr 2014 21:37 | Status: Professional user | Şərh: 7 410
[quote=A.R.]İllər əvvəl yazdığım məqaləni internetdə axtarıb başqa bir saytda istinad ilə tapmağıma sevindim. Yazıma çox sayda şərhlərin yazılmağı isə məni iki qat sevindirdi. Təşəkkür edirəm əziz oxucular. smile

[quote=A.R.]İllər əvvəl yazdığım məqaləni internetdə axtarıb başqa bir saytda istinad ilə tapmağıma sevindim. Yazıma çox sayda şərhlərin yazılmağı isə məni iki qat sevindirdi. Təşəkkür edirəm əziz oxucular.
Hörmətlə: Rubab Allahverdi[/quote]



Xos geldiz saytimiza
A.R. | 7 noyabr 2014 21:37 | Status: Qonaq | Şərh: 0
İllər əvvəl yazdığım məqaləni internetdə axtarıb başqa bir saytda istinad ilə tapmağıma sevindim. Yazıma çox sayda şərhlərin yazılmağı isə məni iki qat sevindirdi. Təşəkkür edirəm əziz oxucular. smile

[quote=A.R.]İllər əvvəl yazdığım məqaləni internetdə axtarıb başqa bir saytda istinad ilə tapmağıma sevindim. Yazıma çox sayda şərhlərin yazılmağı isə məni iki qat sevindirdi. Təşəkkür edirəm əziz oxucular.
Hörmətlə: Rubab Allahverdi
N....N92 | 13 iyul 2014 19:50 | Status: Professional user | Şərh: 4 352
her bir aileden bebiw sesi gelsin teki
Meryem_Duyqu | 20 mart 2014 18:05 | Status: Yazar | Şərh: 4 130
Allah bütün balaları qorusun.
Röyamsan. | 11 noyabr 2013 14:51 | Status: Brilliant user | Şərh: 6 103
COOOX GOZEL MOVZUDU UWAQLARI COOX SEVIREM TEWEKKURLER MARAQLI XEBERDI
Sima_rz | 5 noyabr 2013 17:12 | Status: Qonaq | Şərh: 0
heyatda insana gozel hislleri yashadan korpedi.Heyqetnde insanin oz korpesi oldgda heyati derinden alnamaga bashliyr.Qedrini bilenlere nesib etsin.Hecbir korpe ana sevgisinden nevazishden ayri qalmasin.Amin

Körpələrlə dünya çox gözəldir! Onların qədrini bilək, qoruyaq və əzizləyək! Sevgidən məhrum etməyək! Allah bütün körpələri salamat və saleh etsin inşallah!

cox menali yazmisiz
sehla gozlum | 4 noyabr 2013 13:01 | Status: Şərhçi | Şərh: 162
ne gozel movzuya toxunmusuz.menim de qizim var,onsuz nefes ala bilmirem.seytan kimi gelib MAMA YA TEBYA LYUBLYU deyende dunyalar menim olur.mence onlar bize deyil biz onlara mohtaciq,evimizin isiqi,omrumuzun menasidir usaqlar.allah hec bir evi,aileni usaqsiz elemesin.insallah
SEVDA | 4 noyabr 2013 08:17 | Status: Nəzarətçi | Şərh: 17 443
Sitat: G-DAMLA
Allah butun korpeleri qorusun amin allah olmuyanlarada nesib etsin amin
Beren | 3 noyabr 2013 14:34 | Status: Professional user | Şərh: 3 214
Allah bütün körpələri saxlasın!
Arzusunda olan hər kəsə nəsib etsin.Amin!
gul kokusu | 3 noyabr 2013 13:18 | Status: Gümüş user | Şərh: 1 472
Sitat: DENIZ QIZI3
cox sirindiler ALLAH qorusun korpeleri ,OLMAYANLARA QIMSET
nazli qizam | 3 noyabr 2013 11:43 | Status: Şərhçi | Şərh: 68
cox saqolun maraqlidir
NURLU | 3 noyabr 2013 10:33 | Status: Professional user | Şərh: 5 554
serh yazan her kese minnetdaram elleriniz yorulmasin)
ww.ss | 3 noyabr 2013 01:40 | Status: VİP user | Şərh: 695
Coxx saq olunn maraqlidirr
snejok 83 | 3 noyabr 2013 01:23 | Status: Şərhçi | Şərh: 263
tamamile raziyam boyudukce uwaqliq xususiyyetlerimiz elimizden alinir valideynlerimizin sen artiq boyuk uwaqsan dekemleri dizi sozun esl menasinda derin bir quyuya salir vaxtindan tez boyudurler bizi
yalniz arzu | 2 noyabr 2013 23:29 | Status: Gümüş user | Şərh: 1 759
Sitat: NURLU
bele korpelere aid xeberleri oxuyanda hele de analiq hissini yawaya bilmediyim ucun, korpenin her hereketini gore bilmediyim cox teessuflenirem.Allah bilen meslehetdi, her weyin xeyirlisi...


İNŞALLAH SİZ VƏ SİZİ KİMİLƏRİN TİMSALINDA ALLAH ANA OLMAG HƏSRƏTİLƏ QƏLBİ YANAN QADINLARIMIZA BU GÖZƏL MÜQƏDDƏS HİSSİ NƏSİB EDƏR.AMA ÜRƏYİNİZİ BOŞ SAXLAMAYIN.ALLAHA TƏVƏKKÜL EDİN.O-ONA GƏLƏNLƏRİ BOŞ QAYTARMAZ........

Sitat: drop
bele korpelere aid xeberleri oxuyanda hele de analiq hissini yawaya bilmediyim ucun, korpenin her hereketini gore bilmediyim cox teessuflenirem.Allah bilen meslehetdi, her weyin xeyirlisi...
DENIZ QIZI3 | 2 noyabr 2013 23:22 | Status: Gümüş user | Şərh: 3 858
cox sirindiler ALLAH qorusun korpeleri ,OLMAYANLARA QIMSET
Sirinim555 | 2 noyabr 2013 21:06 | Status: Şərhçi | Şərh: 432
uuuuuuuuuuuuuuuuussssssssssssssssssss
Aytekin82 | 2 noyabr 2013 21:06 | Status: Brilliant user | Şərh: 6 588
Ayyyy nə gözəl xəbər...
əllərinə, könlünə sağlıq, Can.
RUSTEM | 2 noyabr 2013 20:52 | Status: Qonaq | Şərh: 0
Allah saxlasin uşaqlar böyuk varliqdi uşaqsiz evde şeytan cox olar demişler
Alone Girl | 2 noyabr 2013 19:49 | Status: Gümüş user | Şərh: 1 679
Allah saxlasin
Nazlı_Kız | 2 noyabr 2013 19:46 | Status: Brilliant user | Şərh: 6 473
Allah butun korpeleri qorusun amin allah olmuyanlarada nesib etsin amin
drop | 2 noyabr 2013 19:35 | Status: Gümüş user | Şərh: 2 448
Sitat: anuta
canim allah seni tezlikle sevindirer insallah

Sitat: Ayan92
İnşallah,onun necə bir hiss olduğunu yaxın zamanlarda biləsiniz.Amin.

inwallah canlarim cox sagolun
nara hesenova | 2 noyabr 2013 19:15 | Status: Gümüş user | Şərh: 1 202
Sitat: yalniz arzu
KÖRPƏLƏR BİZİM SABAHAIMIZ,ÜMÜDÜMÜZ,NƏFƏSİMİZ,YAŞAMASƏBİMİZ,VARLIGIMIZ,ARZULARIMIZ,XƏYALLARIMIZD

IR.

ALLAH BİZİM KÖRPƏLƏRİMİZİ GÖRÜNƏN GÖRÜNMƏYƏN,BİLİNƏN BİLİNMƏYƏN
XƏTA-BƏLADAAN,ŞƏRDƏN,NƏFSDƏN,PİSGÖZDƏN,XƏSTƏLİKLƏRDƏN,ACILARDAN,ƏZAB-ƏZİYYƏTLƏRD

ƏN,ENİŞLİ -YOXUŞLU YOLLARDAN,ÇƏTİNLİKLƏRDƏN HİFS ELƏSİN.SALEH BƏNDƏLƏRİNDƏN ETSİN.NƏZƏRLƏRİ BÜTÜN KÖRPƏLƏRİN ÜZƏRİNDƏ OLSUN.AMİN
Lady Nara | 2 noyabr 2013 18:54 | Status: VİP user | Şərh: 1 026
Allah butun korpeleri qorusun,menim korpelerim de icinde Amin.Rebbim arzusunda olanlara da bu sevinci yasatsin. Amin
anuta | 2 noyabr 2013 18:51 | Status: Şərhçi | Şərh: 395
Sitat: drop
bele korpelere aid xeberleri oxuyanda hele de analiq hissini yawaya bilmediyim ucun, korpenin her hereketini gore bilmediyim cox teessuflenirem.Allah bilen meslehetdi, her weyin xeyirlisi...

canim allah seni tezlikle sevindirer insallah
Ayan92 | 2 noyabr 2013 18:44 | Status: Professional user | Şərh: 3 056
Sitat: drop
bele korpelere aid xeberleri oxuyanda hele de analiq hissini yawaya bilmediyim ucun, korpenin her hereketini gore bilmediyim cox teessuflenirem.Allah bilen meslehetdi, her weyin xeyirlisi...

İnşallah,onun necə bir hiss olduğunu yaxın zamanlarda biləsiniz.Amin.
NURLU | 2 noyabr 2013 18:13 | Status: Professional user | Şərh: 5 554
Sitat: drop
bele korpelere aid xeberleri oxuyanda hele de analiq hissini yawaya bilmediyim ucun, korpenin her hereketini gore bilmediyim cox teessuflenirem.Allah bilen meslehetdi, her weyin xeyirlisi...


Sitat: drop
bele korpelere aid xeberleri oxuyanda hele de analiq hissini yawaya bilmediyim ucun, korpenin her hereketini gore bilmediyim cox teessuflenirem.Allah bilen meslehetdi, her weyin xeyirlisi...
Feriha. | 2 noyabr 2013 18:01 | Status: Professional user | Şərh: 4 746
Sitat: ulviyye11
allah butun korbeleri saxlasin olar bizim sabahimizdi sevincimizdi her evde korpe sesi gelsin amin

aminn
Girl | 2 noyabr 2013 18:00 | Status: Professional user | Şərh: 8 206
sekildekiler cox wirindi:)