Həyat tərzi / Maraqlıdır

Onun 15 milyardlıq seks-kolleksiyası var - Milyonçunun həyat hekayəsi

Azadqadin.az | 1-10-2016, 12:00
3 616 2


O, dünyanın ən varlı monarxlarından biri sayılır. Böyük Britaniyada təhsil alan sultan dünyanın nadir  avtomobil kolleksiyasına, "Ginnesin rekordlar kitabı”na düşən iqamətgaha, hotellərə, neft-qaz yataqlarına sahibdir. Çox sayda universitetin "Fəxri doktor”u elan edilməsinə baxmayaraq heç bir ali təhsil müəssisəsindən məzun olmayıb. Söhbət Bruneyin 29-cu sultanı, eyni zamanda ilk baş naziri Hassanal Bolkiahdan gedir. 
Azadqadin.az Publika.Az-a istinadən "Milyonçu” layihəsi çərçivəsində sultanın qeyri-adi həyat hekayəsini təqdim edir.  

Hassanal Bolkiah 1946-cı ildə Buruneyin paytaxtı Bandar Seri Baqavanda anadan olub. O, ölkəni 14-cü əsirdən idarə edən 28-ci sultan III Ömər Əli Seyfəddinin böyük oğludur. Xanədanlığın 29-cu nümayəndəsi olan Hassanal Bolkiahın tam adı Sultan Hacı Hassanal Bolkuah Muizz ub-Din Vabbaullah ibn əl-Mərhum Sultan Hacı Ömər Əli Sauf ud-Din Saad ul-Haurya ud-din-dir.

  Kiçik yaşlarında özəl müəllimlərdən  dərs alan Hassanal Malaziyadakı Viktoriya Akademiyasında kurs keçib.Təhsilini artırmaq üçün Avropaya üz tutub. Böyük Britaniyadakı Sandxerst kral hava hərbi qüvvələri akademiyasında təhsil alıb. 1967-ci ildə  kraliça Yelizaveta ona  kapitan  rütbəsi verib.  H. Bolkiah  kral  təhlükəsizlik  alayının rəhbəri təyin olunub. 1967-ci ilin 5 oktyabrında atası sultan Omər Əli Seyfəddinin  hakimiyyətdən geri çəkilməsi  və onu Bruney şəhzadəsi, varisi elan etməsinin  ardınca məzuniyyətinə 1 il vaxt qalmasına baxmayaraq  ölkəsinə qayıdıb.  Beləliklə ,21 yaşında xanədanlığın 29-cu sultanı elan olunub. 
 1968-ci ilin 1 avqustunda H. Bolkiaha tac qoyma mərasimi keçirilib. Yeri gəlmişkən, Omər Əli Seyfəddin taxtı oğluna təhvil versə də  10 il hakimiyyəti qeyri-rəsmi idarə edib. 

Bruneyə müstəqillik gətirir

H.Bolkiah uzaqgörən, eləcə də öz düşüncəsi olan rəhbər kimi tanınır.  O, hakimiyyətə gəldiyi ilk ildə -  1967-ci ildə 1888-ci ildən Britaniyanın müstəmləkəsində olan Bruneyin müstəqilliyinə nail olub.

Dünyanın ən zənginləri siyahısında

H. Bolkiah dünyanın ən zəngin insanlarından biridir. "Forbes” 2006-cı ildə onun sərvətini 38 milyard dollar qiymətləndirərək adını 11-ci sırada qərarlaşdırmışdı. 2013-cü ildə isə Hassanal varidatının həcminə  görə dünyanın ən varlı monarxlarının siyahısında 6- cı olub. Onun sərvəti 24 milyard avro  (37,92 milyard dollar)  dəyərləndirilib. 

Sərvətinin mənbəyi 

Hassanal Bruneyin neft ehtiyatlarının qanuni sahibi sayılır. Xanədanlığın  gəlirlərinin əsasını da  neft təşkil edir. Neft şirkəti "Şell” ölkədə ən böyük  təsir gücünə malik qurum hesab edilir. 

Şəxsi həyatı 

Bolkiah çox dinamik, rəngarəng şəxsi həyata malikdir. Rəsmi məlumatlara inansaq, onun 3 arvadı, 12 uşağı var. 1-ci həyat yoldaşı Anak Saleh, 2-ci həyat yoldaşı Məryəm Abd-ul -Əziz, 3-cüsü isə Arzinaz Məzhər Hakimdir. Bolkiah birinci həyat yoldaşı ilə 2002-ci ildə  ayrılıb. 2 il sonra Məryəm Abdul Əzizlə evlənib. Lakin malaziyalı jurnalist Arzinaz Məzhər Hakimə aşiq olması 2005-ci ildə onun Məryəm Abdul Əzizlə (hazırda stüadessadır) də boşanmasına gətirib çıxarıb.  Cütlüklərin ilk qarşılaşması Borneoda baş tutub.  

Xarici mətbuatda yer alan məlumatlara əsasən xanım Hakim Borneoya özəl telekanllardan birinin jurnalisti kimi göndərilibmiş. İşgüzar səfər zamanı sultan ona vurulub. Bundan sonra o, Hakimin  izləyicisinə çevrilib. Romantik münasibətlər qohumların iştirakı ilə sadə toy mərasimi ilə özünün pik nöqtəsinə çatıb. Hazırda 12 uşağı olan (Hassanal 60 yaşında da ata olub) sultan öz şahbanusu ilə xöşbəxt həyat sürür. O, oğlu Ali-Müqtədi bi-llaH Bolkiahı özünün varisi elan edib. 

Hassanalın 4 qaraja sığan  maşınları 

Hassanalın ehtiraslarından biri də bahalı, məhdud sayda istehsal olunan, raritet avtomobillərdir.  Onun "kasıb” qarajında 6000 qədər maşını var. Bütün  maşınlar 1 km ərazini əhatə edən  4 qarajda saxlanır. Sultanın kolleksiyasında 600 "Rolls-Royce”-yə, 100-ə yaxın  "Koenigsegg”-ə, "Ferrari”nin nadir modellərinə - "Venice”-ə (200 min dollardır), "Bentley”-ə (Bentley Java Estate, Bentley Dominator ), "McLaren F1”, "Porsche-962 LMS”-ə, iki yarış "supercar”ına –"Jaguar XJR 15”, "Cizetta V16 Moroder Ts”, "Lamborghini Diablo Jota”,  xüsusi sifarişlə hazırlanan "Aston Martin AM3” и "AM4”-ə (hər biri 1,5 mln dollardır), və 1980-ci ildən bütün  "Formula 1" yarışlarını  qazanan yarış avtomobillərinə, hətta  mirvari ilə bəzədilən avtomobillərə rast gəlmək mümkündür. 
 Qeyd edək ki, monarx  kolleksiyasına daxil olan  "Rolls-Royce” və "Bentley”-ə xüsusi önəm verir. Ümumiyyətlə, Hassanal hər il "Rolls-Royce”-dan 50 avtomobil alır. Bu arada monarxın qarajında dünyada jeganə nüsxə olan "Mercedes” şirkətinə məxsus CLK-GTR Le Man  var. Söz-söhbətlərə inansaq son illər Hassanal qarajının qapısını bağlayıb. Və daha maşın almır. Bununla belə o artıq tarixə ən  şık kolleksiyanın sahibi kimi düşməyi bacarıb. 

Sutanın 15 milyardlıq seks-kolleksiyası 

Avtomobildən əlavə sultan erotik məzmunlu bahalı əşyalara bütöv bir sərvət xərcləyib. O, erotik səhnələr təsvir olunan qələmlərə  1,3 mln dollar, qızıldan, brilyantdan və digər bahalı daş-qaşlardan ibarət 8 ədəd saata isə 10 milyon dollar ödəyib. Yeri gəlmişkən, sözügedən  saatların üzərində iki gəncin sevişməsi əks olunur. Monarxın limanındakı ən sevimli yaxtası isə "Döşcüklər” adlanır. Kiçik yaxtalara isə manyak sultan "Məmə1”,”Məmə 2” adı verib.  
Hassanalın çılğınlıqları bununla bitmir. Heykəltəraş Con Struaya  isə  800 000 dollara özünün sevgilisi ilə birlikdə olduğu heykəlini düzəltdirib. Renuarın "Bal Mulen de la Qalet” rəsm əsərinə isə 70 milyon dollar ödəyib. Onu da deyək ki, monarx  sevgililərinə qarşı da əliaçıqdır. Məsələn, favoritlərdən birinə Christie's hərracından 100 000 dollara boyunbağı alıb. Sultan "Playbol” london klubunu almağa isə elə tələsib ki, məkan ona dəyərindən 4 dəfə bahaya- 34 milyon dollara başa gəlib. Kişi klubundan əlavə o, həmçinin otel setinə -New York Palace və Los Ancelesdəki Hotel Bel-Air sahibdir. Hansı ki, hər iki otel orgelərin keçirilməsi ilə məşhurdur.  

50 illiyində Maykl Ceksonu 17 milyon dollara oxutdurur

Monarx təkcə eyş-işrətlə deyil, idmanla da məşğul olur. O   bodmintola maraqlanır. Bunun üçün özünə hətta 1,5 milyon dollara şəxsi məşqçi də tutub. Bundan əlavə Hassanal   məhrum pop kral  Maykl Ceksonun fanatıdır. 50 illiyində təşkil olunan konsertdə ifa etməsi üçün Ceksona 17 milyon dollar sayıb. Sultanın şəxsiyyətinə gəlincə, o ağıllı qərarlar qəbul edən.  səhvlərini etiraf etməyi bacaran biri sayılır. Deyilənlərə görə, tabeçiliyndə olan işçiləri alçatmır, ölkəsini müstəbit içində idarə etməməyə çalışır. Qızı Hafizə Surulu sıradan biri ilə evləndirməsi isə onun şəxsi keyfiyyətinə  sadəliyi də əlavə edib.  

"Gennesin rekordlar kitabı”nda 

Hassanalın 200 000 kv metrlik malikanəsi – İstana-Nurul-İman dünyanın ən böyük iqamətgahı kimi Gennesin rekordlar kitabına düşüb. Monarx burda həm yaşayır, həm də işləyir. 1985-ci ildə inşa edilən  saray malay və Avropa memarlığının qarşılığı olan layihədir. Sarayın  Hassanala 1,4 milyard dollara başa gəldiyi deyilir. Qeyd edək ki, iqamətgahda 1788 otaq, 1 kilometrlik yeraltı qaraj var, qızıldan bəzədilən 257 hamam yerləşir. Hassanal həmçinin   3 milyard dəyərində "Jerudong Park”-ın sahibidir.