Həyat tərzi / Maraqlıdır

Arvadı tərəfindən döyülən azərbaycanlı kişilər...

007 | 8-05-2013, 20:00
7 958 66



Arvadı tərəfindən döyülən azərbaycanlı kişilər...
Hamı qadın zorakılığından danışır, amma ailədə mənəvi, psixi, məişət, sosial, maddi zorakılıqla qarşılaşan kişilərin sayı az deyil.

Qadınların zorakılığa məruz qalması barədə xəbərlərə tez-tez rast gəlirik. Qadının əri tərəfindən döyüldüyü, öldürüldüyü, hüquqlarının tapdandığını eşidir, oxuyur və bunu həyatda və televiziya ekranlarında görürük. Maraqlıdır ki, kişilərin zorakılığa məruz qalması ilə bağlı xəbərləri yalnız o vaxt eşidirik ki, qadın kişini öldürüb həbsxanaya düşür. Doğrudanmı, ölkəmizdə "ölmədən” zorakılığa məruz qalan kişilər yoxdur? Yoxsa var, cəmiyyətin qınağına görə səslərini çıxarmağa, haqlarını tələb etməyə çəkinirlər? Yeri gəlmişkən, mövzunu hazırlayarkən bəlli oldu ki, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə 50-dən çox təşkilat var, amma kişilərin hüquqlarının qorunması ilə bağlı bir dənə də olsun quruma rast gəlmədik.

"Arvad tərəfindən döyülən kişi heç kişi deyil”

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyir ki, zorakılıqdan danışanda, adam daha çox beynində qadına qarşı olan zorakılığı təsəvvür edir: "Amma tək-tək də olsa, ölkəmizdə kişiyə qarşı zorakılıq halları da baş verir. Hüquq müdafiəçisi kimi təcrübəmdə kişilərin mənəvi və fiziki təzyiqlərlə evdən qovulması halları ilə az da olsa rastlaşmışam. Gəlin tərəfindən qayınatanın döyülməsi ilə də qarşılaşmışam. Müəyyən zəif xarakterli kişilər var ki, hakimiyyəti qadına verdiklərinə görə qadın ona qarşı mənəvi zorakılıq da, lazım olanda fiziki zorakılıq da tətbiq edir. Hətta qadının ərini öldürməsi faktı da ola bilər. Söhbət məişət zorakılığından gedirsə, həm qadınların, həm də kişilərin hüquqları qorunmalıdır”.

Rusiya, Avropa ölkələrindən fərqli olaraq bizdə ailədə daha çox kişilərin hakimiyyətinə üstünlük verildiyini deyən Ç.Qənizadə bildirdi ki, milli mentalitetimizdən irəli gələrək bizdə həmişə kişi böyük hesab edilib. Ç.Qənizadənin fikrincə, ölkəmizdə kişilərin hüquqlarını müdafiə edən təşkilatın olmaması milli mentalitetdən irəli gəlir: "Hesab edirəm ki, arvad tərəfindən döyülən kişi heç kişi deyil, heç onların hüquqlarını qorumağa da ehtiyac yoxdur. Digər tərəfdən kişilər buna ehtiyac da görmürlər, çünki kişilərin hüquqlarının pozulması hallarına az-az rast gəlinir. Ən azı kişinin imkanı var ki, papağını götürüb evdən çıxsın”.

Hüquq müdafiəçisi yalnız qadınların hüquqlarını qoruyur


Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hesab edir ki, Azərbaycanda da zorakılığa məruz qalan kişilər var, amma onların sayı çox azdır: "Biz kişilərin deyil, qadınların hüquqlarının qorunması ilə məşğuluq. Hesab edirəm ki, kişilər o zaman zorakılığa məruz qalır ki, qadını onlara qarşı zorakılıq etmək həddinə çatdırırlar. Qadını gərək o dərəcəyə çatdırmayasan ki, zorakılığa əl atsın. Yəni, kişilərin zorakılığa məruz qalması ancaq qadına qarşı zorakılığın qarşılığında baş verə bilər”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi, əvvəllər qadın salonunda işləyən Cəmilə Səmədova isə deyir ki, kişilərə qarşı zorakılıq da az deyil: "Bu, əsasən, işləməyən kişilərə qarşı olur. Kişi işləməyib qadın işləyəndə, ya heç qadın da işləməyəndə, kişilər mənəvi zorakılığa məruz qalırlar. Bu zaman qadın həyat yoldaşı ilə pis rəftar edir. Və ya kişilər həyat yoldaşlarının məşuqəsi olduğunu aşkarlayanda, qadınlar ərlərini öldürməyə də əl atırlar. Yaxud ər-arvad dava edəndə, qadın özünü müdafiə etmək üçün həyat yoldaşını öldürür”.
Hüquq müdafiəçisi kimi qadınları müdafiə etdiklərini deyən C.Səmədova çox vaxt kişilərin etirazı ilə qarşılaşdıqlarını deyir:

"Biz qadınları məhkəmələrdə müdafiə edəndə kişilər bizə yaxınlaşıb həyat yoldaşlarının onlarla dava etdiyini, evdə özlərini kişi kimi aparmaq istədiklərini, sözlərini keçirməyə çalışdıqlarını deyirlər. Təcrübəmdə uşaq, qayınana, qayınata, həyat yoldaşı üzərində zorakılıq edən qadınlarla rastlaşmışam”.

C.Səmədovanın sözlərinə görə, boşanmalar zamanı qadınların uşaqlarını kişilərə göstərməməsi də mənəvi zorakılıq sayıla bilər: "Bu, bizim qadınlarımızda xəstəlikdir. Boşananda qadın o dəqiqə uşaqla spekulyasiya edir, kişini uşağı ona göstərməyəcəyi ilə şantaj edir. Hətta göstərmir də”.

Psixoloqa müraciət etməyə qorxan kişilər

Psixoloqlar isə hesab edirlər ki, dünyada, həmçinin bizim ölkəmizdə də fiziki olmasa da, mənəvi zorakılığa məruz qalan kifayət qədər kişi var. Xüsusilə müsəlman ölkələrində yaşayan kişilərin bununla bağlı nəinki psixoloqa, hətta dostlarına belə danışması mümkünsüzdür. Çünki bu cür kişilər cəmiyyətin qınağından qorxurlar. Amma bu o demək deyil ki, kişilər zorakılığa məruz qalmır. Bəlkə də intihar edənlər arasında kişilərin sayının daha çox olması bununla bağlıdır. Psixoloqların fikrincə, qadın və kişi zorakılığının baş verməsi ailə üzvləri arasındakı anlaşılmazlıq, kişi və qadının qarşı-qarşıya oturub söhbət edə bilməməsi, yaxiud ümumiyyətlə, xarakterlərinin tutmaması, qısqanclıq və s. ilə bağlıdır.

Psixoloq Azad İsazadə 11 ildir Qadın Krizis Mərkəzində psixoloq kimi çalışdığını, amma psixoloq kimi fəaliyyət göstərdiyi dövrdə qadınlar tərəfindən zorakılığa məruz qalan cəmi 2 kişinin ona müraciət etdiyini dedi: "Bunlar da əslində tam zorakılıq sayılmır. Həmin kişilərin həyat yoldaşları əsəb xəstəsi olduqlarından əllərinə keçəni kişilərə atırdılar. Bunun da səbəbi xəstəlikə bağlı olduğundan zorakılıq sayılmaya bilər. Amma bu, o dmək deyil ki, ölkəmizdə zorakılğa məruz qalan kişilər yoxdur. Təbii ki, fiziki baxımdan daha güclü olduqlarından fiziki zorakılığa məruz qalan kişilərə az-az rast gəlmək olar. Amma ölkəmizdə mənəvi, psixi, məişət, sosial, maddi zorakılıqla qarşılaşan kişilərin sayı az deyil və milli mentalitet və s. baxımdan qadınlardan fərqli olaraq psixoloqa müraciət etmələri ölkəmizdə o qədər də təbii qəbul olunmur”.

Bizim ölkədə kişilərin 2,1 faizi tez-tez, 1,2 faizi isə hərdənbir xanımları tərəfindən fiziki zorakılığa məruz qalır. Kişilər ümumiyyətlə, daha çox mənəvi zorakılığa məruz qalır. Sözügedən təşkilatın məlumatına görə, kişilərin 69 faizi, qadınların 73,2 faizi həyat yoldaşlarına təhqir, lağ etmə, kobud davranma kimi mənəvi zorakılıq göstərir.

guldeniz | 6 noyabr 2015 11:22 | Status: Professional user | Şərh: 1 641
hec inanmiram qadinda kiwini doyer
ESMERRi | 5 noyabr 2015 20:08 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Kenan25
Sitat: nuray22
Ele lap yaxsi eliyib gor odereceye gelibde bunu gerey qelebe kimi qebul edek cunki bu tekdi azerbaycanda neqeder qadin zorakiligi qadina zulum tek kisi yox onun anasi bu haqsizliqdan danisilsin bir kisi doyulub doyulubde birdefe ellerine qurban
Kenan25 | 3 may 2015 20:52 | Status: Şərhçi | Şərh: 225
Sitat: nuray22
Ele lap yaxsi eliyib gor odereceye gelibde bunu gerey qelebe kimi qebul edek cunki bu tekdi azerbaycanda neqeder qadin zorakiligi qadina zulum tek kisi yox onun anasi bu haqsizliqdan danisilsin bir kisi doyulub doyulubde birdefe ellerine qurban
Miraj | 2 noyabr 2014 20:49 | Status: Professional user | Şərh: 2 625
hec inanmagim gelmir..
nuray22 | 13 sentyabr 2014 08:32 | Status: Qonaq | Şərh: 0
Ele lap yaxsi eliyib gor odereceye gelibde bunu gerey qelebe kimi qebul edek cunki bu tekdi azerbaycanda neqeder qadin zorakiligi qadina zulum tek kisi yox onun anasi bu haqsizliqdan danisilsin bir kisi doyulub doyulubde birdefe ellerine qurban
KARAGULUM | 3 sentyabr 2014 10:18 | Status: Gümüş user | Şərh: 1 433
Men yeni qeyd olmuwam Aynur Qurbanqizina msj yazmaq isteyirem ama alinmir wexsi msj yaza bilmezsiz yazilir.sizce ne etmeliyem.nece gundu qeyd ola bilmirem indi wexsi msjda problem var
SEVA | 9 avqust 2014 20:30 | Status: Professional user | Şərh: 5 151
bu mence tek tukdu esas tersinesini kisiler terefinden doyulen qadinlar tebiki ona kisi demek olarsa
vanessa | 6 avqust 2014 14:55 | Status: Qonaq | Şərh: 0
Mence esas movzu ERI TEREFINDEN DOYULEN AZERBAYCANLI QADINLARDI
Zulya | 31 iyul 2014 13:01 | Status: Gümüş user | Şərh: 1 640
Herden kisilere de lazimdi
N....N92 | 23 iyul 2014 16:00 | Status: Professional user | Şərh: 4 352
bawligi oxuyab=nda gulumsedim
Nergiz love | 1 iyun 2014 01:21 | Status: Professional user | Şərh: 7 871
Sitat: ay gunes
soze baxmiyan kisileri doymek lazimdi.
SABINA | 26 may 2014 09:11 | Status: Professional user | Şərh: 7 410
bunuda esitdik.bizde de bele isler varmis demek 0127
HESENIM | 23 mart 2014 19:12 | Status: Gümüş user | Şərh: 1 262
bunuda gorduk
Gulshen. | 17 fevral 2014 18:12 | Status: Qonaq | Şərh: 0
Xebere gore tewekkurler
Fidka-T | 5 fevral 2014 14:11 | Status: Qonaq | Şərh: 0
doymek nedir men erime desem ki ee besdi de atar meni balkondan awagi
Meryem_Duyqu | 4 fevral 2014 00:42 | Status: Yazar | Şərh: 4 130
Booooy Allah göstərməsin.
Nigar | 20 dekabr 2013 22:12 | Status: Gümüş user | Şərh: 6 064
Hee beleleride varee
Ayten Hesenzade | 2 dekabr 2013 15:39 | Status: Şərhçi | Şərh: 243
mende erimi doyecem wink
ALSU AZERI | 21 noyabr 2013 01:17 | Status: VİP user | Şərh: 511
INANMADIM.TSK
ŞokaLaTovA PeÇeNyA. | 30 oktyabr 2013 22:16 | Status: Gümüş user | Şərh: 2 059
pis xasiyyetdi men sevmirem evde qadinin sozu kecmesini
ay gunes | 20 oktyabr 2013 20:32 | Status: VİP user | Şərh: 916
soze baxmiyan kisileri doymek lazimdi.
Qanad | 6 sentyabr 2013 16:02 | Status: Yazar | Şərh: 4 357
ARADA EL GEZDIRMEK LAZIMDIR. 23_18
elif12 | 6 sentyabr 2013 00:55 | Status: Şərhçi | Şərh: 343
COX GULMELIDIR. kon
Xeyale05 | 4 avqust 2013 22:18 | Status: Şərhçi | Şərh: 273
onlara kisi demiyek de
Melek-Mehdi | 21 iyul 2013 08:02 | Status: Qonaq | Şərh: 0
Gerek ailede her kes yerini bilsin
Aile taniyiramki ilk iller arvadini doyen inciden olun sonra deyiwilib indi arvad kiwinin bawinda qoz sindirir
Ne bilim qarwiliqli hormet cox yaxwidi
Gunewsiz_heyat | 20 iyul 2013 11:06 | Status: Qonaq | Şərh: 0
kijinin doyulmesi faktini men tesdiqliyirem

cunku men ozum aile taniyiram ki arvad deyile ele bil tankdi erini suruyur
Nara88 | 19 iyul 2013 15:57 | Status: Professional user | Şərh: 4 254
23_18 ancaq gulmeli gelir))
ONEGIRL | 19 iyul 2013 12:48 | Status: VİP user | Şərh: 399
Sitat: ulviyye11
aydaaaaa nn18
Sitat: Sabahım.
BU DA VARMIŞ? nn30
Nəsibə | 18 iyul 2013 17:33 | Status: Qonaq | Şərh: 0
Bir qadını əri döyəndə deyirik ki, yazığı əri döyüb, bəs kişini arvadı döyəndə nə deyək? Adam xəcalət çəkir söz deməyə. Kişini arvad döyüb!
Cennet ciceyi | 17 iyul 2013 14:46 | Status: Şərhçi | Şərh: 166
kul kishinin bashina ki arvad onu doyur.daha ne kishi oldu o.