Maraqlıdır / Məsləhətlər

31Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir

Sevinc_Bayramova | 31-03-2013, 12:00
3 758 25

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

 


Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalq"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən anti-azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Bu - erməni faşızminin yalnız bir əsrdə törətdiyi qisa icmaldır...

Allahım, Qarabağın azadlığını tezləşdir! 



ESMERRi | 23 mart 2016 20:04 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Hande 18
<p>baxanda adamin ureyi agliyir allah rehmet elesin</p>
Hande 18 | 8 aprel 2013 16:32 | Status: Professional user | Şərh: 3 302

baxanda adamin ureyi agliyir allah rehmet elesin

selenay | 6 aprel 2013 16:40 | Status: Professional user | Şərh: 1 466

Allah rehmet elesin

Meqa | 4 aprel 2013 15:13 | Status: Professional user | Şərh: 2 077

Sitat: Mickey Mouse
Allah ermenilere lenet etsin,olenlerimize rehmet elesin!

Amin

Mickey Mouse | 2 aprel 2013 21:33 | Status: Professional user | Şərh: 4 008

Allah ermenilere lenet etsin,olenlerimize rehmet elesin!

K.AWK.S.LOVE | 2 aprel 2013 21:27 | Status: Gümüş user | Şərh: 1 236

Allah ermenlere lenet elesin ,bizim milletimize hemise pis edibler.

Milaska. | 2 aprel 2013 20:19 | Status: Gümüş user | Şərh: 1 486

nifret edrem bu barede sohbetlereee

Seyidli | 2 aprel 2013 13:25 | Status: Yazar | Şərh: 2 706

Dusmenlerimiz ermeniler ve ermenilere destek olan Rusiya ve Irandir. Allah dusmenlerimizin qarsisinda ezilmemek ucun Dovletimize quvvet, esgerlerimize dozum versin, amin! 

Ermenilerin etdiyi vehsiliklerin daha bir subutu Qubadaki kutlevi mezarliqdir. Dehsetli menzeredir, dehsetli. 

Nazli wirin | 2 aprel 2013 13:06 | Status: Şərhçi | Şərh: 284

HAQQ BERPA OLACAQ AMA NEVAXT ONU UJE HEC KES BILMIR n29

Lale | 2 aprel 2013 00:18 | Status: Yazar | Şərh: 3 264

Can ay Sevinc, bacin qurban men bacin..deyirem ozune eziyyet verib bu xeberi hazirlamisan. amma valah millete cox ele lazimdir guya...baxiw sayina bax bir hele? hele werhi hec dimirem... millete kef lazimdir, bele xeber yox(((

Akademik | 1 aprel 2013 22:17 | Status: Professional user | Şərh: 4 580

edalet oz yerini tapacaq. Allah rehmet elesin.  n27

B_R | 1 aprel 2013 20:46 | Status: VİP user | Şərh: 971

bu haqda tarixden yeterince melumat almiwam. twk

Əfşan | 1 aprel 2013 19:15 | Status: Professional user | Şərh: 1 714

Allah butun zalimlere lenet etsin!!!

TATLI GUZEL | 1 aprel 2013 18:49 | Status: Professional user | Şərh: 5 781

Allah rehmet etsin!!!

lalita | 1 aprel 2013 15:59 | Status: VİP user | Şərh: 1 390

 Allah sehidlerimize rehmet elesin.

ruzgargulum | 1 aprel 2013 14:10 | Status: Brilliant user | Şərh: 2 493

Allah bilir her seyi 

Meh_man | 1 aprel 2013 13:49 | Status: Şərhçi | Şərh: 362

no armenia no war

sanel | 1 aprel 2013 13:43 | Status: Professional user | Şərh: 3 647

haqq hemise oz yerin tapir 

Princess_93 | 1 aprel 2013 12:17 | Status: Brilliant user | Şərh: 5 877

Sitat: seva85
insallah qani yerde qalmaz sehidlerimizin

Amin

seva85 | 1 aprel 2013 10:44 | Status: Gümüş user | Şərh: 2 045

allah lenet elesin ermenilere gor necenci ilden baslayiblar dusmencilik aparmaqa.insallah qani yerde qalmaz sehidlerimizin

Inci deniz | 1 aprel 2013 10:09 | Status: Yazar | Şərh: 2 379

Dede Qorqud filminde Qazan xan gelib el obasini viran gorub deyir,Yaziq Yurdum.Indi men de deyirem yaziq Azerbaycanim,neler gordun,neler cekdin.

Torpaq | 1 aprel 2013 08:27 | Status: Professional user | Şərh: 3 570

Sitat: _asiman_
Hamisini eden sadece Rusiya olub.ermenileri ellerinde kukla kimi oynadiblar. Azerbaycenin etnik terkibini deyishmek ucun

sapi ozumuzden olanlar da az deyil....

SULTANIM | 1 aprel 2013 08:22 | Status: Ekspert | Şərh: 4 742

Allahim, Qarabagin azadligin tezlesdir.AMIN.

sheh | 1 aprel 2013 07:45 | Status: Yazar | Şərh: 3 353

yyyyy

_Asi_ | 31 mart 2013 12:07 | Status: Gümüş user | Şərh: 795

Allah belalarini versin