Həyat tərzi / Maraqlıdır

Facebook dövrün tələbidir...

Aynur_Qurbanqizi | 7-02-2013, 14:00
3 376 33

 

Facebook sosial şəbəkəsindən fərqli insanlar fərqli niyyətlər üçün istifadə edirlər. Bəziləri tanış olmaq, bəziləri sadəcə kiminləsə bölüşmək, yeni dostlar tapmaq, işə düzəlmək və ya sadəcə vaxt öldürmək üçün sosial şəbəkələrin aktiv istifadəçilərinə çevrilirlər. Günü-gündən bu sosial şəbəkənin toruna düşənlərin sayı artır. Bu gün insanlar daha çox sosial şəbəkələrdə söhbət etməyə, şəkillərə, videolara baxmağa, qısa cümlələrlə fikirlərini izah etməyə üstünlük verirlər.


Psixoloq Elnur Rüstəmov hesab edir ki, sosial şəbəkələrdə ünsiyyət 21-ci əsrin bəlasıdır: "İnsanlar artıq canlı ünsiyyətdən qaçır, özlərinə qapanırlar. Sosial şəbəkələrdəki tanımadıqları, bəzən isə uydurma olan insanlarla ünsiyyət onları qane edir”.

Onun sözlərinə görə, müasir dövrün bəlalarından biri də informasiya bolluğudur. "İnsanlar gün ərzində o qədər çox informasiya alırlar ki, onu "həzm edə" bilmirlər. Nəzərə alaq ki, internet yaranandan sonra insanlarda asılılıq əmələ gəlməyə başladı. Bu gün internetdə kitab oxuyurlar, internetdə söhbət edirlər. Hər gün çalışırlar ki, sosial şəbəkələrdə öz əhvallarını iki-üç statusda ifadə edib daha çox kütləyə xitab etsinlər. Artıq insanlar ünsiyyət zamanı bir nəfərlə kifayətlənmək istəmirlər. Adamın reallıqda söhbət etmək üçün bir dostu olmasa belə, internetdə statusla paylaşır və ona on nəfər "like" verir. Heç o, həmin adamları tanımır da. Lakin bu amil onu narahat etmir. Çünki sosial ünsiyyət nəticəsində eqo o qədər balacalaşıb ki, insan bununla məmnun olur. Sosial şəbəkələrdən asılılıq sayəsində insanların ünsiyyət qurmaqla bağlı problemləri yaranır. Yəni bu gün real ünsiyyət yox dərəcəsindədir. Bu da insanların intihar etmələrinə, depressiyaya düşmələrinə gətirib çıxarır”.

Psixoloq bildirib ki, real insanlar arasında real ünsiyyət artarsa, depressiya, intihar və başqa mənfi hadisələr azalmağa başlayacaq: "Təhsil müəssisələrində tələbə gənclər təşkilatlarının, həmkarlar təşkilatlarının fəaliyyəti artırılmalıdır ki, tələbələr real ünsiyyət qursunlar”.

21-ci əsrin digər faciəsi isə ailə üzvlərinin bir-biri ilə ünsiyyət qura bilməmələridir. E.Rüstəmov nəzərə çatdırıb ki, ailədə ünsiyyət çox vacibdir. 

"Müasir dövrdə ailədə beş nəfər varsa, hər birinin kompüteri və internetə çıxışı da var. Hər biri başqa, bəlkə də heç tanımadığı insanlarla yazışır, amma bir-biri ilə münasibətləri, ünsiyyətləri yoxdur. Bu faciə deyilmi? Əvvəllər ailələrin birgə şam yemək və süfrə arxasında ünsiyyət qurmaq adəti vardı ki, bu gün unudulub. İndi bu cür adətlər çox az ailələrdə qalıb. Bunları bərpa etmək lazımdır. Bu istiqamətdə müəyyən marifləndirmə işləri aparılmalıdır”.

Psixoloqun dediyinə görə, əgər proses belə davam etsə, 21-ci əsrdə insanları narahat edən onların fiziki deyil, psixiki sağlamlığı olacaq: "Bunun qarşısını almaq üçün tədbir görülməsə, bu istiqamətdə böyük problemlər yaşana bilər”.

Lakin o, internetin, sosial şəbəkələrin müsbət tərəflərinin də olduğunu vurğulayıb. "İnternetin müsbət tərəfləri çoxdur. Kimsə deyə bilməz ki, internet lazımsızdır. Amma internet təyinatına uyğun istifadə edilirmi? Əgər internetdən düzgün istifadə etmək üçün maarifləndirmə işləri aparılarsa, insanlar üçün müsbət tərəfləri çox olacaq”.

E.Rüstəmov onu da qeyd edib ki, fikir versəniz, sosial şəbəkələrdən istifadəyə daha çox ünsiyyət qurmaqla bağlı problemləri olan, özünə inanmayan insanlar meyl edirlər. "Özünü dərk edən insan isə sosial şəbəkələrdən təyinatı üzrə istifadə edəcək. Onda bu, asılılıq yaratmayacaq”, - deyən müsahibim əlavə edib ki, ən önəmli olan bir insanın "mən həyatdan nə istəyirəm?” sualına cavab tapmasıdır: "Əgər insan buna səmimi cavabı tapa bilərsə, onun bu kimi narahatlıqları olmayacaq. Facebook-da otursa belə, onun üçün bu, problem yaratmayacaq”.

Gənc proqramçı Denis Abışov isə etiraf edib ki, Facebook onun üçün bağlı qutudur: "Mən Facebook-da ünsiyyət qurmağı mənasız məşğuliyyət hesab edirəm. Facebook mənə çatmır! Əgər real ünsiyyət mümkündürsə, niyə insanlar "smaylik” göndərməyə, şəkil yerləşdirməyə, bəzən yalançı adlarla özlərinə səhifə açmağa can atırlar?”

O, deyir ki, ona çox adam Facebook-da səhifə açmağı təklif edib. Amma o, Facebook-un dəbdə olmasına baxmayaraq razılaşmayıb.

Facebook sosial şəbəkəsinin fəal istifadəçisi Rəna Hüseynovanın sözlərinə görə isə o, bu şəbəkədən öz sevgisini tapmaq məqsədilə istifadə edir. "Başqa necə tanış olmaq olar ki? Küçədə, diskotekada tanış olmaq yaxşıdır, yoxsa sosial şəbəkələrdə? Mən fikirləşirəm ki, Facebook dövrün tələbidir və bu şəbəkədə olmayan insan çox şeydə geri qalır. Hər halda zamanla ayaqlaşmaq lazımdır”.

Tələbə Ayxan Mirzəyev isə Facebook, "Odnoklassniki” kimi sosial şəbəkələrdə müvəqqəti münasibət üçün tanış olmağa qız axtarması barədə bölüşüb: "İnternetdə oturan, ən əsası tanış olan qızlara ciddi baxmıram. Ünsiyyət nə qədər sosiallaşsa da, qızlar öz şəkillərini seçim və "like”lar üçün internetə yerləşdirməməlidirlər”.


Array

Saida Kerimova | 1 iyun 2013 23:03 | Status: Professional user | Şərh: 1 672
Facebook istifadəçisi deyiləm...Təşəkkürlər...
gulya20 | 10 fevral 2013 18:07 | Status: Professional user | Şərh: 4 678
Facebookda yoxam.
Roza Ab-Yeva | 10 fevral 2013 17:00 | Status: Qonaq | Şərh: 0
face yaxsiki var . men facebooku coox sevirem , ve realdada coox yaxsi unsiyyetlerim var ,face mene mane olmur eksine realda tanidiqlarimla daha yaxsi unsiyyetde olmagima serait yaradir
Əfşan | 9 fevral 2013 17:59 | Status: Professional user | Şərh: 1 714
Facebook olmadan da yashamaq olur
Aziza | 8 fevral 2013 23:57 | Status: VİP user | Şərh: 571
Facebook haqqinda hec bir anlayisim yoxdu duzu hec maragim da yoxdur..tewekkurler...
Sabahım. | 8 fevral 2013 19:11 | Status: Professional user | Şərh: 3 359
FACEBOOK İLƏ ODNAKLASNİKDƏ MƏN İNANMİRAM Kİ NORMAL AİLƏLİ QADİN OLSUN. ORDA YA YARİMAYANLAR YA DA ÖZLƏRİNƏ ƏAVƏ SEVGİ AXTARANLAR OLAR. Bİ NƏFƏRİNN DEDİYİ SÖZ YADİMA DÜŞDÜ:adnaklassnikdə hami evli qadinlardir.... mən də dedim :ORDA EVLİ QADİN KORLANAR...onun dediyi söz qisa və dübbədüz oldu:KORLANİB Kİ EVLİ QADİN ARTİQ ORA GİRİB..DÜZ SÖZƏ NƏ DEYƏSƏN......................................... n22
sevinc keder | 8 fevral 2013 16:22 | Status: Professional user | Şərh: 3 818
he like ucun sekilini paylawana qizlara cox cox cox pis baxiram amma sosial webekelere normal baxiram sadece bezi insanlar sosial webekeni chat ile sehf salirlar n6
mende hec asliliq yaranmayib evvel var idi bir mudet ayri qaldim internetden indi ara sira girirem ve bele coxda rahatam.
Torpaq | 8 fevral 2013 14:19 | Status: Professional user | Şərh: 3 570
Sitat: SunRusu
Facebook-da ünsiyyət qurmağı mənasız məşğuliyyət hesab edirəm.


sirf unsiyyetcin he...amma men arada bezi sehifelerden ne ise sorusmaqcun yaziram,oxuyuram
rufet ehmed | 8 fevral 2013 12:48 | Status: Gümüş user | Şərh: 1 391
twk
TATLI GUZEL | 8 fevral 2013 10:59 | Status: Professional user | Şərh: 5 781
Elgun_Azizov,
wink Burdan Markin yanina wink
Qaracaqiz | 8 fevral 2013 10:25 | Status: VİP user | Şərh: 1 882
Evveller facebook yox idi oqlanlar qizlarla tanis olmurdular, sevmirdiler, evlenmirdiler men anlaya bilmirem indiki gencleri. Eksine heyif deyildi o dovrlerki ne komputer yox idi nede telefon ona gorde abir-heya, namus var idi ve hamida bir-birinin evine gedirdiler mehriban munasibetler var idi. İndi insanlar otururlar komputerin, televizorun qarsisinda aylarla, illerle qohumlar, dostlar bir-birinin qapisini acmirlar hami uzaqlasir, soyuyur. Men onu bilirem ki, ister komputer, telefon, televizor insanlarin meneviyyatini, exlaqinni ve psixologiyasini mehv edir. Qorxuram ki, gelecek nesillerimiz anormal olsunlar ve biz bir xalq kimi yer uzunden silinek. Sivilizasiya, texnologiya inkisaf etdikce beseriyyetde mehv olacaq.Allah axirimizi yaxsi etsin.Amin
Damla | 8 fevral 2013 10:00 | Status: Brilliant user | Şərh: 7 178
maraqli deyil...
Aya:)) | 8 fevral 2013 09:53 | Status: Gümüş user | Şərh: 2 239
mən yoxam orda
HEYATIM | 8 fevral 2013 04:08 | Status: Professional user | Şərh: 2 110
mən yoxam orda amma çox məhşur sayıtdı ora wink
rosee | 8 fevral 2013 00:41 | Status: Professional user | Şərh: 1 850
Lale,

orda adin nedi?))
zoluwka | 7 fevral 2013 23:43 | Status: Professional user | Şərh: 3 172
baxir ne kimi istifade edirsen.isteyirem kecim qeydiyyatdan cunki olkeden kenardayam.qohumlarla elaqe ucun gozel mekandi.daha saatlarla oturmaq xestelikdi.tewekkurler
Feriha. | 7 fevral 2013 20:46 | Status: Professional user | Şərh: 4 746
demek olarki butun gunu ordayam.isdiyirem ayrilim amma qala bilmirem .meni ora salani amma yaziqdi canim qeder sevdiyim insan yeni sevdiyim n36
Lale | 7 fevral 2013 20:25 | Status: Yazar | Şərh: 3 264
rosee,
wink Qaspadin Markin cox xahiwindan sonra, axirki bu gun faceden qeydiyyatdan kecdim. n3
rosee | 7 fevral 2013 19:49 | Status: Professional user | Şərh: 1 850
Ayxan Mirzəyev

yaxsi da sekil her kes ucun aciq olmur kim isteyir sekillerini baglaya biler yada ancaq six dostlari ucun aciq ede biler.

face-de varam.
bezileri face monstar ev yixan bir sosial sebeke kimi qeleme verib.
Lola. | 7 fevral 2013 17:35 | Status: Professional user | Şərh: 2 230
men facebokda yoxam tewekkur
K.AWK.S.LOVE | 7 fevral 2013 16:54 | Status: Gümüş user | Şərh: 1 236
TESEKKUR EDIREM.
AGAA | 7 fevral 2013 16:40 | Status: VİP user | Şərh: 1 153
Sen ne imissen ayyyyyyyyyy facebook,canin yanmasin caamati salmisan oda.
Milaska. | 7 fevral 2013 16:34 | Status: Gümüş user | Şərh: 1 486
nifret edrem bu barede daniwmaga zehlem gedir bu feysden
Princess_93 | 7 fevral 2013 16:00 | Status: Brilliant user | Şərh: 5 877
men face aciram ele baglanir profilim
Derin 03 | 7 fevral 2013 15:51 | Status: Şərhçi | Şərh: 421
face menimcun en maraqsiz saytlardan biridir.
ayka18 | 7 fevral 2013 15:41 | Status: Şərhçi | Şərh: 104
face nedieee men hec xowlamiram.
Nurus. | 7 fevral 2013 15:35 | Status: Brilliant user | Şərh: 6 982
Men feyze girmirem girenlerede meslehet yaxsi meqsedlere gore girsinler
Gulsen Raufqizi | 7 fevral 2013 15:16 | Status: Şərhçi | Şərh: 414
Elbetde cox duzgun vurgulanbki,baxir kim hansi meqsedle girir.gunlerle tv aca bilmesem de face de demek olar butun olaylardan xeberdar oluram.Subyektiv fikrimdir
Banu. | 7 fevral 2013 15:07 | Status: Admin | Şərh: 2 266
Face-cox faydalidir orani acan kimi butun tepteze melumatlari gorurem her shey sehifemdedir.Hetta bir nece xeber potallari eyni xeberi yayimlayirlar mense dogrulugunu analiz bele ede bilirem.Menim super yemek bishirmemde toxudugum eshyalarda facenin rolu evezsizdir.Inanin men orda cox az adamla ismariclashiram.ancaq ora menim ucun melumat deposudur.Bir de kime ne lazimsa onu axtarir Facede hetta bura qadin sayti olsa da burada da eks cinsler tanish olub mektublashirlar yeni mekanin ferqi yoxdur esasmesele beynimizin icindekilerdir.
Aliyeva | 7 fevral 2013 14:46 | Status: Yazar | Şərh: 4 036
ewwi facebook nediyee n30 her meqsedde mene gore internet maariflenmekcundu vesselam