Kitab aləmi / Lətifələr

Üzünüz gülsün :)))))

SaDəCə_SəN | 24-12-2016, 13:30
1 323 0

 


Molla bir gün özünə bir təzə əba alır . olla bir gün özünə bir təzə əba alır. Çiyninə salıb çıxır bazara. Bir nəfər tanış rast gəlib soruşur: – Molla əmi, əbanı neçiyə alıbsan? Molla deyir: – On manata. – İki-üç addım getməmiş ikinci bir adam qabağına çıxıb, əbanı görcək soruşur: – Molla əmi, əbanı neçiyə alıbsan? Molla buna da deyir: – On manata. Di üçüncü, dördüncü, beşinci... Mollanı lap boğaza yıüırlar. Axırı kişi təngə gəlib qayıdır evə, soyunur, tir-tab uzanıb özünü vurur ölülüyə. Arvad haray-dad salır ki, Molla ölüb. Eşidən, bilən yıüışır Mollanın evinin qabağına. Elə ki bütün camaat yıüışır, Molla yerindən qalxıb dırmaşır dama, bütün gücünü yıüıb, uca səslə qışqırır: – Ay camaat, eşidin, bilin, əbanı on manata almışam ey... On manata!:))
Üzünüz gülsün :))))) 
 Günlərin birində Mollanın eşşəyi itir. Molla şəhərə düşüb "ay eşşək görən, ağbatı xeyir olan" deyib car çəkir. Amma car çəkib axtaraaxtara bir tərəfdən də şükür eləyir. Görənlər soruşurlar: – Ay Molla, eşşəyin itib, daha şükür niyə eləyirsən? Molla deyir: – Şükür eləyirəm ki, nə yaxşı eşşək itəndə mən onun üstündə deyilmişəm. Yoxsa indi mən də itmişdim, uşaqlarım yetim qalmışdı.:)
 Bir gün Molla küçədə dostlarından birinə rast gəlib deyir:
 – Muştuluğumu ver, bir uşağım oldu.
Dostu çox sevinib deyir: – Gözün aydın olsun! Gözümüz aydın olsun! Yaxşı oğlandımı? Molla deyir: – Yox, oğlan deyil. Dostu deyir: – Onda demək qızdı. Molla təəccüblə soruşur: – Haradan bildin qızdı? Mən ki, hələ heç kəsə deməmişəm.