Kitab aləmi / Lətifələr

Biraz gülək...

Gülçin | 24-10-2016, 15:00
2 555 2
smaylikler ile ilgili görsel sonucu 
 
Bir tələbə atasına məktub yazıb yenə pul göndərməsini xaiş edir və həmin məktubda yazır:
"Ata can, mən səndən pul istəmək fikrindən daşındım. Lakin məktubu yoldaşıma vermişdim ki, aparıb yola salsın, yüyürdümsə də çata bilmədim”. 
Oğlan bir neçə gündən sonra atasından belə bir məktub alır: "Oğlum, narahat olma, biz heç sənin məktubunu almamışıq”
Biraz gülək...
 
Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar.
Divarların birində Məmmədqulu şəkillər görür.
Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
Məmmədqulu soruşur: Bunları axtarırsız? 
Polis işçisi: Bəli 
Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?
 
Kiçik Pərviz sirkdə gördüyü möcüzələrdən atasına danışırdı:
-Gözbağlayıcı bir dəqiqədə 2000 manat pulu iki dəsmala çevirdi. 
Atası başını oynadaraq dedi: 
-Anan ondan da mahirdir, bir neçə gün bundan əvvəl yarım dəqiqə ərzində
200.000 manat pulu tülkü quyruğundan hazırlanmış gülünc bir papağa çevirdi
 
 
Sizin telefonun nömrəsi neçədir?
-Elə bir ədəddir ki, çox asan yadda saxlamaq olur. Bircə alma sözünü yadında saxlasan bəsdir.
-Bu necə olur?
-Çox asan, almanı düşünən kimi Qubanı gətir gözünün önünə, o saat Kuba ölkəsi yadına düşəcək, bu yadına düşən kimi Amerika gözünün qabağında canlanacaq. Amerika yadına düşən kimi onu kəşf edən Xristofor Kolumb gözünün qabağına gələcək. O da ki, Amerikanı 1492-ci ildə kəşf edib. Bizim telefon nömrəsinin isə əvvəlində 7 var, deməli, olur 7-14-92. Görürsən necə sadədir?
 
iki yoldaş aşxanada oturub içirdilər. Birisi digərindən soruşdu:
-Sən gecə içmiş halda evə gedəndə arvada nə deyirsən?
-Mən ancaq salam verirəm. Qalanını o deyir.

buxqalter | 24 oktyabr 2016 21:10 | Status: VİP user | Şərh: 1 212
Allah sizi guldursun.maragli idi
B.Fereh | 24 oktyabr 2016 15:30 | Status: Nəzarətçi | Şərh: 6 975
hecc guleceyim yox idi Gulcin baci,axirinciynan tulku papagi letifesi super;))ALLAH sizi guldursun.