Həyat tərzi / Kitab aləmi

Unudulmuş dəyər... (Hekayə)

vanessa0 | 17-08-2017, 12:00
1 761 3


 
 -"Mən boşanmaq istəyirəm"-dedim.
Əsəbiləşmədi, sözlərimə cavab belə vermədi, yalnız səbəbini soruşdu. Bir cavab verə bilmədim və buna çox əsəbiləşdi, əlindəki çəngəl-bıçağı atdı mənə, qışqırdı və adam olmadığımı söylədi. Bu axşam tək söz danışmadıq və yoldaşım bütün gecə ağladı. Ba düşürdüm, evliliyimiz necə olacağını düşünürdü, amma mən onu təmin edəcək bir şey söyləyə bilməyəcəkdim...
Mən başqa birinə aşiq olmuşdum, yoldaşımı sevmirəm artıq. Bu vicdan əzabıyla bir evlilik müqaviləsi hazırladım, evi, avtomobili və şirkətin 30%-ni ona verəcəkdim. Müqaviləyə qısa bir müddət baxdı və cırdı. 10 il həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun xərclədiyi zamana və enerjiyə,verdiyi əməyə üzülürdüm, amma geri addım ata bilməzdim. Ona çox aşiq olmuşdum. Sonra yoldaşım hıçqıra-hıçqıra ağlamağa başladı, bu mənim gözlədiyim bir reaksiya idi, onun ağlaması məni xəfiflətdi. Bir müddətdir ağlımdan keçirirdim boşanmanı, bu fikir məndə psixoloji problem halına gəlmişdi və indi bu duyğunu daha da güclü hiss edirdim, bu doğru qərar idi. Bir sonrakı axşam evə gec gəlmişdim və yoldaşımı masada yazı yazarkən gördüm. Çox yuxum var idi və axşam yeməyini yemədən yatmağa getdim. Sevdiyim qadın ilə keçirdiyim o qədər saat məni yormuşdu. Bir ara oyandım və onu hələ də yazı yazarkən gördüm masada. Lakin bu mənim vecimə deyildi və başımı çevirib yatmağa davam etdim. Ertesi səhər mənə şərtlərini yazı halında təqdim etdi. Məndən heç bir şey istəmirdi, yalnız boşanmamızı elan etmək üçün 1 ay icazə istədi və bu zamanda normal bir ailə kimi davranmamızı istədi. Bunun səbəbi oğlumuzun 1 ay sonra imtahanlarının olması və bu dövrdə ona belə yük yükləməməkdi, bu qəbul olunan bir səbəb idi. Bir şey daha vardı şərtlərinin içində, məndən evlilik gecəsində onu qapıdan içəriyə necə apardığımı xatırlamamı istədi və 1 ay boyunca hər səhər onu yataq otağından qapıya qədər aparmamı istədi. Beyninin pozulduğunu düşündüm , amma son günlərimizin yaxşı keçməsi baxımından qəbul etdim. Sonra bu şərtlərdən sevdiyim qadına bəhs etdim, yüksək səslə gülüb bunun çox axmaqca olduğunu və əvvəl-axır boşanmağı qəbul etmək məcburiyyətində qalacağını söylədi.
Yoldaşımlboşanma mövzusunu açdığımdan bəri fiziki təmasda olmamışdım. Bu səbəbdən ilk gün onu qucağıma alıb qapıya apardığımda qəribə bir duyğu yaşadım. Oğlumuz arxamızda dayanırdı və alqış etməyə başladı "Atam anamı qucağında daşıyır". Bu onu çox sevindirmişdi, sözləri mənə pis təsir etmişdi... Yataq otağından evin qapısına qədər 10 metr daşıdım. Yoldaşım gözlərini bağladı və qulağıma "oğlumuza boşanmamızdan bəhs etmə" deyə pıçıldadı. Mən də başımı önə əyərək tamam dedim, və içimə bir kədər çökdü. Qapı önündə onu buraxdım, yoldaşım avtobus dayanacağına getdi və onu işə aparacaq olan avtobusu gözlədi. Mən də tək başıma ofisə getdim...

2. gün bu oyunu oynamaq bizə daha asan gəlmişdi. Yoldaşım başını sinəmə dayadı, və onun qoxusunu duydum. Birdən yoldaşıma uzun müddətdir baxmadığımı anladım və onun evləndiyim zamankı qədər gənc olmadığının fərqinə vardım. Üzündə xəfif cizgilər meydana gəlmişdi, saçlarına ağ düşmüşdü. Keçən illər eləcə yanından ötməmişdi, o an özümdən ona bununla nələr etdiyimi soruşdum...

4. gün onu qucağıma aldığımda bir güvən duyğusu yaşadım. Bu mənə həyatının 10 ilini hədiyyə edən qadın idi...

5. gün bu güvən duyğusu daha da böyümüşdü. Bundan sevdiyim qadına bəhs etmədim. Günlər keçdikcə onu daşımaq daha da asanlaşmışdı, bəlkə də bu sayədə etdiyim məşqdən ötəridir bu. Bir səhər onu nə geyəcəyini düşünərkən izlədim. Üsyan edərək hər gün paltarlarının bir az daha bol gəldiyini söylədi. Birdən onun nə qədər süzüldüyünün və arıqladığının fərqinə vardım. Demək ki, onu hər səhər daha asan daşıya bilməmin səbəbi bu idi. Birdən üzümə yumruq kimi vurdu. Bu qədər ağrını və kədəri ürəyində daşıyırdı. Fərqində olmadan onun başını oxşadım. O an oğlumuz da gəldi və "Ata anamı daşımağın lazımdı" dedi. Bu həyatımızın bir parçası olmuşdu, atasının anasını otaqdan qapıya daşıması... Yoldaşım oğlumuzu yanına çağırdı və ona möhkəm-möhkəm sarıldı. Mən başımı çevirdim, son anda qərarımdan imtina etmək istəmirdim. Onu qucağıma aldım və yataq otağından qapıya qədər daşıdım. Əlini kürəyimə qoymuşdu və mən onu möhkəm-möhkəm tutmuşdum. Eynilə evləndiyimiz gün kimi... Artıq hüzursuzlaşmışdım, onun bu qədər kilo verməsindən. Son gün onu qucağımda daşıdığımda hərəkət etmədim. Oğlumuz məktəbdə idi və yoldaşıma həyatımızdakı yaxınlığın nə qədər əskildiyini söylədim. Ofisə getdim, avtomobildən atıldım, qapını kilidləmədim, çünki bunun üçün vaxt yox idi. Hər anın qərarımı dəyişdirə biləcəyimdən qorxurdum və pilləkənlərdən yuxarı qaçdım, yuxarı çatanda sevdiyim qadın qapını açdı. Ona həyat yoldaşımdaboşanmayacağımı söylədim. Heyrət dolu bir ifadəylə əlini alnıma qoydu və "sənin qızdırman var?" deyə soruşdu.
-"Üzgünəm, amma mən artıq boşanmaq istəmirəm"- dedim, -"evliliyimizin rəngsiz qalması sevgi əskikliyindən deyil, bir-birimizin dəyərini unutduğumuzdan idi.
İndi ağlıma gəldi ki, ona evləndiyimiz gün qapıdan içəri daşıdıqda ömrümün sonuna qədər sədaqət andı vermişdim.... 
Sevgilim məsələni anlayınca üzümə bir yumruq atdı və qapını bağlayaraq ağlamağa başladı. Dərhal aşağı qaçıb ilk önümə çıxan çiçəkçiyə gedib yoldaşıma bir buket çiçək aldım, üzərindəki kartda da "Səni hər səhər həyatımın sonuna qədər daşıyacağam" yazdım...
Evə gələndə üzümü bir gülümsəmə örtdü, əlimdə çiçəklərlə yataq otağına getdim və yoldaşımı yatağın üstündə ölü tapdım...
Yoldaşım aylardır xərçəng ilə savaşırdı  və mən sevgilim ilə maraqlanmaqdan bunun fərqinə varmamışdım. Çox yaşamayacağını bildiyi üçün, məni oğlumun mənə mənfi mövqeyindən qorumağa çalışmışdı. Ən azından oğlumun gözündə yaxşı bir həyat yoldaşı olaraq qalmağımı istəmişdi...
Münasibətlərdə kiçik şeylərdir əhəmiyyətli olan... Villalar, avtomobillər, çox pullar deyil. Bunlar həyatı asanlaşdırır amma əsla xoşbəxtliyin təməli olmurlar. Münasibətlərinizə zaman ayırın və ən əsası
 

Sevdiklərinizin dəyərini unutmayın...

FIDASQA | 17 avqust 2017 15:16 | Status: Şərhçi | Şərh: 262
Her defe bu hekayeni oxuyanda goz yashlarimi saxlaya bilmirem.efsuski bezi kishilere etibar yoxdur.ALLAHIN leneti olsun ailesinin ovladinin qedrini bilmeyen kishilere
Nigar_ | 13 yanvar 2017 13:09 | Status: Professional user | Şərh: 2 125
Bezi insanlar hec dusunmurler ki sahib olduqlarima belke hec layiq deyiller.
Elindekilerin deyerini bilmek lazimdir.Gec olmadan..
Tesirli hekaye idi.
guldeniz | 21 oktyabr 2016 19:57 | Status: Professional user | Şərh: 1 641
tewekurler