Kitab aləmi / İslam

Sənin qapına nə üçün gələk?

Gülçin | 21-08-2016, 18:00
1 603 2
 

Mənsur Abbasi İmam Cəfər Sadiq (ə) üçün xəbər göndərib bildirdi: "Nəyə görə siz də başqaları kimi bizim qapımıza get-gəl etmirsiniz?” Həzrət (ə) belə cavab verdi: "Bizim nə dünyamız var ki, onu müsadirə edəcəyindən qorxaq, nə sənin axirətin var ki, bu barədə sənə ümidvar olaq (sənin mənəviyyatından və ruhaniyyətindən bəhrələnək), nə nemət içindəsən ki, səni təbrik edək və nə də ki, əlində olanları bəla bilirsən ki, gəlib sənə təsəlli verək. Elə isə, bəs nəyə görə sənin qapına gəlib gedək?” Mənsur yenidən xəbər göndərdi ki, bizə nəsihət verib tərbiyələndirməkdən ötrü gəlin”. 

Həzrət (ə) buyurdu: "Dünya istəyənlər səni nəsihət etməzlər, çünki öz hədəflərindən yayınarlar. Axirət istəyənlər də səninlə oturmazlar çünki, Allahı yaddan çıxararlar”.

Sənin qapına nə üçün gələk?