Kitab aləmi / İslam

Şeytanın Allahdan arzusu.....

SEVDA | 19-06-2016, 16:30
1 968 4
 

 

 
 
 Məscidin qonağı var idi. Amma bu qonağı məscid  heç gözləmirdi. Qara uzun libasına bürünmüş  qaranlıqdan seçilməyən bu simada qan rəngli iki  göz parlayırdı. Bu şeytan idi. Qara uzun paltarı  yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb  aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tükürpədici bir səs çıxardı...Şeytan məscidin çirkli  xalçasına, rəflərdəki toz basmış Quranlara baxdı.  Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə,minlərlə müsəlman ona o qeder lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü. O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı..  "Bismilləhirrahmənirrahim... Ey uca və qüdrətli ALLAH. Sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rizan üçün necə darıxmışam.... Keçmiş vaxtlar yadıma düşür. Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim.  Sonra sən insanı yaratdın. Və mən günaha batdım.  Böyük günaha....  Məni oradan qovdun. Mənə cəhənnəmi qismət etdin. Yox, mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət  gününə kimi insanları sənin yolundan çıxaracağıma söz  vermişdim. Sən də mənə vaxt verdiyini söz  vermişdin. Amma indi hər şey başqa cürdür.Əvvəllər mən  insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm.Heç kəsi pis yola  sala bilmirəm. Çünki insanlar özləri pis yola  gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,  kədərləndirən ele budur. Özümü çox lazımsız  hiss edirəm. Heç bir işə yaramayan bir məxluq  oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram Uca ALLAH mənim bu duamı qəbul et. Yalvarıram dünyaya  yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Yalvarıram dünyaya yaxşı insan gətir..." Qara libaslı bu yad duasını bitirib , göz yaşlarını silib, yavaş-yavaş addımlayıb məsciddən çıxdı....

Gülçin | 21 iyun 2016 13:07 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVDA
Redakte eden bacıya teşekkurler....
Xoşdur...
ESMERRi | 21 iyun 2016 10:59 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Dəniz qızı
Ayyy tamamilə doğru.İndi heç yoldan çıxarılası insan da qalmayıb...
SEVDA | 21 iyun 2016 03:19 | Status: Nəzarətçi | Şərh: 17 439
Redakte eden bacıya teşekkurler....
Dəniz qızı | 20 iyun 2016 16:10 | Status: Brilliant user | Şərh: 8 017
Ayyy tamamilə doğru.İndi heç yoldan çıxarılası insan da qalmayıb...