Kitab aləmi / Məşhurlar

“Gözəl sinəm və şirin söhbətim var...”Məşhur feministin müsahibəsi(18+)

Sevinc_Bayramova | 2-05-2013, 22:00
4 818 32


Keytlin Moran ötən il İngiltərənin ən yaxşı jurnalisti və ən yaxşı köşə yazarı seçilib. "Times” qəzetinin ən parlaq simalarındandır. Madonnadan tutmuş Ledi Qaqaya qədər, "Rolling Stones”dan tutmuş "Radiohead”-ə qədər bir çox tanınmış qruplarla müsahibələr edib. Necə edirsə, müsahibə aldığı adamların hamısı ilə sonradan dost olur. Ona boş yerə "Ledi Qaqanın sirdaşı” demirlər. Dünya miqyasında məşhurluq qazanan köşələrində isə musiqidən yox, qadınlardan, qadın problemlərindən, feminizmdən yazır.

 

Ancaq "fenimizm akademiklərin öhdəsinə buraxılmayacaq qədər ciddi işdir” deyən bu qadını maraqlı edən daha bir şey də var: o, təkcə qadınlara qarşı zorakılığı, abort haqlarını, qadınların əmək hüquqlarını dilə gətirməklə kifayətlənmir, öz köşələrində masturbasyanın və bədən uyğun büstqalter tapmağın çətinliklərindən, döşləri dikləşdirmə əməliyyatlarında Braziliya üsulunun düzgün olmamağından da bəhs edir.

 

www.azadqadin.az "Necə qadın olmalı?” adlı kitabının müəllifi Keytlin Moranın müsahibəsini təqdim edir:

 

- Bu möhtəşəm kitabınız belə bir testlə başlayır: "A) Vaginanız varmı? B) Onun məsuliyyətini öz üzərinizə götürürsünüzmü? – İkisinə də "bəli” deyirsinizsə, təbriklər, siz bir feministsiniz”. Musiqidən yazan jurnalist kimi tanınırdınız, amma oxucuların qabağına bu kitabla çıxdınız. Niyə?

 

- Niyə də olmasın?! Feminist olmaq üçün xüsusi istedada ehtiyac yoxdur. Mən indiyə kimi özünü "professional feminist” adlandırıb, bu işdən pul qazanan insan görməmişəm. 2013-cü ildə qadının nə demək olduğunu, biz qadınların nələrdən qorxub, nələrdən uzaq durduğumuzu, nələri sevib-sevmədiyimizi mən də izah edə bilərəm, siz də... Musiqidən yazan jurnalist olsam da, qadınam, həm özüm, həm də iki balaca qızım üçün azadlıq istəyirəm. Əsas işimin nə olmasının heç bir əhəmiyyəti yoxdur. Bu dünyada yaşayan hər bir qadın feminizmin güclənməsinə, inkişaf etməsinə, yayılmasına öz köməyini göstərə bilər. Məsələn, bir bloq açıb orda yaza bilərsiniz və yüzlərlə insan oxuyar. Mən özüm bu mövzuda nəsə etməyi çox istəyirdim. Üstəlik, döşlərim və seks haqda danışılası gözəl söhbətlərim vardı.

 

- Kitabınızın həm gülməli, həm ciddi və məsuliyyətli olmağı xoşuma gəldi. Diskriminasiya, abort kimi mövzularla yanaşı, daha az əhəmiyyətli – yəni masturbasiya, Braziliya epilyasiyası kimi mövzulara da toxunmusunuz. Adətən feminist yazıçılar bu cür mövzulara ciddi yanaşmırlar. Siz onlardan fərqli nə etmək istəyirdiniz?

 

- Siz mənim yerimə izah verdiniz, əslində. Mən qeyri-ciddi mövzular kimi qələmə verilən bu problemlərlə ciddi ədalətsizliklərin ayrı-ayrı şeylər olmadığını göstərməyə cəhd etmişəm. Medianın təqdim etdiyi gözəllik standartlarına uyğun gəlmədiyiniz üçün güzgünün qarşısında dayanıb özünüzü çirkin, kök və pis geyinmiş hesab etməyinizlə, "Ey, sən qadınsan, edə biləcəklərinin sərhədləri bəllidir” deyən kişilərə qulaq asmaq eyni dərəcədə əzablıdır. Yeniyetmə cinsəlliyi və özünü kəşf etməsi, həm qanlı və qorxu dolu, həm də çox əyləncəli ola bilər, məncə. Yəni iki baxış bucağı da doğru və mühüm idi. Böyüməyi bu formada danışan qadın yox idi, mən birinci olmaq istədim.

 

- Vaginalar haqda bir kitabın deyək ki, Heminqueyin balıq tutmaq haqqında yazdığı bir kitabdan daha mühüm olacağını düşündüyünüz üçün kitabınızda bu mövzuya xüsusi bir bölüm ayırmısınız. "Qadınlar gizli bağçalarından açıq şəkildə danışa biləndə dünya daha gözəl yer olacaq” deyirsiniz. Mən də bu fikrə qatılıram. Bəli, yer üzündəki hər bir vaginanın çox təsirli bir hekayəsi olduğunu hamımız bilirik, heç kim bu hekayələri dinləmək istəməsə də...

 

- Əlbəttə. Kişi yazarlar bu günə kimi hər şeyi qələmə alıblar. Ən əhəmiyyətsiz şeylər haqqında da nə düşündüklərini bilirik. Fikirləri və baxışları ilə dünyamızı daha yaxşı yerə çevirdiklərini bilirəm, bundan şikayət etmirəm. Təşəkkürlər penisilin, təşəkkürlər Wi-Fi, təşəkkürlər Eynşteyn, təşəkkürlər Bitlz! Amma qadınlar yazmaq bir yana, hələ danışmağa təzə başlayıblar. Niyə? Kişilərlə aramızdakı fərq nədir? Balaca bir şey: vaginamız... Və hələ də gizli, danışmağa utandığımız bir şey. Bu balaca, zərif detalla bağlı bu qədər mühafizəkar mövqe tutmamalıyıq, məncə.

 

- ABŞ-da sorğu aparıblar və bəlli olub qadınların cəmi 29 faizi özlərini feminist hesab edir. Bizdəki vəziyyət yəqin ki lap bərbaddır. Sizcə, qadınlar feminizmə ehtiyac olmadığına nə vaxt qərar verdilər?

 

- 80-ci illərin əvvəllərində artıq qalib gəldiyimizə inandıq. Güclüydük. Rahatlamışdıq, kişilərlə bərabər hüquqlara malik olduğumuzu düşünüb abort hüququ ilə bağlı etiraz aksiyaları keçirməkdən əl çəkdik. Həm də dayanmadan nəsə tələb etmək xoşumuza gəlmirdi. Sən demə, gücümüz ancaq "Spice Girls”-un albomunu almağa yetirmiş, sonradan fərqinə vardıq. Amerikada Respublikaçılar Partiyasından olan senator Rik Santorum o məşhur nitqində 14 yaşlı qızına təcavüz edilsə, onu aborta göndərməyəcəyini, uşağı Allahın bir hədiyyəsi kimi qəbul edəcəyini demişdi. Təsəvvür edirsiniz, biz hələ nələrlə mübarizə aparırıq? Ailədaxili zorakılığın, təcavüzün qanundan kənar olmağını istəyiriksə, bəzi şeylərin dəyişməyi üçün tələblərimizi artırmalıyıq. Bunun adı feminizmdir. Başqa söz tapa bilmirəm.

 

- Kitabda pornonu iyrənc adlandırır, həm də pornoya ehtiyacımız olduğunu yazırsınız. Təzadlı deyil?

 

- Düzdür, təzadlıdır. Ancaq mən təkcə kişilərin yox, qadınların da sevişməkdən həzz aldığı porno filmlərin çəkilməyini istəyirəm. Qabağına çıxanla sevişən yox, bir-birini həqiqətən arzulayan insanların sevişməyinə baxmaq hamıya yaxşı təsir göstərə bilər.

 

- Ledi Qaqa ilə dostsunuz. Kitabınızda onunla bağlı hissə çox maraqlı idi, bilmədiyimiz çox faktlar vardı. Məsələn, alman şairi Rilkeni (Rainer Mariya Rilke- red.) sevməyi...

 

- Valeh olduğum qadınlardan biridir Ledi Qaqa. Bu kitabı yazmağa məni o cəsarətləndirdi. Fikirləşdim ki, əgər o MTV mükafatları gecəsinə üst-başı qan içində gedə bilibsə, mən niyə menstruasiyadan danışmaqdan utanmalıyam?

 

- Ədəbiyyatdakı feminist qəhrəmanlarınız hansılardır?

 

- Ceyn Eyr və "Balaca qadınlar” romanındakı Co Març. Nöqsanları ilə mübarizə aparan və yumor hissləri fərqli olan qəhrəmanlardır. Şahzadə deyillər, sıravi insanlardır ikisi də, fəhlə sinfinin nümayəndələridir. Gözəl də deyillər. Onlardan əvvəl yaradılmış bütün roman qəhrəmanları bir-birinə oxşayırdı; nə etdiklərini yox, necə göründüklərini oxuyurduq.




 



SEVDA | 29 mart 2016 09:42 | Status: Nəzarətçi | Şərh: 17 437
Sitat: vittoria
wexsi duwunce terzidi.eyni zamanda bir qerbli duwuncesi mence.
B.Fereh | 7 mart 2016 14:51 | Status: Nəzarətçi | Şərh: 6 971
Xeste tefekkurlu insanin,yazdigi kitabi da,ele ozu kimi xestebaw insanlar alib oxuyar.Mentiq yox,mena yox,ele agzi bow qalmasin deye quwduyur.
ESMERRi | 3 dekabr 2015 00:29 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: beehive
Gözəl sinəsi olmağı bir şeyi dəyişdirməz.Çnüki onların hamısı bir gün torpaq olacaq..
Söhbət dediyidə şəhvətdir təssüflər olsunki, Bu xəbər indi insanlarımızı nə yöndə bilikləndirdi? Soruşmaq istəyirəm müəllifdən..
Elcin sangu | 1 avqust 2015 15:05 | Status: Şərhçi | Şərh: 238
Tewkkurler
Nigar_ | 27 iyun 2014 12:59 | Status: Professional user | Şərh: 2 124
Feminist olmaq hər istədiyini etmək(!!!)demək deyil.Nomal,əxlaqlı qadının öz çərçivələri olmalıdır...həm də haqqları....
beehive | 12 dekabr 2013 16:32 | Status: Şərhçi | Şərh: 331
Gözəl sinəsi olmağı bir şeyi dəyişdirməz.Çnüki onların hamısı bir gün torpaq olacaq..
Söhbət dediyidə şəhvətdir təssüflər olsunki, Bu xəbər indi insanlarımızı nə yöndə bilikləndirdi? Soruşmaq istəyirəm müəllifdən..
Röyamsan. | 14 noyabr 2013 23:09 | Status: Brilliant user | Şərh: 6 102
Sitat
Sitat: AYAN A-VA
TEWEKKURLERRRRRRR
vittoria | 14 noyabr 2013 22:58 | Status: Qonaq | Şərh: 0
wexsi duwunce terzidi.eyni zamanda bir qerbli duwuncesi mence.
AYAN A-VA | 13 noyabr 2013 22:20 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLERRRRRRR
Xeyale05 | 3 avqust 2013 23:04 | Status: Şərhçi | Şərh: 273
..............................
su peerisi | 2 iyul 2013 00:38 | Status: Gümüş user | Şərh: 955
Oxudum,tesekkurler
nasqa | 20 iyun 2013 15:23 | Status: Qonaq | Şərh: 0
belede xosum gelmedi
Ay Gul | 7 iyun 2013 20:30 | Status: VİP user | Şərh: 431
tewekkurler
NURLU | 27 may 2013 09:05 | Status: Professional user | Şərh: 5 552
tesekkur coz uzun idi
mehimim | 23 may 2013 00:04 | Status: VİP user | Şərh: 663
indi ele zamandi ki hami her seyi bilir
Deniz-Deniz | 14 may 2013 11:42 | Status: Professional user | Şərh: 523
maraqsiz geldi nese
lalita | 4 may 2013 17:57 | Status: VİP user | Şərh: 1 390
Duzu bir az oxudum maraqli gelmedi
hilal 23 | 3 may 2013 20:33 | Status: Şərhçi | Şərh: 303
anlamadim ne ise
RaySum | 3 may 2013 20:02 | Status: Professional user | Şərh: 2 594
bawa duwmedim
ayruska | 3 may 2013 13:31 | Status: Professional user | Şərh: 3 978
bu soybet neden gedirdi hec anlamadim
Lola. | 3 may 2013 12:20 | Status: Professional user | Şərh: 2 230
Sitat: Aliyeva
bu sohbet mene catmadi(
Aliyeva | 3 may 2013 12:09 | Status: Yazar | Şərh: 4 036
bu sohbet mene catmadi(
xosbext qadin | 3 may 2013 10:57 | Status: Şərhçi | Şərh: 434
tesekkur coz uzun idi,axira qeder oxuya bilmedim...
gulumsen | 3 may 2013 09:42 | Status: Şərhçi | Şərh: 330
oxumadim cox idi.
sheh | 3 may 2013 08:49 | Status: Yazar | Şərh: 3 353
day heç nə gizlinimiz,saklanımız qalmadı ya((((((((bu ne bu?
Banu. | 3 may 2013 08:39 | Status: Admin | Şərh: 2 266
Duzu cox da anlamadim bu xanimin fikirlerini))
A.Ayise | 3 may 2013 00:51 | Status: Şərhçi | Şərh: 399
RYTYUYUJGTI
Aytekin82 | 2 may 2013 23:35 | Status: Brilliant user | Şərh: 6 586
Başimizin belasi kişiler, sevginiz qarşisinda mum kimiyik, anlasaniz)))))))))))))))))))))
NaraAzer | 2 may 2013 22:41 | Status: Professional user | Şərh: 1 373
cox saqolun)
Hande 18 | 2 may 2013 22:25 | Status: Professional user | Şərh: 3 302
tesekkurler