Həyat tərzi / İslam

“Bu əməlləri törədənlərin günahına onlara inananlar da şərikdir...”

Banu. | 12-02-2019, 09:20
576 0
“Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı hər hansı bir cəza tədbiri görmək səlahiyyəti yoxdur”


Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli son zamanlar paytaxtımızda fəallaşan falçılarla bağlı danışarkən deyib. İlahiyyatçı bildirib ki, bunun üçün ancaq insanlarımız arasında maariflənmə işi aparılmalıdır:


“Ümumiyyətlə, falçılıq birmənalı olaraq haram bir əməldir və “Qurani-Kərim”də  qeyd olunur ki, falçılıq şeytan əməlindən biridir və bundan uzaq olun. Təəssüflər olsun ki, hər dövrdə falçılıq adıyla insanları aldadıb onların inamından sui-istifadə edənlər olub. Falçılıqla məşğul olanlar insanlara bir gəlir vasitəsi kimi yanaşıblar. Düşünürəm ki, bu cür məsələlər davamlı maarifləndirmə yolu ilə həll oluna bilər. Belə əməlləri törədən şəxslər ifşa olunmalıdır və bunun mahiyyəti insanlara izah edilməlidir. Həm dinizimin bunu qadağan etdiyini, həm də bu cür əməllərin sağlam məntiqə, ağıla sığmadığını insanlarımıza çatırmaq lazımdır. Bu əməlləri törədən insanların günahına onlara inananlar da şərikdir. Əslində falçılara inanan olmasa “meydan sulaya” bilməzlər. Falçılara qarşı həm inzibati yollarla, qanunun gücüylə, həm də maariflənmə yolu ilə mübarizə aparmaq lazımdır, çünki xalqın inkişafının əsas maneələrindən biri də xurafatdır və falçılıq da heç bir elmi əsası olmayan əməldir. İstənilən şəkildə bu kimi əməllərin qarşısını almağa cəhd göstərməliyik”.


İlahiyyatçı bildirib ki, işlədiyi qurum bununla bağlı silsilə tədbirlər təşkil edir:


“Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı hər hansı bir cəza tədbiri görmək səlahiyyəti yoxdur. Son illərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafaz Müsəlmanları İdarəsi bununla bağlı silsilə tədbirlər keçirir. Burda da əsas məqsəd həm radikallığın, həm də xurafatın qarşısını almaqdır. Belə tədbirlərin keçirilməsinin nəticəsində əvvəlki illərə nisbətən bu cür halların sayı azalıb. Sadəcə bəzi insanlar var ki, özlərini falçıların yalanına inandırmağa çalışırlar. Bununla yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə oqranları bu cür hallara qarşı mübarizə aparırlar”.
Vasif Əlihüseyn

AzadQadin.az

Bu xəbərləi də oxuyun:

Kişiləri ən yaxşı həyəcanlandıran, "dərdinizdən dəli-divanə edən" böyük SİRR

İllərdir bel ağrısından əziyyət çəkirdi, təsadüfən tapıldı, istifadə edən xilas olur!

Osmanlı qadınlarının cinsi həyatı ilə bağlı ŞOK FAKTLAR - İnanmayacağınız 12 MƏQAM

Qaynı ilə cinsi əlaqədə olarkən tutulan gəlini qardaşı itə yedirtdi - ŞOK İDDİA

Bu məqaləni oxuyan kimi, dərhal sinə altına dezodorant çəkəcəksən!