Həyat tərzi / İslam

Qurani Kərimdə təsvir edilən örtük BUDUR- hamı səhv bilir- FOTO+MƏLUMAT

Banu. | 29-08-2018, 14:00
1 183 0

Əziz həmkarlarım, xəbər hazırlayarkən bir azacıq əziyyət çəkib dəqiqləşdirmə aparın ki, oxuculara da düzgün xəbər çatdıra biləsiniz.
Düz may ayından bu günə qədər onlarla sayt "Danimarkada hicab qadağan edildi", "Danimarkada çadra qadağan edildi" kimi cəfəngiyyat yazıb tirajlayır. 
Danimarkada və dünyanın hansısa bir ölkəsində nə hicab, nə də çadra qadağan edilməyib. 
Danimarkada, Fransada, Hollandiyada, Almaniyada, Belçikada, Bolqarıstanda, İspaniyada və İtaliyada qadağan edilən burkadır, hicab və çadra deyil.
Aşağıdakı şəkildə baş örtüklərinin şəkilləri var. Zəhmət olmasa baxın və bundan sonra heç olmaya xalqa düz xəbər çatdırmağa çalışın. 
İkinci şəkildəki isə burkadır. Müqəddəs kitabımız Qurani-Kərimdə qadınlara "Örtünün" deyilib və bu örtünmənin qaydası təsvir edilib. Qurani Kərimdə təsvir edilən örtük isə burka deyil, hicabdır.
 
Arzu Abdulla