İslam / Xüsusi

Peyğəmbərin (S) əhli-beytinə məhəbbət

Gülçin | 17-06-2016, 13:30
1 098 4

 

 
 Peyğəmbərin  (S) əhli-beytinə  məhəbbət
Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir.
Peyğəmbərin (s) Əbuzərə nəsihəti

«Sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. Allah-təala onları hər cür nöqsan və pisliklərdən uzaq edib, pak qərar vermişdir».
Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir. Təsadüfi deyil ki, onlara olan məhəbbətin əhəmiyyətini göstərmək üçün mərhum imam Xomeyni (r) öz siyasi və ictimai vəsiyyətnaməsini bu hədislə başlayır: «Özümdən sonra sizə iki böyük əmanət qoyub gedirəm: biri Allahın kitabı (Quran), digəri Əhli-beytim…».
Bəlkə də, inqilab rəhbərinin bu sözləri dünya millətlərinə qəribə görünə bilər. Lakin rəhbər Əhli-beytə tabe olmağı ilə fəxr edirdi.

Biz Əhli-beytə olan bu bağlılıq və məhəbbətin sirrini bilmirik. Bəlkə də, belə təsəvvür edirik ki, onlar Peyğəmbər (s) övliyaları olduğu üçün onları sevməliyik! Əgər belə olsaydı, onların dərəcə və məqamları Quranla yanaşı tutulmazdı. Əhli-beytə məhəbbətin bu dərəcədə təkid olunması, onların Peyğəmbərlə (s) qohum olmaları səbəbindən deyil. Belə olsaydı, Peyğəmbərin (s) bir neçə həyat yoldaşı var idi ki, onlar barəsində də Əhli-beyt üçün buyurulan tə`kidlər olunardı. Lakin məlumdur ki, onlar haqqında heç bir xüsusi göstəriş verilməmişdir. Əhli-beyt barəsində olan təkidlər, Allahın onları hər cür eyib və çirkinliklərdən pak qərar verməsi səbəbindəndir.

 

Gülçin | 19 iyun 2016 12:55 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVDA
Tewekkurler Gulcin xanim....

Mən təşəkkür edirəm sizlərə.
SEVDA | 18 iyun 2016 15:57 | Status: Nəzarətçi | Şərh: 17 439
Tewekkurler Gulcin xanim....
Gülçin | 18 iyun 2016 11:48 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: B.Fereh
Allah razi olsun Gulcin baci sizden,bu Gozel ayda bizi dini meqalelernen temin edirsiz.

Cümləmizdən, gözəlim.
B.Fereh | 17 iyun 2016 17:07 | Status: Nəzarətçi | Şərh: 6 975
Allah razi olsun Gulcin baci sizden,bu Gozel ayda bizi dini meqalelernen temin edirsiz.