İslam / Xüsusi

Bu gün müqəddəs Məbəs günüdür

Gülçin | 5-05-2016, 16:23
1 446 4

 

Hicri-qəməri tarixinə əsasən, bu gün müqəddəs "Məbəs" və ya "Besət” günüdür.

Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-ə, yəni islam peyğəmbəri Məhəmməd ibni Abdullaha (s.ə) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.

Məhz həzrəti Məhəmməd Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bu gündə nazil olur. Tarixi hədislərə görə, bu gündə peyğəmbərin 40 yaşı var idi.

"Məbəs” günü və faktı ilə bağlı ən maraqlı məqam budur ki, yazmağı və oxumağı bacarmayan, müəyyən bir məktəbə, mədrəsəyə getməyən, heç bir şairin, kahinin, keşişin, alimin yanında təlim-təhsil görməyən, ümumiyyətlə heç bir orta və ali təhsili olmayan bir pakizə insan dərhal Qurani-Kərim kimi qeyb aləmindən, keçmişdən tarixi hadisələrdən və faktlardan, gələcəkdən, şerin, ədəbiyyatın, nəzmin incəliklərindən, ictimai qanunlardan, hüquqi vəzifələrdən, məhkəmə sitemindən, ictimai ədalətdən və kamil dünyəvi baxışdan, zülmə qarşı mübarizə hərəkatından, yerin-göyün sirlərindən və aləmlərin rəbbi və onun sifətləri barədə xəbər verən kitabı bəşəriyyətə təqdim edir.

Məhz buna görədir ki, müsəlmanlar "Məbəs” gününü bayram etməyi özlərinə borc bilirlər.
 


Gülçin | 6 may 2016 11:54 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: dılay
Allah razI olsun sizden Gulcin xanIm arada bizleri bele qeflet yuxusundan oydIn.

Sitat: B.Fereh
ALLAH RAZI OLSUN SIZDEN,GULCIN BACI

Sitat: ESMERRi
Təşəkkür Gülçin xala bu gün barədə geç məlumatım yoxuydu.Sayənizdə öyrənmiş oldum

Mən təşəkkür edirəm sizlərə, gözəllər. kissing_heart
ESMERRi | 5 may 2016 17:57 | Status: Brilliant user | Şərh: 5 378
Təşəkkür Gülçin xala bu gün barədə geç məlumatım yoxuydu.Sayənizdə öyrənmiş oldum
B.Fereh | 5 may 2016 17:40 | Status: Nəzarətçi | Şərh: 6 975
ALLAH RAZI OLSUN SIZDEN,GULCIN BACI kissing_heart
dılay | 5 may 2016 17:10 | Status: Brilliant user | Şərh: 8 183
Bu gun ne gozel gunmus xeberimiz yox..
Allah razI olsun sizden Gulcin xanIm arada bizleri bele qeflet yuxusundan oydIn.
Bu Muqeddes gununumuz mubarek !