İslam / Xüsusi

Rəsulullah (s.ə.s) peyğəmbər olacağını əvvəlcədən bilirdimi?

Gülçin | 25-04-2016, 13:30
1 265 5



 Rəsulullah (s.ə.s) peyğəmbərliyindən əvvəl özünə vəhy olunacağı haqqında heç nə bilmirdi. Ona (s.ə.s) özünün xəbəri olmadan vəhy gəlmişdir. Quranda bu haqda belə buyurulur: "Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi.”[1]

 

Allah Rəsulu (s.ə.s) anidən ilk vəhylə qarşılaşmış və vəhyi gətirən mələk görünüb birdən gözdən itirdi. Peyğəmbərimizin vəhylə ilk dəfə qarşılaşarkən keçirdiyi həyəcan da bunu təsdiq edir.

Rəsulullaha ilk vəhy yuxuda ikən sadiq röyalar vasitəsilə gəlmişdir. Həmin vaxtlar gördüyü yuxular eynilə doğru çıxardı. Bundan sonra yalnızlıq Ona sevdirildi. Hira mağarasına çəkilərək gecələr ibadətlə məşğul olmağa, sonra ailəsinin yanına qayıdaraq bir neçə günlük azuqəsini götürüb yenidən ibadətə davam eləməyə başladı. Nəhayət gözləmədiyi vaxtda Ona vəhy gəldi. Hira mağarasında olarkən anidən mələk gələrək "oxu” − dedi. "Mən oxuya bilmirəm” − deyə cavab verdi. Cəbrail yaxınlaşır və yenidən Onu qucaqlayır. Taqəti kəsilənə kimi sıxır, ardınca buraxaraq:

− Oxu, − deyir. Allah Rəsulu eyni cümləni təkrar edir:

− Mən oxumağı bacarmıram!

Görünür, bu məsələnin arxasında başqa bir məqam vardı. Çünki Cəbrail yenidən yaxınlaşmış və Məhəmmədül-Əmini belindən qucaqlayaraq bərk-bərk sıxırdı. Bir müddət sonra buraxır və yenə:

− Oxu! − deyir.

− Mən oxumağı bacarmıram axı! Nəyi oxuyum? − deyə Allah Rəsulu təkrar dillənir. Cəbrail yenə Rəsulullahı qucaqlayır. Nəhayət, məsələ yoluna qoyulur. Qucaqladığı Allah Rəsulunu  buraxan Cəbrail bunları deyirdi:

− Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu!  Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. O Rəbbin ki insana bilmədiklərini öyrətdi.[2]

Həyəcan içində  evə çatır: − Üstümü örtün, üstümü örtün, − deyə vəfalı yoldaşına üz tutur. Sonra da mübarək başını Xədicə anamızın dizi üstə qoyur. Diqqətlə ərinə baxan mətanətli qadın şəfqət dolu səslə:

− Ey Əba Qasım! Haralarda idin? Allaha and olsun ki, arxanca adamları göndərdim. Məkkədə baxmadıqları yer qalmadı, amma Səndən bir xəbər çıxmadı, − deyə həyat yoldaşına olan məhəbbətini dilə gətirirdi.

Bir müddət sonra Allah Rəsulu:

− Özümdən qorxuram, ey Xədicə! Bir ziyana uğramaqdan əndişə edirəm, − deyincə sevimli həyat yoldaşı:

− Qətiyyən narahat olma, qorxma! Allah Səni heç vaxt hədər etməz, əksinə Səni qoruyar, − deyir və ardınca da  əlavə edir:

− Çünki sən qohum-əqrəbalarını himayə edir, imkansızların əlindən tutur və ehtiyacı olanları da geyindirirsən. Eyni zamanda, evindən qonaq əskik olmaz. Sən hər hərəkətinlə həmişə Haqqın yolundasan və özünü tamamilə xeyirli işlərə həsr etmisən.[3]

Ayə və vəhy gələrkən ona verdiyi reaksiya və mağaradan ayrılandan sonrakı qorxusu onu göstərir ki, Rəsulullah (s.ə.s) peyğəmbər olacağından xəbərdar deyildi. Buna hazırlıq da görmürdü.


 

Gülçin | 27 aprel 2016 15:22 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: ESMERRi
Maraqlı məqalə idi təşəkkürlər Gülçin xala.

Sitat: SEVDA
Tewekkurler Gűlçin xanım...

Mən təşəkkür edirəm sizlərə...
SEVDA | 26 aprel 2016 19:57 | Status: Nəzarətçi | Şərh: 17 439
Melumatım olsa da maraqla oxudum.
Tewekkurler Gűlçin xanım...
ESMERRi | 26 aprel 2016 12:57 | Status: Brilliant user | Şərh: 5 378
Maraqlı məqalə idi təşəkkürlər Gülçin xala.
B.Fereh | 25 aprel 2016 20:01 | Status: Nəzarətçi | Şərh: 6 975
Bunlari bilirdim...Allah razi olsun
dılay | 25 aprel 2016 16:47 | Status: Brilliant user | Şərh: 8 183
Maraqla oxudum tewekkurler paylawdIgInIz ucun..