İslam / Xüsusi

Bizə pislik edənlərlə qarşı necə rəftar etməliyik?

Gülçin | 18-04-2016, 13:30
1 567 7

 



 Peyğəmbərimiz başda ata-anamız olmaqla, bizə, yaxın-uzaq bütün qohumlarımıza, qonşularımıza və dostlarımıza yaxşılıq etməyi, insanların qaba davranışlarına qarşı da səbirli olmağı və əli­mizdən gəldiyi qədər onlarla gözəl davranmağı tövsiyə etmişdir. Sadəcə tövsiyə etməklə kifayətlənməmiş, bu məsələdə bizə nümunə olmuşdur.

 

Allah Rəsulu hər kəsin İslamla nicat tapması üçün canla-başla səy göstərərkən  Məkkənin azğın müşrikləri Onu təhqir edir, saçına, başına toz-torpaq tökür, yollarına tikan atır, hər zülm və əziyyəti Ona rəva görürdülər. Peyğəmbərimiz isə, əksinə, dəfələrlə bu hərəkətləri edənlərin qapısını döyüb onları yumşaq dillə İslama dəvət edirdi. Çünki onların da cənnətə getməsini çox arzulayırdı.

Peyğəmbərimiz məkkəli müşriklərin kəskin hücumları ərəfə­sində Zeyd bin Harisə (radiyallahu anh) ilə birlikdə Məkkə yaxınlığında yerləşən Taifə getmişdi. Ümidi bir neçə təmiz insan tapıb onların qəlbində iman nurunun parlamasına vəsilə olmaq idi. Lakin taiflilər Peyğəmbərimizlə məkkəli müşriklərdən daha betər rəftar etdilər. Peyğəmbərimizi əvvəlcə məsxərəyə qoydular, ardınca da uşaqları yığıb Onu daşa basdırdılar. Zeyd bin Harisə özünü atılan daşlara sipər etsə də, Peyğəmbərimizin ayaqları qan içində idi. Taifi tərk edən Allah Rəsulu (sallallahu əleyhi səlləm) dərdli və kədərli idi.  Uca Allah dərhal Cəbrail əleyhissalamı təsəlli üçün Hə­bibinin yanına göndərdi. Cəbrail əleyhissalamın yanında dağlar mələyi də gəlmişdi.   Dağlar mələyi Peyğəmbərimizin o hüznlü halına baxaraq: "Ya Məhəmməd (sallallahu əleyhi səlləm), istəyirsənsə, bu iki dağı taiflilərin başına yıxım”, – dedi. Şəfqət Peyğəmbəri həyəcanla: "Yox! İstəmirəm. Əksinə, mən Allahdan diləyirəm ki, onların nəslindən Allaha inanan, yalnız Ona ibadət edən insanlar çıxarsın”, – buyuraraq Ona daş və təhqir yağdıranların hi­dayətini diləmişdi.

Peyğəmbərimizin həyatı başdan-ayağa belə gözəl tablolarla doludur. O Şəfqət Peyğəmbəri başını yaranlara, dişini qıranlara, olmazın əziyyətləri rəva görənlərə daima səbir və xoşgörü göstərmişdi.  Şəxsinə bu qədər pisliklər edilsə də, heç vaxt intiqam hissinə qapılmamışdı. Çünki Onu birbaşa Rəbbimiz tərbiyə etmişdi və Onun əxlaqı Quran əxlaqı idi. Quranda Uca Rəb­bimiz: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” ("Əraf” surəsi, 199) – deyə buyurur. Yenə  Rəbbimiz xas (pak) qullarını: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla)  gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitmədən) "salam” deyərlər (keçərlər)” ("Furqan” surəsi, 63) ayələri ilə tərif edir və o xas qullarına: "Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə etsən, bir də görərsən ki, aranızda düşmənçilik olan şəxs yaxın dost olub!” – ("Fussilət” surəsi, 34)­ deyə buyurur.

Rəbbimizin bu ayələrini ən gözəl yaşayan Rəsulullah bir hədisi-şərifində: "Mənim üçün ən sevimliniz, qiyamət günü də möv­qecə mənə ən yaxın olanınız ən gözəl əxlaqlılarınızdır”, – buyurmuş və cənnətdə Ona yaxın olmağın yolunu bizə göstərmişdir.

Rəbbimiz bizlərə Quranda buyurduğu gözəl əxlaqa yiyələnməyi və axirətdə Peyğəmbərimizə yaxın olmağı nəsib etsin!


SEVDA | 19 aprel 2016 22:37 | Status: Nəzarətçi | Şərh: 17 439
Nə gözəl söylemiş Mevlana : " Edebli Edebinden Susar Edebsiz de Ben Susturdum Sanar !!! "
Gülçin | 19 aprel 2016 14:00 | Status: Brilliant user | Şərh: 6 780
Rəbbimiz bizlərə Quranda buyurduğu gözəl əxlaqa yiyələnməyi və axirətdə Peyğəmbərimizə yaxın olmağı nəsib etsin!



Şərh yazan hər kəsə təşəkkürlər.
ESMERRi | 18 aprel 2016 20:35 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Cəmiyyətdə geniş yayılmış yaxşılıq anlayışı var, lakin bu anlayışın da içində bəzi çatışmazlıqlar və səhvlər var. Quran əxlaqına uyğun yaşamayan insanlar yaxşılığı bəzən kiçik yardım kimi qəbul edir və əsasən, bunu qarşı tərəfə lütf olaraq edirlər. Əsl yaxşılığın nə olduğunu isə Quran ayələrindən öyrənmək olar. Quranda bildirilən yaxşılıq möminin bütün həyatını əhatə edir və ömür boyu yerinə yetirdiyi ibadətdir. Möminlərin yaxşılıq anlayışını cəmiyyətdəki yaxşılıq anlayışından fərqləndirən ən əsas xüsusiyyət isə onların pis əxlaq və ya pis sözlə qarşılaşdıqda da yaxşılıqla cavab vermələridir. Allah əvəz gözləmədən gözəl davrananların mükafatını, şübhəsiz ki, verəcək.
dılay | 18 aprel 2016 17:08 | Status: Brilliant user | Şərh: 8 183
Cəmiyyətdə geniş yayılmış yaxşılıq anlayışı var, lakin bu anlayışın da içində bəzi çatışmazlıqlar və səhvlər var. Quran əxlaqına uyğun yaşamayan insanlar yaxşılığı bəzən kiçik yardım kimi qəbul edir və əsasən, bunu qarşı tərəfə lütf olaraq edirlər. Əsl yaxşılığın nə olduğunu isə Quran ayələrindən öyrənmək olar. Quranda bildirilən yaxşılıq möminin bütün həyatını əhatə edir və ömür boyu yerinə yetirdiyi ibadətdir. Möminlərin yaxşılıq anlayışını cəmiyyətdəki yaxşılıq anlayışından fərqləndirən ən əsas xüsusiyyət isə onların pis əxlaq və ya pis sözlə qarşılaşdıqda da yaxşılıqla cavab vermələridir. Allah əvəz gözləmədən gözəl davrananların mükafatını, şübhəsiz ki, verəcək.
B.Fereh | 18 aprel 2016 16:02 | Status: Nəzarətçi | Şərh: 6 975
Hec vaxt pisliye pisliknen cavab vermemiwem,vermerem de.Here oz aglina gore hereket edir,menim aglima ne gelibki kiminse seviyyesine enim.Hami da o dunyada oz emellerine gore cavabdeh olacaq.Allah en boyuk hakimdi!
Gülay | 18 aprel 2016 16:02 | Status: Qonaq | Şərh: 0
nə qədər pislik etsələrdə sən yaxşıliğdan qalma hər şeyin əvəzin allah verəcək
guldeniz | 18 aprel 2016 14:19 | Status: Professional user | Şərh: 1 641
cox saqolun Gulcin xala