İslam / Xüsusi

İmam Nəqi (ə) haqqında maraqlı əhvalat

Gülçin | 11-04-2016, 16:30
1 526 5

 

İsfahan əhalisindən bir dəstə, o cümlədən Əbulabbas Əhməd ibn Nəsr və əbu Cəfər Məhəmməd ibn Ələviyyə nəql edirlər:

 

"İsfahanda Əbdürrəhman adında bir kişi var idi. Ondan soruşdular: "Nə üçün camaatın içində başqasına deyil məhz Əliyyən-Nəqinin imamətinə etiqad bəsləyirsən?"

Dedi: "Buna mənim rastlaşdığım bir iş səbəb oldu. Mən yoxsul, eyni zamanda çox danışan və cürətli bir şəxs idim. Bir il İsfahan əhalisi məni bir dəstə adamla birlikdə xəlifənin sarayına şikayətə göndərdi. Xəlifənin yanında ikən Əli ibn Məhəmməd ibn Rzanın çağırılması göstərişi verildi. Orada olanlardan birinə dedim: "Çağırılan şəxs kimdir?" Dedi: "O, ələvidir və rafizilər onun imamətinə etiqad bəsləyirlər." Sonra dedi: "Məncə Mütəvəkkil onu öldürmək üçün çağırtdırıb." Dedim: "Mən bu şəxsin necə adam olmasını görməyincə yerimdən tərpənən deyiləm." O, at ilə gəldi. Camaat yolun sağ və sol tərəflərində sıraya düzülmüşdü və ona baxırdı. Məhəbbəti qəlbimə düşdü. Buna görə də qəlbimdə dua edirdim: "Allah Mütəvəkkilin şərrini ondan uzaq etsin."

O camaatın arası ilə hərəkət edirdi. Gözünü atının yalına dikmişdi və ətrafa baxmırdı. Mən dayanmadan ona dua edirdim. Mənə çatanda üzünü mənə tutub dedi: "Allah sənin duanı qəbul etdi və sənə uzun ömür bağışladı, mal-dövlətini və övladını artırdı."

Həmin hadisədən sonra biz İsfahana qayıtdıq. Allah mənə o qədər sərvət verdi ki, evimin qapısını içində milyonlarla dirhəm dəyəri olan şeylər olduğu halda bağlayıram və (hələ) bu, evdən kənarda olan sərvətimdən əlavədir. On övlad da qismətim olub. Ömrümdən də yetmiş neçə il keçir. Əvvəlimdən xəbəri olan və Allahın mənim barəmdəki duasını qəbul etdiyi kəsin imamətinə etiqad bəsləməyimin səbəbi budur."

 


Gülçin | 19 aprel 2016 13:57 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVDA
Tewekkurler Gűlçin xanım...

Mən təşəkkür edirəm sizlərə.
dılay | 11 aprel 2016 22:03 | Status: Brilliant user | Şərh: 8 183
Allah her kesin dualarini qebul etsin..
ESMERRi | 11 aprel 2016 21:46 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: B.Fereh
Allah her kesin ureyinde olan,xow arzulari qebul elesin!

Sitat: B.Fereh
Allah her kesin ureyinde olan,xow arzulari qebul elesin!
SEVDA | 11 aprel 2016 21:18 | Status: Nəzarətçi | Şərh: 17 439
Tewekkurler Gűlçin xanım...
B.Fereh | 11 aprel 2016 17:29 | Status: Nəzarətçi | Şərh: 6 975
Allah her kesin ureyinde olan,xow arzulari qebul elesin!