İslam / Xüsusi

Allaha sığınmaq.

Gülçin | 12-02-2016, 16:30
2 369 12

 


Şeytan yalnız Allahı unutmuş insana yol tapır
Ayətəl-kürsüdə oxuyuruq: «Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb». («Bəqərə» surəsi, ayə 256.) «Loğman» surəsinin 22-ci ayəsində buyurulur: «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o artıq ən möhkəm ipdən yapışmışdır». Dilimizə «qırılmaz, möhkəm ip» kimi tərcümə olunmuş söz Quranda «urvətül-vusqa» kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.
Quran həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. Ey insan, sən yerlə göy arasında təhlükədə qaldığın an ayaqların altında odla dolu cəhənnəm adlı bir dərə ağzını açmışdır. Bu əbədi oddan qurtulmaq üçün sənin bircə çıxış yolun var: Allahın «qırılmaz ipindən» yapışmaq!
Yalnız özünü daim təhlükədə bilən və çıxış yolunu Allaha üz tutmaqda görən insan Allaha təslim ola bilər. Məhz bu məqamda insan aciz bir halda yalvarır: Allahım, məni qoru…
Təbii ki, qeyd olunmuş halda olan insan öz əməllərinə diqqətli olacaqdır.
«Ürvətül-vusqa»nın oxşarı olan digər bir Quran ifadəsi də vardır: «İtəsimu bihəblillah». Bu ifadə ilə «Ali-imran» surəsinin 103-cü ayəsində rastlaşırıq: «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın». «İtisam» «yapışmaq» kimi tərcümə olunsa da əslində «sığınmaq», «pənah aparmaq» mənasını verir. İnsan dünya və axirət çətinliklərindən qurtarmaq üçün yalnız Allahdan kömək ala bilər. Bu ehtiyacı anlayan insan Allahın ətəyindən yapışacaqdır.
Şeytan yalnız Allahı unutmuş insana yol tapır. Özünü təhlükədə hiss edən insan isə Allahı unuda bilməz. Daim bu düşüncədə olan insan İslamda xüsusi qeyd olunan «yəqin» məqamına çatır. Əbədi cəhənnəmin mövcudluğuna yəqini olan insan çıxış yolunu Allaha pənah aparmaqda görür. Yəqinə çatmış insanın qəlbi imanla dolu, əməlləri saleh olur.

Ya Rəbb, belə bir ali məqama çatmaq üçün bizə kömək ol.
nur.az
 
 

Dəniz qızı | 15 fevral 2016 09:13 | Status: Brilliant user | Şərh: 8 017
Allaha sığınmaq ən gözəldir..
SEVDA | 15 fevral 2016 08:56 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah hər zaman köməyimiz olsun.pis adamlardan,onların şərindən qorusun bizləri.
Tşk Gülçin xanım...
buxqalter | 15 fevral 2016 01:22 | Status: VİP user | Şərh: 1 212
təşəkkürlər
Aylaskam | 14 fevral 2016 16:33 | Status: Qonaq | Şərh: 0
Ucalardan Uca Allahim,ey yerin goyun Yaradani hemd olsun Sene..
Ay_Sun | 14 fevral 2016 00:28 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
Allah her kesin komeyi olsun .

Amin bacim.
Aylin1997 | 13 fevral 2016 17:54 | Status: VİP user | Şərh: 108
Ya Rəbb, belə bir ali məqama çatmaq üçün bizə kömək ol
guldeniz | 12 fevral 2016 21:57 | Status: Professional user | Şərh: 1 641
Sitat: nurane nurane
Allaha cox inanan insanam.sukurler olsunki allah dualarimi cavabsiz qoymayib.
nurane nurane | 12 fevral 2016 19:34 | Status: VİP user | Şərh: 1 014
Allaha cox inanan insanam.sukurler olsunki allah dualarimi cavabsiz qoymayib.
BULUTUM | 12 fevral 2016 19:20 | Status: Professional user | Şərh: 7 387
Sene melumdur,dualarimdaki birce isteyim.Sene siginiram,Bizi kimseye mohtac edib,minnet altinda ezdirme,yoxluga dusurme,boynu bukuk,caresiz buraxma.Acizliyimden qudretine siginiram!Hemd olsun,Qudretli Allahim.Amin.
B.Fereh | 12 fevral 2016 17:41 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: dılay
Allah her kesin komeyi olsun .

Amin!
dılay | 12 fevral 2016 16:57 | Status: Brilliant user | Şərh: 8 183
Allah her kesin komeyi olsun .
ESMERRi | 12 fevral 2016 16:51 | Status: Brilliant user | Şərh: 5 378
Həmişə allaha sığınmışam.Nə istəmişəm verib Allahım.Çox şükür.